AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

XI mühazirə 
 
 
380
bir binada yerləşir. Halbuki, Kirovun ev-muzeyi onun Bakıda 
yaşadığı ikimərtəbəli yaraşıqlı daş evdə olduğu halda, 
Əzizbəyovun ev-muzeyi birmərtəbəli binada, birbaşa küçədən 
girişi olan bir dəhlizdə yerləşirdi. 
İttihamlardan biri də o idi ki, Azərbaycanda guya oktyabr 
inqilabının tarixi obyektiv öyrənilmir, yazılmır. 
Daha sonra dil haqqında: guya Azərbaycan SSR Ali 
Sovetinin sessiyasının müzakirəsinə verilmiş qanun layihəsində 
deyilirdi ki, bütün məktəblərdə  uşaqların təhsili ancaq 
Azərbaycan dilində aparılmalıdır. 
Digər bir iradda göstərilirdi ki, başqa ittifaq 
respublikalarında neft sənayesi nazirliyi ləğv olunduğu halda, 
Azərbaycanda 
İ.D.Mustafayev onun ləğvinə imkan 
verməmişdir. Sənayedə isə «planların» yerinə yetirilməsi ilə 
kifa-yətlənilir. Bütün iradlar bu cür qeyri-obyektiv xarakter 
daşıyırdı. 
Guya  əməkçi insanların beynəlmiləl tərbiyəsinə, xalqlar 
dostluğu ideyalarının təbliğinə də diqqət tələb olunan səviyyədə 
deyildi və s. 
İ.D.Mustafayevin vəzifədən uzaqlaşdırılmasına 
yuxarıdakı «səbəblərlə» yanaşı, N.S.Xruşşovun partiya, sovet 
və  təsərrüfat orqanlarının  əsassız olaraq yenidən qurulması, 
xalq təsərrüfatının planlaşdırılması ilə bağlı göstərişlərinin 
birmənalı  qəbul edilməsi, Azərbaycanda ancaq pambıqçılığın 
yox, kənd təsərrüfatının başqa sahələrinin də inkişaf 
etdirilməsində  təkid edilməsi və buna nail olunması  və s. 
məsələlər də  səbəb olmuşdur. O da məlumdur ki, «müttəfiq» 
respublikalara rəhbərlərin təyinatı  və onların işdən azad 
olunması bilavasitə Moskvada həll edilirdi. Ancaq guya 
İ.D.Mustafayev 1959-cu ilin iyulunda keçirilən Azərbaycan KP 
MK IX plenumunun qərarı ilə vəzifədən uzaqlaşdırıldı. 
Azərbaycan KP MK IX plenumunda çıxış edən «deputat 
yoldaş»larının ikili xarakterə malik olmaları burada üzə  çıxdı. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
381
Azərbaycan dili haqqında qanun qəbul edilərkən onlar 
İ.Mustafayevi alqışlamış, dilimizin zənginliyindən, 
üstünlüyündən danışmışdılar. 
Məsələn, Azərbaycan SSR Ali Sovetinin üçüncü 
sessiyasında Mirzə  İbrahimovun çıxışından: «Biz hamımız -
bütün məsul işçilərimiz ana dilini mükəmməl surətdə bilməlidir 
və ana dilini bilməmək eyibdir. Dövlət idarələrinin və ictimai 
təşkilatların ana dilində idarə olunması milli siyasətin tələbatı 
əsasında aparılan işlərdir». 
Cəfərovun çıxışından: «Sovet hakimiyyəti illərində 
xalqımızın  əldə etdiyi böyük nailiyyətlərdən biri də budur ki, 
respublikada Azərbaycan dili dövlət dili səviyyəsinə qalx-
mışdır və  şübhəsiz, bu vəziyyət getdikcə daha da 
möhkəmlənəcəkdir. Bütün bunları  nəzərə alaraq Azərbaycan 
dilinin respublikamızda dövlət dili olması barədə 
Konstitusiyamıza xüsusi bir maddə 
əlavə etmək 
məqsədəuyğundur». 
Rəsul Rzanın dediklərindən: «Azərbaycan dilinin formal 
yox,  əsl həqiqətdə bütün həyat və  işimizdə özünə layiq olan 
yeri tutmasını  təmin etmək lazımdır. Milli siyasətin ruhuna 
uyğun olaraq dilimizin tərəqqi və inkişafı  uğrunda mübarizə 
aparmaq lazımdır». 
Onu da qeyd etməliyik ki, Mirzə  İbrahimov məşhur 
əsərlərindən biri olan «Azərbaycan dili» kitabını da həmin 
dövrdə (1957-ci il) yazmış, dilimizin zənginliyindən, onun 
mənəvi qüdrət və vüsətindən danışaraq göstərmişdir ki, 
Azərbaycan dili hər zorakı  təsirə qarşı uzun əsrlər boyu ciddi 
mübarizə aparmış və həmişə qalib gəlmişdir. Bu dildə hələ yüz 
illər bundan əvvəl dünya ədəbiyyatı  xəzinəsinin  ən gözəl 
inciləri yaradılmış, böyük elmi əsərlər yazılmışdır. 
Çox təəssüf ki, bu dilin zənginliyindən danışmış Mirzə 
İbrahimov Mərkəzin təzyiqi nəticəsində öz fikrinin üstündə 
dayana bilməmiş, bu işdə  İ.Mustafayevi günahlandırmışdı. 

XI mühazirə 
 
 
382
Halbuki Azərbaycan dili haqqında qanunun qəbulunda Mirzə 
İbrahimovun xüsusi təşəbbüsü olmuşdu. Qanun da onun Ali 
Sovetin Rəyasət Heyətinə sədrliyi altında qəbul edilmişdi. 
Mirzə  İbrahimov Xruşşovun Azərbaycan SSR Ali 
Sovetinin sonuncu sessiyasında qəbul edilmiş təhsil sisteminin 
yenidən təşkil edilməsi haqqındakı qanunu, şagirdlərə dilin 
tədrisi məsələsinə tənqidi barədə «ədalətli olaraq bizim yoldaşı 
tənqid edib» söyləmişdi. 
İ.Mustafayev guya dil məsələsində çox inadkarlıq 
göstərib, heç kimi eşitməyib. Plenumda səslənən çıxışlarda 
göstərilirdi ki, İ.Mustafayev yalnız kənd təsərrüfatı 
mütəxəssisidir, təhsil, məktəb, dil məsələlərində təcrübəsizdir. 
Vəli Axundovun çıxışından belə aydın olurdu ki, 
Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması  mərkəzin 
yeritdiyi siyasətin pozulması  və  İ.Mustafayevin, M.İbra-
himovun siyasi cəhətdən yetkin olmamasının nəticəsidir. 
Plenum onu da qeyd etdi ki, radio verilişlərində 
respublikanın çoxmillətli  əhalisi nəzərə alınmır. Respublika 
radiosunda verilişlərin efir vaxtı 13 saat nəzərdə tutulub ki, 
Azərbaycan dilində verilişlərə 12 saat on dəqiqə, rus və erməni 
dillərində isə 28 dəqiqə vaxt ayrılıb. Plenum bunu həmin 
xalqlara qarşı hörmətsizlik kimi qiymətləndirmişdi. 
Məhz bütün bunları nəzərə alan Mərkəz 1959-cu ilin iyul 
ayında İ.Mustafayevi millətçilikdə təqsirləndirərək Azərbaycan 
KP MK-nın birinci katibi vəzifəsində uzaqlaşdırdı. Vəli 
Axundov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə 
təyin edildikdən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri 
kimi, Azərbaycan SSR-in təhsil haqqında 1959-cu il qanununa 
respublikada təhsilin rus dilində aparılmasına geniş imkan açan 
əlavələr edildi. 
60-cı illərdə mərkəzi orqanların düzgün olmayan si-yasəti 
nəticəsində Ermənistanla Azərbaycan arasında münasibətlərdə 
yenidən gərginlik yarandı. Mərkəzdən müdafiə olunan, 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
383
Mikoyan və Suslov kimi imperiya rəhbərlərinin dəstəklədiyi 
ermənilər Dağlıq Qarabağ  məsələsini yenidən ortaya atdılar. 
Ermənistan Respublikasının və Azərbaycanın Dağlıq Qarabağ 
Vilayətinin erməni  əhalisi Dağlıq Qarabağın Ermənistana 
verilməsini tələb etməyə başladı. Həmçinin, Ermənistanda 
antitürk  əhval-ruhiyyəsi yenidən qızışdı. «Qarabağ  hərəkatı» 
gizli təbliğatdan açıq fəaliyyətə keçməyə başldı. Hətta 
«Qarabağ  hərəkatı»na rəhbərlik edən «Daşnaksütyun» 
partiyasının qərarına görə, «Böyük Ermənistan» dövləti 
yaratmaq, bu işdə başlıca  əngəl olan bütün türkdilli xalqları 
kölə  vəziyyətinə salmaq, tədricən məhv etmək məqsədilə 
«Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA) 
– terrorçu siyasi silahlı təşkilatı yarandı. 
1960-cı illərin sonunda ermənilərin tələbi ilə Dağlıq 
Qarabağın Ermənistana verilməsi məsələsi hətta Sov.İKP MK-
nın müşavirəsində müzakirə edildi. Müşavirədə  qızğın 
diskussiya oldu. İmperiyanın başçısı N.S.Xruşşov bu məsələnin 
arzuolunmaz nəticələrə  gətirib çıxara biləcəyini dərk edə bildi 
və ermənilərin tələblərini rədd etdi. 
1964-cü ilin əvvəlində SSRİ Ali Soveti Rəyasət Heyətinin 
sədri A.İ.Mikoyan 1954-cü ildə Krımın Ukraynaya 
birləşməsindən ruhlanaraq, hesab etmişdi ki, Dağlıq Qarabağı 
da Ermənistana vermək mümkündür. Bu baxımdan da o, Dağlıq 
Qarabağın Ermənistana verilməsini imperiya rəhbərindən – 
N.S.Xruşşovdan xahiş etmişdi. N.S.Xruşşov isə «müdriklik» 
göstərərək bildirmişdi ki, «mən DQMV ermənilərinin bir sutka 
ərzində Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını 
verməyə hazıram». 
Bütün bunlara baxmayaraq, ermənilərin Dağlıq Qarabağ 
niyyəti tamamilə məhv olmadı. Azərbaycanlılar öz vətənində – 
Dağlıq Qarabağda sıxışdırılırdı. 1967-ci ildə burada – 
Stepanakertdə (Xankəndində) azərbaycanlılara divan tutulmuş, 
bir neçə nəfər isə qətlə yetirilmişdi. Bütün bunlar Azərbaycanın 

