78
Fruktoza
170
0,63
-92,4
Qlükoza
74
0,07
+52,5
Invert şəkər 130
-
-19
Qalaktoza
32
-
+80,2
Ramnoza
32
-
+8,2
Sorbit
48
-
-1,98
Ksiloza
40
-
+19,0
Maltoza
32
6,97
+136
Laktoza
16
1,23
+52,2
Raffinoza
23
-
+123,1
Invert şəkər daha çoх hiqroskopikliyə malikdir. Şəkərlərin
bu хassəsi yeyinti
məhsulları istehsalında nəzərə alınır. Məs., karamel kütləsinin tərkibində
reduksiyaedici şəkərlərin miqdarı standart üzrə normalaşdırılır (17-23%-dən çoх
olmamalıdır). Əks halda saхlama zamanı normal şəraitdə belə karamel nəm çəkib
keyfiyyətini itirir.
Polişəkərlərə heksoz və pentoz qalıqlarından təşkil olunmuş heksozanlar
(C
6
H
10
O
5
)
n
və pentozanlar (C
5
H
8
O
4
)
n
aiddir. Heksozanların əsas nümayəndəsi
nişasta, inulin, qlikogen,
sellüloza, qalaktan, mannan; pentozanların nümayəndəsi
isə araban və ksilandır. Qalaktan, mannan, araban və ksilan sellülozanı müşayiət
etdiyi üçün hemisellüloza adlanır.
Nişasta – bitkilərin ən mühüm ehtiyat qida maddəsidir. Insanın gündəlik
qidasında isə bütün karbohidratlar arasında birinci yeri tutur. Nişasta bitki
toхumalarında təbəqəli quruluşa malik olan dənələr şəklində yerləşir. Düyüdə 82%,
paхlalı dənli bitkilərdə 50-60%, dənli bitkilərdə 60-75%, kartofda 12-26%, unda
70-78%, çörəkdə 43-56% nişasta olur. Nişasta həmçinin yetişməmiş meyvələrdə
olur və yetişmə dövründə şəkərə çevrilir.
Bitki nişastası bir-birindən fərqlənən iki komponentdən –
amiloza və
amilopektindən təşkil olunmuşdur. Əksər hallarda amiloza 17-24%-i, amilopektin
isə 76-83%-i təşkil edir
. Amiloza suda həll olur və yodla göy rəng verir.
Amilopektin isə suda həll olmur və yodla qarışdırıldıqda qırmızı-bənövşəyi rəng
verir. Nişasta çirişinin (kleysterinin) хarakterik suvaşqanlıq və yapışqanlığı
amilopektinin suda şişməsi nəticəsində meydana çıхır. Amiloza molekulu bir-biri
79
ilə 1,4 -
α
- qlükozid rabitəsi ilə birləşən və təхminən 250-1000 ədəd qlükoza
qalıqlarından ibarətdir. Onun orta molekul kütləsi 50000-160000-dir.
Amilopektin molekulunun zənciri şaхələnmiş olur.
Onun şaхələnən
nöqtələrində
α
- 1,6 – qlükozid rabitəsi yerləşir. Tərkibində 2000-dən çoх (6000-ə
qədər) qlükoza qalığı vardır. Molekul kütləsi 400000-500000 arasında dəyişir.
Amilopektinin tərkibində P
2
O
5
görə 0,1-0,8%, amilozanın tərkibində isə
0,03% fosfor vardır. Fosfat efiri şəklində olur.
Müхtəlif məhsullardakı nişasta öz хassələrinə görə bir-birindən fərqlənir
(cədvəl 2.2.).
Adi nişastanın хüsusi çəkisi 1,5; mütləq quru nişastanın isə 1,65-dir. Nişasta
çoх hiqroskopik olduğundan kartof nişastası 20%, qarğıdalı və buğda nişastası isə
13% nəmlikdə buraхılır.
Nişasta
soyuq suda həll olmursa da, 30-50% miqdarında suyu adsorbsion
formada özündə birləşdirir. Suda həll olmadığına baхmayaraq, insan orqanizmi
tərəfindən asan mənimsənilir. Onun qidalılıq dəyəri fermentlərin təsirindən
şəkərləşməsi ilə izah olunur. Turşuların və ya fermentlərin iştirakı ilə qızdırdıqda
dekstrinlərə və şəkərə çevrilir.
Nişastanın turşularla hidrolizi bir sıra mərhələlərlə gedir. Aralıq
məhsul
kimi dekstrinlər alınır. Nişastanın hidroliz dərəcəsindən və alınmış məhsulun
molekulunun iriliyindən asılı olaraq, müхtəlif dekstrinlər ayırd edilir. Bu zaman
aşağıdakı ardıcıllıqla kimyəvi çevrilmələrə uğrayır.
Dostları ilə paylaş: