Bİlal Dədəyev


ATƏM-in Budapeşt Zirvə Toplantısı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

ATƏM-in Budapeşt Zirvə Toplantısı
Regional məsələlər
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
ATƏM-in fəaliyyətinin intevsivləşdirilməsi haqqında
573
Budapeşt, 5 dekabr 1994-cü il
1.   İştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi insan faciəsinin da-
vam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü 
il may ayının 12-də ATƏM-in Minsk Qrupu ilə birgə əməkdaşlıqda 
Rusiya  Federasiyasının  vasitəçiliyi  ilə  razılazdırılmış  atəşkəsi  təsdiq 
etmələrini  alqışladılar.  İştirakçı  dövlətlər  BMT  Təhlükəsizlik  Şu-
rasının  əlaqədar  qətnamələrinə  dair  öhdəliklərini  təsdiq  etdilər  və 
Təhlükəsizlik  Şurasının  münaqişənin  sülh  yolu  ilə  həll  edilməsinə 
yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılr. Bunun-
la  əlaqədar,  onlar  münaqişədə  iştirak  edən  tərəfləri,  birbaşa  əlaqələr 
də daxil olmaqla, intensiv daimi danışıqlara çağırdılar. Bundan çıxış 
edərək  onlar  ATƏM-in  səylərini  və  yardımını  gücləndirəcəklərinə 
ənim etdilər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik səylərini 
tamamilə müdafiə etdilər və Rusiya Federasiyasının çox mühüm yar-
dımını  və  Minsk  Qrupunun  digər  ayrılıqda  götürülmüş  üzvlərinin 
səylərini  yüksək  qiymətləndirdilər.  Onlar  bütün  bunları  ATƏM 
çərçivəsi daxilində vahid, uzlaşdırılmış səylər şəklində uyğunlaşdırma-
ğa razılaşdılar. 
2.  Bununla  əlaqədar,  onlar  fəaliyyətdə  olan  sədrə  iştirakçı  dövlətlərlə 
məsləhətləşərək və mümkün qədər tez bir zamanda fəaliyyət göstərərək, 
danışıqlar üçün ümumi və razılaşdırılmış əsasın təmin olunması və bü-
573  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 794-795.

 207
QARABAĞ 
   
99 SUALDA
tün  vasitəçilik  və  danışıqlara  dair  fəaliyyətlərin  tam  uyğunlaşdırılma-
sının  həyata  keçirilməsindən  ötrü  Minsk  Konfransının  həmsədrlərini 
təyin  etməyi  tapşırdılar.  ATƏM  prinsiplərini  və  razılaşdırılmış  man-
datı əldə rəhbər tutan həmsədrlər Minsk Qrupunun iclaslarında birgə 
sədrlik edəcək və fəaliyyətdə olan sədrə birgə hesabat verəcəklər. Onlar 
mütəmadi olaraq Daimi Şuraya öz işlərindəki irəliləyişlər barədə ətraflı 
məlumat verəcəklər.
3.   Bu  səylərdə  birinci  addım  kimi  onlar  Minsk  Konfransının 
həmsədrlərinə Rusiya Federasiyasının və Minsk Qrupunun digər ayrı-
ayrılıqda dövətlərinin köməyi və onlarla əməkdaşlıq edərək mövcud 
atəşkəsin davam etdirilməsinə kömək etmək üçün dərhal addımlar at-
mağı və ötən vasitəçilik fəaliyyətində artıq əldə edilmiş irəliləyişlərə 
əsaslanaraq  silahlı  münaqişə  bitdikdən  sonra  siyasi  sazişin  imzalan-
ması üçün intensiv danışıqlar keçirməyi tapşırdılar. Bu sazişin həyata 
keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan 
qaldıracaq  və  Minsk  Konfransının  çağırılmasına  imkan  verəcəkdir. 
Bundan başqa onlar Minsk Konfransının həmsədrlərindən inam ya-
radılması sahəsində, xüsusən humanitar sahədə tədbirlərin gələcəkdə 
də  həyata  keçirilməsi  yolunda  tərəflərlə  birgə  işi  davam  etdirməyi 
xahiş  etdilər.  Onlar  iştirakçı  dövlətlərin  həm  ayrı-ayrılıqda,  həm  də 
əlaqədar  beynəlxalq  təşkilatlar  çərçivəsində  qaçqınların  vəziyyətinin 
yüngülləşdirilməsinə  xüsusi  diqqət  yetirərək  regiondakı  əhaliyə  hu-
manitar yardımın təmin olunması sahəsində fəaliyyət göstərmələrinin 
vacibliyini qeyd etdilər.
4. Onlar belə razılaşdılar ki, münaqişədə iştirak edən tərəflərin nöqteyi-
nəzərinə  əsasən  yuxarıda  göstərilən  sazişin  imzalanması  sazişin 
özünün  həyata  keçirilməsi  üçün  mühüm  element  olan  çoxmillətli 
sülhməramlı  qüvvələrin  yerləşdirilməsinə  imkan  verəcəkdir. 
Onlar,  BMT  Təhlükəsizlik  Şurasının  uyğun  qətnaməsilə  silah-
lı  münaqişə  bitərkən  tərəflər  arasında  bağlanacaq  sazişdən  sonra 
ATƏM-in çoxmillətli sülhməramlı qüvvələri göndərmək barədə si-
yasi iradələrini bəyan etdilər. Onlar fəaliyyətdə olan sədrdən xahiş 
etdilər  ki,  o,  mümkün  qədər  tez  bir  zamanda,  1992-ci  il  Helsinki 

 208
QARABAĞ 
   
99 SUALDA
sənədinin üçüncü bəndinə əsasən və BMT Nizamnaməsinə tam uy-
ğun  şəkildə  təşkil  olunacaq  belə  qüvvələrin  yaradılması,  tərkibi  və 
əməliyyatlarına  dair  plan  hazırlasın.  Bununla  əlaqədar,  fəaliyyətdə 
olan  sədrə  Minsk  konfransının  həmsədrləri  və  Minsk  qrupu,  Baş 
Katib tərəfindən köməklik və yardım göstəriləcək, o, həmçinin mü-
vafiq  məsləhətləşmələrdən  sonra  sülhməramlı  qüvvələri  yaradan 
dövlətlərə bu qüvvələrin xarakteristikası və həcmi, onlara rəhbərlik 
və nəzarət, arxa təminat hissələrin və ehtiyyatların paylanması, dav-
ranış və sazişlərin qaydalarına dair tövsiyələr vermək üçün Vyanada 
yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, BMT-nin texniki 
məsləhət və ekspertiza təminatına hazır olduğu barədə bəyanatına 
əsasən BMT-dən yardım almağa çalışacaqdır. O, həmçinin BMT TŞ-
dən  ATƏM-in  sülhməramlı  qüvvələrinin  mümkün  yerləşdirilməsi 
barədə davamedici siyasi dəstəyə çalışacaqdır.
5.   1992-ci il Helsinki sənədinin üçüncü bəndinin müvafiq maddələrinə 
və  hazırlıq  işlərinə,  sonraki  saziş  və  tərəflərin  Minsk  Konfransının 
həmsədrləri vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi müraciətinə əsasən 
Daimi  Şura  ATƏM-in  sülhməramlı  əməliyyatlarının  təşkilinə  dair 
qərar qəbul edəcəkdir.
63. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1996-cı il 3 dekabr 
tarixli Lissabon prinsiplərində nələr nəzərdə tutulurdu?
 
Lissabon  prinsipləri  1996-cı  il  dekabrın  2-3-də  Lissabonda  keçiril-
miş  ATƏT  sammitində  qəbul  edilmişdir.  Sammitdə  Minsk  Qrupunun 
həmsədrləri  tərəfindən  verilmiş  bəyanat  Dağlıq  Qarabağa  Azərbaycan 
daxilində  yüksək  dərəcəli  özünüidarəetmə  hüququ  verir,  Dağlıq  Qarabağ 
və onun əhalisinin təhlükəsizliyini təmin edərək Ermənistan və Azərbaycan 
respublikalarının ərazi bütövlüyünü aydın göstərən Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı  üç  prinsipi  elan  edirdi.
574
 
574  “Statement of the OSCE Chairman-in-Office”, Annex 1 to the Declaration of the OSCE Lisbon 
Summit, 3 December 1996, p. 15. 

 209
QARABAĞ 
   
99 SUALDA
Ermənistan  Lissabon  prinsiplərinə  eti-
raz  edərək  onları  qəbuledilməz  olduğu-
nu  bildirmişdir.  “Ermənilərə  zərbə  olsa  da, 
Lissabon  prinsipləri  ATƏT-in  etnik-ərazi 
mübahisələrinin  həllini  tələb  edən  gecikmiş 
təməl  şərtlərini  təmin  edirdi”.
575
  Lissabon 
prinsiplərinə veto qoyarkən, Ermənistan Res-
publikasının Prezidenti Levon Ter-Petrosyan 
Dağlıq Qarabağın statusunun sonradan Minsk 
Konfransında  müəyyən  olunmalı  olduğunu 
iddia  edirdi.
576
  Lissabon  Zirvə  görüşündə 
Ermənistan  nümayəndə  heyəti  də  Lissabon 
prinsiplərinin  qəbulu  ilə  bağlı  öz  narazılığını 
ifadə etmiş və bildirmişdir ki, “problemin həlli 
beynəlxalq hüquq əsasında və Helsinki Yekun 
Aktında təsbit edildiyi kimi öz müqəddəratını 
təyinetmə  prinsipi  əsasında  müəyyən 
edilməlidir”.
577
Ermənistan  ATƏT-in  Minsk  Qrupunu  qərəzlilikdə  və  Azərbaycanı 
müdafiə etməkdə günahlandırırdı. Ümumiyyətlə, bu vasitəçilik prosesində 
əksər ermənilərin mövqeyi aşağıdakı kimi idi: 
SSRİ  tərkibində  olan  Ermənistan  NATO  və  Avropa  Şurasının 
üzvü olan Türkiyə ilə sərhəddə yerləşir. Türkiyənin etno-linqvis-
tik əmiuşaqları Bakının rəhbərləridir, onlar Arsax kəndliləri deyil 
və buna görə də, Türkiyənin və NATO-nun, çox güman ki, bütün 
qərbin fikri zülm olunandan daha çox zülmkarın tərəfini saxlama-
ğa meylli ola bilər. Lakin soyuq müharibənin sona çatması ilə, bu 
fərqlər  və  möhkəm  münasibətlər  bir  qədər  korlanmışdır.  Lakin 
575  Laitin, David D., & Grigor Suny, Ronald (1999), p. 164.
576  Nishimura, Megumi, “National Self-determination and the International Community in the 
Transcaucasus: Inconsistency and Domestic Response”, Central Asia and the Caucasus, No. 5 (11), 2001. 
Retrieved from (http://www.ca-c.org/journal-table-eng.shtml). Accessed on November 25, 2013. 
577  “Statement of the Delegation of Armenia”, Annex 2 to the Declaration of the OSCE Lisbon Summit
3 December 1996, p. 16. 
Minsk Qrupunun həmsədrləri 
tərəfindən verilmiş 
bəyanat Dağlıq Qarabağa 
Azərbaycan daxilində yüksək 
dərəcəli özünüidarəetmə 
hüququ verir, Dağlıq 
Qarabağ və onun əhalisinin 
təhlükəsizliyini təmin 
edərək Ermənistan və 
Azərbaycan respublikalarının 
ərazi bütövlüyünü aydın 
göstərən Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin həlli ilə bağlı 
üç prinsipi elan edirdi.

 210
QARABAĞ 
   
99 SUALDA
bu diplomatiya tarixin acı faktlarından biridir ki, böyük dövlətlər 
demək olar ki, həmişə ermənilərin böyük və yaxşı yerləşdirilmiş 
qonşuları ilə ittifaqlar yaratmağa və ermənilərin narahat olduğu hü-
quq və ədalət prinsiplərini nəzərdən qaçırmağa meylli olmuşlar.
578
Lakin Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Lissabon 
prinsiplərinə qarşı gördüyü bütün səylərə baxmayaraq, prinsiplər Dağlıq 
Qarabağın statusu haqqında danışıqlar üzrə əsas kimi, ABŞ daxil olmaqla, 
bütün 53 iştirakçı dövlətlər tərəfindən təsdiq edilmişdir.
ATƏT-in Lissabon Zirvə Toplantısının sənədlərinə Əlavə 1
ATƏT-in Fəaliyyətdə olan Sədrinin
BƏYANATI
579
Lissabon 3 dekabr 1996-cı il
Hamınız bilirsiniz ki, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin 
həllində və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində heç 
bir tərəqqi əldə edilməmişdir. Mən təəssüf edirəm ki, Minsk Konfransı 
həmsədrlərinin tənzimləmə prinsipləri məsələsində tərəflərin mövqelərini 
yaxınlaşdırmağa yönəldilən səyləri uğursuz olmuşdur. 
Minsk  Qrupunun  həmsədrləri  Dağlıq  Qarabağ  münaqişəsinin 
tənzimlənməsinin  tərkib  hissəsi  olacaq  3  prinsipi  tövsiyə  etmişdir.  Bu 
prinsipləri  Minsk  Qrupunun  üzvü  olan  bütün  ölkələr  müdafiə  edirlər. 
Onlar aşağıdakılardır:
-  Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütöv-
lüyü;
-  Dağlıq  Qarabağın  Azərbaycan  tərkibində  öz  müqəddəratını  təyin 
etməyə  əsaslanan  bir  razılaşmada  müəyyən  edilən  ən  yüksək 
özünüidarəsini təmin edən hüquqi statusu;
-  Məsələnin  həllinin  müddəalarına  əməl  olunmasını  təmin  etmək 
578  Walker, Christopher J., Armenia and Karabakh: The Struggle for Unity (Minority Rights 
Publications, 1991), p. 71. 
579  a.k.ə. Əhmədov, Elçin (2012), s. 797.

 211
QARABAĞ 
   
99 SUALDA
barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla, Dağlıq Qa-
rabağın və onun bütün əhalisinin təhlükəsizliyi.
Mən  təəssüf  edirəm  ki,  Ermənistan  bununla  razılaşa  bilmədi.  Bu 
prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən müdafiə edilir.
Bu bəyanat Lissabon sammitinin sənədləri sırasına daxil ediləcəkdir.
64. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ 
münaqişəsinin həlli üçün 1997-ci il 18 iyul tarixli 
“Paket Həlli Variantı” nəyi nəzərdə tutur?
ATƏT-in Minsk qrupunun “Paket Həlli Variantı” sülh təklifi (rəsmi adı: 
Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına Dair Hərtərəfli Sa-
ziş) Dağlıq Qarabağ münaqişəsinin sülh planı üzrə əsas çərçivədə ümumi 
razılığa gəlmək üçün 18 iyul 1997-ci il tarixində regionda Minsk Qrupu-
nun Həmsədrləri tərəfindən münaqişə tərəflərinə təqdim edilmişdir. Təklif, 
Minsk Qrupunun Həmsədrlərinin ilk dəfə etdiyi sülh təkliflərinə daxil olan 
Dağlıq Qarabağın statusunu, o cümlədən, münaqişənin bütün aspektlərinin 
həllini  müəyyən  edirdi.
580
  Təklifin  giriş  hissəsində  münaqişə  tərəflərinin 
BMT  Nizamnaməsinin  müddəalarına,  ATƏT-in  əsas  prinsiplərinə  və 
qərarlarına,  beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  normalarına, 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  854  və  884  saylı  qətnamələrinə 
sadiq qalmaları və tam şəkildə həyata keçirmələri müəyyən edilir. Təklifə 
görə, tərəflər silahlı münaqişəni dayandırmağa, normal münasibətləri bərpa 
etməyə  və  daha  sonra  Dağlıq  Qarabağın  yekun  statusu  haqqında  razılaş-
malar  əldə  etməyə  təşviq  olunurdu.  1-ci  Sazişdə,  münaqişə  tərəflərindən 
“münaqişəni  həll  etmək  üçün  silahlı  qüvvələrin  istifadəsindən  imtina 
etmək…. və bütün silahlı qüvvələri geri çağırmaq” tələb olunurdu.
581
 La-
kin, 2-ci Saziş Dağlıq Qarabağın statusu ilə bağlıdır və münaqişə tərəflərini 
Azərbaycan və Ermənistan sərhədlərinin ərazi bütövlüyünü və toxunulmaz-
580  Mammadov, Ilgar, “Mediation Abilities of the Organization for Security and Cooperation in 
Europe (OSCE) in the Case of the Settlement of the Nagorno-Karabakh Conflict”, Central Asia and the 
Caucasus, No. 6 (30), 2004, p. 14. 
581  OSCE Minsk Group Co-chairmanship, “Comprehensive Agreement to Resolve the Nagorno-
Karabakh Conflict” (Package Deal), July 1997; (http://www.ca-c.org/dataeng/books/book-1/12.
appendix-17.shtml). Accessed on November 20, 2013. 

 212
QARABAĞ 
   
99 SUALDA
lığını  tanımağa  və  öz  konstitusiya,  bayraq, 
möhür və himninə malik olacaq Dağlıq Qa-
rabağın  inzibati  sərhədinin  keçmiş  DQMV 
sərhədlərinə  uyğun  olaraq  Azərbaycan 
sərhədləri  daxilində  qurulmasına  çağırır.
582
 
Daha  sonra  Ermənistan  Dağlıq  Qarabağ 
ermənilərinin təzyiqi altında bu təklifi rədd et-
miş və 1997-cü ilin sentyabrında Minsk Qru-
pu  tərəfindən  münaqişə  tərəflərinə  təqdim 
edilmiş  Mərhələli  Həll  Variantını  qəbul  et-
mişdir. Bununla belə, bu dəfə də Dağlıq Qarabağ yeni təklifi rədd etdi və 
birinci  varianta,  yəni  Paket  Həlli  Variantına  qayıtmağa  israr  etdi.  Dağlıq 
Qarabağın Paket Həlli Variantına geri qayıtma təklifi və ermənilərin etirazı 
ilə bağlı olaraq Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qeyd 
edir: “Biz, Paket Həlli Variantı ilə Qarabağ və Azərbaycan arasında sazişin 
uzun müddət, çox güman ki, heç bir zaman əldə edilməyəcəyinə əmin idik. 
Paket Həlli Variantına geri qayıtmaq təklifi problemin həllinə deyil, vaxt qa-
zanmağa kömək etmək məqsədi daşıyırdı”.
583
 Nəticədə, Paket Həlli Variantı 
ləğv edildi və Ermənistan hakimiyyətinin imtinası ilə öz mənasını itirdi. 
ATƏT-in Minsk Qrupu həmsədrlərinin irəli sürdükləri təkliflər
ATƏT-in Minsk qrupunun sədarəti Dağlıq Qarabağ 
münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli
SAZİŞ
584
18 iyul 1997-ci il
PREAMBULA
Tərəflər  onların  xalqlarının  tərəqqisi  və  firavanlığı  üçün  regionda 
sülhün və əməkdaşlığın əhəmiyyətini tamamilə dərk edərək uzun sürən 
582  a.k.ə. OSCE Minsk Group Co-chairmanship, (Package Deal), July 1997. 
583  “Statement of President Levon Ter-Petrossian at National Security Council Session”, 7-8 January 
1998. Retrieved from Caucasus Context, Vol. 4, Issue 1, Spring 2007, p. 20. 
584  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 798-804.
Təklifə görə, tərəflər silahlı 
münaqişəni dayandırmağa, 
normal münasibətləri 
bərpa etməyə və daha 
sonra Dağlıq Qarabağın 
yekun statusu haqqında 
razılaşmalar əldə etməyə 
təşviq olunurdu.

