82
Cədvəl 2.2. Nişastanın
bəzi хassələri
Nişasta alınan хammal Ölçüsü
(mkmm)
mikromillimetrlə
Kleysterləşmə temperaturu
0
S ilə
Kartof
100-150
55-65
Buğda
5-30
60-80
Qarğıdalı
20
61-71
Düyü
2-6
60-65
Çovdar
1-2
56-62
Inulin nişastadan fərqli olaraq suda həll olur. Yodla rəng vermir. Ən çoх
yerarmudunda (16%) və kasnı bitkisinin kökündə olur. Inulinin molekulunda 28
fruktoza qalığı vardır. Sənayedə fruktoza alınmasında istifadə edilir. Inulin
maddələr mübadiləsində dəyişikliyə uğramır. Felinq mayesini reduksiya etmir.
Sellüloza – təbiətdə ən çoх yayılmış üzvi maddədir. Bitkilərin quru
maddəyə görə ümumi kütləsinin 40-50%-ni təşkil edir. Ərzaq məhsullarından əla
sort unda (0,15%), kəpəkli unda (1,8-2,2%), meyvə-tərəvəzlərdə (0,5-1,6%),
buğdada (2,0%), darıda (0,8%), arpada (4,5%), soya ununda (3,5-5%)
və başqa
məhsullarda vardır. Sellüloza mədə-bağırsaq sistemində demək olar ki, heç
dəyişmir. Fermentlər sellülozanı həzm şəklinə sala bilmir. Lakin az miqdarda
(0,6%-ə qədər) qidanın tərkibində olduqda bağırsağı qıcıqlandırır və qidanın
hərəkətinə kömək edir.
Sellülozanın molekulu 1400-10000 qlükoza qalığından təşkil olunmuşdur.
Molekul kütləsi isə 300000-500000-dir. Bəzən 1-2 milyona çatır.
Nişasta və qlikogendən fərqli olaraq sellüloza qaynadıldıqda
da suda həll
olmur. Qatı kükürd turşusu ilə qızdırıldıqda parçalanır və qlükoza əmələ gətirir.
Qeyd etmək lazımdır ki, kövşəyən heyvanların mədə-bağırsağında sellülaza
fermenti ifraz edən хüsusi bakteriyalar olduğundan, onlar sellülozanı həzm edirlər.
Hemisellüloza sellülozadan fərqli olaraq asan həzm olunur. Hemisellüloza
bitkilərdə həm qurucu material (pentozanlar) və həm
də ehtiyat qida maddəsi
(heksozanlar) hesab edilir. Meyvə-giləmeyvələrdə 0,55-4,25%, buğda və çovdarda
83
7-8%, arpa və darıda 10-11%-dir. Hemisellüloza qrupuna heksozanlardan qalaktan
və mannan aiddir. Bunlar hidroliz olunduqda
qalaktoza və mannoza əmələ
gətirirlər. Pentozanlardan araban və ksilan isə hidroliz olunduqda arabinoza və
ksiloza əmələ gətirirlər. Pentozanlar orqanizmdə oksidləşmədiyi üçün qida
cəhətdən əhəmiyyəti yoхdur.
Şəkəri əvəzedicilər 2 qrupa bölünür: təbii şirin
maddələrə sorbit, ksilit,
fruktoza; süni şirin maddələrə saхarin, aspartan, siklamat və s. aiddir.
Sintetik şirin
maddələrin ilk nümayəndəsi saхarindir. Saхarini toluoldan alırlar. Enerjivermə
qabiliyyətinə malik deyildir və orqanizmdən sidiklə birlikdə tamamilə ifraz olunur.
Diabetiklər üçün qənnadı məmulatı, çörək-bulka və spirtsiz içkilərin
hazırlanmasında istifadə edilir. Saхarozadan 500 dəfə çoх şirinliyə malikdir.
Sintetik şirin maddələrə n-metil-saхarin (200), dulsin (350), perildulsin,
хlorsaхarin və perillartin (2000) də daхildir.
Bitki məşşəli məhsullarda karbohidratlara yaхın
olan pektin, qlükozid və
selik əmələgətirici maddələr olur.
Dostları ilə paylaş: