70. Praqa prosesi nədir?
Praqa prosesi Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın Key
Vest şəhərində keçirilən görüşü uğursuz nəticələndikdən sonra, 2002-
ci ildə ATƏT-in Minsk Qrupu tərəfindən təşkil edilmiş Ermənistan və
Azərbaycan Prezidentlərinin şəxsi nümayəndələri arasında keçirilən danı-
şıqlar mərhələsidir. Praqa Prosesi ilə Minsk Qrupunun niyyəti iki ölkənin
prezidentləri arasında davam edən görüş zamanı mövcud olan boşluqları
doldurmaq idi. Bu baxımdan, danışıqların birinci mərhələsi Minsk Qrupu-
nun sədrliyi ilə Robert Kocaryan və Heydər Əliyevin şəxsi nümayəndələri
arasında Praqadan kənarda Stirinqdə 2002-ci il mayın 14-də keçiril-
mişdi. Ermənistan Xarici İşlər Nazirinin müavini Tatoul Markaryan və
Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov müvafiq olaraq
hər iki ölkənin prezidentlərini təmsil edirdilər.
632
Daha sonra, 2004-cü il
aprelin 16-da Azərbaycanın yeni təyin olunmuş Xarici İşlər Naziri Elmar
Məmmədyarov (bu onun ilk görüşü idi) və Ermənistan Xarici İşlər Nazi-
ri Vartan Oskanyan Praqada danışıqlar prosesini davam etdirdilər. Lakin,
Praqa prosesi başlamazdan əvvəl nazirlər Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı tərəflərin mövqelərini bildirmişdilər. Bununla əlaqədar ola-
raq, Elmar Məmmədyarov bildirmişdir ki, “Azərbaycan Dağlıq Qarabağa
631 a.k.ə. Huseynov, Tabib (2005).
632 “Personal representatives of Armenian and Azeri Presidents hold Nagorno-Karabakh talks in
Prague”, OSCE: Organization for Security and Co-operation in Europe, 14 May 2002; (http://www.osce.
org/mg/54337). Accessed on December 17, 2013.
251
QARABAĞ
99 SUALDA
müstəqil dövlət statusunun verilməsinə və
ya Dağlıq Qarabağın Ermənistanın tərkib
hissəsi olmasına razı deyil. Münaqişənin
həlli üçün ATƏT-in Minsk Qrupunun yeni
təklifləri bu prinsiplərə əsaslanmalıdır”.
633
Digər tərəfdən, onun həmkarı, Vartan Os-
kanyan onun fikri ilə razılaşmayaraq bildirmişdi ki, “problem yalnız Dağ-
lıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ alması ilə həll
edilə bilər. Bu, Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi və dünya
ictimaiyyətinin və Azərbaycanın bunu tanıması ilə əldə edilə bilər. Başqa
yolu yoxdur”.
634
Qeyd etmək lazımdır ki, 2004-cü və 2006-cı illər arasında Pra-
qa Prosesi çərçivəsində Xarici işlər nazirlərinin dörd görüşü keçiri-
lib. ATƏT-in Minsk Qrupunun həmsədrinin sözlərinə görə, tərəflər
arasında “heç bir gündəlik, heç bir öhdəlik və danışıqlar olmadan
Ermənistan, Azərbaycan ya da həmsədrlər tərəfindən təklif edilmiş
məsələlər üzərində sərbəst müzakirələrin aparılması” üzrə razılığa
gəlinmişdir.
635
Danışıqlar zamanı hər iki nazir iki əsas nəticə əldə et-
mişdir:
- Məsələnin gələcək həllinin bütün parametrləri metodik şəkildə
öyrənildiyi üçün hər bir tərəfin mövqeyi haqqında aydın fikrə malikik.
- Problemin məğzi tədricən müəyyən olunub, yəni real danışıqların
başlanması üçün zəmin, hər iki tərəfin edə ediləcəyi güzəştlər müəyyən
edilmişdir.
636
Ümumiyyətlə, Praqa prosesinin başlanğıcında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tam həlli barədə nikbin fikir var idi. Əgər ra-
zılıq əldə edilərsə, danışıqlar prosesi erməni hərbi qüvvələrinin Dağlıq Qa-
rabağdan kənarda yerləşən Azərbaycanın işğal olunmuş beş rayonundan çı-
633 Mehtiyev, Elkhan, “Armenia-Azerbaijan Prague Process: Road Map to Peace or Stalemate for
Uncertainty?”, Caucasus Series, 05/23, May 2005, p. 4.
634 a.k.ə. Mehtiyev, Elkhan (2005), p. 4.
635 “Report of the Co-chairs of the OSCE Minsk Group to the OSCE Ministerial Council”,
MC.GAL/9/04, 30 December 2004.
636 a.k.ə. “Report of the Co-chairs of the OSCE Minsk Group to the OSCE Ministerial Council”.
Praqa Prosesi ilə Minsk
Qrupunun niyyəti iki ölkənin
prezidentləri arasında davam
edən görüş zamanı mövcud
olan boşluqları doldurmaq idi
252
QARABAĞ
99 SUALDA
xarılmasına və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına əsaslanırdı.
Lakin, tərəflər Dağlıq Qarabağın yekun statusu haqqında razılığa gəlmədilər.
Praqa prosesi çərçivəsində tərəflər arasındakı danışıqlara əsasən Dağlıq Qa-
rabağın yekun statusu səsvermə yolu ilə müəyyən olunacaqdı. Ermənistan
Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını və ya səsvermə yolu ilə
Ermənistana birləşdirilməsini istəyirdi. Digər tərəfdən, Azərbaycan öz ərazi
bütövlüyünü pozan hər hansı cəhdə qarşı idi və Dağlıq Qarabağa ən yüksək
muxtariyyət statusu verməyə hazır olduğunu bildirmişdi. Digər mübahisəli
məsələ Ermənistan Respublikası ilə Dağlıq Qarabağı birləşdirən Azərbaycanın
işğal olunmuş Laçın və Kəlbəcər rayonu ilə bağlı idi. Ermənistan dəhliz
təmin etmək üçün hər iki rayonun demilitarizasiyasını tələb edirdi. Bununla
belə, Azərbaycan bu ərazilərdən bütün erməni qüvvələrinin çıxarılmasını və
münaqişə zamanı bu regionlardan didərgin düşmüş məcburi köçkünlərə tam
hüququn verilməsini tələb edirdi. Belə ki, danışıqların nəticəsi onu göstərirdi
ki, Ermənistan tərəfi Azərbaycanın Dağlıq Qarabağ üzərində üstünlüyünü
qəbul etmədikcə və ya Azərbaycanın Ermənistanın Dağlıq Qarabağın ayrıl-
masına dair fikrinə müsbət yanaşmadıqca, bu məsələni danışıqlar masasın-
da həll etmək çətindir. Bütün bu mübahisəli məsələlərin nəticəsində İlham
Əliyev və Robert Koçaryan arasında fevral ayında Rambuye şəhərində, iyun
ayında Buxarestdə, və noyabr ayında Minskdə keçirilən birbaşa görüşlər za-
manı tərəflər yenə də razılığa gələ bilmədilər.
637
Belə ki, siyasi iradə və etimadın
olmaması üzündən Praqa Prosesi çərçivəsində danışıqlar baş tutmadı və bu-
nun ardınca Madrid prinsipləri təklif edildi.
71. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il
yanvar tarixli 1416 saylı Qətnaməsi nəyi nəzərdə tuturdu?
Avropa Şurası Parlament Assambleyası 25 yanvar 2005-ci il
tarixində keçirilən ikinci iclasında Dağlıq Qarabağ münaqişəsi haq-
qında Assambleyanın 1416 saylı qətnaməsini qəbul etdi. Qətnaməni
qəbul edərək, AŞPA yüz minlərlə köçkün insanın acınacaqlı şəraitdə
637 International Crisis Group, “Nagorno-Karabakh: Risking War”, Europe Report, N°187, 14 November
2007, pp. 1-6.
253
QARABAĞ
99 SUALDA
yaşamasına və iyirmi ildən çox davam
edən Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasına təəssüfünü bildirmişdi. O,
həmçinin tərəflər arasında kütləvi etnik
düşmənçiliyin yayılmasına gətirib çıxaran
və geniş miqyaslı etnik köçürmələrə səbəb
olan hərbi əməliyyatlarla bağlı öz ciddi
narahatlığını ifadə etmişdi. Qətnaməni
qəbul edərək AŞPA təsdiq edir ki,
ərazinin müstəqilliyinin tanınması və əsas
dövlətdən ayrılması silahlı hərbi qüvvələrin
köməyi ilə yerli xalqı yurdundan qovmaq-
la və ya ərazinin de-fakto digər dövlətə
birləşdirilməsi ilə deyil, yalnız qanuni və danışıqlar yolu ilə əldə edilə
bilər.
Qətnamədə həmçinin “bir üzv dövlətin digər dövlətin ərazisini
işğal etməsi dövlətin Avropa Şurasının üzvü kimi öhdəliklərini ciddi
şəkildə pozması olduğunu və münaqişə zonasından köçkün düşmüş
insanların öz yurdlarına təhlükəsiz və sərbəst qayıtma hüququna malik
olduğunu” üzv dövlətlərin diqqətinə çatdırılır. Bu göstərir ki, ATƏT-
in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar prosesinin
uğursuz olacağı halda, münaqişə tərəfləri Beynəlxalq Ədalət Məhkəməsi
vasitəsilə (BƏM) BMT Nizamnaməsindən əsas kimi istifadə edə
bilərlər. Həmçinin, BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853
(1993), 874 (1993), 884 (1993) saylı qətnamələrini təsdiq edən AŞPA-
nın 1416 saylı qətnaməsi münaqişə tərəflərini BMT Təhlükəsizlik Şu-
rasının qətnamələrinə əməl etməyə və gələcək hərbi əməliyyatlardan
çəkinməyə çağırır. AŞPA-nın 1416 saylı qətnaməsinin “Azərbaycan
ərazisinin əhəmiyyətli hissələri hələ də erməni silahlı qüvvələrinin iş-
ğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə
nəzarəti öz əllərində saxlayır” şərhinə xüsusi diqqət yetirmək lazımdır.
638
638 Council of Europe – Parliamentary Assembly (PACE), “Resolution 1416”, 25 January 2005.
Retrieved from; Krüger, Heiko, The Nagorno-Karabakh Conflict: A Legal Analysis (Springer, 2010), pp.
140-142.
Qətnaməni qəbul edərək
AŞPA təsdiq edir ki, ərazinin
müstəqilliyinin tanınması
və əsas dövlətdən ayrılması
silahlı hərbi qüvvələrin
köməyi ilə yerli xalqı
yurdundan qovmaqla və
ya ərazinin de-fakto digər
dövlətə birləşdirilməsi ilə
deyil, yalnız qanuni və
danışıqlar yolu ilə əldə edilə
bilər.
254
QARABAĞ
99 SUALDA
Bu o deməkdir ki, Parlament Assambleyası Ermənistanı Azərbaycan
ərazisində silahlı hərbi əməliyyatlarda iştirak etmiş bir münaqişə tərəfi
kimi tanıyır.
Avropa Şurası Parlament Assambleyası
ATƏT-in Minsk Konfransının məşğul olduğu
Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə
QƏTNAMƏ 1416 (2005)
639
Strasburq, 25 yanvar 2005-ci il
1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından
on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ
bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir.
Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır.
Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri
tərəfindən işğal altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ
bölgəsinə nəzarət edirlər.
2. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi
etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan
genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranması-
na gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir
daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması
və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto
birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu
ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses
vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin
işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdü-
yü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və
münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və
ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.
3. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini
639 a.k.ə. Əhmədov, Elçin (2012), ss. 845-848.
255
QARABAĞ
99 SUALDA
xatırladır və əlaqədar tərəflərin, xüsusilə əməliyyatlardan çəkinməklə və
istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onla-
ra riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş
tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin
intevsivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çı-
xara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir.
4. Assambleya xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan
2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öz qonşularına
qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə münaqişəni yalnız dinc
vasitələrlə həll etmək öhdəliyini götürmüşlər. Eyni zamanda Ermənistan
münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağ üzərində
əhəmiyyətli təsirindən istifadə etməyi öz üzərinə götürmüşdür. Assamb-
leya hər iki Hökumətin bu öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə
qarşı silahlı qüvvələrdən istifadə etməkdən və hərbi əməliyyatları təbliğ
etməkdən çəkinməsini təkid edir.
5. Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin
(ATƏM) Nazirlər Şurasının 1992-ci ilin mart ayında Helsinkidə
münaqişənin dinc yolla həlli üzrə danışıqlar forumunun təmin edilməsi
məqsədilə Minskdə konfrans keçirmək barədə razılıq əldə etdiyini xatırla-
dır. Ermənistan, Azərbaycan, Belarus, keçmiş Çex və Slovak Federal Res-
publikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və
Amerika Birləşmiş Ştatları həmin vaxt Konfransda iştirak etməyə razılıq
vermişdilər. Assambleya bu dövlətləri münaqişənin dinc yolla həllinə
nail olmaq üçün öz səylərini artırmağa çağırır və onların Assambleyada-
kı milli nümayəndə heyətlərini bununla əlaqədar öz hökumətlərinin gör-
düyü tədbirlər barədə hər il Assambleyaya məruzə etməyə dəvət edir. Bu
məqsədlə Assambleya öz Burosundan bu milli nümayəndə heyətlərinin
başçılarının da daxil olduğu ad hoc komitə yaratmağı xahiş edir.
6. Assambleya, xüsusilə də 1994-cü ilin may ayında atəşkəsə nail
olunmasına və həmin vaxtdan etibarən atəşkəsə riayət olunmasının
monitoringinə görə Minsk qrupunun həmsədrlərinin və ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin yorulmaq bilmədən
256
QARABAĞ
99 SUALDA
göstərdikləri səylərini yüksək qiymətləndirir. Assambleya ATƏT-in
Minsk Qrupu Həmsədrlərini silahlı münaqişənin dayandırılması barədə,
həyata keçirilməsi münaqişənin bütün tərəflər üçün başlıca nəticələrini
aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan verəcək
siyasi sazişin bağlanılması üzrə danışıqları sürətləndirmək üçün təcili ad-
dımlar atmağa çağırır. Assambleya Ermənistanı və Azərbaycanı ATƏT-in
Minsk Prosesindən faydalanmağa və Minsk Qrupu vasitəsilə münaqişənin
beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə uyğun olaraq dinc
yolla həlli üçün öz konstruktiv təkliflərini bir-birinə fəal surətdə təqdim
etməyə çağırır.
7. Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsini imzalamalarını və Nizamnamənin 93-cü
Maddəsinin 1-ci bəndinə uyğun olara ipso facto Beynəlxalq Ədalət
Məhkəməsinin Statutuna tərəfdar çıxmalarını xatırladır. Bununla əlaqədar
olaraq Assambleya Minsk Qrupunun Həmsədrlərinin himayəsi altında
keçirilən danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Azərbaycan
və Ermənistanı Məhkəmənin Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə
uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsindən faydalanmağı nəzərdən
keçirmələrini təklif edir.
8. Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində,
eləcə də Qafqaz Dördlüyünün Parlament Spikerlərinin görüşləri kimi
digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndirməklə
özləri arasında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki nümayəndə
heyətinin bu cür barışıq istiamətində tərəqqini nəzərdən keçirmək üçün
Assambleyanın hər hissəvi sessiyasında görüşməsini tövsiyə edir.
9. Assambleya Azərbaycan hökumətini bölgənin gələcək statusu ilə
bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi nümayəndələri ilə
qeyd-şərtsiz əlaqə qurmağa çağırır. O, bu cür əlaqələr üçün Strasburqda
şərait yaradılmasına hazır olduğunu qeyd edir və bir neçə dəfə ermənilərin
iştiraki ilə dinləmələr formasında bunu həyata keçirdiyini xatırladır.
10. Assambleya özünün Azərbaycan, Ermənistan və Gürcüstan-
da qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002)
saylı Tövsiyəsini xatırladaraq bütün üzv və müşahidəçi dövlətləri etnik
257
QARABAĞ
99 SUALDA
ermənilərin Azərbaycandan və etnik azərbaycanlıların Ermənistandan qo-
vulması və silahlı əməliyyatlar nəticəsində köçkün düşmüş yüz minlərlə
insana humanitar yardım və kömək göstərməyə çağırır.
11. Assambleya Ermənistan və Azərbaycan kütləvi informasiya
vasitələrində əks olunan bütün nifrət ifadələrini mühakimə edir. Assamb-
leya Ermənistan və Azərbaycana müraciət edərək məktəblər, universitetlər
və KİV vasitəsi ilə öz xalqları arasında qarşılıqlı barışığı, etimad yaradıl-
masını və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırır. Belə bir barışığın ol-
madığı təqdirdə nifrət və etimadsızlıq bölgədə sabitliyə mane olacaq və
yeni zorakılığa gətirib çıxaracaqdır. İstənilən davamlı həlldən əvvəl və həll
zamanı bu cür barışıq prosesi həyata keçirilməlidir.
12. Assambleya Avropa Şurasının Baş Katibini Ermənistan və
Azərbaycana qarşılıqlı barışıq prosesinə yönəlmiş xüsusi dəstək verilməsi
üçün fəaliyyət planı hazırlamağa, eləcə də Ermənistan və Azərbaycana dair
tədbirlər barədə qərar verərkən bu qətnaməni nəzərə almağa çağırır.
13. Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər
Konqresini Ermənistan və Azərbaycanda bələdiyyələrə seçilən
nümayəndələrə qarşılıqlı əlaqələrin və bölgələrarası qarşılıqlı əməkdaşlığın
qurulmasında yardım etməyə çağırır.
14. Assambleya insan hüquqlarına, sabitliyə və sülhə təhlükə törədən
ikitərəfli münaqişələri və daxili mübahisələri yerli və regional ərazi icma-
larını və hakimiyyətləri cəlb etməklə dinc yolla həll etmək üçün özünün
üzv dövlətlərini daha yaxşı mexnizmlərlə təmin etmək məqsədilə Avropa
Şurasının münaqişələrin həlli üzrə mövcud mexanizmlərini, xüsusilə də
mübahisələrin dinc yolla həlli üzrə Avropa Konvensiyasını təhlil etməkdə
qərarlıdır.
15. Assambleya bu münaqişənin dinc yolla həllinin mütamadi əsasda
monitoringini davam etdirməkdə qərarlıdır və bu məsələnin nəzərdən
keçirilməsinə özünün 2006-cı ildə ilk hissəvi-sessiyasında qayıtmağa
qərar verir.
25 yanvar 2005-ci il.
258
QARABAĞ
99 SUALDA
72. Madrid prinsipləri nədir?
Madrid prinsipi ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın pay-
taxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupu-
nun Həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə
təqdim etdikləri saziş planıdır. Madrid prinsipləri Praqa prosesində bərpa
edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sü-
rülmüş sülh təşəbbüsünün davamı hesab edilir.
640
Bu, dövlətlərarası razı-
laşmalar və sazişlər üzrə baza kimi xidmət göstərən beynəlxalq qanunların
əsas sənədi olan ATƏT-in Helsinki Yekun Aktının tənzimləyici hüquqi
müddəalarına əsaslanan 1994-cü il atəşkəs sazişindən sonra münaqişə
tərəfləri arasında sülh danışıqları nəticəsində ortaya çıxan yeganə
sənəddir.
641
Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir və orada aşa-
ğıdakılar qeyd edilir:
Kəlbəcər rayonu və Ermənistanla Dağlıq Qarabağı birləşdirən strateji
Laçın dəhlizi də daxil olmaqla Dağlıq Qarabağa bitişik Azərbaycan tor-
paqlarından erməni qüvvələrinin mərhələli çıxarılması;
Əvvəllər işğal olunmuş ərazilərin demilitarizasiyası; beynəlxalq
sülhməramlı qüvvələrin yerləşdirilməsi;
Minaların təmizlənməsi, yenidənqurma işlərinin görülməsi və
münaqişənin təsirini aradan qaldırmaq üçün tədbirlərin görülməsi,
məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinin sürətləndirilməsi;
Bakıdakı mərkəzi Azərbaycan hökuməti ilə birlikdə Dağlıq Qarabağ
əhalisi arasında regionun gələcək statusunu müəyyən etmək üçün referen-
dumun keçirilməsi.
642
Prinsiplər Minsk qrupu tərəfindən təqdim edildikdən sonra tərəflər
640 Potier, Tim, “Nagorno-Karabakh: Ever Closer to a Settlement, Step-by-Step”, in OSCE Yearbook
2009 (Nomos, 2010), pp. 205-206.
641 Gassanli, Murad, “What Do Madrid Principles Say on Karabakh?”, Azeri Report; (http://azerireport.
com/index.php?option=com_content&task=view&id=2226&Itemid=37). Accessed on December 19,
2013.
642 Fuller, Liz, “Russia To Host Talks Between Armenian, Azerbaijani Presidents”, Radio Free Europe/
Radio Liberty, 1 November 2008; (http://www.rferl.org/content/Russia_To_Host_Talks_Between_
Armenian_Azerbaijani_Presidents/1337251.html). Accessed on December 19, 2013.
259
QARABAĞ
99 SUALDA
bəzi məqamlarda razılığa gəldilər. Lakin,
çıxılmaz vəziyyət son məsələdə, yəni Dağlıq
Qarabağın yekun statusu ilə bağlı məsələdə
yarandı. Azərbaycan tərəfi Dağlıq Qaraba-
ğın tamamilə Azərbaycandan ayrılmasına
qarşı çıxdı və yalnız yüksək muxtariyyət
səviyyəsinin verilməsi ilə razılaşdı.
643
Bu-
nunla bağlı, Azərbaycan Prezidenti İlham
Əliyev oktyabrın 24-də prezident kimi ikin-
ci inaqurasiyasında bildirmişdi: “Qarabağ
heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bir zaman
tanımayacaqdır. Nə 5 ildə, nə 10 və ya 20 ildə. Heç vaxt”.
644
Digər tərəfdən, Dağlıq Qarabağ da öz müqəddəratını təyinetmə hüqu-
qunu tələb edirdi. Buna görə də, 2008-ci il oktyabrın 27-də Ermənistan
Prezidenti Serj Sarkisyan Ermənistan İctimai televiziyasına bildirmişdi:
“Əgər Azərbaycan Prezidenti Dağlıq Qarabağ xalqının öz müqəddəratını
təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Ermənistanla quru
sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ
camaatının təhlükəsizliyini təmin edərsə, Dağlıq Qarabağ münaqişəsinin
həlli mümkündür”.
645
Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağın yekun statusu haq-
qında Azərbaycan və Ermənistanın yuxarıda göstərilən arqumentlərinə
gəlincə, Minsk qrupunun həmsədri Bernar Fasiye martın 24-27-də Vya-
nada keçirilən Azərbaycan-Ermənistan Sülh Forumu zamanı demiş-
di: “Dağlıq Qarabağın statusu üzrə indi razılığa gəlmək mümkün deyil.
Münaqişənin həlli ilə bağlı təklif olunan yolların heç biri, yəni Qarabağın
müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması və onun Azərbaycana
geri qaytarılması hazırda qeyri-mümkündür”.
646
Buna görə də, Minsk
643 a.k.ə. Potier, Tim (2010), p. 206.
644 a.k.ə. Fuller, Liz (2008).
645 a.k.ə. Fuller, Liz (2008).
646 Khachatrian, Haroutiun, “Armenia and Azerbaijan: OSCE Wants Civil Society Groups to Help
Karabakh Peace Process”, EURASIANET.org, 1 April 2009; (http://www.eurasianet.org/departments/
insightb/articles/eav040209af.shtml). Accessed on December 19, 2013.
Madrid prinsipləri Praqa
prosesində bərpa edilmiş
və 2006-cı ilin iyununda
ictimaiyyətə açıqlanan Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli üçün baza
prinsiplərinə əsasən irəli
sürülmüş sülh təşəbbüsünün
davamı hesab edilir.
260
QARABAĞ
99 SUALDA
qrupunun həmsədrləri 2009-cu ildə, Dağlıq Qarabağın yekun statusu
ilə bağlı hər iki tərəfin bir tərəfdən Dağlıq Qarabağın öz müqəddəratını
təyinetməsi, digər tərəfdən ərazi bütövlüyü arqumentləri arasında silahlı
qüvvələrdən istifadə etmədən ağlabatan kompromis təqdim edən Madrid
prinsiplərinin yenilənmiş versiyasını hazırladı.
Dostları ilə paylaş: |