ə
ndirm
ə
kd
ə
köm
ə
k ed
ə
c
ə
k
konkret iqtisadi parametrl
ə
rin adını ç
ə
k
ə
siniz.
Ölkənin iqtisadi inkişafını və vətəndaşların rifahını təmin etmək üçün, Respublikaçılar partiyasının
iştirakı ilə, əvvəlki çağırış parlamentinin fəaliyyəti nəticəsində:
-
maliyyə bazarlarının qüvvədə olan requlyasiyaları və qiymətli kağızlar haqqında qanunun
yeni redaksiyası qəbul olunmuşdur.
-
Fond bazarlarında fəaliyyət göstərən maliyyə institutlarının fəaliyyətinin requlyasiyası
olunur.
-
Bazar tərəfindən (emitentlərdən) alınan məlumatlar özlərinin səhmdar cəmiyyətinin maliyyə
göstəriciləri haqqında sistemləşdirilir, bununla potensial sərmayəçilər üçün qərarların
alınması asandlaşdırılır.
-
İri şirkətlər qeyri-rəqabətli, privilegiyalı vəziyyətdə deyillər və onunlar üçündə başqaları
üzərinə təyin olunmuş oyun qaydaları şamil olunur.
-
Bank mexanizmləri və qiymətli kağızlar bazarı arasında mövcud olan assimetriya
qanunvericilik və requlyasiyanın müxtəlif sahələrində aradan qaldırılmışdır (məs., vergi,
valyuta requlasiyası və s.).
-
Bank sahəsinin nəzarətindən qiymətli kağızlar bazarının infrastrukturu çıxarılmışdır (fond
birjası, mərkəzi depozit) və onun üzərinə mülkiyyət diversifikasiyasının „ədalətli oyun
meydançası“ prinsipinə əsaslanan mexanizmlər tətbiq olunmuşdur və bu sərmayədarlar və
emmitentlərin tam etibarına layiqdir.
-
Pensiya islahatı həyata keçirilib. Bunun nəticəsində dövlət toplama pensiya sistemi gəaliyyət
göstərir və burda toplanmış vəsaitlərin böyük hissəsi məhz yerli qiymətli kağızlara, yerli
iqtisadiyyata yatırdılır.
-
Avropa ittifaqı ilə assosialaşdırma sazişi ilə Gürcüstan qiymətli kağızlarla əlaqəli və ona yaxın
olan qanunları Avropa İttifaqı ilə uyğunlaşdırmağa dair öhdəliklərini yerinə yetirir. Bu
cəhətdən hökumətin hərəkət planı olduqca əhəmiyyətlidir. Bu planda sonraki məsələlərə dair
hökumətin baxışları aydın şəkildə formalaşmışdır: ticarətə qədər və ticarətdən sonra
sövdalaşmalar və qiymətin şəffaflığının artırılması, emitentlərin maliyyə cavabdehliyi və
məlumatlarının açıqlığı, sərmayədarların eynicür şəraitlərdə olmalarını təmin etmək və s.
10. Xahiş edirik, vergi v
ə
fiskal siyas
ə
tl
ə
münasib
ə
td
ə
siyas
ə
tinizi t
ə
svir edin v
ə
bu c
ə
h
ə
td
ə
n
t
ə
ş
ə
bbüsl
ə
rinizin (
ə
g
ə
r bel
ə
bir şey varınızsa) adını ç
ə
kin/müzakir
ə
edin.
İqtisadi siyasət mücərrəd iqtisadi böyüməyə deyil, real iqtisadi inkişafa yönəlmiş olmalıdır. Bu
iqtisadiyyatın real sektoru üzərinə diqqət verməyi, ölkə miqyasında dayanıqlı və tarazlaşdırılmış inkişafı,
hər bir insan üzərində şəhərdə ya kəntdə və ailə rifahını yüksəltməyi və orta təbəqənin formalaşdırılmasını
nəzərdə tutur. Bütün bu işdə vergi sisteminin olduqca böyük rolu vardır.
Vergi siyasəti, vergi növlərinin miqdarı nöqteyi-nəzərindən olduqca liberaldır. Lakin vergi siyasətinin və
vergi administraşdırmanın təkmilləşdirilməsi sosial-iqtisadi inkişaf üzərinə müsbət təsir bağışlayacaqdır.
Usupaşvili - Respublikaçılar
www.partiebi.ge
7
Mədaxil vergiləri ilə münasibətdə proporsional bölüşmə (yəni hər bir mədaxillə bağlı eyni bölüşmə)
aşağıgəlirli vətəndaşlara ədalətsiz vergi yükü olur. Bunun üçün də, biz dəyişikliklər edərək, vergini
olduqca mütərəqqi prinsip üzərinə köçürəcəyik və bu bölgü mərhələvi olacaqdır, 10-dan 15 faizə qədər,
şəxs tərəfindən alınan gəlirlərə görə. Bununla, mədaxil vergisi ilə icbari pensiya və tibbi sığortanın ödənişi
2-dən 5 faizə kimi kombinasiyalı şəkildə olacaqdır.
Mədaxil vergisinin vergi tutma bazasından vergi ödəyən bəzi xərcləri qanunla müəyyən olunmuş
çərçivədə çıxara biləcəkdir, o cümlədən: təhsillə, sığortadan başqa səhiyyə ilə, bəzi ixtisasi fəaliyyətlə bağlı
xərcləri.
2017-ci ilin yanvarın 1-dən təkrar sərmayə kimi yatırdılan qazanc vergisi vergidən azad olacaqdır.
Tərəfimizdən müəssisənin sahibi üçün işçilərinə tibbi sığorta və pensiya ödənişini vermək icbari olacaqdır.
Həmçinin, işçilərin təhsili üçün çəkilmiş xərclər də qazanc vergilərindən vergi tutma bazasından
kənarlaşdırılacaqdır.
Vergi administrasiyalaşdırma vergi ödəyənin maraqlarını daha çox qorumaq istiqamətində
təkmilləşəcəkdir. O cümlədən, iqtisadi cinayətin əhəmiyyətli dərəcədə dekriminalizasiyası fonunda,
maliyyə polisi ləğv olunacaq və onun funksiyaları vergi və istintaq orqanları arasında bölüşdürüləcəkdir.
11. Dövl
ə
t x
ə
rcl
ə
rinin ümumdaxili mallarla münasib
ə
td
ə
sizin üçün m
ə
qbul olan proporsiyasını deyin,
ə
g
ə
r
bel
ə
bir mövqeyiniz varsa.
Ğlkədə istehsal olunan ümum daxili məhsulun artması əhəmiyyətli parametrdir, lakin o iqtisadi inkişafın
sinonimi deyildir. Onun daxili strukturu və üzərinə təsir etdiyi benefisiyarları daha əhəmiyyətlidir. ÜDM
artımı, əsasən, iri şirkətlər və firmaların uğurlarını əks etdirir. Belə firmalar bir çox hallarda dövlət
sifarişləri xərcinə işləyirlər, dünyanın hər ölkəsində əhalinin əsas işlə təmin edicisi olan kiçik və orta
biznesin payı,onda əhəmiyyətsiz dərəcədə azdır. Ölkənin iqtisadi inkişafı nə sektorca, nədə coğrafi
baxımdan diversifikasiya olunmayıbdır - bölgələrin tənəzzülü fonunda yalnız bir neçə sektor inkişaf edir,
buda yalnız paytaxtda müşahidə olunur. „İqtisadi artım“ əhalinin vəziyyətini yaxşılaşdırmayıb.
ÜDM-nin artması əgər mənfəətin eyniləşdirilməsi baş vermədisə, cəmiyyətinin rifahının yaxşılaşdırılması
demək deyildir yəni əgər gəlirlərin bölüşdürülməsi ədalətli olmadısa və iqtisadi uğuru hər bir ailə hiss
etmədisə; ictimai finansların idarəçiliyində effektli və şəffaflığın müasir standartları və ictimaiyyət
tərəfindən ödənilən vergilər maksimum şəkildə optimalca xərclənmədisə; əgər ailə, keyfiyyətli iş, təhsil və
səhiyyə inkişaf strategiyasının prioritetləri olmadısa əhəmiyyəti yoxdur.