 213
QARABAĞ 
   
99 SUALDA
Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq əzmindədirlər. 
Aşağıda  şərh  edilən  nizamasalma  Qafqazın  birgə  iqtisadi  inkişafı  üçün 
zəmin  yaradacaq,  demokratik  təsisatlar,  rifahın  yüksəlməsi  və  gələcəyə 
böyük ümidlər bəslənməsi şəraitində bu regionun xalqlarına normal və 
səmərəli həyat sürməyə imkan verəcəkdir. Bu sazişə uyğun olaraq aparılan 
əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal 
münasibətlərə  gətirib  çıxaracaq,  beynəlxalq  təşkilatların  köməyi  ilə  in-
sanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyu-
luşlarının xeyli artırılması üçün lazımi sabitlik yaratmağa və müqəddəm 
şərtləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar 
üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol 
açmağa imkan verəcəkdir. İnsanlar arasında barışıq və əməkdaşlıq onların 
çox böyük potensialını öz qonşularının və dünya xalqlarının rifahı üçün 
sərbəstləşdirəcəkdir. 
Ona  görə  tərəflər  BMT  nizamnaməsinin  müddəalarına,  ATƏT-in 
əsas  prinsiplərinə  və  qərarlarına,  beynəlxalq  hüququn  hamılıqla  tanın-
mış normalarına sadiq qalaraq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 
874 və 884 nömrəli qətnamələrinin tamamilı yerinə yetirilməsinə kömək 
göstərmək əzmində olduqlarını bildirərək silahlı münaqişənin dayandırıl-
masına nail olmağa və normal münasibətlərin bərpasına dair I sazişdə şərh 
edilmiş tədbirləri həyata keçirmək Dağlıq Qarabağın qəti statusu haqqın-
da II sazişdə şərh olunmuş razılığa gəlmək barədə razılaşırlar. 
I. Saziş- silahlı münaqişınin dayandırılması
I. Tərəflər razılığa gəlirlər: 
Onların  arasında  mübahisələrin,  o  cümlədən  bu  sazişin  həyata 
keçirilməsi  ilə  əlaqədar  mübahisələrin  nizama  salınması  üçün  silahlı 
qüvvədən istifadə olunmasından imtina etmək.
II. Silahlı qüvvələri iki mərhələdə çıxarmaq:
Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki 
təmas xətti boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış xətlərə tərəf bir 

 214
QARABAĞ 
   
99 SUALDA
neçə kilometr geri çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin 
ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış buffer zonasında ilkin 
qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin 
çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə im-
kan  yaratmaq  məqsədi  ilə  yüksək  səviyyədə  planlaşdırma  qrupunun 
tövsiyələri lazımınca nəzərə alınmalıdır.
İkinci  mərhələdə  qüvvələr  I  əlavədə  razılaşdırılmış  cədvələ  müvafiq 
surətdə aşağıdakı qaydada çıxarılacaqdır:
A.  Ermənistan qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə 
aparılır.
B.  Dağlıq Qarabağ qüvvələri Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-
ci ildəki hüdudları daxilinə aparılır (aşağıdakı VIII və IX bəndlərdə 
göstərilmiş istisnalarla).
C.  Azərbaycan  qüvvələri  yüksək  səviyyədə  planlaşdırma  qrupunun 
tövsiyələri əsasında I əlavədə razılaşdırılmış xətlərə çəkilir.
D.  Ağır silahlar uzağa, şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməsi 
şərti ilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyyələri əsasında 
I əlavədə razəlaşdırılmış yerlərə aparılacaqdır.
E.  Qüvvələrin çıxarılması başa çatdıqdan sonra buffer zonası I əlavədəki 
xəritədə  göstərildiyi  kimi,  DQMV-nin  1988-ci  ildəki  hüdudla-
rı  və  Ermənistan-Azərbaycan  sərhədinin  şimal  hissəsi  boyunca 
yerləşəcəkdir.
III. Qüvvələrin çıxarılması nəticəsində azad edilmiş ərazilər ayırıcı zona 
əmələ  gətirir.  Bu  zonada  təhlükəsizliyə  nəzarəti  ATƏT-in  sülhü  müdafiə 
qüvvələri daimi qarışıq komissiya ilə birlikdə həyata keçirəcəklər. ATƏT-in 
sülhü müdafiə qüvvələrinin və daimi qarışıq komissiyanın II əlavənin həyata 
keçirilməsi  qaydasında  razılığı  olmadan  tərəflərdən  heç  birinə  bu  zonaya 
öz  qüvvələrini  yeritməyə  imkan  verilməyəcəkdir;  həmin  əlavədə  sərhəd 
xidməti, minalardan təmizləmə və mülki polis funksiyaları üçün razılaşdırıl-
mış bölmələr nəzərdə tutulacaqdır. Tərəflər ayırıcı zonada və bufer zonasın-
da bütün hərbi uçuşlara yol verilməməsi barədə razılığa gəlirlər.
IV. Daimi qarışıq komissiya ilə birlikdə təhlükəsizliyə təminat verilməsi 
üçün  ATƏT-in  çoxmilli  sülhü  müdafiə  qüvvələrinin  bufer  zonasında 

 215
QARABAĞ 
   
99 SUALDA
yerləşdirilməsinə kömək etmək. ATƏT-in sülhü müdafiə qüvvələri ATƏT 
tərəfindən  təyin  edilmiş  qüvvələrdən  ibarət  olacaq  və  onların  mandatı 
BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə müəyyənləşdiriləcək, həm də 
mandat ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyyəsi ilə yenidən qüvvəyə 
minəcəkdir.
V. Köçkün şəxslərin ayırıcı zonadakı əvvəlki daimi yaşayış yerlərinə qa-
yıtmasını həyata keçirmək. ATƏT-in sülhü müdafiə qüvvələri daimi qarı-
şıq komissiya ilə birlikdə qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edəcək 
və bu zonanın silahsızlaşdırılmış rejiminə bütün tərəflərin inamını təmin 
edəcəklər.
VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda yolların, dəmir yollarının, 
elektrik  və  rabitə  xətlərinin  açılması,  ticarət  münasibətlərinin  və  digər 
münasibətlərin bərpası məqsədləri ilə tədbirlər, o cümlədən bu məqsədlər 
üçün lazım olan bütün işlər həyata keçiriləcəkdir. Tərəflər, etnik azlıqlar da 
daxil olmaqla, həmin əlaqələrdən hamının istifadə etməsinə təminat verir, 
bu azlıqların regionun digər yerlərindəki öz etnik qrupları ilə ünsiyyətdə 
olmasına təminat verirlər. Tərəflərdən hər biri bütün blokadaları aradan 
qaldırmağı və yüklərin və adamların bütün digər tərəflərə maneəsiz da-
şınmasını təmin etməyi öhdəsinə götürür. Ermənistan və Azərbaycan öz 
aralarında, o cümlədən Bakı-Horadiz-Mehri-Ordubad-Naxçıvan-Yerevan 
xəttində sərbəst və təhlükəsiz dəmir yol əlaqəsinə təminat verirlər.
VII.  Münaqişə  ilə  əlaqədar  tutulub  saxlanılan  bütün  şəxslərin  qa-
yıtmasının,  itkin  düşmüş  şəxslərin  taleyinin  araşdırılmasının  və  bütün 
cənazələrin  qaytarılmasının  təmin  olunması  üçün  Beynəlxalq  Qızıl 
Xaç Komitəsi, BMT-nin qaçqınların işləri üzrə ali komissarı ilə və digər 
beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq etmək.
VIII. Laçın dəhlizinə aid aşağıdakı tədbirlər barəsində:
A.  Azərbaycan dəhlizi ATƏT-ə icarəyə verir, ATƏT dəhlizdən yalnız Dag-
lıq Qarabağın hakimiyyət organlarının istifadəsi üçün müqavilə bağla-
yır (tranzit üçün aşağıda, E bəndində göstərilən istisnalarla).
B.  ATƏT  Dağlıq  Qarabağın  hakimiyyət  orqanları  ilə  əməkdaşlıq 
şəraitində təhlükəsizliyə nəzarət edir.
C.  Laçın dəhlizinin hüdudları yüksək səviyyədə planlaşdırma qrupunun 

 216
QARABAĞ 
   
99 SUALDA
tövsiyələri, lazımınca nəzərə alınmaqla, II əlavədə razılaşdırılmışdır.
D.  ATƏT  Laçın  şəhərindən  yan  keçən  yolun  çəkilməsinə  nəzarət  edir. 
Yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri Laçın dəhlizindən 
çıxarılır.O,  (ayırıcı  zonanın  bir  hissəsi  kimi)  Azərbaycanın  inzibati 
nəzarəti altına qaytarılır və onun əvvəlki sakinləri qayıda bilərlər.
E.  Dəhlizdə  daimi  məskənlər  salınmasına  və  təhlükəsizlik  qüvvələrinin 
icazə  verilmiş  kontingentləri  istisna  olmaqla,  silahlı  qüvvələrin 
yerləşdirilməsinə yol verilmir. Rəsmi şəxslər, müşahidəçilər və ATƏT-
in  sülhü  müdafiə  qüvvələrinin  üzvləri,  eləcə  də  Laçın  rayonundan 
Qubadlı rayonuna gedən və ya geriyə qayıdan regionun azərbaycanlı 
sakinləri  qabaqcadan  xəbər  verildikdə  istənilən  istiqamətdə  tran-
zit  hüququna  malikdirlər.  Laçın  rayonunun  dəhlizin  çərçivəsindən  
kənardakı ərazisi ayırıcı zonanın bir hissəsidir.
IX.  Şuşa  şəhərinə  və  Şaumyan  rayonuna  aid  aşağıdakı  tədbirlər 
barəsində:
A.  Tərəflər,  məhdud  xidməti  heyəti  olan  hava  hücumundan  mudafiə 
bölmələri isitisna olmaqla, öz silahlı bölmələrini hər iki məntəqədən 
çıxarırlar.
B.  Yerli  hakimiyyət  orqanları  ATƏT-in  Demokratik  Təsisatlar  və  İn-
san  Hüquqları  Bürosu  müşahidəçilərinin  yerləşdirilməsinə  yardım 
göstərəcəklər.
C.  Köçkün  şəxslər  özlərinin  əvvəlki  daimi  yaşayış  yerlərinə  qayıda 
bilərlər.  Onların  təhlükəsizliyinə  müvafiq  yerli  hakimiyyət  orqanları 
təminat verəcəklər.
D.  Qayıdan sakinlər, siyasi partiyalar yaratmaq hüququ da daxil olmaq-
la, bütün vətəndaş hüquqlarına malikdirlər. Onların muvafiq surətdə 
Bakının və Stepanakertin parlamentlərində və bu yerlərdə seçkili şu-
ralarda,  polisdə  və  təhlükəsizlik  qüvvələrinin  həmin  yerlərin  əhalisi 
arasında sayına uyğun olaraq təmsil ediləcəklər.
E.  Daimi  qarışıq  komissiya  beynəlxalq  yardımın  bu  yerlərdə  ədalətli 
əsasda  və  əhalinin  hər  iki  qrupuna  sərfəli  şəkildə  bölüşdürülməsini 
əlaqələndirir.
F.  Şuşa şəhərinin Şaumyan rayonunun sakinləri yollardan, Azərbaycanın 

 217
QARABAĞ 
   
99 SUALDA
qalan  hissəsi  ilə  Dağlıq  Qarabağla  rabitədən  və  digər  vasitələrdən 
təminatlı istifadə edə biləcəklər.
X. Bu sazişin Azərbaycanla və Dağlıq Qarabağla bağlı problemlərə aid 
müddəalarının həyata keçirilməsinə nəzarət üçün Daimi Qarışıq Komis-
siya (DQK) təsis etmək. DQK-nın üç həmsədri var: biri azərbaycanlı, biri 
Dağlıq Qarabağdan və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi. 
Azərbaycanlı və Dağlıq Qarabağdan olan həmsədrlərin əsas vəzifəsi sazi-
şi həyata keçirməkdən ibarətdir; ATƏT-dən olan həmsədrin əsas vəzifəsi 
isə fikir ayrılıqları təqdirində vasitəçi və arbitraj olmaqdır. DQK-nın hərbi 
iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları var. DQK və onun 
yardımçı komissiyalarının funksiyaları II əlavədə şərh edilmişdir. 
XI.  Ermənistan  Respublikası  ilə  Azərbaycan  Respublikası  arasında 
tam diplomatik münasibətlər yaratmaq.
XII.  Bir  həmsədri  Ermənistan  Respublikasından  və  digər  həmsədri 
Azərbaycan Respublikasından olmaqla Ermənistan-Azərbaycan İkitərəfli 
komissiyası (EAİK) yaratmaq. ATƏT-in fəaliyyətdə olan sədri bu komis-
siyada təmsil edilir.
EAİK sərhəd toqquşmalarının qarşısının alınmasına kömək edir, hər iki 
ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında 
əlaqəni həyata keçirir və yolların, dəmir yollarının, rabitə xəttlərinin, boru 
kəmərlərinin  açılması,  ticarət  münasibətlərinin  və  digər  münasibətlərin 
bərpası tədbirlərinə nəzarət edir.
XIII. BMT Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.
XIV.  Bu  saziş  ATƏT-in  Minsk  konfransında  hərtərəfli  nizamasalma 
haqqında saziş bağlanılan vaxtadək qüvvədə qalacaqdır. Həmin saziş indiki 
sazişdə nəzərdə tutulan təhlükəsizlik və sülhü müdafiə mexanizimlərinin 
əvəzinə daimi belə mexanizimlər yaradacaqdır. 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin