Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
427
hissələri, avadanlıqlar, neftçıxarma avadanlıqları, müxtəlif tə-
yinatlı dəzgahlar və s. istehsalı sürətlə inkişaf edirdi. Həmin
illərdə Heydər Əliyevin rəhbərliyi altında 60-cı illərdə bu
sahədə yaranmış nöqsanlar aradan qaldırıldı, maşınqayırma
sənayesinin işini təkmilləşdirmək, modernləşdirmək üçün təsirli
tədbirlər görüldü, respublika Maşınqayırma Sənayesi
Nazirliyinin qarşısında konkret vəzifələr qoyuldu.
1969-cu ilin avqust plenumunda Maşınqayırma Səna-yesi
Nazirliyinin işi ciddi tənqid edildi, burada mövcud olan
nöqsanların, geriliyin səbəbləri aşkarlandı və onları aradan
qaldırmağın yolları müəyyənləşdirildi.
Nəticədə 70-80-ci illərdə Neft-Mədən Maşınqayırma
Müəssisələri Birliyinin maşınqayırma sahəsində işində ciddi
dönüş yarandı.
70-80-ci illərdə keçmiş Sovetlər Birliyinin neft
maşınqayırma avadanlıqlarına olan tələbatının 70 faizdən
çoxunu Azərbaycan neft maşınqayırma müəssisələri ödəyirdi.
Bu sahədə L.Şmidt (Səttarxan), P.Montin (Bakı neft-mədən),
Kirov (Bakı), Dzercinski (Suraxanı), Keşlə, Y.Qasımov adına
və d. maşınqayırma zavodlarının rolu böyük olmuşdur.
Bu illərdə elektrotexnika, cihazqayırma, radiotexnika və
digər müasir və yeni sahələrin inkişafı da maşınqayırma
zavodlarının yeni texnika ilə
təmin olunmasında,
genişləndirilməsində, yenidən qurulmasında mühüm rol
oynayırdı.
Maşınqayırma sənaye istehsalının özündə elektrotexnika,
radiotexnika, cihazqayırma və b. mühüm sənaye sahələrinin
xüsusi çəkisi artan sürətlə yüksəlmiş, 1970-ci ildəki 29,1%-dən,
1975-ci ildə 38,2%-a, 1980-ci ildə isə 51,2 faizə çatmışdı.
Respublika Maşınqayırma sənayesinin inkişafında
«İttifaqneftmaş» - Ümumittifaq Neft Maşınqayırma Sənayesi
Birliyinin rolu böyük olmuşdur. Bu birlik 13 zavoddan, 3 elmi-
tədqiqat konstruktor təşkilatından ibarət idi.
XII mühazirə
428
1978-ci il oktyabrın 26-da Azərbaycan KP MK və
Nazirlər Sovetində «1978-1980-ci illərdə maşınqayırmanın
inkişaf etdirilməsi haqqında» məsələ müzakirə edilmiş və
burada qəbul edilmiş müvafiq qərarların yerinə yetirilməsi
sahənin inkişafını daha da sürətləndirmişdi.
1971-1980-ci illərdə 4400 yeni növ maşın, cihaz, dəzgah,
müxtəlif avadanlıq, o cümlədən bunlardan 400 növü keçmiş
SSRİ-də ilk dəfə, istehsal olundu. 1981-1985-ci illərdə
respublika maşınqayırma sənayesinin dinamik inkişafı davam
etdirilmişdi.
1970-1980-ci illərdə maşınqayırma sənayesi ilə yanaşı,
digər sənaye sahələri də sürətlə inkişaf edirdi: 1975-ci ildə
istifadəyə verilmiş Bakı məişət kondisionerləri zavodu keçmiş
SSRİ-də ən iri zavod idi və ildə 400 min süni iqlim apparatı
buraxırdı. Bu illərdə respublikada radio, maşınqayırma, iri
elektrotermik soba zavodları, məişət cihazlarını avtomatik
idarəetmə qurğuları istehsal edən zavodlar, cihazqayırma
zavodunun ikinci növbəsi tikilib istifadəyə verilmişdi.
70-80-ci illərdə yeni yaradılan istehsal sahələrindən biri
də əlvan metallurgiya sənayesi olmuşdu. Sumqayıtda
alüminium istehsalına başlanmış, Gəncə alüminium zavodunda
alüminium oksidi, sulfat turşusu və kalium sulfat alınmaqla
alunitlərin kompleks emalı dünyada ilk dəfə olaraq
mənimsənilmişdi. SSRİ-də ilk dəfə Bakı alüminium prokatı
zavodunda külçəsiz prokat texnologiyası tətbiq edilmişdi.
Respublikanın boru-prokat zavodlarının işi yenidən qurulmuş,
onun istehsal həcmi xeyli genişlənmişdi.
70-80-ci illərdə Azərbaycanda 18 elektrik stansiyasından
ibarət energetika kompleksi yaradılmışdı.
1976-1980-ci illərdə Kür çayı üzərində 380 min kilovat
gücündə Azərbaycan DRES-in və 120 min hektar sahəni
suvarmaq üçün dəryaça tikilib istifadəyə verilmişdi.
Bu illərdə əlvan metallurgiya sahəsində məhsul istehsalı
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
429
2,2 dəfə çoxalmış, sahədaxili əlvan metallar prokatı, xalq
istehlakı mallarının istehsalı daha üstün inkişaf etmişdi.
1970-1985-ci illərdə Naxçıvan MSSR-də sənaye
istehsalının həcmi 4,5 dəfə, DQMV-də 3 dəfədən çox, Bakıda
2,3 dəfə, Gəncədə (Kirovabad) 3,2 dəfə, Sumqayıtda 2,5 dəfə,
Mingəçevirdə 4,1 dəfə, Əli Bayramlıda 1,8 dəfə artmışdı.
80-ci illərin birinci yarısında respublika sənayesi
inkişafının ən yüksək səviyyəsinə çatdı. Keçmiş İttifaq üzrə
sənaye istehsalının həcmində Azərbaycanın payı 1,5 dəfə, milli
gəlirdə 1,6 dəfə artdı.
70-80-ci illərdə (1970-1985-ci illərdə) elektrotexnika sa-
həsində istehsalın həcmi 72%, kimya və neft kimya səna-
yesində 205%, maşınqayırma və metal emalı sənayesində 432%
artmışdı. Bu illərdə qara və əlvan metallurgiya sənayesi 166%,
meşə və ağac emalı sənayesi 186%, tikinti materialları istehsalı
161%, yüngül sənaye 170 faiz artmışdı. 70-80-ci illərdə
respublikada sənayenin maddi-texniki bazası möhkəmlənmiş,
əsas istehsal fondları 1,4 dəfə artmış, 64 iri müəssisə istifadəyə
verilmişdi.
Ümumi gücü iki milyon kilovatt olan Şamxor (Şəmkir)
SES, Azərbaycan DRES Zaqafqaziya energetika sisteminə
birləşdirilmişdi.
Yüngül və yeyinti sənayesi. Əhalinin ən başlıca prob-
lemlərindən biri də onun maddi və sosial həyat şəraitinin təmin
edilməsi, gündəlik tələbat mallarına olan ehtiyaclarının
ödənilməsidir.
70-80-ci illərdə respublika ərazisində fəaliyyət göstərən
1005 sənaye müəssisəsindən 531-i ağır sənayenin, 38-i ener-
getikanın, 18-i yanacağın, 12-i metallurgiyanın, 164-ü
maşınqayırmanın, 25-i kimya və neft kimyasının, 204-ü yüngül
sənayenin, qalanları isə yeyinti sənayesinin payına düşürdü.
70-80-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində 60-
cı illərdə sənayenin bu sahələrində yaranmış çətinliklər və
XII mühazirə
430
problemlər aradan qaldırıldı. Yüngül və yeyinti sənayesinin
inkişafında yeni mərhələ başladı. Yüngül sənayenin inkişafında
ipək emalı, pambıqtəmizləmə, pambıq emalı, toxuculuq və
digər sahələrin inkişafına diqqət xeyli artırılmışdı.
1976-1980-ci illərdə 38 yeni yüngül sənaye müəssisəsi, o
cümlədən Gəncədə (Kirovabad) qənnadı fabriki, ət kombinatı,
Bakıda tikiş fabriki, bulka-maya kombinatı, ayaqqabı hissələri
fabriki, Sumqayıtda üst trikotaj paltarları fabriki, Xudatda və
Lənkəranda konserv zavodları və digər istehsal müəssisələri işə
salınmışdı. Bu illərdə respublikanın müxtəlif regionlarında 16
şərab zavodu tikilmişdir və respublikada üzüm emal edən
qurğuların gücü üç dəfə artmışdı. Həmçinin yeyinti və yüngül
sənaye sahələri texniki cəhətdən yenidən qurulmuş, yeyinti
məhsulları sənayesi müəssisələrində müasir texnika və
texnologiyanın tətbiqi, istehsal prosesinin avtomatlaşdırılması
sahəsində 800-dən çox tədbir həyata keçirilmişdi. Ət və süd
istehsalı sahəsində uğurlar daha böyük olmuşdu.
1976-1980-ci illərdə yüngül və yeyinti məhsulları
istehsalı 1,4 dəfə, mədəni-məişət və təsərrüfat malları istehsalı
2,7 dəfə yüksəlmişdir. İstehlak mallarının çeşidi genişlənmiş,
buraxılan məhsulların 4 mindən çoxu yeni, ilk dəfə
buraxılmışdır. Gəncə Xalça Kombinatının işi yeniləşdirilmişdir.
1976-1980-ci illərdə yeyinti sənayesi məhsulları istehsalı
2,6 dəfə artmışdır.
Respublikada ilkin çay emalı fabriklərinin sayı 11-dən 14-
ə çatmış, iki çay çəkici-bükücü fabriki istifadəyə verilmişdir.
Bu illərdə Azərbaycanda konserv məhsulları istehsalı da
böyük sürətlə inkişaf etmişdi. 1980-ci ildə 450 milyon banka
konserv buraxılmışdı ki, bu da 1970-ci ildəkinə nisbətən 2,4
dəfə çox idi.
1980-ci ildə Azərbaycanda 76,4 min ton ət, 29,1 min ton
kolbasa məmulatları, 219,6 min ton üzlü süd məhsulları, 54,8
min ton bitki yağı, 94,9 min ton qənnadı məmulatı, 164,1
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
431
milyon yarım litirlik şüşə qabda mineral sular, 117,8 min ton
duz, 18,6 min ton təbii çay istehsal olunmuşdu.
70-80-ci illərdə üzüm emalı və satışı sahəsində də xeyli
irəliləyiş olmuşdu.
Bu illərdə Azərbaycanda üzüm satışı 2,1 dəfə çoxalmışdı.
Azərbaycanda şərabçılığın sonrakı inkişafında Sov. İKP
MK və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd
təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və
şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» 1979-cu ildə
qəbul etdiyi qərar mühüm rol oynadı.
1970-80-ci illərdə respublikanın Şamxor (Şəmkir),
Xanlar, Lerik, Yardımlı, İsmayıllı, Ağsu, Dəvəçi, Zəngilan və
Abşeron rayonlarında şərabçılıq sənayesi istehsalı üzrə aqrar
birliklər, Cəlilabad, Tovuz, Şamaxı, Qazax və Füzuli
rayonlarında isə aqrar-sənaye komplekslərindən ibarət olan
sovxoz-zavodlar yaradıldı.
Nəticədə, 1970-ci ildə respublikada 22,7 milyon dekalitr
şərab, 526 min dekalitr konyak istehsal edildiyi halda, 1980-ci
ildə şərab istehsalı 70,7 milyon dekalitrə, konyak istehsalı 1,16
milyon dekalitrə çatmışdı. 70-80-ci illərdə Azərbaycanda 2
milyon tonluq müasir tipli ilkin şərab emalı zavodları tikilib
istifadəyə verilmişdi. Bakıda fəaliyyət gös-tərən 1 və 2 saylı
şərab zavodları yenidən qurulmuş, istehsal edilən şərabların
növü isə 40-dan 60-a çatdırılmışdı.
70-80-ci illərdə Azərbaycanda yeyinti və yüngül səna-
yenin digər sahələri də xeyli inkişaf etmişdi. Lakin 80-ci illərin
ikinci yarısında keçmiş SSRİ-də gedən proseslər Azərbaycanda
da bu sahənin inkişafına ağır zərbə vurmuşdu.
3. 70-80-ci illərdə respublika iqtisadiyyatında kənd
təsərrüfatının xüsusi çəkisinin artması
XII mühazirə
432
XX yüzilliyin 70-80-ci illərində respublikanın kənd
təsərrüfatında əsaslı dönüş yaranmış, bu sahəyə diqqət xeyli
artmışdı.
Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə
çağırılmış Azərbaycan KP MK-nın 1969-cu il avqust
plenumunda iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd
təsərrüfatında da yaranmış vəziyyət ciddi təhlil edilmiş,
geriliyin, nöqsanların səbəbləri aşkar edilmiş, mövcud vəziyyəti
aradan qaldırmaq üçün yollar müəyyənləşdirilmiş, kompleks
tədbirlər görülmüşdü.
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
433
Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında Sov.
İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci ilin iyulunda
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf
etdirmək tədbirləri haqqında», 1975-ci ilin iyulunda qəbul
etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da
intensivləşdirmək tədbirləri haqqında», 1979-cu ilin fevralında
qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını
daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf
etdirmək tədbirləri haqqında» qərarlar mühüm rol oynamışdı.
Bu qərarlarda respublikada kənd təsərrüfatının vəziyyəti
hərtərəfli təhlil olunmuş, onun inkişaf perspektivləri
müəyyənləşdirilmiş, əkinçilik və heyvandarlığın inkişafında
mövcud olan nöqsanların aradan qaldırılması üçün tədbirlər
planı hazırlanmış, kənd təsərrüfatının dinamik inkişafını təmin
etmək məqsədilə intensivləşmənin tətbiqinə əsaslı vəsait
qoyuluşunun artırılmasına xüsusi diqqət verilmişdi.
70-ci illərdə və 80-ci illərin birinci yarısında respublika
rəhbəri Heydər Əliyevin fədakar əməyi nəticəsində
respublikanın iqtisadiyyatında kənd təsərrüfatıınn xüsusi çəkisi
artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə,
tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun
sürən geriliyə son qoyulmuş, kənd təsərrüfatının bütün
sahələrində dinamik inkişafa nail olunmuş, həmçinin bu
sahənin gələcək illərdə daha intensiv inkişafı üçün möhkəm
bünövrə qoyulmuşdu.
1969-1979-cu illərdə respublikanın kənd təsərrüfatında
çox böyük irəliləyişlər baş vermişdi. Bu illərdə taxıl istehsalı
2,1 dəfə, pambıq istehsalı 2,5 dəfə, üzüm istehsalı 3,8 dəfə,
tərəvəz istehsalı 2,4 dəfə, tütün istehsalı 2,1 dəfə, çay istehsalı
2,1 dəfə artmışdı.
Heydər Əliyevin prinsipial rəhbərliyi və iş təcrübəsi
əsasında 1969-1982-ci illərdə İttifaq üzrə kənd təsərrüfatının
ümumi məhsulunun 1,5-1,7 faizi respublikamızın payına
XII mühazirə
434
düşürdü, hansı ki, bu rəqəm 60-cı illərdə 1 faiz idi. Kənd
təsərrüfatının ümumi məhsulu 2 dəfədən çox artmış, o
cümlədən taxılçılıqda məhsuldarlıq 48 faiz, pambıqçılıqda 29
faiz, üzümçülükdə 51 faiz, tərəvəzçilikdə 37 faiz,
heyvandarlıqda 31 faiz yüksəlmişdi.
70-80-ci illərdə kənd təsərrüfatında pambıqçılığın, üzüm-
çülüyün və taxılçılığın xüsusi çəkisi artmış, bu sahələrdə
ixtisaslaşma və mərkəzləşdirmə həyata keçirilmiş və möhkəm
maddi-texniki baza yaradılmışdır.
Pambıqçılıqda 70-ci ilə qədər orta illik məhsul yığımı
327,7 min ton olmuşdursa, 1971-1975-ci ildə bu rəqəm 440,8
min ton, 1981-1985-ci illərdə 653,8 min ton, 1976-1980-ci
illərdə isə Heydər Əliyev tərəfindən yaradılan möhkəm maddi-
texniki baza əsasında 706,7 min ton olmuşdu. Hər hektardan
məhsuldarlıq 35 sentnerə çatmışdı. Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə 1969-1982-ci illərdə pambıqçılığın
ixtisaslaşdırılması, onun daha əlverişli təbii-iqlim şəraitinə
uyğun rayonlarda yetişdirilməsi təmin edilmişdi. Hesablamalar
göstərir ki, pambıqçılıq Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan,
Göyçay, Ağdaş, Ağsu rayonlarında daha yaxşı inkişaf etmişdi.
1981-ci ildə respublikamızda 1 milyon 15 min 300 ton
pambıq istehsal olunması pambıqçılığın ən gəlirli sahə
olduğunu, Azərbaycanda pambıqçılığın yüksək inkişafını təmin
etməyin mümkünlüyünü sübut etdi.
1979-cu ildə Azərbaycanda 1,4 milyon hektar suvarılan
torpaqdan 1982-ci ildə 305,7 min hektarda pambıq əkilirdi.
Heydər Əliyevin böyük və zəngin iş təcrübəsi əsasında pambıq
istehsalçıları ilə pambıq emalı müəssisələrinin sıx əməkdaşlığı
yarandı və emal müəssisələrinin maddi-texniki bazası
möhkəmləndi.
Pambıqçılıq respublikada və bütün keçmiş SSRİ
məkanında böyük şöhrət qazandı. Respublikada pambıqçılıq
sahəsində çox zəngin, qabaqcıl təcrübə məktəbi yarandı.
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
435
Nəticədə Orta Asiya pambıqçıları ilə təcrübə mübadiləsi
genişləndi.
1970-ci ildən başlayaraq 80-ci illərin ortalarına qədər
respublikada pambıq istehsalı ilbəil artaraq, pambıq istehsalı ən
gəlirli sahəyə çevrilmişdi. 1971-1975-ci illərdə orta illik
pambıq istehsalı 440,8 min ton, 1976-1980-ci illərdə 627,5 min
ton və 1981-1985-ci illərdə 706,7 min ton təşkil etmişdir. Hər
hektardan məhsuldarlıq 1966-1970-ci illərdə 16,0 sentner,
1971-1975-ci illərdə 21,6 sentner, 1976-1980-ci illərdə 30,3
sentner, 1981-1985-ci illərdə 37,1 sentner olmuşdur.
Respublikada 1981-ci ildə pambıq istehsalı 1 milyon 315 min
tona çatdırılmışdı. 1980-ci illərdə istehsal olunan pambığın 43
faizi Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Salyan
rayonlarının payına düşürdü. 1970-1979-cu illərdə əvvəlki on
ildəkindən 2 milyon tondan çox pambıq istehsal olunmuş, orta
illik artım 1,6 dəfə artmışdır.
1970-1980-ci illərdə respublikada 5,5 milyon ton pambıq
istehsal olunmuşdu.
1983-cü ildən başlayaraq respublikada pambıq istehsalı
azalmağa başlamış və 1986-cı ildə istehsalın miqdarı 783,7 min
tona, 80-ci illərin sonunda isə 350-400 min tona enmişdi.
Kənd təsərrüfatının ən gəlirli sahələrindən biri kimi,
respublikada üzümçülüyün bərpa və inkişaf etdirilməsinə çox
ciddi diqqət və qayğı göstərilmişdir. Hər şeydən əvvəl, bu
illərdə H.Əliyevin rəhbərliyi və şəxsi köməyi ilə bir tərəfdən
üzümçülükdə vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş
kompleks tədbirlər həyata keçirilmiş, digər tərəfdən isə geniş
miqyasda yeni üzümlüklər salınmışdı. Həmçinin üzümçülük
iqlim və torpaq xüsusiyyətlərindən asılı olmayaraq
respublikanın bir sıra rayonlarında və bölgələrində cəmləşdirildi.
60-cı illərdə üzümçülükdə yaranmış ağır vəziyyəti qısa
müddətdə aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər
görüldü. Azərbaycan KP MK-nın bürosunda «Üzümçülüyün
XII mühazirə
436
inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və
şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri
haqqında» məsələ müzakirə olunmuş və əhəmiyyətli qərar
qəbul edilmişdi.
Görülən kompleks tədbirlər sayəsində 1969-1982-ci
illərdə üzümçülük misli görünməmiş sürətlə inkişaf etdi. 1969-
cu ilə qədər orta illik üzüm istehsalının həcmi 232 min ton
olduğu halda 1971-1975-ci illərdə bu rəqəm 431,9 min ton,
1976-1980-ci illərdə isə 945,0 min ton olmuşdu. 1982-ci ildə
respublikada 1815,6 min ton üzüm istehsal olunmuşdu.
Məhsuldarlıq isə 1969-cu ildəki 43,6 sentnerdən 1982-ci ildə
101,5 sentnerə, əkin sahəsi isə 57,1 min hektardan 174,9 min
hektara çatmışdı.
Üzümçülükdə ixtisaslaşma və təmərküzləşmə başa
çatdırılmışdı. Belə ki, bu sahə Cəlilabad, Şamaxı, Qazax,
Tovuz, Xanlar, Şəmkir, Cəbrayıl, Füzuli və digər rayonlarda
cəmləşdirilmişdi. Təkcə 1975-ci ildə 1970-ci ilə nisbətən 2 dəfə
çox məhsul istehsal edilmişdi. 1971-1975-ci illərdə Heydər
Əliyevin qayğısı və köməyi ilə üst-üstə 353 min ton üzümü
ilkin emal edən şərab zavodları tikilib istifadəyə verilmişdi.
Həmçinin respublikada üzümçülüyün 1976-1982-ci illər-
dəki inkişafında H.Əliyevin prinsipial mövqeyi və tələbi
əsasında Sov. İKP MK-nın SSRİ Nazirlər Sovetinin
«Azərbaycan SSR-də
kənd təsərrüfatını daha da
intensivləşdirmək haqqında» və 1979-cu il fevralın 22-də
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək
tədbirləri haqqında» qərarlar əhəmiyyətli rol oynamışdır. Məhz
bu qərarların həyata keçirilməsi və H.Əliyevin fədakar əməyi
nəticəsində respublikada üzüm əkini sahəsi 174,9 min hektara,
üzüm istehsalı isə 1 milyon 815 min tona çatmışdı. Üzümün
emalı və şərabçılıq genişlənmişdi. 1970-1979-cu illərdə
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
437
respublikada bir məhsul yığımı ilində 860 min ton üzüm emal
edən çoxsaylı zavodlar tikilmişdi. Ümumiyyətlə, 1971-1975-ci
illərdə respublikada 28 yeni şərab zavodu istifadəyə verilmişdi.
Bu zavodlar içərisində şampan və konyak zavodları müasir
texnologiyaya daha uyğun idi. Bakı şampan zavodu ilk
məhsulunu 1944-cü ildə buraxmışdı. Bu zavodda 1944-cü ildə
53 min şüşə şampan buraxılmışdı. 1965-ci ildə 739 min, 1970-
ci ildə 1,129 min, 1979-cu ildə isə 2.400 min şüşə şampan
istehsal edilmişdi.
70-ci və 80-ci illərin birinci yarısında şərab emalında
konyak istehsalı da mühüm yer tutmuşdu. Bu içki növünə
tələbat çox olduğundan həmin illərdə respublikada konyak
spirti və konyak istehsalı ilbəil artmışdı. Əgər 1970-ci ildə 0,5
milyon litr konyak istehsal edilmişdisə, 1979-cu ildə bu rəqəm
1,3 milyon litrə çatdırılmış və 4,3 dəfə artmışdı. 70-ci illərdə və
sonrakı dövrdə respublikada «Moskva», «Şirvan», «Göygöl»,
«Azərbaycan» «Yubiley», «Gəncə» və s. adlı yeni konyaklar
buraxılmışdı.
1980-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq
Komitəsinin nəzdində 375 müəssisə və təşkilat, o cümlədən
298 ixtisaslaşdırılmış üzümçülük sovxozu var idi ki, bunlardan
da 105-i üzümün ilkin emalı zavodu idi. Respublikada 8
müstəqil zavod var idi ki, onlar da üzümün birinci və ikinci
emalı ilə məşğul olurdu. Həmçinin, il ərzində respublikada
tədarük edilən üzümün 86,6%-i Dövlət Üzümçülük və
Şərabçılıq Komitəsinin tabeliyində olan sovxozların payına
düşürdü.
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
intensivləşdirmək tədbirləri haqqında» keçmiş Sov.İKP MK-
nın və SSRİ Nazirlər Sovetinin 1975-ci il 9 iyul tarixli
qərarında və 1977-1980-ci illərdə respublikanın iqtisadi və
sosial inkişaf planında müəyyən olunmuş tapşırıqların
müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində, 1979-cu ildə
XII mühazirə
438
üzüm istehsalı 1,045 min tona çatdırıldı.
Dövlətə üzüm satışı 1969-cu ildəkinə nisbətən 1983-cü
ildə 8,4 dəfə artmış, həmçinin bu ildə keçmiş İttifaq üzrə üzüm
tədarükündə Azərbaycanın payı 4,3 dəfə çoxalıb 7%-ə çatmışdı.
1976-1980-ci illərdə dövlətə, təqribən, 5 milyon ton üzüm
satılmış, Azərbaycanda iri üzümçülük rayonları yaranmışdı
ki,bu da onların iqtisadi və sosial tərəqqisində çox böyük
irəliləmə və perspektivlərə gətirib çıxarırdı. 1980-ci ildə yalnız
Cəlilabad və Şamaxı rayonları dövlətə 1969-cu ildə bütün
respublikanın təhvil verdiyindən 1,6 dəfə çox üzüm satmışdı.
1984-cü ildə respublikada üzüm istehsalı 2 milyon tona,
hər hektardan məhsuldarlıq 95 sentnerə çatdırılmışdı.
Sərxoşluğu və alkoqolizmi aradan qaldırmaq haqqında
keçmiş Sov.İKP MK-nın məlum qərarı ilə əlaqədar olaraq
üzümçülüyün istiqamətini dəyişdirmək sahəsində görülən təd-
birlərin uğursuzluqları respublikada üzümçülüyün son-rakı
inkişafına pis təsir göstərmiş, min hektarlarla bol məhsul verən
üzüm bağları məhv edilmiş, üzümçülüyə diqqət xeyli azalmış
və nəticədə, iqtisadiyyatın bu mühüm sahəsində məhsul
istehsalının, onun emalının inkişaf dinamikası pozulmuşdu.
Üzümçülüyün inkişaf etdirilməsinin yenidən qurulması
proqramı qəbul edilsə də, bu sahədə görülən tədbirlər sona
çatdırılmamışdı. Həmçinin üzümçülüyün üzləşdiyi yeni prob-
lemlərin həllində aidiyyatlı orqanlar və təşkilatlar lazımi
qətiyyət və ardıcıllıq göstərmirdilər. Nəticədə, üzümçülüyə pis
münasibət yarandı. 80-ci illərin sonuna yaxın böyük əmək və
zəhmət hesabına, külli miqdarda dövlət vəsaiti hesabına
yaranmış aqrar bölmənin aparıcı sahələrindən biri olan üzüm-
çülük təsərrüfatı məhv olmaq təhlükəsi ilə üzləşdi.
Problemlər və çətinliklər
80-ci illərin ortalarından respublika iqtisadiyyatında
dinamik inkişaf pozulmağa, istehsalın sürəti aşağı düşməyə
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
439
başladı. Bunun səbəbi, ilk növbədə, keçmiş SSRİ-də gedən
ictimai-siyasi proseslərlə, həm də respublikaya rəhbərliyin
zəifləməsi ilə bağlı idi.
70-ci illərə nisbətən 80-ci illərin ikinci yarısında istehsalın
artım surəti sənayedə 1,8-2, kənd təsərrüfatında isə 2,3 dəfə
azalmışdı.
İnzibati-amirlik metodu ilə rəhbərlikdən uzaqlaşa
bilməyən sovet hökumətinin iqtisadiyyatda yaranmış
problemləri, çətinlikləri həll etmək cəhdi baş tutmadı.
Taxılçılığın inkişafı. Respublikada taxılçılığı daha da
inkişaf etdirmək üçün əlverişli iqlim və təbii şəraitin olmasına
baxmayaraq 60-cı illərdə bu sahəyə diqqət zəif idi.
Azərbaycan KP MK-nın avqust (1969-cu il) və sonrakı
plenumlarında taxılçılığa bəslənən yanlış və zərərli münasibət
ciddi tənqid edildi, həmçinin taxılçılığın inkişaf perspektivləri
göstərildi.
Respublikada kənd təsərrüfatının inkişafını yüksəlt-mək
məqsədilə keçmiş Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
qəbul etdiyi «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf
etdirmək tədbirləri haqqında» 1970-ci il 23 iyul tarixli,
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli
qərarlarının həyata keçirilməsi nəticəsində Azərbaycanda
taxılçılığın inkişafına diqqət xeyli artırılmışdı.
70-ci illərdən başlayaraq taxılçılıq, əsasən, aran və
dağətəyi rayonlarda cəmlənmişdi.
Respublikanın ümumi torpaq sahəsi 8 mln. 642 min
hektardır. Bunun 191 min hektarı kənd təsərrüfatı üçün
yararlıdır. 70-ci illərdə bu sahənin 1 milyon 348 min hektarı
əkin, 255 min hektarı isə çoxillik bitkilər – bağlar, üzümlüklər
altında olmuşdur. Respublikada suvarılan torpaqların ümumi
sahəsi 1 milyon 142 min hektar olmuş və bunun da 860 min
hektarından əkin üçün istifadə edilmişdir.
|