V. Təminatlar haqqında
1. Tərəflər Dağlıq Qarabağın, onun əhalisinin və əvvəlki yaşayış
yerlərinə qayıdan qaçqın və köçkünlərin təhlükəsizliyinin təminatı daxil
olmaqla, yuxarıda göstərilən sazişlərə əməl olunmasını təmin etmək üçün
öz üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər.
2. BMT-nin Təhlükəsizlik Şurası hərtərəfli sazişin həyata keçirilməsini
izləyəcəkdir.
241
QARABAĞ
99 SUALDA
3. Minsk konfransının həmsədrləri Dağlıq Qarabağın statusu haqqın-
da sazişi və silahlı münaqişənin dayandırılması haqqında sazişi şahid kimi
imzalaya bilərlər. Rusiya, ABŞ və Fransa prezidentləri sazişlərin həyata
keçirilməsinin gedişinə ciddi nəzarət etmək və bu sazişin yerinə yetirilməsi
üçün lazımi tədbirlər görmək məqsədi ilə üç ölkənin birgə fəaliyyət
göstərmək niyyətini təsdiqləyirlər. ATƏT və ya BMT-nin Təhlükəsizlik
Şurası, lazım gələrsə, BMT-nin nizamnaməsinə uyğun olaraq diplomatik,
iqtisadi, yaxud əlacsız qaldıqda, hərbi xarakterli tədbirlər görə bilər.
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan,
çoxsaylı insan tələfatına, Azərbaycan torpaqlarının işğalına səbəb olan si-
lahlı münaqişəni həll etmək üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu ya-
radılmışdır. Qrupun tərkibinə 11 ölkənin təmsilçiləri daxildir. Sonradan
ümumi razılıq əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlər institutu
təsis olunmuşdur.
---------------------
*
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçüncü, sonuncu təklifi
1998-ci il noyabrın 7-də irəli sürülmüşdür və daha çox “ümumi dövlət”
şərti adı ilə tanınır. Azərbaycan bu təklifi qəbul etməmiş, Ermənistan isə
həmin təklif əsasında münaqişənin həllini məqbul saymışdır.
67. 1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan
arasındakı keçirilmiş görüşlərin nəticəsi necə oldu?
1997-1998-ci illərdə münaqişə tərəflərinin ATƏT-in Minsk qrupu-
nun sülh təkliflərindən imtina etməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağ-
lı sülh danışıqlarında pessimizmin yayılmasına səbəb oldu və bu məsələ
1999-cu ildə prezidentlər səviyyəsinə qaldırıldı. Aprel ayından hər iki
dövlətin prezidenti - Heydər Əliyev və Robert Koçaryan Dağlıq Qara-
bağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı görüşlər keçirdilər. Aprelin
2-də Moskvada keçirilən MDB Sammitində ölkə rəhbərləri münaqişənin
həll edilməsi ilə bağlı bir sıra görüşlər keçirməyə razılıq verdilər. Bu-
nunla əlaqədar prezident Heydər Əliyev və Robert Koçaryan aprelin
242
QARABAĞ
99 SUALDA
24-də Vaşinqtonda, avqustun 16 və 22-də
Cenevrədə, sentyabrın 10-da isə Ukrayna-
nın Yalta şəhərində görüşdülər. Görüşlər
zamanı, ölkə başçıları atəşkəs rejiminin sax-
lanması, tərəflər arasında etimadın qurul-
ması və sərhəd hadisələrinin qarşısının alın-
ması barədə həmfikir olduqlarını bildirərək
ATƏT-in Minsk Qrupu çərçivəsində da-
nışıqların bərpa edilməsində də razılığa
gəldilər.
599
Heydər Əliyev və Robert Koçar-
yan arasında son görüş 1999-cu il oktyabrın 11-də Naxçıvan Muxtar Res-
publikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə, Azərbaycanın
Sədərək şəhərində baş tutdu.
Görüşün mövzusunun məxfi saxlanılma-
sına baxmayaraq, ehtimal edilir ki, tərəflər münaqişənin həlli ilə bağlı
qarşılıqlı kompromislərə gələ bilmişdilər. Belə ki, tərəflər “torpaqların
dəyişdirilməsi” adlı təklif hazırlamışdılar.
Təklifə əsasən, Jerard Libaridyan
yazır ki, “R.Koçaryanın Dağlıq-Qarabağın Ermənistana birləşdirilməsi
tələbinə cavab olaraq Heydər Əliyev Ermənistanın cənubunda yerləşən
və Naxçıvanla Azərbaycanı ayıran Mehri rayonu üzərində nəzarəti ələ al-
maq tələbini qoydu”.
600
Digər tərəfdən, “torpaqların dəyişdirilməsi” təklifi
ilə əlaqədar Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov
2005-ci ildə yazırdı: “Bu təklifin əhatə etdiyi parametrlər gizli saxlanı-
lırdı. Hətta bu gün təklifə nələrin daxil olduğunu və kim tərəfindən irəli
sürüldüyünü dəqiqliklə demək çox çətindir”.
601
Bununla belə, danışıqla-
rın parametrlərindən aydın olub, olmamasından asılı olmayaraq, güman
edilirdi ki, bu iki ölkə liderləri arasında keçirilmiş məxfi görüş nəticəsində
1999-cu ildə ATƏT-in İstanbul zirvə görüşündə Dağlıq Qarabağ məsələsi
üzrə razılığa gəlinəcəkdir. Dəqiq məlumatın olmamasına baxmayaraq,
599 “Negotiations chronology between Azerbaijan and Armenia”, Republic of Azerbaijan: Ministry
of Foreign Affairs, 1999; (http://mfa.gov.az/?language=en&options=content&id=856). Accessed on
December 15, 2013.
600 Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the
Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 37.
601 Zulfuqarov, Tofik, “Obstacles to Resolution: An Azerbaijani Perspective”, Accord: An International
Review of Peace Initiative, Issue 17, 2005, p. 41.
Görüşün mövzusunun məxfi
saxlanılmasına baxmayaraq,
ehtimal edilir ki, tərəflər
münaqişənin həlli ilə bağlı
qarşılıqlı kompromislərə gələ
bilmişdilər. Belə ki, tərəflər
“torpaqların dəyişdirilməsi”
adlı təklif hazırlamışdılar.
243
QARABAĞ
99 SUALDA
görüşdən üç gün sonra Heydər Əliyevin Türkiyənin Samanyolu TV kana-
lına verdiyi müsahibədən İstanbul Sammitinin münaqişənin sülh yolu ilə
həlli üçün son dərəcə mühüm olduğu aydın olurdu.
602
Qeyd edilməlidir ki, regionda sülh və sabitlik yaradılmasına kömək
etməklə Cənubi Qafqazda öz mövqeyini təmin etmək üçün ABŞ birmənalı
olaraq tərəflər arasında mediatorluq edirdi. Bu baxımdan, ABŞ dövlət ka-
tibi Madlen Olbrayt 26-27 oktyabr tarixində Heydər Əliyev və Robert
Koçaryanla görüşmüş, dövlət katibinin müavini Strobe Talbott münaqişə
tərəflərinin paytaxt şəhərlərinə səfər edərək onları danışıqların yekun
mərhələsinə təşviq etmişdi.
603
Bununla belə, ABŞ hökuməti, Azərbaycan
və Ermənistan prezidentlərinin bütün sülh səyləri və İstanbul Sammitinə
olan ümidlər siyasi fiasko ilə üzləşdi. ABŞ dövlət katibinin müavini Strobe
Talbottun bölgəyə səfəri zamanı Ermənistan parlamentində dəhşətli bir
hadisə baş verdi. Silahlı şəxslərdən ibarət kiçik bir qrup Parlamentə girərək
Ermənistanın Baş Naziri Vazgen Sarqsyan, Parlamentin spikeri Karen
Dəmirçyan və keçmiş Kommunist Partiyasının lideri də daxil olmaqla
səkkiz görkəmli siyasətçini öldürdü.
604
Ermənistan parlamentində baş ver-
miş hadisə ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsədə, ümumiyyətlə Rusi-
yanın bu terror hücumunda bu və ya digər vasitə ilə əli olduğu güman edi-
lirdi. Bununla bağlı Böyük Britaniyada siyasi mühacir kimi yaşayan Rusiya
Federasiyasının Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Aleksandr
Litvinenko 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki ter-
ror hadisəsinin Rusiyanın xüsusi xidmət orqanı tərəfindən təşkil olundu-
ğunu bildirmişdi. Onun sözlərinə görə, “Bu təxribat Rusiyanın siyasi eli-
tasına Qarabağ sazişinin imzalanmasına mane olmaq imkanı verdi… Sülh
prosesi Rusiyanın nəzarətindən kənarda inkişaf edirdi və bu Rusiyanın
xüsusi xidmət orqanlarına Ermənistan parlamentində xüsusi missiyasını
həyata keçirmək imkanı yaratdı”.
605
Lakin Ermənistan rəsmiləri polkovnik Aleksandr Litvinenkonun
602 Aslanlı, Araz, Qarabağ Problemi: Tarixi, Mahiyyəti, Həll Prosesi (Bakı, 2009), s. 53.
603 a.k.ə. Cornell, Svante E. (2011) p. 144.
604 King, Charles, The Ghost of Freedom: A History of the Caucasus (Oxford University Press, 2008), p. 223.
605 “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”, AZG DAILY
#79, 3 May 2005; (http://www.azg.am/EN/2005050307). Accessed on December 15, 2013.
244
QARABAĞ
99 SUALDA
dediklərini təkzib etdilər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin
mətbuat katibi Artsvin Bağramyanın sözlərinə görə, “məhkəmə araşdır-
ması zamanı A.Litvinenkonun fərziyyəsinə dair heç bir fakt və ya işarə
ortaya çıxmadı.” R.Koçaryanın milli təhlükəsizlik üzrə məsləhətçisi Qar-
nik İsaqulyan A.Litvinenkonu “xəstə adam” adlandıraraq bildirmişdi:
“Biz kiminsə xəstə təxəyyülünün məhsullarını təkzib və ya təsdiq etmək
məcburiyyətində deyilik… Erməni məhkəməsi bu məsələ ilə əlaqədar
qərarını rəsmi olaraq elan edərək məsələni bağlayıb”.
606
Bu hadisədə Ru-
siyanın əlinin olub olmamasından asılı olmayaraq, bu hadisə ölkə başçı-
larının qarşıdan gələn İstanbul zirvə görüşündə imzalanması nəzərdə tu-
tulmuş yekun danışıqlar prosesini dayandırmaları üçün əsas səbəb oldu.
Nəticədə, sammitdə iştirak edən dövlətlərin yekun bəyanatı belə oldu
ki, onlar “Azərbaycan və Ermənistan prezidentləri arasında fəallaşan di-
aloqu alqışlayır və ümid edirlər ki, danışıqları ATƏT-in Minsk qrupu
çərçivəsində bərpa etmək mümkün olacaqdır”.
607
68. 2001-ci ilin aprel ayında Azərbaycan və Ermənistan
prezidentləri arasında baş tutmuş Key Vest görüşünün
nəticəsi nə oldu?
1999-cu ildə Azərbaycan və Ermənistan prezidentləri arasında “tor-
paqların dəyişdirilməsi” üzrə danışıqlar Ermənistan parlamentində silahlı
qrup tərəfindən baş nazir və parlamentin spikeri də daxil olmaqla səkkiz
tanınmış siyasətçinin ölümünə səbəb olan sarsıdıcı bir hadisə nəticəsində
təxirə salındı.
608
Deyilənlərə görə, Rusiyanın razılığı olmadan Azərbaycan
və Ermənistan arasında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar müqavilənin
imzalanmasının qarşısını almaq üçün törədilən bu hadisənin arxasında
606 Stepanian, Ruzanna, “Armenian Officials Deny Russian Role In 1999 Parliament Carnage”,
Azatutyun, 4 May 2005; (http://www.azatutyun.am/content/article/1576814.html). Accessed on December
15, 2013.
607 Ismailzade, Fariz, & Pellmar, Jason, “Making Time”, Transition Online, 14 January 2000; (http://
www.tol.org/client/article/4914-marking-time.html?print). Accessed on December 15, 2013.
608 a.k.ə. King, Charles (2008), p. 223.
245
QARABAĞ
99 SUALDA
Rusiya Federasiyası dayanırdı.
609
Lakin, 1999-cu ilin noyabrında ATƏT-
in İstanbul zirvə görüşündə münaqişə tərəfləri saziş imzalamasalar da,
onlar Ermənistan və Azərbaycan arasında “torpaqların dəyişdirilməsi”nə
əsaslanan həll yolundan dönmədilər. Bu baxımdan, ATƏT-in Minsk Qru-
pu, xüsusilə ABŞ, danışıqlar prosesini 2001-ci ilin aprelində Floridanın
Key Vest şəhərində davam etdirdi. Əvvəlki görüşlərdən fərqli olaraq, bu
görüşün əhəmiyyəti Minsk qrupunun həmsədrlərinin məsələni ilk dəfə
olaraq hər iki ölkə prezidenti ilə eyni yerdə müzakirə etmələri idi.
610
Apre-
lin 3-dən 6-a kimi davam edən danışıqlar prosesində hər iki ölkə preziden-
ti, Heydər Əliyev və Robert Koçaryan, ABŞ Dövlət katibi Kolin Povell,
ATƏT-in həmsədrləri Keri Kavano, Jan Jak Qaydar, Nikolay Gribkov və
Rusiyanın Xarici İşlər nazirinin birinci müavini V.Trubnikov iştirak edir-
di.
611
Belə güman olunurdu ki, Key Vest görüşü 1999-cu ildən Azərbaycan
və Ermənistan prezidentləri arasında keçirilən görüşləri yekunlaşdırmaq
üçün Minsk Qrupu tərəfindən planlaşdırılıb. ATƏT-in Minsk Qrupunun
həmsədrləri Floridanın Key Vest şəhərində keçirilən görüşə çox nikbin
baxırdı. Görüşdən sonra ABŞ səfiri Keri Kavano bu görüşü “irəli atılan
əhəmiyyətli və sağlam addım” adlandırmışdı. Onun sözlərinə görə, “bura-
da ən böyük nailiyyət sülhə nail olmanın mücərrəd anlayışlardan konkret
detallara keçirilməsi oldu”.
612
Öz növbəsində, Fransa səfiri Jan Jak Qaydar
bildirmişdi ki, hər iki tərəf əvvəlki danışıqlarla müqayisədə Key Vest da-
nışıqlarında sülhə daha yaxın oldular. Rusiya XİN birinci müavini Vya-
çeslav Trubnikov bu görüşün “çox qənaətbəxş” olduğunu bildirmişdi.
613
Minsk Qrupunun növbəti görüşünün iyun ayında İsveçrənin Cenevrə
şəhərində keçirilməsi planlaşdırılmış və tərəflər arasında sülh razılığı-
nın ilin sonunda imzalanacağı bildirilmişdi. Bununla belə, 5 gün davam
edən görüşdə sülh təklifinin müvafiq tərəflər üçün qəbuledilməz oldu-
609 a.k.ə. “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”.
610 a.k.ə. Əhmədov, Elçin (2012), s. 211.
611 a.k.ə. Abdullayev, Elshad, (2005), p. 90.
612 Peuch, Jean-Christophe, “Armenia/Azerbaijan: International Mediators Report Progress On
Karabakh Dispute”, Radio Free Europe/Radio Liberty, 10 April 2001; (http://www.rferl.org/content/
article/1096184.html). Accessed on December 27, 2013.
613 a.k.ə. Peuch, Jean-Christophe.
246
QARABAĞ
99 SUALDA
ğu görünürdü.
614
Nəticədə, Ermənistan prezidenti təklifdən geri çəkildi.
Libaridyanın sözlərinə görə, Robert Koçaryan daha sonra “Azərbaycana
bütün mübahisəli ərazilərin tam suverenliyi müqabilində sadəcə Mehri
üzərindən keçid hüququ verməyi təklif etmişdi. Heydər Əliyev ilkin tor-
paq dəyişikliyi mövzusu ilə bağlı narahat olduğu üçün artıq yenilənmiş
təklifi qəbul edəcək vəziyyətdə deyildi”.
615
Buna görə də, münaqişə
tərəflərinin 2001-ci ilin aprelində Key Vestdəki sonuncu sülh cəhdi də heç
bir müsbət nəticə vermədi.
69. Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi prosesində rolu nə idi?
Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi Dağlıq Qa-
rabağ münaqişəsinin tənzimlənməsi prosesində mühüm rol oynamışdır.
Onun səyi nəticəsində münaqişə hələ 1990-cı illərdə müvafiq beynəlxalq
təşkilatların xitabət kürsülərində ən çox müzakirə olunan məsələlərdən
birinə çevrilmişdi. Heydər Əliyev vasitəçiliyin erkən mərhələlərində
münaqişəyə dair əsasən erməni versiyasını dəstəkləyən beynəlxalq
ictimaiyyətin mövqeyini neytrallaşdıra bildi. Öz hakimiyyəti dövründə
Heydər Əliyev münaqişənin həllini özünün ən əsas vəzifələrindən biri
hesab etdiyi üçün bütün sülh yaratmaq təşəbbüslərini - istər çoxtərəfli,
istərsə də birtərəfli formatlarını alqışlayırdı. Münaqişənin həllində Heydər
Əliyevin əsas mövqeyi dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır və
o, Azərbaycanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəyini vur-
ğulayırdı.
616
Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələndə,
ölkə siyasi qarışıqlıqla üzləşmişdi və demək olar ki, vətəndaş müharibəsi
614 Olcott, Martha Brill, “U.S. Policy in the South Caucasus”, The Quarterly Journal, Vol. 1, Issue 3,
September 2002, p. 66.
615 Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the
Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 37.
616 “Speech of the Azerbaijan President Haydar Aliyev in solemn ceremony devoted to the 28
th
of May-
Day of Republic”, Heydar Aliyev Heritage/International Online Library, 26 May 2001; (http://lib.aliyev-
heritage.org/en/1587734.html). Accessed on December 27, 2013.
247
QARABAĞ
99 SUALDA
ərəfəsində idi.
617
İqtisadiyyat tamamilə dağılmış, ictimai vəziyyət isə kəskin
idi. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla
müharibədə ölkə çətin vəziyyətdə idi ki, bu da sonralar torpaqların 20
%-nin itirilməsi, Dağlıq Qarabağ və ətraf rayonlardan olan bir milyon
əhalinin öz torpaqlarını tərk etmək məcburiyyətində qalaraq məcburi
köçkünlərə çevrilməsi ilə nəticələnmişdi. Azərbaycan erməni diasporası
tərəfindən təcavüzkar, Dağlıq Qarabağın erməni əhalisi isə bu təcavüzün
qurbanları kimi təqdim edilmişdi.
618
Erməni diasporasının yaratdığı in-
formasiya blokadasını yarmaq mümkün olmadığından Azərbaycanın o
zamankı hökuməti münaqişə ilə bağlı beynəlxalq mediada öz mövqeyini
ortaya qoya bilmədi.
619
Münaqişə ilə bağlı real vəziyyətdən xəbərdar olan
Heydər Əliyev mövcud siyasəti dəyişərək aşağıdakı strategiyanı həyata
keçirməyə başlamışdır: ermənipərəst dövlətlərin mövqelərinin neytral-
laşdırılması; neytral dövlətlərin Azərbaycanın xeyrinə mövqe tutmasına
nail olunması; mövqeyi Azərbaycana yaxın olan dövlətlər və beynəlxalq
təşkilatlarla münasibətlərin gücləndirməsi və çoxşaxəli diplomatiya-
dan istifadə edərək Azərbaycanın dostları vasitəsilə Ermənistana təzyiq
edilməsi.
620
İlkin mərhələ kimi o, regional dövlətlər arasında balanslaş-
dırılmış siyasət aparmağa, ABŞ və Avropa İttifaqı ölkələri ilə ikitərəfli
münasibətlər yaratmağa çalışırdı.
621
Münaqişə ilə bağlı Rusiyanın mövqeyini neytrallaşdırmağa çalı-
şan Əliyev Moskvaya ilk rəsmi səfəri zamanı Azərbaycanın MDB üzv-
lüyünü bərpa etsədə Rusiya hərbi bazalarının Azərbaycanda bərpa
olunmasına icazə vermədi.
622
Heydər Əliyevin bu cəhdi 1994-cü ildə
617 Gadimova, Nazrin, “Azerbaijan honors Heydar Aliyev’s memory”, Azernews, 12 December 2013;
(http://www.azernews.az/azerbaijan/62474.html). Accessed on December 27, 2013.
618 Heather, Gregg, ”Divided They Conquer: The Success of Armenian Ethnic Lobbies in the United
States”, Paper presented at the annual meeting of the American Political Science Association, Boston
Marriott Copley Place, Sheraton Boston & Hynes Convention Center, Boston, Massachusetts, 28 August
2002, p. 36. Retrieved from; (http://intersci.ss.uci.edu/wiki/eBooks/Articles/). Accessed on December 28,
2013.
619 Shain, Yossi & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International
Organization, Vol. 57, No. 3, Summer 2003, p. 469.
620 Memmedova, Havva, “Haydar Aliyev’s Diplomacy in The Resolution of Nagorno Karabakh
Conflict”, Journal of Central Asia and South Caucasian Studies, Vol. 4, Issue 7, 2009, p. 169.
621 a.k.ə. Cornell, Svante E. (1999), p. 56.
622 a.k.ə. Memmedova, Havva (2009), p. 183.
248
QARABAĞ
99 SUALDA
Bişkekdə ermənilərlə atəşkəs barədə sazi-
şin imzalanması ilə nəticələndi.
623
Heydər
Əliyev ABŞ ilə əlaqələri möhkəmlətməyin
həm müstəqilliyin qorunması, həm də
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
əhəmiyyətli olduğunu başa düşürdü. 1992-
ci ildə ABŞ Azərbaycanın müstəqilliyini
tanısa da, ABŞ-dakı erməni diasporası-
nın anti-Azərbaycan fəaliyyəti nəticəsində
bu dövlətlə qarşılıqlı maraqlar əsasında
səmərəli ikitərəfli əlaqələr qurmaq mümkün
olmamışdı. Hələ üstəlik, Azadlığa Dəstək
Aktına 907-ci düzəlişinin qəbul edilməsi
nəticəsində ABŞ hökumət Azərbaycana
yardımı məhdudlaşdırmışdı ki, bu da öz
növbəsində dövlətlərarası münasibətlərə
təsir etmişdi.
624
Heydər Əliyevin ABŞ-ın xü-
susi maraqlarını ölkənin enerji ehtiyatlarına
daha çox cəlb etmək siyasəti bu münasibəti
dəyişdirməkdə təqdirəlayiq rol oynamışdır.
Dövlətlər arasında müsbət münasibətin qu-
rulması nəticəsində, ABŞ-ın enerji şirkətləri
1994-cü ildə imzalanmış “Əsrin müqavilə”si ilə Azərbaycan neftinin istis-
marından səhmlərin 40%-ni əldə etmişdilər.
625
Aydın idi ki, regiondakı
münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, sabitliyə əngəl yaradan
mühüm amil, enerji layihələrinin həyata keçirilməsində isə əsas təhlükə
idi. Buna görə də, ABŞ problemin həlli üçün vasitəçilik prosesində daha
fəal iştirak etməyə başlamış və 1997-ci ildə Azərbaycanın tələbi ilə ATƏT-
in Minsk qrupunun həmsədrlərindən biri olmuşdur.
626
1997-ci ildə
623 a.k.ə. Memmedova, Havva (2009), p. 170.
624 a.k.ə. Heather, Gregg (2002), p. 36.
625 a.k.ə. Human Rights Watch (1994), p. 136.
626 McDougall, James, “A New Stage in US Caspian Sea Basin Relations”, Central Asia, No. 5 (11), 1997.
Retrieved from; (http://www.ca-c.org/dataeng/st_04_dougall.shtml). Accessed on December 28, 2013.
Heydər Əliyev mövcud
siyasəti dəyişərək
aşağıdakı strategiyanı
həyata keçirməyə
başlamışdır: ermənipərəst
dövlətlərin mövqelərinin
neytrallaşdırılması; neytral
dövlətlərin Azərbaycanın
xeyrinə mövqe tutmasına
nail olunması; mövqeyi
Azərbaycana yaxın olan
dövlətlər və beynəlxalq
təşkilatlarla münasibətlərin
gücləndirməsi və çoxşaxəli
diplomatiyadan istifadə
edərək Azərbaycanın dostları
vasitəsilə Ermənistana təzyiq
edilməsi.
249
QARABAĞ
99 SUALDA
ABŞ-a rəsmi səfəri zamanı Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla
görüşərkən ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində əngəl
olan 907-ci düzəlişin ləğv olunmasının vacibliyini vurğuladı. Təəssüf ki,
ABŞ Konqresində Amerikadakı erməni lobbisinin güclü müqaviməti
2002-ci ilədək düzəlişin ləğv olunmasına imkan verməmişdir. Buna bax-
mayaraq, Bill Klinton da 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyini
vurğulamışdı. 2002-ci ildə Azərbaycanın anti-terror koalisiyasına cəlb
edilməsi zərurəti meydana çıxanda prezident Corc Buşun qərarı ilə 907-
ci düzəlişin tətbiq olunması müvəqqəti olaraq dayandırıldı.
627
Şübhəsiz
ki, 907-ci düzəlişin ləğvi ilə bağlı Heydər Əliyevin əvvəlki cəhdləri onun
dayandırılması üçün zəmin hazırlanmasında mühüm rol oynamışdı.
Heydər Əliyev ATƏT-in vasitəçilik rolunu qəbul edərək bu təşkilatın
zirvə toplantılarına fəal qatılır və bunu Azərbaycanın münaqişədə möv-
qeyini vurğulamaq üçün zəmin kimi qəbul etmişdi.
628
Xüsusilə, ATƏT-in
1996-cı ildə təşkil olunmuş Lissabon sammiti Heydər Əliyevin Dağlıq
Qarabağla bağlı diplomatiyasında mühüm rol oynamışdır. Lakin erməni
tərəfinin etirazı ilə bağlı münaqişənin həlli üçün Azərbaycan tərəfinin
təklif etdiyi prinsiplər Zirvə görüşünün yekun sənədinə daxil edilməsədə,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli prinsipi iş-
tirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilmişdir.
629
Sonralar, ATƏT-in Minsk qrupu müxtəlif dövrlərdə “paket müqaviləsi”,
“mərhələli həll” və “ümumi dövlət” kimi sülh layihələri təklif etmişdi. “Pa-
ket müqaviləsi” və “mərhələli həll” təklifləri Heydər Əliyev tərəfindən
qəbul edilsə də “ümumi dövlət” layihəsi Azərbaycanın milli maraqlarına
toxunduğu üçün ondan imtina edilmişdi.
630
1999-2001-ci illərdə Vaşinq-
ton, Paris və Key Vest şəhərlərində Heydər Əliyevlə Robert Koçaryan ara-
627 “General historical background of Section 907 of “Freedom Support Act” of the US Congress and
the activity of the President of Azerbaijan Heydar Aliyev in connection with its repeal”, Heydar Aliyev
Heritage/International Online Library; (http://lib.aliyev-heritage.org/en/3711428.html). Accessed on
December 28, 2013.
628 a.k.ə. Memmedova, Havva (2009), p. 177.
629 Huseynov, Tabib, “Mountainous Karabakh: Conflict Resolution through Power-sharing and Regional
Integration”, Peace Studies Journal, No. 6, January 2005. Retrieved from; (http://www.bradford.ac.uk/
ssis/peace-conflict-and-development/issue-6/). Accessed on December 28, 2013.
630 a.k.ə. Huseynov, Tabib (2005).
250
QARABAĞ
99 SUALDA
sında ikitərəfli görüşlər təşkil olunmuşdu. Lakin təəssüf ki, bu görüşlər də
münaqişənin həllinə kömək edə bilmədi.
631
Prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanın mövqeyini
beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra və müharibə barədə həqiqətləri
yaya bilmişdi. Əliyev, atəşkəsə nail olaraq zorakılığa son qoyulmasına nail
olmuşdur. Məhz onun hakimiyyəti dövründə beynəlxalq təşkilatlar bu
məsələni öz gündəliklərinə salmış və münaqişənin həlli üçün çoxtərəfli və
birtərəfli təşəbbüslər edilmişdir.
Dostları ilə paylaş: |