gəldikdə müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi. Əgər türklər belə tez
gəlməsəydilər Petrovsk şəhərinin bütün müsəlmanlarını bu cür ölüm gözləyirdi. Meyitlər
eybəcər hala salınmışdı, əlsiz, ayaqsız, kəllələri dağıdılmış vəziyyətdə idi və çoxlarını tanımaq
mümkün deyildi. Türklər bütün meyitlərin şəklini çəkdilər və saylarını müəyyənləşdirdilər.
Mənim qardaşımı öldürmüşdülər, başını tamamilə dağıtmışdılar və mən onun meyitini yalnız
kostyumundan tanıya bildim. Bütün bu vəhşiliklərə Stepan Lalayev, Ruben Ağamalyants və
beş nəfər digər ermənilər rəhbərlik edirdi. Bu sonuncular milliyyətcə rus, lakin soyadını
bilmədiyim qarnizon rəisinin yanında xidmət edirdilər. Ermənilər mənim 500 rubl dəyərində
paltomu və 6000 nağd pulumu qarət ediblər. Türklər gəlməsəydi, yəqin ki, mən də əzablı
ölümdən qaça bilməyəcəkdim. İndi burada, Bakı şəhərində, müsəlmanları Petrovskda qətlə
yetirmiş 7 nəfər ermənini sivil geyimdə görürəm, onlar tam azad şəkildə sakitcə şəhərdə gəzib-
dolanırlar. Onların məsuliyyətə cəlb edilməsi haqqında sərəncam verməyinizi xahiş edirəm.
Onların soyadlarını bilmirəm, amma bu şəxsləri göstərə bilərəm. Onlarla küçədə rastlaşanda,
mən ağladım…Oxundu. Əli Əsgər Xuda Baxış oğlu, imza. Komissiya üzvləri: Aleksandroviç,
Takinski,А.Kluge (imzalar). İfadəmə əlavə olaraq göstərirəm ki, bu gün Bakının Şamaxinka
hissəsində, çörək alarkən 7 erməni qatilindən biri ilə rastlaşdım, o məni yanına çağırdı, necə
sağ qaldığımı soruşdu və dedi: “Tezliklə hamınızın birdəfəlik axırına çıxacağıq”. AR Pİİ SSA,
f. 277, s. 2, iş 14, v. 31-32.Sənəd № 607
Ələkbər Tağı oğlu, İran təbəəsi, Bakı şəhəri, Bazarnaya küçəsi, 43 №-li evdə yaşayıram,
savadsızam. Mənim, biri Vrangelskaya küçəsi, 19 №-li evdə, digəri isə Bazarnaya küçəsi, 3 №-li
evdə yerləşən iki çayxanam, həmçinin Vorontsovskaya küçəsi 7 №-li evdə baqqal dükanım,
Bazarnaya küçəsi, 3 №-li evdə isə mənzilim var idi. Mart ayının 20-də erməni əsgərləri içində
50 nəfərdən artıq müsəlmanın tamamilə yandığı “Dağıstan” mehmanxanasına od vurdular,
“Dağıstan” mehmanxanasının qarşısında yerləşən Karvansaraya od vurdular və burada 100
nəfərdən artıq müsəlman tamamilə yandı. Bunun ardınca erməni əsgərləri Abbas Eyvazovun
Lalayevin evində yerləşən Karvansarayına soxuldular və erməni zabiti revolverlə 7 müsəlmanı
– mənim üç bacım oğlanlarını – Mövsüm Ağa Sadıq oğlunu, Mirzə Bağır Mövsüm oğlunu,
Qulam Əli Bəyməmməd oğlunu, Qarabağ sakini Salmanı və onun qardaşı İsgəndəri,
“Növbahar” restoranının işçisi Qurban Əlini öldürdülər. Ola bilsin ki, ermənilər daha çox
Dostları ilə paylaş: |