XI mühazirə 
 
 
384
dövlət başçısı V.Axundovun gözü qarşısında baş verirdi. Hətta 
onun razılığı ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 
1969-cu il 7 may tarixli qərarı ilə  sərhəd rayonlarında 2 min 
hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi 
haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi, 
lakin 1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyətə  gələn 
H.Ə.Əliyev bu qərarın icra olunmasına yol vermədi. 
Sov.İKP MK-nın 1964-cü il 4 oktyabr plenumunda 
N.S.Xruşşov tutduğu vəzifədən uzaqlaşdırıldı. L.İ.Brejnev 
Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən baş katibi) 
seçildi. 
Partiya inzibati amirliyi yenidən gücləndi. Partiya, sovet, 
həmkarlar ittifaqları və komsomol orqanları təşkilatca yenidən 
ərazi prinsipi üzrə quruldu. 
Mərkəzdə gedən bu «yenidənqurma» öz təsirini 
Azərbaycana da göstərdi. 50-ci illərdəki demokratik meylləri 
yenidən inzibati amirlik əvəz etməyə başladı. Respublikanın 
iqtisadi və sosial hüquqları yenidən pozuldu. 
 
 
2. 1948-1953-cü illərdə azərbaycanlıların 
Qərbi Azərbaycan torpaqlarından növbəti deportasiyası 
 
Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o 
cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa 
xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının 
məqsədli siyasətinin davamı idi. Bu siyasət mərkəzə qeyri-rus 
xalqlar, xüsusilə  də müsəlman və türklər üzərində öz hakim 
mövqeyini qoruyub saxlamaq üçün lazım idi. 
Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı 
hesabına «Böyük Ermənistan» dövləti yarartmaq xəstəliyinə 
tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq 
məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
385
çalışırdılar. 
Moskvadakı havadarlarının köməyi ilə  mərkəzdəki və 
xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan 
erməni – daşnaklar müharibədən sonrakı illərdə  də vaxtaşırı 
azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik 
ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq 
Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 
40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı 
erməni lobbisinin lideri və  rəhbəri A.Mikoyanın təşəbbüsü ilə 
Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ 
hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı. 1945-ci ilin 
payızında Ermənistan rəhbərliyi partiya elitasının köməyi ilə 
növbəti dəfə ÜİK(b) P MK qarşısında Azərbaycan torpaqlarının 
bir hissəsinin – Dağlıq Qarabağ bölgəsinin Ermənistana 
birləşdirilməsi haqqında məsələ qaldırdı. Ermənistan K(b) P 
MK və XKS Stalinə müraciət edərək heç bir elmi, tarixi əsası 
olmadan bildirdilər ki, Dağlıq Qarabağ  ərazisi guya iqtsadi 
cəhətdən daha çox Azərbaycanla deyil, Ermənistanla bağlıdır. 
Mərkəzdə bu məsələyə dərhal münasibət bildirildi. 
Belə ki, Moskvanın nümayəndəsi ÜİK(b) P MK katibi 
ermənipərəst K.M.Malenkov 28 noyabr 1945-ci ildə 
Azərbaycan K(b) MK-nın 1-ci katibi Mircəfər Bağırova məktub 
yazaraq bu məsələ haqqında – ermənilərin istəyi ilə bağlı 
məlumat verir və onun rəyini bilmək istəyir. 
M.Bağırov isə öz növbəsində 10 dekabr 1945-ci il tarixdə 
K.M.Malenkovun məktubuna cavab göndərir. Cavab 
məktubunda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü 
bu iddiaların heç bir elmi, tarixi əsası olmadığı  və Dağlıq 
Qarabağın Azərbaycanın qədim torpağı olduğu sanballı 
faktlarla sübut edilirdi. M.Bağırov bildirirdi ki, əhalisinin 
əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşadan başqa, Yuxarı 
Qarabağ ərarizisi o halda Ermənistana verilə bilər ki, Zəngəzur 
bölgəsi bütövlüklə Azərbaycana qaytarılsın. Buna isə  nə 

XI mühazirə 
 
 
386
Moskva, nə  də Ermənistan razı olmadı, çünki Türkiyə ilə 
Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv 
edilərdi. 
Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan 
rəhbərlərindən M.Bağırov itirilmiş tarixi Azərbaycan torpaqları 
problemini önə  gətirir. O, K.M.Malenkova cavab məktubunda 
bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi 
halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və 
Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun 
özünə qaytarılmasını qətiyyətlə tələb edir. 
M.Bağırov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq 
və həm ermənilərin, həm də havadarlarının – Mos-kvanın planı 
pozulacaq. Moskva problemin nə  qədər təhlükəli olduğunu 
anladı. Problemin həllini mümkün hesab etməyən Mərkəz 
ermənilərin iddialarını  rədd etdi. Bununla yanaşı, Moskva 
Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək 
üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-
dək SSRİ, ABŞ  və  İngiltərənin iştirakı ilə Tehranda keçirilən 
konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə 
bağlı  məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük 
Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər 
konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova müraciət 
edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş 
etmişdilər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda 
yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə 
verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət 
Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR 
ərazisinə köçürülməsi haqqında qərar qəbul edildi. 
Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların 
boşaldılması hesabına həyata keçirilməli idi. Yəni 
azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması  və 
onların yaşadıqları 
əraziyə köçürülən ermənilərin 
yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyun» 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
387
partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını 
vermişdi. 
Lakin Molotovun təklifi o zaman Ermənistan KP MK-nın 
1-ci katibi Q.H.Harutyunovla Stalinin razılığa gəlməsindən 
sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürüləcək ermənilər 
Ermənistanda yerləşdirilsinlər,  əvəzində isə Ermənistan SSR 
ərazisində yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər. 
Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azər-
baycanlıların Ermənistan SSR ərazisindəki ata-baba 
torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 
Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də 
SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların 
və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 saylı 
qərarla rəsmiləşdirildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 
1948-ci il 10 mart tarixli «Ermənistan SSR-dən kolxozçuların 
və digər azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» yeni bir 
qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün 
konkret tədbirlər planı hazırlandı. Qərarda göstərilirdi ki, bu, 
«SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına 
əlavədir». Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci 
illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 
isə 50 min nəfər «könüllülük prinsipinə  əsasən» Azərbaycana 
köçürülməli idi. Qərarın on birinci maddəsində göstərilirdi ki, 
Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, 
azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları 
tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan 
SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə 
etsinlər. O zaman Ermənistan SSR-də öz ata-baba torpaqlarında 
0,5 (yarım) milyondan çox azərbaycanlı yaşayırdı. 1948-ci ildə 
Ermənistan SSR-dən planlı  və mütəşəkkil  şəkildə Azərbaycan 
SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı 

XI mühazirə 
 
 
388
köçürülmüşdü. Köçürülmə zorakılığa, təzyiqlərə  məruz 
qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ildə 429 
azərbaycanlı ailəsi (2.834 nəfər) pərakəndə halda Azərbaycana 
köçürülmüşdü. 1948-ci ilin payızına qədər köçürülənlərin sayı 
10.584 nəfərə çatmışdı. 
SSRİ NS-nin 1948-ci il martın 10-da qəbul etdiyi qərarda 
köçürülmə ilə bağlı konkret tədbirlərdən bəhs olunurdu: 
köçürülən  əhali  əsas istehsal vasitələrini – kənd təsərrüfatı 
maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu vasitələrini, ev 
heyvanlarını  və s. apara bilərdi. Həmçinin SSRİ NS-nin 
qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün Azər-
baycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 
14-də xüsusi qərarlar qəbul etmişdi.  
Köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi 
köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə 
göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və 
bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın 
tərkibinə azərbaycanlılardan – Yerevan şəhəri Spandaryan 
rayon soveti icraiyyə komitəsinin sədri Rza Şeyxzadə, Qarabağ 
rayon partiya komitəsinin katibi İbiş Abbasov, «Sovet 
Ermənistanı» qəzetinin redaktoru Rəhim Allahverdiyev, 
Keşişkənd rayonu partiya komitəsinin 2-ci katibi Əziz Cəfərov 
və b. daxil idilər. 
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında 
(respublika  əhalisinin rəyi nəzərə alınmadan)  əldə olunmuş 
razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər (5420 nəfər yazda, 
10.293 nəfər isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. 
Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan 
SSR hökumətləri arasında  əldə edilmiş razılaşmanı  təsdiq 
etmədi. Mərkəzin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan 
SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-
dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər 
azərbaycanlının köçürülməsini tələb etdi. 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
389
Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb 
Mərkəzi hökumətə – SSRİ Nazirlər Soveti sədrinin müavini 
K.M.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir 
dəfəyə 40.000 nəfər  əhalinin köçürülməsi və yerləşdirilməsi 
üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə  həm də 1949-
1950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə 
planlarına yenidən baxılması  və «Ermənistan SSR-dən olan 
azərbaycanlı kolxozçuların və digər  əhalinin 10 min nəfərinin 
1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə 
icazə verilməsi» xahiş edildi. 
Bu məsələdə Azərbaycan rəhbərliyi qətiyyətsizlik gös-
tərdi. Köçürülməsi nəzərdə tutulan əraziyə Ermənistanın 22 
rayonu,  əsasən azərbaycanlıların ata-baba torpaqları olan 
Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, 
Astarxan, Kirovakan daxil idi. Bu ərazilər azərbaycanlıların 
yığcam  şəkildə yaşadıqları dağlıq və dağətəyi bölgələrdən 
ibarət idi. 
Ermənistan SSR-dən köçürülən azərbaycanlılar 
Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda 
yerləşdirilirdilər. Deportasiya edilmiş azərbaycanlılar Kür-Araz 
ovalığında yaşayan ermənilər tərəfindən təqib olunurdular. Bu 
cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor 
(Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər 
azərbaycanlının öz təsərrüfatları ilə birlikdə ra-yondan sürgün 
edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda 
özbaşınalığına respublika rəhbərinin gözü qarşısında  şərait 
yaradan respublikanın XDİN-də, partiya və sovet orqanlarında 
rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov, 
Borşov və başqaları idi. Onlar deportasiya olunan 
azərbaycanlıların ermənilərin sıx yaşadıqları Dağlıq Qarabağ 
Muxtar Vilayəti  ərazisində  və onun ətraf rayonlarda 
yerləşdirilməsinə imkan vermiş, M.Bağırova saxta, böhtan 
xarakterli arayışlar təqdim edirdilər. Respublika Təhlükəsizlik 

XI mühazirə 
 
 
390
Nazirliyinin rəhbəri Yemelyanovun hazırlayıb M.Bağırova 
təqdim etdiyi rəsmi arayışda deportasiya olunan 
azərbaycanlıların ermənilər tərəfindən sıxışdırılmaları barədə 
kollektiv imza ilə göndərdikləri məktub və  ərizələri 
«millətçilik», «siyasi təxribat» kimi xarakterizə edilirdi. 
Bunlara isə M.Bağrov inanırdı. 
Beləliklə, 1949-cu ildə Ermənistan SSR ərazisindən – 
qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam 
Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar 
Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, 
Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, 
Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında 
yerləşdirildi. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və 
dağətəyi  ərazilərdə dünyaya göz açıb, yaşayan bu əhali indi 
birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü. 
Sonrakı ildə – 1950-ci il martın 14-də və avqustun 25-də 
daha 3419 təsərrüfatın və 14.361 nəfər azərbaycanlının 
Ermənistan SSR-dən Azərbaycana köçürülməsi haqqında 
Azərbaycan və Ermənistan respublikalarının hökumətləri birgə 
qərar qəbul etdilər. 
Köçürülənlərin sosial və  məişət problemlərinə vaxtında 
diqqət yetirilmirdi. Bunun nəticəsi idi ki, 1950-ci ildən 
başlayaraq Kür-Araz ovalığından  əhalinin bir hissəsi 
Ermənistana – öz keçmiş ata-baba yerlərinə qayıtmağa 
başlamışdı. Deportasiya olunanların digər bir qismi isə 
Azərbaycan hökumətinə  və  Mərkəzə  şikayət məktubları 
göndərir və onlara olan diqqətsizlikdən, qeyri-insani 
münasibətdən söz açırdı. Lakin onların  şikayət və  tələblərinə 
cavab verən tapılmırdı.  Əksinə, 1950-ci ilin payızında 
Ermənistan SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat 
və 12.332 nəfər adam köçürülmüşdü. 
Bütün bunlara baxmayaraq, erməni millətçiləri, onların 
himayədarları SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
391
10 mart 1948-ci il tarixli qərarlarının icra olunması 
vəziyyətindən narazılıq edirdilər. Nəticədə, onların təkidi ilə 28 
fevral 1951-ci ildə SSRİ Nazirlər Soveti «1951-ci ildə 
köçürülmə planı haqqında» 605 saylı tam məxfi olan yeni qərar 
qəbul etməli olmuşdu. Qərarda köçürülmənin sürətləndirilməsi 
və qısa müddətdə başa çatdırılması öz əksini tapmışdı. Lakin bu 
qərar da erməniləri təmin etmədi. Çünki erməni millətçilərinin 
istəyinə  rəğmən deportasiya olunanların geriyə qayıtması ara 
vermir, əksinə, artırdı. 
1952-1953-cü illərdə Ermənistan SSR ərazisindən daha 
3155 təsərrüfat və 1.376 nəfər azərbaycanlı Azərbaycana 
köçürüldü. Bununla yanaşı geri qayıdanların sayı da artırdı. 
Bunun başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında adi 
şəraitin olmaması idi. 
Dövlət sənədlərində göstərilir ki, 1953-cü ildə 
köçürülənlərdən 1115 ailə geri qayıtmışdı.  
Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR 
ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma 
torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistan 
hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən, 
şovinist münasibətdən başqa bir şey deyildi. Bu, adi insan 
hüquqlarının kobudcasına pozulması, anti-demokratik hərəkət 
idi. 
Köçürülmə sonrakı illərdə  də davam etdi. 1954-1956-cı 
illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan 
deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi 
keçirilmişdi. 
Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların 
hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adi 
məişət təminatsızlığına dözə bilməyib, aclıq və  xəstəlikdən 
ölürdü. 
Beləliklə, 1948-1956-cı illərdə Stalin-Beriya-Mikoyan 
üçlüyünün məkrli, antiazərbaycan siyasəti və M.Bağırovun 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin