XI mühazirə
404
yeddinci sessiyasının qərarlarına uyğun olaraq 1957-ci ilin
iyulunda Azərbaycan Xalq Təsərrüfatı Şurası təşkil edilmişdi.
Ləğv edilən ittifaq - respublika və respublika nazirliklərinin
bütün müəssisələri respublika Xalq Təsərrüfatı Şurasına
verilmişdi. Xalq Təsərrüfatı Şurasının ixtiyarında 381 müəssisə
vardı ki, bundan 269-u sənaye müəssisələri idi.
Respublikada bir sıra yeni istifadə qurğuları, Sumqayıt
boru-prokat zavodunda prokat sexi, Sumqayıt sintetik kauçuk
zavodunda kauçuk bölməsi və s. işə salınmışdı. Kirovabad
(Gəncə) alüminium oksidi zavodunun, zəylik alunit mədəninin,
Bakı Şin zavodunun tikilməsinə başlanmışdı. Respublikada
elektrotexnika malları istehsal edən dörd ixtisaslaşdırılmış
zavod və elektrotexnika sənaye elmi-tədqiqat institutu təşkil
edilmişdi.
Ağır sənayenin inkişaf etdirilməsi ilə yanaşı, yüngül
sənayenin və yeyinti sənayesinin inkişaf etdirilməsinə çox fikir
verilirdi. Mingəçevir şəhərində böyük toxuculuq kombinatı,
Bakıda kamvol fabriki, Əli-Bayramlı rayonunda yağ kombinatı
və bir sıra başqa müəssisələr tikilmişdi. İstehsal
texnologiyasının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin tətbiq
edilməsi, istehsal prosesinin mexanikləşdirilməsi nəticəsində
iki il ərzində ümumən bütün respublika sənayesində əmək
məhsuldarlığı planı artıqlaması ilə yerinə yetirilmişdi. 1957-ci
ildə əmək məhsuldarlığı 1955-ci ilə nisbətən 12 faiz artmışdı.
50-ci illərin ortalarından başlayaraq SSRİ-nin əsas
neftçıxarma mərkəzi sayılan Azərbaycan bütün ölkənin neft
məhsullarına olan ehtiyatını ödəyə bilmirdi. Buna görə də,
Xəzər neft yataqlarının aşkar edilməsinə başlanıldı. Bu isə
Azərbaycan neft sənayesinin inkişafında çox böyük hadisə
oldu.
Dəniz neft yataqlarının istismarı üçün «Azneft» Birliyi
nəzdində «Dəniz qazma» tresti yaradıldı.
Girovdağ, Qaradağ, Zəyli, Mişovdağ kimi neft və qaz
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
405
yataqlarının kəşf edilməsi, sənaye miqyasında işlədilməyə
başlanması, habelə «Neft Daşları», «Palçıqtəpə» sahələrində
neft yataqlarının tapılması neft çıxarılmasını artırmaq işində
çox böyük rol oynamışdı. Bütün bunlar respublikada neft və
qazın sənaye ehtiyatlarını xeyli artırmışdı.
Qeyd olunan nəticələrin əldə olunmasında 1949-cu il
mayın 7-də «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini
və işlənməsini üzən vasitələrlə təmin etmək haqqında», dəniz
mədənlərinin yaradılması və inkişafında «Azərbaycan SSR-də
dəniz neft yataqlarının kəşfi və işlənməsi üzrə işlərin təşkilini
yaxşılaşdırmaq tədbirləri haqqında» 1949-cu il oktyabrın 31-də
SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarların, həmçinin
1950-ci ildə SSRİ hökumətinin qərarı ilə yeni neft Birliyinin -
«Azərdənizneft»in yaradılmasının mühüm əhəmiyyəti oldu.
Azərbaycan neft sənayesinin inkişafında 1953-cü ildə
neftçıxarma sənayesinə rəhbərlik edən üç birliyin –
«Azdənizneft», «Azneftkəşfiyyat» və «Azneft» Birliyində
birləşdirilməsinin, 1954-cü ildə isə Azərbaycan SSR Neft
Sənayesi Nazirliyinin yaradılmasının çox böyük əhəmiyyəti
oldu.
1954-cü il iyunun 9-da SSRİ Nazirlər Sovetinin «SSRİ
neft sənayesinin daha da inkişaf etdirilməsinə dair tədbirlər
haqqında» qəbul etdiyi qərara uyğun olaraq, əsas diqqət SSRİ-
nin yeni neft rayonlarının yaradılmasına yönəldildiyi halda,
Azərbaycan neft sənayesinə diqqət azaldı və Azərbaycan neft
hasilatı üzrə SSRİ-nin ən perspektivsiz rayonları sırasına daxil
edildi.
Görülmüş tədbirlər nəticəsində 50-ci illərdə Xəzər
dənizində neft sahələrinin aşkar edilməsi və işlənməsi xeyli
sürətləndi. Darvin bankası, Cilov adası, Neft daşlarının şimal-
şərq hissəsi, Qum adası və digər neftli yataqların istismarına
başlanıldı ki, bu da dənizdə neft hasilatının sürətlə artmasına
səbəb oldu. 1960-cı ildə neft hasilatı 17,8 mln. ton təşkil
XI mühazirə
406
etmişdir.
60-cı illərdə respublika sənayesində aparıcı sahələrdən
biri neft-maşınqayırma sənayesi idi. Bu sahədə xeyli
irəliləyişlər baş vermişdi. Azərbaycan maşınqayırma sənayesi
öz məhsullarını təkcə respublikaya deyil, həmçinin bütün SSRİ-
yə ixrac edirdi.
Respublikada maşınqayırmanın yeni sahələri meydana
gəlmişdi. 1954-cü ildə «Mingəçevir kəndmaş» kənd təsərrüfatı
maşınqayırma zavodu işə salındı. 50-ci illərdə Bakıda güclü
ekskavator təmir zavodu, elektrotexnika sənayesinin
«Azərkabel» zavodu, «Azərneftkəşfiyyat» təmir-mexaniki
zavodu bazasında «Bakıqazaparat» zavodu, Bakı elektrik təmiri
zavodu, Mingəçevir SES-in birinci növbəsi işə salındı.
50-60-cı illərdə Azərbaycanda enerji istehsalı, əhalinin
enerjiyə olan təminatı xeyli gücləndi. 1954-cü ildə Şüvəlanda
«Şimal» DRES fəaliyyətə başladı. 1959-cu ildə Əli-Bayramlıda
yeni istilik-elektrik stansiyası istismara verildi.
Respublikada ilk dəfə 20 kilovatlıq Mingəçevir-Xırdalan
elektrik xətti çəkildi. 60-cı illərdə respublikada kimya sənayesi
daha sürətlə inkişaf edirdi. 1952-ci ildə katalizator fabriki,
1953-cü ildə Yeni Bakı neftayırma zavodu, Sumqayıt sintetik
kauçuk zavodunun işə salınması ilə neft-kimya sənayesinin
əsası qoyuldu və inkişaf etdirildi. 1958-ci ildə kimya və neft-
kimya sənayesinin ümumi məhsulunun həcmi 1950-ci ilə
nisbətən 8,9 dəfə artmışdı.
XX yüzilliyin 60-cı illəri filiz-mədən sənayesinin inkişafı
ilə əlamətdar olmuşdur. 1954-cü ildə Daşkəsən dəmir
mədəninin tikintisi başa çatdırıldığı vaxtdan respublikanın
iqtisadiyyatında filiz-mədən sənayesi mühüm rol oynamağa
başladı.
Daşkəsən dəmir mədəninin işə salınması, elektrik dəmir
yolunun çəkilməsi, zəylik-alunit yatağının alüminium filizindən
istifadə etməyə imkan yaratdı. Yeni metallurgiya müəssisələri
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
407
istifadəyə verildi. Sumqayıt boru-prokat zavodu ilk məhsul
istehsal etdi, iki marten sobası istifadəyə verildi.
1958-1959-cu illərdə qazlı-neftli Zirə yatağının kəşfi və
sənaye miqyasında işlənməsi ilə respublikada qaz sənayesi
əhəmiyyətli dərəcədə inkişaf etdi. 60-cı illərin əvvəllərində
Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisi başa
çatdırıldı.
Respublikada energetika bazası iki il ərzində xeyli
genişlənmişdi. Mingəçevir su elektrik stansiyasının altı
aqreqatının hamısı işə salınmış, Şimal dövlət rayon elektrik
stansiyasının birinci növbəsi istifadəyə verilmişdi. Elektrik
stansiyalarının gücü 1920-ci ildəkinə nisbətən 1958-ci ildə 40
dəfə, elektrik enerjisi istehsalı 50 dəfə artmışdı. Elektrik
enerjisi istehsalının artması nəticəsində 1958-ci ildə
respublikada əhalinin hər nəfərinə 1600 kilovat-saat elektrik
enerjisi düşmüşdü.
Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il iyulun
13-də «1955-1960-cı illərdə Azərbaycan SSR-in kənd
təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında»,
1957-ci ilin iyulunda «Azərbaycan SSR-in dağlıq, dağətəyi və
sərhəd rayonları kolxozlarına kömək göstərmək haqqında»
qəbul etdiyi qərarları Azərbaycanın kənd təsərrüfatında mövcud
olan bir sıra problemlərin aradan qaldırılmasında mühüm rol
oynamış, ilk növbədə, kənd təsərrüfatına vəsait qoyuluşu xeyli
artırılmışdı.
Həyata keçirilən tədbilər nəticəsində kolxozların maddi-
texniki bazası xeyli möhkəmləndi, onların birləşdirilməsi
hesabına daha iri, genişləndirilmiş təsərrüfatlar yaradıldı. Belə
ki, 1950-ci ildə Azərbaycanda 1615 kolxoz var idisə, onların
birləşdirilməsi hesabına bu rəqəm 992-yə endi.
50-60-cı illərdə Azərbaycanda kolxoz quruculuğu ilə
yanaşı, sovxoz quruculuğu da inkişaf etdirilirdi. Sovxozların
sayı 1950-ci ildə 46-dan 1970-ci ildə 406-ya çatdırılmışdı.
XI mühazirə
408
Kənd təsərrüfatının bir sıra sahələrində müvəffəqiyyətlər
əldə edilsə də, pambıqçılıq sahəsində görülən tədbirlər istənilən
nəticəni verməmişdi. Pambıq istehsalı azalmış, dənli bitkilər
sahəsində müvəffəqiyyətlər 1955-1956-cı illərdə xeyli aşağı
düşmüşdü, məhsul yığımı 1954-cü ildəkindən az olmuş, hər
hektardan götürülən məhsul 2,5 sentner azaldılmışdı.
Respublikanın Qazax, Şəmkir, Ağstafa, Tovuz kimi çox
məhsul götürən rayonlarında da pambığın məhsuldarlığı xeyli
aşağı düşmüşdü.
Respublikada dənli bitkilər əkinində qarğıdalı əsas yer
tuturdu. 1953-cü ildə 105 min hektar qarğıdalı əkildiyi halda,
1958-ci ildə 109 min hektar qarğıdalı əkilmişdi. Bu sahədə
Zaqatala, Balakən, Qax, Lənkəran, Nuxa rayonları müsbət
nailiyyətlər əldə etmişdilər.
1957-ci ildə respublikada 11231 min hektar əkin
sahəsinin 781 min hektarı, yəni 64 faizi dənli bitkilərdən ibarət
idi. Taxıl təsərrüfatı əkin sahəsinə görə respublikanın kənd
təsərrüfatı istehsalında əsas yer tuturdu. Bütün əkin sahələrinin
66 faizində taxıl əkilirdi.
Kənd təsərrüfatının başqa sahələri olan tütün, çay, tərəvəz
məhsulları istehsalı da artmışdı. Respublikada tərəvəz-bostan
bitkilərinin yetişdirilməsinə də xüsusi fikir verilirdi. 1958-ci
ildə tərəvəz-bostan bitkilərinin əkin sahəsi 1953-cü ilə nisbətən
42 faiz artmışdı. 1955-ci ildə ümumi tərəvəz məhsulu 1950-ci
ildəki 67 min tona qarşı 123,1 min ton olmuş, təqribən 2 dəfə
artmışdı.
Respublikada heyvandarlığı inkişaf etdirmək və mal-
qaranın məhsuldarılığını yüksəltmək üçün bir sıra tədbirlər
görülmüşdü. Heyvandarlıqda süd və ət məhsuldarlığı artmışdı.
1957-ci ildə kolxozlarda 778 min ton, yəni hər inəkdən 787
kiloqram süd sağılmışdı.
Respublikanın kolxoz və sovxozları qoyunçuluğu hər
vasitə ilə inkişaf etdirmək və yun istehsalını artırmaq haqqında
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
409
Nazirlər Sovetinin qərarını yerinə yetirərək qoyunçuluğu
inkişaf etdirmək və onun məhsuldarlığını artırmaq sahəsində bir
sıra tədbirlər görmüşdü. Respublikada təqribən 4 mln. baş, o
cümlədən kolxozlarda 30345 min baş qoyun var idi.
Mal-qaraya baxılması, onun yemlənməsi və saxlanması
işinə, heyvandarlıq üçün yem bazası yaradılmasına, çox
qiymətli yem bitkisi olan qarğıdalının yayılmasına çox diqqətlə
yanaşılmış, onun inkişafı üçün bir sıra tədbirlər görülmüşdü.
Respublikanın sənaye və tikinti təşkilatları da müsbət
nəticələr əldə etmişdi. Respublika sənayesi elə bir səviyyəyə
çatmışdı ki, bir çox məhsullar xaricə ixrac edilirdi.
1962-ci ildən başlayaraq sənaye sahələrində, o cümlədən
neft sənayesində gerilik özünü göstərməyə başlamışdı. Düzgün
olmayan iqtisadi siyasət ona gətirib çıxarmışdı ki, respublikanın
sosial-iqtisadi inkişafında nöqsanlar və çətinliklər yaranmış,
həllini gözləyən problemlərin yığımı əmələ gəlmişdi.
1964-cü ildən başlayaraq, neftçıxarmada, ilk növbədə
geoloji kəşfiyyat və qazma sahələrində işlərin yarıtmaz təşkili
üzə çıxmışdı. Bu problemlərin həlli ilə bağlı görülən tədbirlər
də heç bir nəticə verməmişdi.
1965-ci ilin sentyabrında respublika sənayesinin idarə
olunmasının yaxşılaşdırılmasına, planlaşmanın
təkmilləşdirilməsinə
və iqtisadi amillərin rolunun
gücləndirilməsinə yönəldilmiş tədbirlər; sahə nazirliklərinin
təşkili; planlaşdırmanın elmi əsaslarının yüksəldilməsi və digər
iqtisadi amillər də uğursuzluqla nəticələndi.
XX əsrin 60-cı illərində iqtisadiyyatın ən aparıcı
sahələrindən biri kimi, kənd təsərrüfatı sahəsində əsas vəzifə
kolxozları
təşkilat-təsərrüfatca möhkəmləndirməkdən,
elektrikləşdirməkdən, kolxoz və sovxozlarda aqrotexniki və
suvarma sistemini və onun xidmətini yaxşılaşdırmaqdan ibarət
idi. 50-ci illərin sonunda respublikada hakimiyyətə gələn yeni
qüvvələrin qeyri-mütəsəkkil, düşünülməmiş, reallıqdan uzaq
XI mühazirə
410
iqtisadi siyasəti respublikanın sosial-iqtisadi həyatında böhranlı
vəziyyət yaratdı. Vəziyyətdən çıxmaq üçün cəhdlər göstərilsə
də, bunlar bir nəticə vermədi.
XX yüzilliyin 60-cı illərinin sonunda, demək olar ki,
bütün mikroiqtisadi və digər istehsal göstəricilərinə görə,
Azərbaycan keçmiş ittifaqın bütün müttəfiq respublikaları
içərisində sonuncu pillədə dururdu.
1969-cü ilin iyul plenumunda V.Axundovun fəaliyyəti
tənqid olundu və o, Azərbaycan KP MK-nın birinci katibi
vəzifəsindən azad edildi, plenum H.Ə.Əliyevi Azərbaycan KP
MK-nın birinci katibi seçdi. H.Ə.Əliyevin Azərbaycana
rəhbərliyi dövründə – 1969-1982-ci illərdə respublikanın
ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər
baş verdi.
4. 1946-60-cı illərdə
respublikanın sosial-mədəni həyatı
50-60-cı illərdə respublikamızda sosial və mədəni
quruculuğun bütün sahələrində xeyli nailiyyətlər əldə edilmiş,
yeni sosial və mədəniyyət sahələri yaradılmışdı. Elmdə,
təhsildə, incəsənətdə və sosial siyasətdə bir sıra yeniliklər
edilmişdi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər
əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi
səviyyəsinə təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin
sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində
isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin
istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması,
iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf
etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca
tələbləridir. İnsanların sağlamlığının qorunması, onların
həyatının və əməyinin mühafizəsi sosial siyasətin başlıca
şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə respublikada təhsil və
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
411
maarif sahəsində ciddi irəliləyişlər baş vermiş, bu sahənin
inkişafı yeni mərhələyə daxil olmuşdu. Təhsilin səmərəli
inkişafı gənc nəslin təlim və tərbiyəsi sahəsində başlıca
əhəmiyyətə malikdir. Həmin dövrdə dövlət və hökumət
orqanları öz fəaliyyətlərində bu sahənin hərtərəfli inkişafına
xüsusi diqqət yetirmişdi. Respublikada məktəblərin sayı xeyli
artmış, onların tədris, maddi bazası yaxşılaşmışdı.
Respublikanın 15 ali məktəbində 92 ixtisas üzrə 34 mindən
artıq tələbə oxuyurdu.
Ali məktəblər hər il 5000-ə qədər mütəxəssis buraxırdı.
Respublikada 76 elmi-tədqiqat idarəsi, təqribən, 5000 elmi işçi,
o cümlədən 162 elmlər doktoru, 1664 elmlər namizədi vardı.
Şərqşünaslığı daha da inkişaf etdirmək, şərq xalqlarının tarixini,
mədəniyyətini, iqtisadiyyatını öyrənmək üçün Azərbaycan
Elmlər Akademiyasının yanında Şərqşünaslıq İnstitutu
yaradılmışdı. Neft-kimya, neft emalı, energetika, fizika,
riyaziyyat, mexanika və başqa elm sahələrində müsbət nəticələr
əldə edilmişdi.
50-ci illərin ikinci yarısında Azərbaycanda çoxlu
yeddiillik və onillik musiqi məktəbləri, Dövlət
Konservatoriyası və Bəstəkarlar İttifaqı yaradılmışdı. Həmin
dövrdə Azərbaycanda (1956-cı ildə) komediya teatrı bərpa
edilmiş və 1958-ci ilə qədər 11 tamaşa göstərilmişdi.
Azərbaycanın musiqi incəsənətinin xəzinəsi daha bir görkəmli
əsərlə - bəstəkar Qara Qarayevin «İldırımlı yollarla» baleti ilə
zənginləşmişdi. Fikrət Əmirovun «Sevil» operasını da xüsusi
qeyd etmək lazımdır. Bu illərdə mətbuatda milli dəyərlərə uyğun
inkişafa diqqət xeyli artmışdı. Respublikada 160 min nüsxə ilə
18 jurnal, 175 min nüsxə ilə 111 respublika, vilayət, şəhər, rayon
qəzeti və çoxtirajlı qəzet nəşr edilmişdi. 1958-ci ilin yanvar
ayından başlayaraq «Bakı» axşam qəzeti çıxmağa başladı.
Həmin qəzetdən sonra «Göyərçin» jurnalı çapdan çıxdı.
Azərbaycan tarixinin tədrisinə ayrılan saatların miq-darı
XI mühazirə
412
artırılmalı, eyni zamanda, ali məktəblərdə, texnikomlarda və
başqa orta ixtisas məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsinə və bütün tədris-tərbiyə işinin kökündən
yaxşılaşdırılmasına nail olunmalı, həm də tələbələrin tədris-
istehsalat təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət
verilməli və bu sahədə ciddi tədbirlər görülməli idi.
Respublikanın ali məktəblərində 2088 nəfər elmi-pedaqoji işçi
vardı. Respublikanın elmi-tədqiqat idarələrində və ali
məktəblərində 4304 nəfər elmi işçi, o cümlədən 162 nəfər
elmlər doktoru, 1476 nəfər elmlər namizədi işləyirdi. Elmlər
Akademiyasının 22 nəfər həqiqi üzvü, 13 nəfər müxbir üzvü
var idi. Akademiyanın elmi idarələrinin maddi-texniki bazasını
möhkəmləndirmək üçün bir sıra tədbirlər görülmüşdü. 1954-cü
ildə Akademiya şəhərciyi tikilməyə başlamışdı. Elmlər
Akademiyasının institutları bir sıra elmi problemlər işləyib
hazırlamış, çoxlu elmi əsərlər və monoqrafiyalar, o cümlədən
Geologiya, Torpaq, Azərbaycanın heyvanat aləminə dair əsər-
lərini nəşr etdirmişdilər. Azərbaycanda hər cür təhsil növü ilə
750 mindən artıq adam əhatə olunmuşdu. Fəhlə və kəndli
gənclər, habelə yaşlılar məktəblərə daxil olmaqla ümumtəhsil
məktəblərində oxuyanların sayı 1958-1959-cu dərs ilində 1957-
ci ilə nisbətən 18 min nəfərdən çox artmışdı. Respublikada orta
məktəblərin sayı 77 ədəd çoxalmışdı. Ali və orta ixtisas
məktəblərində 63 min tələbə oxuyurdu. 1958-ci ilin payızında ali
məktəblərin gündüz şöbələrinə qəbul edilmiş tələbələrin 23
faizini orta məktəbi qurtardıqdan sonra əməli iş stajı olan
şəxslər təşkil edirdi. 1958-ci ildə Azərbaycanda mədəni-maarif
ocaqları şəbəkəsi genişlənmiş, klubların sayı 22 ədəd və yaxud
2 faiz, kütləvi kitabxanaların sayı 88 ədəd, yaxud 10 faiz
artmışdı. Respublikada səhiyyənin, əhaliyə tibbi xidmətin
yaxşılaşdırılması üçün mühüm tədbirlər görülmüşdü.
Səhiyyənin təşkilinin müxtəlif səmərəli formalarından istifadə
olunmuşdu. Xəstəxanaların, poliklinikaların, tibb
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
413
məntəqələrinin işi qaydaya salınmış, onların maddi-texniki
bazasının möhkəmləndirilməsinə dövlət idarəetmə orqanları
daha yaxından kömək göstərmişdi. Respublikada səhiyyə
büdcəsi 28,5 faiz artmışdı. Respublikada 479 xəstəxana, 666
ambulatoriya və poliklinika, 305 həkim və feldşer məntəqəsi,
74 sanatoriya və istiharət evi vardı. Kənd yerlərində tibbi
xidməti yaxşılaşdırmaq üçün bu dövrdə respublikanın
rayonlarına 518 həkim, 3000 nəfər orta tibb işçisi
göndərilmişdi. 1500 nəfərə qədər həkim, 19 min nəfərdən çox
orta tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. XX yüzilliyin 50-
60-cı illərində respublikada tikinti işləri genişləndirilir, yeni
konstruksiyalar tətbiq edilir, tikinti prosesləri
mexanikləşdirilirdi.
Bu illərdə iqtisadiyyatda nəqliyyat infrastrukturu da
inkişaf etdirilirdi. Burada dəmir yolu nəqliyyatı yüklərin
daşınmasında başlıca vasitə olaraq qalırdı. 1955-ci ildə
Azərbaycanda Dəmir yol İdarəsi yaradıldı. Nəqliyyat
infrastrukturunda dəniz və hava nəqliyyatı da önəmli yer
tuturdu. Dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə
respublikaya yük gətirilməsi xeyli artmışdı. Azərbaycanda
avtomobil yük nəqliyyatı da sürətlə inkişaf edirdi. 60-cı illərdə
avtomobil yollarının yenidən qurulmasında, şosse yollarının çə-
kilməsində əhəmiyyətli işlər görülürdü. Sərnişindaşıma key-
fiyyyətcə yaxşılaşmış, yüklərin daşınması xeyli artmışdı. Dəmir
yolu, dəniz, avtomobil nəqliyyatının və Milli Hava
Donanmasının işləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı.
1957-ci ildə Azərbaycan dəmir yolunda yükdaşıma 1955-ci ilə
nisbətən 22 faiz artmışdı. 1958-ci ildə dəmir yolu ilə hər cür
yüklər göndərilməsi 1957-ci ilə nisbətən 8 faiz artmışdı. Neft
və neft məhsulları, habelə hər cür filiz göndərilməsi tapşırığı
102 faiz, mineral tikinti materialları göndərilməsi tapşırığı 117
faiz, qara metal qırıntıları göndərilməsi tapşırıqları 96 faiz
yerinə yetirilmişdi. Azərbaycan SSR Avtomobil Nəqliyyatı
XI mühazirə
414
Nazirliyinin ümumi istifadədə olan avtomobil nəqliyyatının yük
dövriyyəsi planı 111 faiz yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən
yük dövriyyəsi 24 faiz, daşınması isə 31 faiz artmışdı, sərnişin
daşınması planı 103 faiz və sərnişin dövriyyəsi planı 102 faiz
yerinə yetirilmişdi. 1957-ci ilə nisbətən sərnişin daşınması 19
faiz, sərnişin dövriyyəsi 25 faiz artmışdı. Rabitə vasitələri,
radiolaşdırma və televiziyanı inkişaf etdirməkdən ötrü 1956 və
1959-cu illər üçün müəyyən edilmiş planlar yerinə yetirilmişdi.
1956-cı il fevradın 14-də Azərbaycan televiziyası
fəaliyyətə başlamış, Bakıda və Naxçıvanda televiziya
studiyaları istifadəyə verilmişdi. Onlarca radio, telefon xətti
çəkilmiş, ötürücü stansiyalar qurulmuşdu. Şəhər və kəndlərdə
185 mindən çox telefon nömrəsindən istifadə olunurdu.
Mənzillərin (xüsusən də kənd yerlərində) telefonlaşdırma işi çox
ləng gedirdi. Kommunikasiya vasitələrinin texniki səviyyəsi aşağı
idi. 1957-ci ildə dövlətin əsaslı xərclərinin həcmi 1955-ci ilə nis-
bətən 26 faiz, tikinti-qurşadırma işlərinin həcmi isə 20 faiz
artmışdı. 1956-1959-cu illərdə çoxlu sənaye, energetika, su tə-
sərrüfatı obyektləri tikilib istifadəyə verilmişdi. Təxmini mə-
lumata görə, 1957-ci ildə bütün dövlət idarələri və təşkilatları
tərəfindən 240 min m
2
-dən artıq mənzil sahəsi tikilib istifadəyə
verilmişdi.