Hökumət yalnız ÜDM göstəricisi ilə maraqlanmamalıdır. O əhalidən mənzil şəraitlərindən, gəlirləri
miqdarından, iş yerindən, yaşayış infrastrukturundan, təhsil və səhiyyə keyfiyyətindən, hakimiyyətin
effektliliyindən, hətta vətəndaş öz vaxtını işi və şəxsi həyatı arasında necə bölüşə bildiyindən belə nə qədər
razı olduğunu soruşmalıdır. Təəcüblü deyildir ki, inkişaf etmiş ölkələr 1000 kimi obyektiv və subyektiv
indikatora nəzarət etməklə real inkişafın keyfiyyətini ğyrənməyə çalışırlar.
12. Dövl
ə
t borcları v
ə
büdc
ə
qıtlığı il
ə
bağlı n
ə
kimi siyas
ə
tiniz var, bu istiqam
ə
td
ə
n
ə
kimi siyas
ə
t
yürüd
ə
c
ə
ksiniz?
Bu məsələ ilə bağlı partiyanın mövqeyi naməlumdur.
Usupaşvili - Respublikaçılar
www.partiebi.ge
8
13. 13. Xahiş edirik, siyas
ə
tinizin prioritetl
ə
rin
ə
uyğun olaraq dövl
ə
t büdc
ə
sini böl
ə
siniz (M
ə
s
ə
l
ə
n: müdafi
ə
25%, s
ə
hiyy
ə
25%, sosial sah
ə
25%, t
ə
hsil 15%, dig
ə
r 10% v
ə
s. bu kateqoriyada ‘’dig
ə
r’’ yalnız 3%-d
ə
n az
h
ə
cmli istiqam
ə
tl
ə
r düş
ə
c
ə
kdir).
Bu məsələ ilə bağlı partiyanın mövqeyi naməlumdur.
14.
Ə
razi bütövlüyü b
ə
rpa etm
ə
k üçün n
ə
kimi siyas
ə
t yürüd
ə
c
ə
ksiniz?
Abxazlarla və Osetinlərlə barışmağın yolunu avropalaşmaqda, institusyonal əsasını isə – avroiteqrasiyada
görürük. Buna əsas isə Gürcüstanın liberal demokratiya və qanun aliliyinin, siyasi pluralizm və vətəndaş
bərabərlik dövləti kimi formalaşmasındadır.
Münaqişələrin həlli üçün ən əhəmiyyətli aləti kimi dialoqu hesab edirik. Dialoq qarşılıqlı etibar və
barışmaq üçün zəruri zəmin yaradır. Bizim qəti mövqeyimiz münaqişələrin yalnız və yalnız sülh yolu ilə
həllidir.
Avxaziya və Tsxinvali bölgəsində (Cənubi osetiyada) münaqişələrin həllini müasir avropa dövləti kimi
formalaşma paradiqmasında görürük. Bu paradiqma subsidiyarlıq, assimetrik regionallıq prinsipinə
əsaslanır. Belə dövlətdə hər bir etnik qrupun vətəndaş, siyasi, sosial və mədəni hüquqları bir dəyər kimi
qorunur və hər bir diskriminasiya növü istisna olunur. Eyni zamanda Abxaziya və Cənubi Osetiynın
münaqişələri açıq assimetriyası obyektiv xarakterli olduğu üçün, münaqişələrin həllinin hüquqi-siyasi
düsturları fərqli ola bilər.
İşğal olunmuş ərazilər haqqında qanun Venesiya komissiyası məsləhətləti ilə uyğunlaşdırılmalıdır. Belə
halda bu prinsipi rəhbər tutmalıyıq ki, qanun işğala qarşı olmalıdır, işğal edilmiş ərazidə yaşayanlara qarşı
deyil.
Lbeynəlxalq missiyalar qayıtmalı və barışıq prosesində fəal iştirak etməlidirlə. Avropa İttifaqının
tanımama və iştirakı siyasəti kamil şəkildə işə düşməlidir.
Avropa İttifaqı ilə assosialaşdırma sazişinin imzalanması, dərin və əhatəli azad ticarət zonasının
formalaşdırılması və vizaların liberallaşdırması istiqamətində Gürcüstanın irəliləməsi Gürcüstan
vətəndaşlarına əlavə imkanlar verir və istəyimiz Abxaziya və Tsxinvali bölgəsində (cənubi
osetiya)yaşayanların da ondan istifadə etməsidir. Gürcüstan Abxazlara və Osetinlərə ümumi avropa
gələcəyinə tərəf getməyi təklif etməlidir.
İctimai və sosial məsələlər
1. S
ə
hiyy
ə
nin
ə
lçatan olması v
ə
onun keyfiyy
ə
tini artırmaq üçün n
ə
kimi siyas
ə
t yürütm
ə
yi v
ə
hansı
konkret t
ə
dbirl
ə
ri h
ə
yata keçirm
ə
yi planlaşdırırsınız?
İstəyirik ki xəstələnməmizə görə müflisləşməyək, hər bir vətəndaş üçün keyfiyyətli və əlçatan tibbi xidmət
olsun, səhiyyə xərcləri isə dövlət büdcəsinə ağır oturmasın. Bunun üçün səhiyyə sisteminin effeqtli xərcli
və sərmayələr üçün czibədar sahəyə çevrilməsi gərəkdir.
2012-ci ildən sonra hamılıqlı səhiyyənin tibbi sığortası mexanizmi tətbiq olundu. Bu ictimaiyyətdə çox
müsbət qarşılandı, ancaq səhiyyə istiqamətində büdcə xərcləri durmadan artmaqdadır. Bu vəziyyət vaxtlı
həll olunmasa, gələcəkdə də, tibbi xidmətin keyfiyyəti aşağa düşə bilər, korrupsiya və başqa problemlar
Usupaşvili - Respublikaçılar
www.partiebi.ge
9
baş qaldıra bilər. Bundan irəli gələrək icbari tibbi sığortanın özəl sistemi arealını genişləndirmək vaxtıdır.
Bu sistemə artıq əhalinin bir qismi korporativ sığortalar şəklində qoşulmuşdir. Bu yöndə ilk addım 700
minə kimi işçinin dövlət tərəfindən müəyyənləşmiş minimal paketlə özəl sığorta şirkətlərinə
qoşulmalarıdır. Burda stimullaşdıran mexanizmlərdən istifadə olunmalıdır, ictimai sektorda işləyənlər
üçünsə – ailə paketləri ilə sığortanı təmin etmək üçün icbari sığorta mexanizmlərindən də istifadə
olunmalıdır. İcbari sığorta sisteminin gətirilməsi, mədaxil vergilərinin qismən icbari minimal sığorta
ödənişi kimi tranformasiya olunacaq, o cümlədən, ailə paketlərinin satın-alınması hesab olunmaqla, iş
verən üçün sığorta ödənişlərini stimullaşdırmaq (qazancından verginin tutulmaması)özəl sığorta arealını
genişləndirəcəkdir. Bu yolla özəl sığorta şirkətində sığortalananların sayı 2 milyona çatacaqdır və
hamılıqlı səhiyyə sığortası benefisiyarlarının sayını və bunun üçün büdcədən ayrılan pulları azaldacaqdır.
Özəl sığorta şirkətlərinə sığortalananların tibbi xidməti xərcləri hamılıqlı səhiyyə sistemindən
maliyyələşdirilməməlidir. Bundan əlavə özəl tibbi sığorta paketini itirdikdə hamılıqlı səhiyyə paketini sadə
və gecikdirilmədən almaq da mümkün olmalıdır.
2. Sosial t
ə
hlük
ə
sizliyini yaxşılaşdırmaq m
ə
qs
ə
di il
ə
ir
ə
li hansı t
ə
ş
ə
bbüsl
ə
ri (bel
ə
bir şeyiniz varsa)
sürürsünüz?
Milli Hərəkat hökuməti pensiya sistemini büdcədən yardım halına çevirdi. Bu sistem 2012-ci ildən sonra
da qaldı və dünyanın bir çox ölkəsində olduğu kimi toplaşma pensiya sistemini yaratmaq istiqamətindı
adımlar atılmadı. Yaxın zamanlarda bu istiqamətdə islahatların başlanması və bu büdcə yükündən
yavaşyavaş azad olmaq zəruridir. Bu məqsədlə əhali 3 kateqoriyaya ayrılmalıdır:
1.
Pensiya yaşında olan insanlar, bu gün birləşdirilmiş pensiyaları alanlar. Bu qrupun nümayəndələri
üçün pensiya təyin olduqda onların keçmiş əmək stajları və diferensiyalı pensiyanın təyin
olunması üçün lazımi xüsusiyyətlər nəzərə alınmaldır. Şərti pensiya kapitalı qanunla hesablansın
və aylıq pensiya ordan çıxarılsın.
2.
Gələcəkdə pensiya yaşına daxil olan insanlar. Bu qrup üçün qarışıq modeldən istifadə olunmalıdır,
bu adamlar icbari pensiya sığortası sisteminə daxil olacaqlar və orda onların gəlirlərindən
toplanaraq pullar pensiya hesabına köçürüləcəkdir. İslahatlar başlayana qədər dövrdə şərti
pensiya kapitalının düsturundan istifadə olunacaqdır, onlar pensiya yaşına çatana qədər
pensiyanın hesablama qaydası bu iki komponentdən təşkil olunur.
3.
Uzaq gələcəkdə pensiya yaşına çatacaq və islahat başlayan kimi icbari pensiya sığortası sisteminə
qoşulacaq gənclər, öz gəlirlərindən müəyyən pullar qənaət etməklə öz pensiyalarını fondda
toplayacaqlar.
Pensiya sistemi üçün iki modeldən istifadə etmək mümkündür: biri odur ki, yalnız dövlət pensiya fondu
yaradılır və ikincisi odur ki, sistem yalnız özəl pensiya fondları ilə təqdim olunur. İlkin mərhələdə qarışıq
modeldən istifadə etmək olar yəni həm dövlət, həm özəl pensiya modelləri yanaşı mövcud ola bilər.
3. M
ə
cburi köçkünl
ə
rin yaşayış v
ə
iş mühitini daha yaxşı t
ə
şkil etm
ə
k üçün n
ə
kimi siyas
ə
t yürüd
ə
c
ə
ksiniz?
Barışıq siyasətinin gündəmində Qali rayonunun, beynəlxalq monitoring şəraitlərində, insan hüquqları və
azadlıqlarının müdafiəsi, qayıdanların təhlükəsizliyi, əhalinin başqa qruplarla onların bərabərhüquqlu
olmalarının hər hansı formada diskriminasiyasının qarşısı alınmasına dair qarantiyalar yaradadılmalıdır.
Belə şəraitlərin təmini qaçqınların qayıtması faktını tanımaq barədə abxazlarla iki tərəfli formatda sənəd
hazırlamaq üzərində işlərin başlamasına imkan yaradır. Sənəddə həmçinin Abxaziyanın başqa
Usupaşvili - Respublikaçılar
www.partiebi.ge
10
rayonlarında qaçqınların mərhələvi, təhlükəsiz, ləyaqətli qayıdışının prinsipləri təsbit olunmalıdır. Bu cür
mətni imzalamağı ikitərəfli və beynəlxalq səviyyədə insan hüquqlarının kütləvi pozulmasına görə reaksiya
mexanizmlərindən istifadə zəruriyyətini və qarşılıqlı etibar yolunda əhəmiyyətli addım hesab edirik.
Analoji prinsiplər əsasında qaçqınların osetin tərəfi ilə də qayıtma məsələsi həll olunasıdır.
Könüllü qayıtmaq hüququ ilə faydalanmaq haqqı münaqişələrə görə öz evlərini və əmlaklarını
Gürcüstanın başqa bölgələrində tərk etməyə məcbur olan şəxslərə də şamil olunur. Biz „keçmiş cəubi
osetiyanın muxtar bölgəsində münaqişə nəticəsində Gürcüstan ərazisində zərərçəkmişlərin əmlak
restitusiyası və təzminatı haqqında“ qanunu (2007-ci yanvarın 1-i) qəbul edir və bu məsələlərin daha geniş
hüquqi və coğrafi konteksdə müzakirəsi üçün hazır olmalıyıq.
Qali və Axalqori rayonlarının sakinlərinin təhlükəsizliyi və diskriminasiyasına yol verməmək münaqişə
tərəfləri arasına etibarın əhəmiyyətli şərtlərindən biridir. „Borderizasiya“ adlanan praktika ətrafda yaşayan
əhalinin sosila-iqtisadi vəziyyətinin kəskin pisləşməsinə bais olur, insanların fundamental hüquqlarını
pozur. Gürcüstan bu rayon sakinlərinin vəziyyətinin yüngülləşdirilməsinə (onların etnik mənşəyinə
baxmayaraq) yerli hakimiyyətlə bərabər davranmaqla, beynəlxalq iştirakçılar və beynəlxalq missiyalarının
nəzarəti altında cəhd edir.
4. Azlıqların hüquqlarını qorumaq v
ə
ölk
ə
nin ictimai-siyasi h
ə
yatında onların daha çox inteqrasiyası üçün
n
ə
kimi t
ə
klifl
ə
riniz (
ə
g
ə
r bel
ə
bir şeyiniz varsa) var?
Dövlət şəxsin azad inkişafı və bərabər şəraitlərini yaratmağın qeydinə qalmalıdır. Azad insan tərəqqi
qaynağıdır. Hakimiyyətin funksiyası fərdin azadlığına müdaxilə etməməkdən ibartdir. İfadə və məlumat
azadlığı müasir ictimaiyyətin əsas dayanacağıdır, çünki yalnız özünürealizə etmiş insan dərrakəli qərar
almağa qadirdir.
Zəif sosial qrupların və fərdlərin problemlərini dəqiq eyd etməyə və sistemləşdirməyə ehtiyac var. Dövlət
siyasəti bərabərcə mühit yaratmağa və müstəqil həyatı təmin etmək üçün istiqamətlənməlidir.
Etnik və dini azlıqların nümayəndələri, qadınlar, uşaqlar, yaşlılar, fiziki qüsurlu və LGBT şəxslər, zəif
qruplar kimi, fərdi yanaşmaların hazırlanmasına ehtiyac duyurlar.
Ona baxmayaraq ki, Gürcüstan “Diskriminasiyanın hər bir formasının aradan qaldırılması haqqında”
konvensiyaya qoşulub və “Diskriminasiyanın hər bir formasının aradan qaldırılması haqqında” qanun
qəbul edib, real həyatda, məişətdə diskriminasiyanın aradan qaldırılması üçün effektli mexanizmlər
yoxdur. Buna görə, belə bir mexanizmləri yaratmaq, məsələn, müvafiq sanksiyalar və vurulmuş maddi və
mənəvi zərəri ödəmək öhdəliyini təyin etmək zəruridir, diskriminasiya faktlarını aşkar etmək üçün Xalq
Müdafiəçisinə verilmiş səlahiyyətlər genişlənməlidir.
LGBT insanlara dövlət siyasətinin yanaşması xüsusi problemdir. Onlar bir çox hallarda zorakılıq və nifrətlə
səbəblənmiş cinayət qurbanı olurlar. Bu icma(lar)ın nümayəndələri həyatın müxtəlif sahəsində
diskriminasiya ilə qarşılaşırlar. Problemi onlarla əlaqədar olan məsələlərin mənəvi cəhətdən görülməsi
yaradır, hüquqi yox. Cinayət və zorakılıq faktlarına adekvat reaksiya vermək və qanunun tələblərinin
ədalətli uyğunladırılması lazımdır.
5. Parlamentl
ə
rarası ittifaqın (Inter Parliamentary Union) verilmişl
ə
ri il
ə
, Gürcüstan qanunvercilik
orqanının üzvü qadınlar sayı il
ə
185-d
ə
n 147-ci yeri tutur. Xahiş edirik, qadınların siyas
ə
td
ə
h
Dostları ilə paylaş: |