54. 1994-cü il mayın 8-də qəbul edilmiş
Bişkek protokolu nəyi nəzərdə tuturdu?
Bişkek protokolu 1994-cü il 4-5 may tarixində Rusiyanın dəstəklədiyi
regional təşkilatın Parlamentlərarası Assambleyası, Müstəqil Dövlətlər
Birliyi (MDB), Qırğızıstan parlamenti, Federal Məclis və Rusiya Fede-
rasiyasının Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Qırğızıstanın paytaxtı
Bişkekdə keçirilən iclas nəticəsində 1994-cü il mayın 8-də imzalanmışdır.
Ermənistan və Azərbaycan Respublikaları arasında Dağlıq Qarabağ üzrə si-
lahlı hərbi münaqişənin yalnız respublika əhalisi üçün deyil, eləcə də digər
regional ölkələr üçün mənfi təsiri olduğundan və beynəlxalq vəziyyəti
ciddi şəkildə ağırlaşdırdığından, bu münaqişəni dayandırmaq üçün bü-
tün mümkün variantları göstərən bu protokol MDB və Parlamentlərarası
Assambleyanın fəal rolunun xeyrinə idi; bu münaqişə tərəflərini 1994-
cü il 8-9 may tarixində gecə yarısı atəşi kəsməyə çağırır; və MDB üzv
dövlətlərin parlamentlərinə MDB-nin sülhməramlı qüvvələrinin bölgəyə
göndərmələrini təklif edirdi.
523
Mayın 4-5-də MDB ölkələri Parlament nümayəndə heyətləri Dağlıq
Qarabağ münaqişəsini müzakirə etmək və Bişkek Protokolunu imzala-
maq üçün Bişkekə gəldilər. Azərbaycan Parlamentinin vitse-spikeri və
Azərbaycanın Bişkek nümayəndə heyətinin rəhbəri Afiyəddin Cəlilov
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin razılığı la-
zım olduğunu deyərək sənədi imzalamaqdan imtina etdi. Thomas de
wal qeyd edir ki, “Azərbaycan rəhbərliyi qaçılmaz seçim ilə üzləşmişdi.
Protokolu imzaladığı halda ən yaxşı variant olaraq sülh əldə edəcək,
hərbi ambisiyalardan vaz keçəcək, daxildə isə xalqın mənfi reaksiyası ilə
üzləşəcəkdi”.
524
Azərbaycan nümayəndə heyəti Prezident Əliyevin razılığı olmadan
Protokolu imzalamaqdan imtina etdiyi üçün danışıqlar tərəfi Bakıdan
təsdiq alana kimi Cəlilov üçün ayrılmış imza yerinin boş saxlanılması
523 “Bishkek Protocol”, 5 May 1994; (http://www.ca-c.org/dataeng/books/book-1/12.appendix-09.
shtml). Accessed on November 27, 2013.
524 a.k.ə. De Wall, Thomas (2003), p. 238.
186
QARABAĞ
99 SUALDA
qərarına gəldilər. Bişkek görüşü keçirilərkən
Prezident Heydər Əliyev Brüsseldə rəsmi
səfərdə idi. Mayın 8-də Bakıya qayıdanda
Vladimir Kazimirov da Bişkek protokolu
üzrə Azərbaycan prezidenti ilə danışıqlar
aparmaq üçün Azərbaycana gəldi. Uzun
danışıqlardan sonra Azərbaycan tərəfi
protokolda iki dəyişiklik edildiyi təqdirdə
bu sənədi imzalayacağını bildirdi.
525
Buna
görə də, 1994-cü il mayın 8-də Bişkek
protokolu imzalanan zaman sənəddə aşa-
ğıdakı dəyişiklik edildi: “bu protokol bu
şərtlə təsdiq edilir ki, bu mətnin 5-ci ab-
zasında yuxarıdan üçüncü sətirdə “tu-
tulmuş ərazilər” sözləri “işğal olunmuş
ərazilər” sözləri ilə əvəz edilir və atəşkəsdən
sonra cəbhə xəttində yerləşdiriləcək
“müşahidəçilər”in
isə
”beynəlxalq
müşahidəçilər missiyası” olması kimi qeyd
edilir”.
526
Bundan başqa, Azərbaycan tərəfi
o zaman Dağlıq Qarabağın azərbaycanlı
icmasının lideri Nizami Bəhmənovun da
protokolu imzalamasını tələb etmişdilər, lakin o gün o Bakıda deyildi.
527
Beləliklə, altı nəfər, habelə iki erməni, bir azərbaycanlı rəsmisi, Parla-
ment spikeri Bişkek Protokolunu imzaladılar.
Bişkek Protokolunun əhəmiyyətinə gəlincə, illər sonra Rusiya səfiri
Vladimir N.Kazimirov bildirmişdi ki, o zamanlar MDB-dən başqa
münasibətlərin normallaşdırılması və Azərbaycan və Ermənistan arasında
silahlı münaqişənin dayandırılması ilə dərindən maraqlanan beynəlxalq
qurum yox idi. O, həmçinin qeyd etmişdi:
525 a.k.ə. De Wall, Thomas (2003), p. 238.
526 a.k.ə. “Bishkek Protocol”.
527 a.k.ə. De Wall, Thomas (2003), p. 238.
Azərbaycan tərəfi protokolda
iki dəyişiklik edildiyi təqdirdə
bu sənədi imzalayacağını
bildirdi. Buna görə də, 1994-
cü il mayın 8-də Bişkek
protokolu imzalanan zaman
sənəddə aşağıdakı dəyişiklik
edildi: “bu protokol bu şərtlə
təsdiq edilir ki, bu mətnin
5-ci abzasında yuxarıdan
üçüncü sətirdə “tutulmuş
ərazilər” sözləri “işğal olunmuş
ərazilər” sözləri ilə əvəz
edilir və atəşkəsdən sonra
cəbhə xəttində yerləşdiriləcək
“müşahidəçilər”in
isə ”beynəlxalq müşahidəçilər
missiyası” olması
kimi qeyd edilir”.
187
QARABAĞ
99 SUALDA
Çox nahaq yerə Bişkek görüşü və protokolu mətbuatın və
tədqiqatçıların diqqətini daha əhəmiyyətli sənəddən - qırğına
son verilməsinin aktuallığını və zəruriliyini son dərəcə israr və
qətiyyətlə ön plana çəkən MDB Dövlət Başçıları Şurasının 15 ap-
rel 1994-cü il tarixli bəyannaməsindən yayındırdı. Əliyev və Ter-
Petrosyan bu sənəd üzrə razılığa gəlmişdilər və bu nadir hallarda
baş verən bir hadisə idi. Bu bir ay sonra uğurla baş tutan Rusiya
diplomatiyasının vasitəçilik səylərinin artmasına səbəb oldu.
528
Digər tərəfdən, Nikolas Miller Bişkek Protokoluna sonradan bir
sıra məsələlərin daxil edilməsinə baxmayaraq bunun Cənubi Qafqa-
zın iki respublikası arasında Dağlıq Qarabağ münaqişəsinin səbəblərini
göstərmədiyini və ancaq mübarizə nəticələri barədə məlumat verdiyini
iddia edirdi. Onun sözlərinə görə, cənub sərhədlərində maraqlarını qoru-
maq üçün Rusiyanın dəstək olduğu bu protokol münaqişə tərəflərinə hərbi
qarşıdurmanın hər iki tərəfin maraqlarına zidd olduğunu göstərirdi.
529
Nəticədə, Rusiyanın dəstəkləyib dəstəkləmədiyindən asılı olmayaraq, Biş-
kek Protokolu 1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasın-
da atəşkəs sazişinin imzalanmasına səbəb oldu ki, bu da münaqişə tərəfləri
arasında gedən qızğın hərbi qarşıdurmaya, azərbaycanlıların öz tarixi
yurdlarından didərgin salınmasına son qoydu və erməni silahlı qüvvələri
tərəfindən azərbaycanlıların soyqırımının qarşısını aldı.
BİŞKEK Protokolu
(Qeyri-rəsmi tərcümə)
1994-cü il mayın 4-5-də MDB-nin Parlamentlərarası Assambleyası,
Qırğızıstan Parlamenti, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və
Federal Məclisinin təşəbbüsü ilə Bişkekdə keçirilən görüşün iştirakçıları:
528 Kazimirov, Vladimir N., “We Must Remove Artificial Obstacles to Settling the Karabakh Situation”,
in Aldis, Anne C., ed., Shaping An Environment for Peace, Stability & Confidence in South Caucasus: the
Role of International & Regional Security Organizations (Conflict Studies Research Centre, 2002), pp.
63-64.
529 Miller, Nicholas W., “Nagorno Karabakh: A War without Peace”, in Eichensehr, Kristen & Reisman,
W. Michael ed., Stopping Wars and Making Peace: Studies in International Intervention (Martinus
Nijhoff Publishers, 2009), p. 64.
188
QARABAĞ
99 SUALDA
- hər hansı vasitə ilə olur olsun, Azərbaycan və erməni xalqına düzəlməz
ziyan vuran, eləcə də regionun digər ölkələrinin maraqlarına əsaslı
surətdə toxunan və beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə
çətinləşdirən Dağlıq Qarabağ və onun ətrafında silahlı münaqişənin
dayandırılmasında qətiyyətli olduqlarını bildirdilər;
- MDB Dövlət Başçıları Şurasının 1994-cü il 15 aprel Bəyanatını
dəstəkləyərək, mümkün qədər tez müvafiq müqavilə bağlamaqla silah-
lı münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırıl-
masında icra hakimiyyəti başçıları və nümayəndələrinin səylərinə tam
yardıma hazır olduqlarını bildirdilər;
- münaqişənin dayandırılması və bununla bağlı BMT və ATƏM
prinsipləri, məqsəd və vəzifələri və konkret qərarlarının (ilk növbədə
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinin)
həyata keçirilməsində MDB və Parlamentlərarası Assambleyanın fəal
könüllü rolu barədə müsbət rəy bildirdilər;
- münaqişənin bütün tərəflərini rasional davranmağa çağıraraq: 1994-
cü il 18 fevral Protokolunu əsas tutaraq (müşahidəçilərin bir hissəsinin
yerləşdirilməsi də daxil olmaqla) bu il mayın 8-dən 9-na keçən gecə
atəşi dayandırmalı və ən qısa zamanda intensiv işlər görməklə hərbi
əməliyyatlar və düşmənçilik əməliyyatlarının yenidən başlanmasına
imkan verməyən, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması və
kommunikasiya fəaliyyətinin bərpa olunması, qaçqınların qaytarılma-
sı, danışıqlar prosesinin davam etdirilməsi mexanizmini nəzərdə tutan
etibarlı, yerinə yetirilməsi məcburi olan hüquqi müqavilənin imzalan-
ması yolu ilə bunu möhkəmlətmək;
- Parlamentlərarası Assambleya Şurasının sədri V.F.Şumeyko və Dağlıq
Qarabağ üzrə sülhməramlılar qrupunun rəhbəri M.Ş.Şerimkulovun
Birliyin sülhməramlı qüvvələrinin yaradılması barədə təklifini
müzakirə etmək üçün MDB üzv dövlətlərinin parlamentlərinə təklif
vermək barədə razılığa gəldilər;
- silahlı münaqişənin sülh yolu ilə həllini tapmaq naminə belə görüşlərin
davam etdirilməsi məqsədəuyğun hesab edilsin;
- əlverişli iş şəraiti yaradılması, səmimiyyət və qonaqpərvərliyə görə
189
QARABAĞ
99 SUALDA
Qırğızıstan xalqına və rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Nümayəndələr adından:
A.Cəlilov
(Azərbaycan Ali Sovetinin sədri R.Quliyev tərəfindən imzalanıb)
K.Baburyan
([Qondarma] Dağlıq Qarabağ Respublikası Ali Sovetinin sədri)
B.Ararktsyan
(Ermənistan Ali Sovetinin sədri)
V.Şumeyko
(Rusiya Federasiya Şurasının sədri)
M. Şerimkulov
(Qırğızıstan Ali Sovetinin sədri)
V.Kazimirov
(Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi,
Rusiya Vasitəçilik Missiyasının başçısı)
M.Krotov
(Üzv dövlətlərin Parlamentlərarası Assambleya Şurası Katibli yinin başçısı)
Bişkek, 5 May, 1994.
55. Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi
nə zaman imzalanıb?
1994-cü il mayın 11-dən 12-nə keçən gecə qüvvəyə minən atəşkəs
müqaviləsi 1994-cü il mayın 8-də MDB ölkələri parlamentləri nümayəndə
heyətlərinin iclasında imzalanmış Bişkek protokolunda qeyd olunan atəşkəs
müraciətinə cavab idi. Atəşkəsə dair sənəd
üç hərbi rəhbər tərəfindən - Azərbaycanın
Müdafiə naziri Məmmədrəfi Məmmədov
tərəfindən mayın 9-da Bakıda, həmkarı Serj
Sarkisyan tərəfindən mayın 11-də Yerevanda
və “Qarabağ ermənilərinin komandiri” Sam-
vel Babayan tərəfindən 1994-cü il mayın 11-
də Xankəndində imzalanmışdı. Atəşkəs haq-
qında sazişə əsasən tərəflər atəşkəsi tam təmin etməli və 1994-cü il 12 may
00:01-dən etibarən hərbi əməliyyatları dayandırmalı idilər.
Atəşkəs haqqında sazişə
əsasən tərəflər atəşkəsi
tam təmin etməli və 1994-
cü il 12 may 00:01-dən
etibarən hərbi əməliyyatları
dayandırmalı idilər.
190
QARABAĞ
99 SUALDA
Sənədə əsasən, “tərəflər 12 may saat 23:00-dək gələcəkdə oxşar
sənədlərə mümkün əlavələr edilməsi və əsas müddəalarının birləşdirilməsi
məqsədilə atəşkəs haqqında sazişə dair əmrlərin mətnini mübadilə etməli
idilər” və münaqişə tərəflərinin səlahiyyətli nümayəndələri eyni sənədi
imzaladıqdan dərhal sonra saziş qüvvəyə minəcəkdi.
530
Atəşkəs Sazişi (Qeyri-rəsmi tərcümə)
RUSIYA FEDERASİYASININ MÜDAFİƏ NAZİRİ P.S.QRAÇOV,
RUSİYA FEDERASİYASİNİN XARİCİ İŞLƏR NAZİRİ A.V.KOZIREV,
V.N.KAZİMİROV
1994-cü il mayın 5-də Bişkek protokolunda atəşkəsə dair müraciətə
cavab olaraq, 1994-cü 18 fevral Protokolunu rəhbər tutaraq münaqişə
tərəfləri aşağıdakılar barədə razılığa gəldilər:
1. atəşkəs sazişinin tamamlanmasından tam əmin olmaq və 1994-cü il
mayın 12-də 00:01-dən başlayaraq hərbi əməliyyatların tam dayandı-
rılmasını təmin etmək.
Atəşkəs haqqında müvafiq sərəncamlar veriləcək və 1994-cü il ma-
yın 11-dən gec olmayaraq onların icrası üçün məsul hərbi hissələrin
zabitlərinin nəzərinə çatdırılacaq.
Tərəflər 12 may saat 23:00-dək gələcəkdə oxşar sənədlərə mümkün
əlavələr edilməsi və əsas müddəalarının birləşdirilməsi məqsədilə
atəşkəs haqqında sazişə dair əmrlərin mətnini mübadilə edəcəklər.
2. Rusiya Federasiyasının Müdafiə nazirindən xahiş olunsun ki, bu il
mayın 12-dən gec olmayaraq qoşunların təmas xətti, digər vacib
hərbi-texniki məsələlər və beynəlxalq müşahidəçilərin ilk qrupunun
yerləşdirilməsinə hazırlıqla bağlı məsələlərin razılaşdırılması məqsədi
ilə Azərbaycan və Ermənistan Müdafiə nazirlərini və Dağlıq Qarabağ
ordusunun komandirini təcili Moskvaya çağırsın.
3 . Bu müqavilə qarşıdakı 10 gün ərzində danışıqların başa çatması və bu il
530 “The Cease-fire Agreement”, May 1994; (http://www.ca-c.org/dataeng/books/book-1/12.
appendix-10.shtml). Accessed on November 30, 2013.
191
QARABAĞ
99 SUALDA
mayın 22-dən gec olmayaraq silahlı münaqişənin dayandırılması haq-
qında sazişin bağlanması üçün istifadə olunacaq.
4. Vasitəçi münaqişə tərəflərinin səlahiyyətli nümayəndələri tərəfindən
imzalanmış tamamilə eyni sənədləri qəbul etdiyini bildirəndən sonra
bu saziş dərhal qüvvəyə minəcək.
Azərbaycanın Müdafiə naziri
Ermənistanın Müdafiə naziri
Dağlıq Qarabağ Ordusunun komandiri
May 1994
56. 1994-cü ilin may ayında atəşkəslə bağlı Rusiyanın
vasitəçiliyi nə üçün uğurla nəticələndi?
1994-cü il may ayında bağlanmış atəşkəs sazişi əsasən Rusiya Fede-
rasiyasının çox çətin vasitəçilik səyi nəticəsində baş tutdu. Thomas de
Wallın da qeyd etdiyi kimi, “münaqişədə yeganə uğurlu vasitəçilik səyi,
yəni 1994-cü ildə bağlanmış atəşkəs sazişi, yalnız bir şəxsin Rusiya Federa-
siyasının nümayəndəsi Vladimir Kazimirovun aparıcı dövlət rəsmiləri ilə
uzun və gərgin, lakin nəticə etibarilə məhsuldar olan üzbəüz müzakirələri
sayəsində mümkün olmuşdur”.
531
Bununla belə, qeyd etmək lazımdır ki,
atəşkəs sülhməramlı deyildi, yalnız müharibəni dayandırmaq məqsədi
güdürdü və regionda münaqişə vəziyyətinə son qoymadı. Buna görə də,
beynəlxalq təşkilatların və digər regional dövlətlərin əvvəlki səylərinin
uğursuz nəticələndiyi halda, Rusiyanın vasitəçilik etdiyi atəşkəs səyinin
uğurlu nəticələnməsi ilə bağlı bir sıra tənqidlər yarandı.
Arqument olaraq hakim regional dövlət olan Rusiyanın öz “yaxın
xaricində” (near abroad) milli maraqlarını qorumaq üçün Minsk qrupun-
da ikili rol oynaması irəli sürülürdü.
532
Neo-imperialist qüvvələr 1993-cü
531 De Waal, Thomas, “Remaking the Nagorno-Karabakh Peace Process”, Survival, Vol. 52, No. 4, 2010, p. 164.
532 a.k.ə. Jacoby, Volker (2005), p. 31.
192
QARABAĞ
99 SUALDA
ildə Rusiyanın siyasəti ilə maraqlanmağa başladıqda, onlara aydın oldu
ki, Rusiya öz maraqları nəzərə alınmasa heç bir beynəlxalq və ya regio-
nal qurum və ya dövlətlərə Rusiyanın təsir dairəsi olan Cənubi Qafqazda
sərbəst fəaliyyət göstərməyə imkan verməyəcəkdir. Buna görə də, məhz
Rusiya Minsk qrupunun sülhməramlı səylərini pozaraq təktərəfli atəşkəs
sazişinə vasitəçilik etdi. Rusiyanın Minsk Qrupuna qarşı ikili siyasətini sü-
but etmək üçün atəşkəs sazişi zamanı İsveç elçisi, sonralar isə BMT Baş
Assambleyasının prezidenti, daha sonra isə Minsk Qrupunun sədri olan
J.Eliassonun ATƏT-in sülh planını təşviq etmək üçün regiona səfərini
qeyd etmək yerinə düşərdi. Azərbaycanın müraciətinə baxmayaraq, o,
Rusiyanın vasitəçilik etdiyi atəşkəs sazişində iştirak etməyə dəvət olun-
mamışdı.
533
Bununla əlaqədar olaraq, ATƏM-in BMT nümayəndəsi Con
Mareska Rusiya mövqeyini pisləyərək yazırdı:
Əvvəlcə Rusiya Minsk Qrupunu tam dəstəkləyirdi. Lakin, 1993-
cü ildə Rusiya beynəlxalq ictimaiyyətlə rəqabət apararaq və on-
ların işini zəiflədərək əvvəlki müstəqil vasitəçilik səyini yenidən
bərpa etdi. Məqsəd aydın idi: Rusiya regionda öz hakimiyyətini
bərpa etmək və xariciləri, xüsusilə də, ABŞ və Türkiyəni regiondan
çıxartmaq istəyirdi.
Bir sıra səbəblərə görə Rusiya Ermənistan və
Azərbaycanı öz hakimiyyəti altında saxlamaq istəyir. Aydındır ki,
Moskva Türkiyə və İranla keçmiş Sovet sərhədi üzrə nəzarəti bərpa
etmək və Azərbaycanın neft sərvətlərini bölüşmək istəyir.
534
Con Mareska həmçinin onu da qeyd edir ki, məqsədinə nail olmaq
üçün Rusiya hökuməti Azərbaycanın Elçibəyin vaxtında geri çağırıl-
mış Rusiya hərbi qoşunlarını yenidən Azərbaycan torpaqlarında ayırıcı
qüvvələr və sərhədçilər kimi yerləşdirməyə icazə verməsinə təkid edirdi.
“Təkanverici vasitə” kimi ruslar qeyd-şərtsiz, lakin dramatik bir hədə-
qorxudan istifadə etdilər: “Əgər Azərbaycan bu tələbə cavab verməzsə, Ru-
533 a.k.ə. Cornell, Svante E. (2011), p. 133.
534 Maresca, John J., “Agony of Indifference in Nagorno-Karabakh”, The Christian Science Monitor, 27
June 1994; (http://www.csmonitor.com/1994/0627/27191.html). Accessed on November 30, 2013.
193
QARABAĞ
99 SUALDA
siya Ermənistanı dəstəkləyəcək (rus qoşunları artıq orada yerləşdirilmişdi)
və bu azərbaycanlılar üçün fəlakətli hərbi nəticələr verəcəkdir”.
535
Bununla
belə, Rusiya diplomatı Kazimirovla təkbətək görüşündə Prezident Heydər
Əliyev bölgədə Rusiyanın “sülhməramlı” qüvvələrinin yerləşdirilməsi
səylərinə qəti etiraz etdi. Onun sözlərinə görə, “Rusiya özü Azərbaycanda
qoşunlarını yerləşdirə bilməz. Onlar əvvəlcə mənim cəsədimin üzərindən
keçməlidirlər (yalnız mən öldükdən sonra bu mümkün ola bilər). Rus
qoşunları ATƏM-in təsis edəcəyi beynəlxalq qüvvələrin daxilində
yerləşdirilə bilər”.
536
Azərbaycan prezidentindən fərqli olaraq Ermənistan
rəhbərliyi Rusiyanın bu təklifini qəbul etdi və 9 iyun 1994-cü ildə Rusi-
yanın iki hərbi bazasının Ermənistan ərazisində 25 il müddətinə bərpa
edilməsi haqqında hər iki tərəf hərbi müqavilə imzaladı.