1955-1957-ci illərdə şəhərlərdə və şəhərtipli qəsəbələrdə
329 min m
2
fərdi mənzil sahəsi, o cümlədən Bakı şəhərində
10.35 m
2
mənzil sahəsi, Azərbaycan neft zavodları birliyinin
müəssisələri tərəfindən 6.217 m
2
, Xəzər dənizçiliyi idarəsi
tərəfindən 1000 m
2
-dən artıq mənzil sahəsi tikilib istifadəyə
verilmişdi. 50-ci illərin ikinci yarısında (1958-ci ildə) mənzil
tikintisi xeyli artmışdı.
Ümumiyyətlə, dövlət vəsaiti hesabına 6756 şagird oxuya
biləcək 18 məktəb, 169 çarpayısı olan 21 uşaq bağçası və
körpələr evi, 2406 tamaşaçı tutan 7 kinoteatr və bir çox başqa
mədəni-məişət obyekti tikilib istifadəyə verilmişdi. Kolxozların
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
415
vəsaiti hesabına və onların qüvvəsilə 14479 şa-gird oxuya
biləcək 90 məktəb, 30361 tamaşaçı tutan 174 klub və
mədəniyyət evi və bir çox başqa obyektlər tikilmişdi.
1958-ci ildə dövlətin əsaslı xərcləri hesabına respublika
büdcəsi üzrə mənzil tikintisinə 342,6 mln. manat pul
buraxılmışdı. Bu, 357 min m
2
mənzil sahəsinin istifadəyə
verilməsini təmin etməli idi. 1957-ci ilə nisbətən kapital
qoyuluşu neft və qaz sənayesində 18 faiz, kimya sənayesində
14 faiz, əlvan metallurgiyada 2,3 dəfə, tikinti materialları
sənayesində 16 faiz, tikinti sənayesində 64 faiz, kənd
təsərrüfatında 20 faiz, mənzil tikintisində 24 faiz artmışdı.
1958-ci ildə tikinti sənayesi daha da inkişaf etdirilmişdi.
Respublikanın podratçı təşkilatları 1958-ci ildə tikinti-
quraşdırma işləri planını 102 faiz yerinə yetirmişdi. 1957-ci ilə
nisbətən planın yerinə yetirilməsi faizi xeyli artmışdı.
Respublikanın tikinti təşkilatları 1957-ci ildə tikintiyə sənaye
üsulları və tikinti işlərinin kompleks mexanikləşdirilməsini
geniş tətbiq etmişdilər. 1958-ci ildə bu cür konstruksiyalar
buraxılışı 1957-ci ilə nisbətən 1,2 dəfə çoxalmışdı. Sənayenin
və tikintinin idarə olunması yenidən təşkil edilərkən podratçı iri
tikinti təşkilatları, Zaqafqaziya sənaye müəssisələri tikinti tresti,
Kirovabad (Gəncə) alüminium müəssisələri tikintisi tresti və
Mingəçevir su tikintisi idarəsi 1957-ci il noyabr ayında
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasına verilmiş və onun
tərkibində sahə tikinti idarəsi yaradılmışdı. Dövlət tikinti
təşkilatları tərəfindən, habelə şəhərlərdə, şəhərtipli qəsəbələrdə,
sovxozlarda əhalinin öz vəsaiti hesabına dövlət kredit köməyi
ilə fərdi mənzil tikintisi yolunda 500 min m
2
-dən çox ümumi
sahəsi olan yeni evlər tikilib istifadəyə verilmişdi.
Dövlət və kooperativ ticarətinin pərakəndə mal dövriy-
yəsinin ümumi həcmi 1958-ci ildə 8,5 mlrd. manat olmuş və
1957-ci ilə nisbətən 6 faiz artmışdı. Kənddə ticarət 2,4 mlrd.
manat olmuşdu və 1952-ci ilə nisbətən 10 faiz artmışdı.
|