537
Nəticədə, əvvəldə qeyd edildiyi kimi, Rusiyanın vasitəçilik etdi-
yi atəşkəs sazişi yalnız müharibəyə son qoydu, lakin Azərbaycan və
Ermənistan arasında münaqişənin sülh və barışıq yolu ilə həllinə gətirib
çıxarmadı. Atəşkəs sazişindən sonra Jan Eliasson qeyd etmişdi: “Bəli, biz
atəşkəsə nail olduq. Bununla belə, yandırılmış torpaq siyasətinin aparıldı-
ğı bu regionda qaçqınların, sərhədin və işğal edilmiş ərazilərin geri qay-
tarılması kimi əsas problemlərimiz hələ də vardır”.
538
1994-cü ilin may
ayında atəşkəs sazişi üzrə danışıqlar zamanı Rusiya münaqişəyə son qoya
və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə nail ola bilərdi, lakin regi-
onda öz mövqeyini qoruyub saxlamaq üçün status-kvo onun maraqlarına
cavab verirdi. Atəşkəs sazişinin imzalanmasından iyirmi il keçməsinə bax-
mayaraq, nə Minsk Qrupu, nə də digər beynəlxalq və regional qurumla-
rın sülh sazişi üzrə səyləri uğurla nəticələnməmişdir. Ermənistan hələ də
Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ üzrə tələblərini
irəli sürür və Azərbaycanın digər yeddi rayonunu öz nəzarəti altında saxla-
maqda davam edir. Azərbaycan isə Dağlıq Qarabağın Azərbaycandan ay-
rılmasını rədd edir, öz ərazi bütövlüyünü güzəştə getmir və münaqişənin
535 a.k.ə. Maresca, John J. (1994).
536 a.k.ə. Croissant, Michael P. (1998), p. 111.
537 a.k.ə. Croissant, Michael P. (1998), pp. 111-112.
538 Eliasson, Jan, “Perspectives on Managing Intractable Conflict”, Negotiation Journal, Vol. 18, No.
4,
October 2002, p. 372.
194
QARABAĞ
99 SUALDA
beynəlxalq normalara uyğun olaraq həll edilməsində təkid edir.
539
Belə ki,
atəşkəs sazişinin nəticəsi olaraq, Cornellin vurğuladığı kimi “münaqişə həll
edilməyib, sadəcə zorakılıq tətbiq etmədən passiv formada saxlanılır”.
540
57. Atəşkəs Sazişinin Ermənistana verdiyi
üstünlüklər nə idi?
1994-cü il may ayının 11-12-də gecəyarısı atəşkəs qüvvəyə mindikdə,
Ermənistan münaqişədən artıq qalib kimi çıxmış və Dağlıq Qarabağ
üzərində nəzarətini möhkəmləndirmişdi. Ermənistan Respublikası da da-
xil olmaqla hələ heç bir suveren dövlət Dağlıq Qarabağın müstəqilliyini
tanımadığı halda, Dağlıq Qarabağ oradakı separatist qüvvələrin fəaliyyət
orqanlarını və siyasi institutlarını yaratmışdı. Belə demək olar ki, separatist
qrup beynəlxalq aləmdə tanınmadan ilk məqsədinə - “müstəqillik” əldə
etməyə müvəffəq olmuşdur.
541
Bu səbəbdən Thomas de Walla görə, atəşkəs
haqqında saziş imzalandığı zaman “ermənilər tarixin onların qələbəsini
ratifikasiya edəcəyi və Kosovanın ardınca Dağlıq Qarabağın beynəlxalq
legitimliyinin tanınacağı ümidi ilə status kvonun normalaşadırılmasına və
de-fakto dövlət quruculuğunun təmin olunmasına yönəlmişdilər”.
542
Bundan əlavə Ermənistan yalnız Dağlıq Qarabağ və onu Ermənistanla
birləşdirən Laçın rayonu üzərində nəzarəti ələ almamış, eyni zamanda
Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayılı bütünlüklə, Füzuli, Tərtər və Ağ-
damın çox hissəsini və Azərbaycanın Xocavənd və Ağdərə rayonlarının ki-
çik bir hissəsini də işğal etmişdir. Dağlıq Qarabağla birlikdə Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni təşkil edən bu rayonlar
Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə boşaldılmışdır. Belə
ki, atəşkəs haqqında sazişi imzalamaqla Ermənistan Dağlıq Qarabağdan
kənarda yerləşən Azərbaycanın işğal olunmuş yeddi rayonunda təhlükəsiz
539 Niftiyev, Efgan, “The Fragile Ceasefire and the Prospect of Reconciliation in Nagorno-Karabakh”,
Caucasus Edition: Journal of Conflict Transformation, Vol. 3, Issue 1, 1 June 2010, p. 4.
540 Cornell, Svante E., “Peace or War? The Prospects for Conflicts in the Caucasus”, The Iranian
Journal of International Affairs, Vol. 9, No. 2, Summer 1997, p. 210.
541 a.k.ə. Cornell, Svante E. (1997), p. 210.
542 a.k.ə. De Waal, Thomas (2010), p.163.
195
QARABAĞ
99 SUALDA
bufer zonası yaratmışdır ki, bu da ona son-
rakı danışıqlar prosesində bundan siyasi
təzyiq vasitəsi kimi istifadə etmək imkanı ve-
rirdi.
543
Thomas de Wal ilə müsahibə zamanı
Robert Koçaryan bu məsələ ilə bağlı vurğu-
lamışdı: “Biz Qarabağın müdafiəsini ciddi
şəkildə təşkil edə biləcəyimiz sərhədlərə çat-
dıqda [atəşkəs] haqqında ciddi düşünməyə
başladıq”.
544
Bundan əlavə, Ermənistan Azərbaycanın
digər rayonlarının işğal olunmasının diplo-
matik səviyyədə ona baha başa gələcəyindən
agah idi. 1993-cü ilin sonunda BMT
Təhlükəsizlik Şurasının mövcud qətnamələri müharibənin dayandırıl-
masını və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını
tələb edirdi. Digər tərəfdən, münaqişəli şərait region dövlətlərini də nara-
hat edirdi. Türkiyə Ermənistanla sərhədlərini bağladı, hərbi qüvvələrini
sərhəddə yerləşdirdi, İran və Rusiya da Ermənistana hərbi əməliyyatların
dayandırılması barədə xəbərdarlıq etdi. Beləliklə, Ermənistan rəhbərliyi
beynəlxalq ictimaiyyəti aldatmağın asan olmadığını anladı. Bu baxımdan,
atəşkəs Ermənistan üçün münasib idi. Bundan başqa, atəşkəs haqqında
saziş Rusiya Ermənistan ərazisində onun Dağlıq Qarabağ üzərində hərbi
nəzarətinə zəmanət verən əlavə iki hərbi bazasını yaratmaqla Ermənistana
hərbi qüvvələrini gücləndirmək imkanı verdi.
545
Bununla yanaşı, “1994-cü
ilin yazında bağlanmış atəşkəs Ermənistana şəhərlərində mülki qayda ya-
ratmaq, iqtisadiyyatın bərpası üçün əsas qoymaq, xarici dostlar və yardım
qazanmaq üçün şərait yaratmış oldu”.
546
543 MacFarlane, S. Neil, &Minear, Larry, Humanitarian Action and Politics: The Case of Nagorno-
Karabakh (The Thomas J. Watson Jr. Institute for International Studies, 1997), p. 19.
544 a.k.ə. De Wall, Thomas (2003), p. 240.
545 a.k.ə. Croissant, Michael P. (1998), pp. 111-112.
546 Laitin, David D. & Grigor Suny, Ronald, “Armenia and Azerbaijan: Thinking a way out of
Karabakh”, Middle East Policy, Vol. 7, No. 1, October 1999, p. 154.
Atəşkəs haqqında sazişi
imzalamaqla Ermənistan
Dağlıq Qarabağdan kənarda
yerləşən Azərbaycanın işğal
olunmuş yeddi rayonunda
təhlükəsiz bufer zonası
yaratmışdır ki, bu da ona
sonrakı danışıqlar prosesində
bundan siyasi təzyiq vasitəsi
kimi istifadə etmək imkanı
verirdi.
196
QARABAĞ
99 SUALDA
Dostları ilə paylaş: |