Mdb paa iŞTİrakçisi olan döVLƏTLƏRİn demokratiyanin, parlamentariZMİN İNKİŞafinin və VƏTƏndaşlarin seçKİ



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix06.09.2017
ölçüsü2,37 Mb.
#29110
  1   2   3   4   5   6   7   8   9   ...   14

 

 
MDB PAA İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN DEMOKRATİYANIN, 
PARLAMENTARİZMİN İNKİŞAFININ VƏ VƏTƏNDAŞLARIN SEÇKİ 
HÜQUQLARINA RİAYƏT OLUNMASININ MONİTORİNQİ 
BEYNƏLXALQ İNSTİTUTUNUN BAKI FİLİALI 
 
 
  
 
 
 
01 noyabr 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin 
keçirilməsinin uzunmüddətli monitorinqi üzrə 
YEKUN HESABAT 
(01 sentyabr – 01 noyabr 2015-ci il) 
 
 
 
 
 
 
 
Bakı 2015 

 

 
MDB PAA İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN DEMOKRATİYANIN, 
PARLAMENTARİZMİN İNKİŞAFININ VƏ VƏTƏNDAŞLARIN SEÇKİ 
HÜQUQLARINA RİAYƏT OLUNMASININ MONİTORİNQİ 
BEYNƏLXALQ İNSTİTUTUNUN BAKI FİLİALI 
 
 
 
 
01 noyabr 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin 
keçirilməsinin uzunmüddətli monitorinqi üzrə 
YEKUN HESABAT 
(01 sentyabr – 01 noyabr 2015-ci il) 
 
 
 
 
 
 
Bakı 2015 

 

 
Mündəricat 
S/N 
Monitorinq istiqamətləri 
Səh. 
1.
 
  Giriş 

2.
 
  Seçki komissiyalarının fəaliyyətinin monitorinqi 

3.
 
  Seçkilərin  keçirilməsinin  təmin  edilməsi  üzrə  hüquq  mühafizə, 
məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 
35 
4.
 
  Azərbaycan  Respublikası  Milli  Məclisinə  partiyalı  və  partiyasız 
namizədlərin imza toplama və MSK tərəfindən təsdiqinin monitorinqi 
36 
5.
 
  Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin  keçirilməsinin 
müşahidəsi 
40 
6.
 
  Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin  təşkili  və 
keçirilməsinin maliyyə məlumatları 
43 
7.
 
  Azərbaycan  Respublikasında  seçici  imzalarının  formalaşması  barədə 
ümumi məlumatlar 
45 
8.
 
  Milli Məclisin deputatlıgına namizədlərin KİV-dən istifadə edilməsində 
bərabər şərtlərin təmin edilməsinin təhlili 
50 
9.
 
  Milli Məclisə seçkilərdə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi  95 
10.
 
  Azərbaycan 
Respublikası  üzrə  rəsmi  qeydə  alınmış  seçki 
münaqişələrinin monitorinqi 
105 
11.
 
  Azərbaycan  Respublikasında  səsvermənin  monitorinqi  –  ümumi 
statistik məlumatlar 
139 
12.
 
  Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin  təşkili,  keçirilməsi 
və yekunları üzrə yerli və beynəlxalq təşkilatların rəyləri  
147 
13.
 
  Nəticə 
154 
 

 

 
Giriş 
MDB  PAA  DİMBİ  Bakı  filialının  2015-ci  ilə  dair  iş  planına  əsasən  Bakı 
filialı 01 sentyabr 2015-ci ildən etibarən 01 noyabr 2015-ci il parlament seçkiləri 
ilə bağlı uzunmüddətli monitorinqlərə başlamışdır. 01 sentyabrdan başlayaraq filial 
tərəfindən  seçki  komissiyalarının,  hüquq-mühafizə  orqanlarının,  KİV-in  və 
parlament  seçkiləri  ilə  əlaqəli  digər  tərəflərin  fəaliyyəti  araşdırılmış  və  təhlil 
edilmişdir.  Bundan  əlavə  parlament  seçkiləri  ilə  bağlı  geniş  məlumat  əldə  etmək 
üçün  MDB  PAA  Demokratiyanın,  parlamentarizmin  inkişafının  və  vətəndaşların 
seçki  hüquqlarına  riayət  olunmasının  monitorinqi  beynəlxalq  institutu  tərəfindən 
Azərbaycanın regionlarında seçki qərargahları yaradılmışdır.  
Hər  birində  2  ekspertin  fəaliyyət  göstərdiyi  qərargahlar  öz  fəaliyyətinə  01 
sentyabr 2015-ci ildən başlamışlar. Bu vaxtdan etibarən Bakı filialı qərargahlar da 
daxil olmaqla seçki prosesinə uyğun olaraq müxtəlif istiqamətlərdə monitorinqlər 
aparmışdır. Ekspertlərin əsas vəzifəsi seçkilərə hazırlıq, həmçinin seçkilərin təşkili 
və  keçirilməsi  üzrə  monitorinqlərin  keçirilməsindən  ibarət  olmuşdur.  MDB  PAA 
DİMBİ Bakı filialının əməkdaşları MSK-da ilk olaraq Azərbaycan Respublikasının 
bütün ərazisində müşahidə aparmaq üçün qeydiyyatdan keçmişlər.  
Parlament seçkilərinə rəsmi start verildikdən sonra MDB PAA DİMBİ Bakı 
filialı 2015-ci ilə dair təsdiq edilmiş iş planına və Azərbaycan Respublikası Milli 
Məclisinə  5-ci  çağırış  seçkilərin  təşkili  və  keçirilməsi  üzrə  əsas  hərəkət  və 
tədbirlərin  təqvim  planına  uyğun  olaraq  aşağıdakı  istiqamətlərdə  monitorinq  və 
araşdırmalar aparmışdır:  

 
Seçki komissiyalarının fəaliyyətinin monitorinqi

 
Azərbaycan  Respublikasında  seçici  siyahılarının  formalaşması  barədə 
ümumi məlumatlar;  

 

 

 
Azərbaycan  Respublikası  Milli  Məclisinə  partiyalı  və  partiyasız 
namizədlərin  imza  toplama  və  MSK  tərəfindən  qeydiyyatının 
monitorinqi

 
Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin KİV-ə yola tapmasına 
bərabər şəraitin təmin edilməsinin təhlili; 

 
Milli Məclisə seçkilərdə namizədlərin təşviqat fəaliyyətinin monitorinqi

 
Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin  təşkili  və 
keçirilməsinin maliyyə məlumatları; 

 
Seçkilərin  keçirilməsinin  təmin  edilməsi  üzrə  hüquq  mühafizə, 
məhkəmə və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti; 

 
Azərbaycan 
Respublikası 
üzrə 
rəsmi 
qeydə 
alınmış 
seçki 
münaqişələrinin monitorinqi; 

 
Azərbaycan  Respublikasında  səsvermənin  monitorinqi  –  ümumi 
statistik məlumatlar; 

 
Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin  keçirilməsinin 
monitorinqi. 

 
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərn təşkili, keçirilməsi və 
nəticələri üzrə beynəlxalq müşahidəçilərin rəyləri. 
MDB  PAA  DİMBİ  Bakı  filialı  monitorinqlərlə  yanaşı  Bakı  şəhərində  və 
ölkənin Şəki, Tərtər və Şamaxı regionlarında maarifləndirici tədbirlər keçirmişdir. 
Bu məqsədlə filialın əməkdaşları regionlara ezam olunmuşlar. Ezamiyyə dövründə 
əməkdaşlar  müvafiq  Dairə  və  Məntəqə  Seçki  Komissiyalarında  olmuş,  qarşıdan 
gələn  Milli  Məclis  seçkilərinin  hazırlanması  və  keçirilməsi  üzrə  görülən  işlərlə 
yaxından tanış olmuşlar. Bakı filialı bununla yanaşı seçki iştirakçıları üçün rus və 
azərbaycan  dillərində  vəsaitlər  hazırlamış  və  maarifləndirici  tədbirlər  zamanı 
dinləyicilərə paylamışdır.  
 

 

 
Seçki komisiyalarının fəaliyyətlərinin monitorinqi 
19  avqust  2015  ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Azərbaycan 
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə MSK-
nın 15, 25, 27 may tarixli iclaslarının protokolları təsdiqlənmişdir. 
Daha sonra MSK sədr müavini Natiq Məmmədov Azərbaycan Prezidentinin 
sərəncamı  ilə  təsdiq  edilən  “Azərbaycan  Respublikasında  İnsan  hüquq  və 
azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət 
Proqramı”ına  əsasən,  aşağı  seçki  komissiya  üzvlərinin  maarifləndirilməsinin 
təşkilinə  dair  məlumat  verib  və  bununla  bağlı  keçirilən  tədbirlərdən  danışıb.  N. 
Məmmədovun təqdimatı səsə qoyularaq təsdiq olunub.  
MSK  sədrinin  müavini  Mikayıl  Rəhimov  bəzi  seçki  dairələrinin  seçki 
məntəqələri  üzrə  seçicilərin  sayının  təmsilçilik  normalarına  uyğunlaşdırılması  ilə 
bağlı  məlumat  verib  və  bildirib  ki,  dairə  seçki  komissiyalarına  yeni  məntəqələr 
yaratması  tövsiyə  olunur.  Sonda  bəzi  dairə  seçki  komissiyalarının  tərkibində 
dəyişikliklər edilib.  
21  avqust  2015-ci  il  tarixdə  Mərkəzi  Seçki  Komissiyası  Azərbaycan 
Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 
“Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin 
səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”na  əsasən  aşağı  seçki 
komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə 
edən  irimiqyaslı  layihənin  birinci  mərhələsi  çərçivəsində  MSK-nın  inzibati 
binasında geniş müşavirə keçirib. 
Müşavirədə  MSK  sədri  Məzahir  Pənahov  çıxış  edərək  Azərbaycanın  Milli 
Məclisə seçkilər kimi mühüm hadisə ərəfəsində olduğunu vurğuladı. Qeyd etdi ki, 
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər aşağı 
seçki  komissiyaları  üzvlərinin  maarifləndirilməsində,  onların  peşə  hazırlığının 
daha  da  təkmilləşdirilməsində  önəmli  rola  malikdir.  Ölkəmizdə  aparılan  uğurlu 

 

 
siyasət  nəticəsində  dayanıqlı  ictimai-siyasi  sabitlik  bərqərar  olunub  ki,  bu  da 
seçkilərin  azad,  ədalətli  və  şəffaf  keçirilməsinə  hərtərəfli  şərait  yaradır. 
Azərbaycanda  seçki  praktikası  ildən-ilə  daha  da  təkmilləşdirilib  və  beynəlxalq 
təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza formalaşdırılıb. 
Sədr  M.Pənahov  qeyd  edilənlərlə  yanaşı,  azad  və  ədalətli  seçkilərin 
keçirilməsi  üçün  məhz  dövlətimizin  başçısının  ciddi  mövqeyinin,  konkret  siyasi 
iradəsinin,  həmçinin  seçki  komissiyalarının  iş  şəraitinin  yaxşılaşdırılması  və 
maddi-texniki bazalarının gücləndirilməsinə xüsusi diqqət və qayğısının olduğunu 
bildirdi.  Seçkilərin  yüksək  səviyyədə  təşkil  olunması  və  keçirilməsi  üçün  seçki 
komissiyalarına yaradılmış hərtərəfli şəraitə görə bir daha Prezident İlham Əliyevə 
Mərkəzi  Seçki  Komissiyası  adından  minnətdarlığını  ifadə  etdi.  MSK  sədri  bu  il 
Milli  Məclisə  keçiriləcək  seçkilərlə  bağlı  görülmüş  işlər  və  növbəti  mərhələlərdə 
reallaşdırılacaq  layihələri  müşavirə  iştirakçılarının  diqqətinə  çatdırdı  və 
tövsiyələrini verdi. 
MSK  sədri  dedi:  “Azərbaycanda  seçkiləri  müşahidə  etmək  istəyən  yerli  və 
beynəlxalq  müşahidəçilərə  hər  zaman  bütün  şərait  yaradılır.  Eyni  zamanda, 
seçkilərin  şəffaflığını  təmin  etmək  üçün  1000-dək  seçki  məntəqəsində  kameralar 
quraşdırılıb.  İnternet  vasitəsilə  dünyanın  istənilən  nöqtəsindən  bu  məntəqələrdə 
səsvermə  prosesini  izləmək  mümkündür.  Digər  tərəfdən,  bütün  dairə  seçki 
komissiyaları  müasir  standartlarda  inşa  olunan  binalarda  fəaliyyət  göstərir.  Seçki 
məntəqələri də müasir tələblərə cavab verən binalarla təmin edilib”. 
Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyası  rəhbərinin  müavini, 
regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal 
Nağdəliyev  dövlətimizin  başçısının  tapşırığına  əsasən  müşavirədə  “Seçkilərin 
hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların 
seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. 

 

 
Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Sizinlə artıq ənənəvi 
hal alan belə müşavirələrdə neçənci dəfədir ki, iştirak edirik. Son seçkilər göstərdi 
ki,  dairə  və  məntəqə  seçki  komissiyaları  öz  işlərini  yüksək  peşəkarlıqla  qura 
biliblər.  Şübhəsiz  ki,  bu,  sizin  təcrübənizin  artdığını  göstərir.  Həmçinin  bu, 
peşəkarlığın yüksək səviyyədə olmasına dəlalət edir. Bunun əldə olunmasında təbii 
ki, müşavirə və seminarların çox böyük əhəmiyyəti var”. 
Seçkilərin  müvəffəqiyyətlə  keçməsini  şərtləndirən  amillərdən  danışan 
Z.Nağdəliyev  deyib  ki,  Azərbaycan  Prezidentinin  rəhbərliyi  ilə  ölkəmizin, 
cəmiyyətimizin  həyatının  bütün  sahələrində  aparılan  uğurlu  islahatlar,  qəbul 
olunan  tarixi  qərarlar  Azərbaycanın  keyfiyyətcə  tamamilə  yeni  mərhələyə 
keçməsinə  şərait  yaradıb.  Bu  gün  Azərbaycan  dünya  miqyasında  layiqli  yerini 
tutub. Ölkəmizdə artıq dünya və qitə miqyaslı tədbirlər müvəffəqiyyətlə keçirilir. 
Prezident  İlham  Əliyevin  həyata  keçirdiyi  uğurlu  siyasət  nəticəsində  insanların 
rifahı  yaxşılaşıb.  Vətəndaşlarımız  bu  şəraiti,  uğurları  itirmək  istəmirlər. 
Azərbaycanın  gələcəyi  daha  parlaq  olacaq  və  insanlar  bunun  üçün  səs  verirlər. 
Bizim  də  məqsədimiz  odur  ki,  seçkilərə  hazırlıq,  onun  keçirilməsi  və  səsvermə 
proseslərində qanun pozuntusuna yol verilməsin. Azərbaycan Prezidentinin tələbi 
ondan  ibarətdir  ki,  seçkilərdə  şəffaflıq  təmin  olunsun.  Bunun  üçün  həm  seçki 
komissiyalarına, həm də seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edərək səs 
vermələri  üçün  lazımi  şərait  yaradılıb.  Seçkilərlə  əlaqədar  əlavə  zəruri  tədbirlər 
görüləcək. 
Prezident  Administrasiyasının  rəsmisi  qeyd  edib  ki,  dövlətimizin  başçısı 
İlham Əliyevin tapşırığına əsasən, seçkilərdə bütün siyasi partiyalara bərabər şərait 
yaradılmalıdır.  Artıq  125  dairənin  hər  birində  bunun  üçün  açıq  və  qapalı  yerlər 
müəyyən  olunub.  Bu,  təşviqat  dövrünə  yaxın  vaxtda  elan  ediləcək.  Təşviqat 
lövhələri  ilə  də  bağlı  monitorinqlər  keçirilib.  Sıradan  çıxmış  lövhələr  bərpa 

 

 
ediləcək.  Tarixi  abidələrin  üzərində  təşviqat  materiallarının  yerləşdirilməsinin  isə 
qarşısı alınıb. 
Seçici  siyahılarının  dəqiqləşdirilməsi  sahəsində  böyük  iş  görüldüyünü 
vurğulayan Zeynal Nağdəliyev deyib: “Bizim seçici siyahıları bir sıra ölkələr üçün 
nümunə ola bilər. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait 
yaradılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində iş hər gün davam etməli, 
bu  siyahılar  ideal  olmalıdır.  Seçici  siyahılarının  tərtib  edilməsi  zamanı  yerli  icra 
hakimiyyəti  orqanları  seçki  komissiyaları  ilə  birgə  böyük  işlər  həyata  keçiriblər. 
Bu işlər bu gün də davam etdirilir. Bu işi dayandırmaq olmaz. Bu məsələdə dairə 
seçki  komissiyalarına  lazımi  yardım  göstəriləcək”.  Seçki  məntəqələrində  veb-
kameraların  quraşdırılmasından  danışan  Azərbaycan  Respublikası  Prezidenti 
Administrasiyası  rəhbərinin  müavini  bildirib  ki,  bu  kameralar  seçkilərin  şəffaf 
keçirilməsinə  xidmət  edir.  Əvvəllər  biz  ilk  addım  olaraq  məntəqələrdə  500  veb-
kamera  quraşdırmışdıq.  Hazırda  isə  seçki  məntəqələrində  min  veb-kamera 
quraşdırılıb.  Veb-kameralarda  müşahidə  etdiyimiz  nöqsanları  növbəti  seçkilərdə 
mütləq  aradan  qaldırmaq  lazımdır.  Həmçinin  seçkilərlə  əlaqədar  ünvanların 
dəqiqləşdirilməsi üçün bina və evlərin üzərinə 15 mindən artıq nömrə vurulub. 
Zeynal  Nağdəliyev  seçkilərin  yüksək  səviyyədə  təşkili  üçün  dairə  və 
məntəqə seçki komissiyalarına hər cür şəraitin yaradıldığını vurğulayıb. Ölkəmizdə 
keçirilən  prezident,  parlament  və  bələdiyyə  seçkiləri  dairə  və  məntəqə  seçki 
komissiyalarının peşəkarlığının yüksək olduğunu göstərir. 
Dairə  seçki  komissiyalarının  sədrlərinin  böyük  təcrübəsi  olduğunu  deyən 
Prezident  Administrasiyasının  rəsmisi,  bununla  belə,  onlara  arxayınlaşmamağı 
tövsiyə  edərək  bildirib:  “Parlament  seçkiləri  yüksək  şəffaflıqla,  demokratik 
şəraitdə  keçirilməlidir  və  bunu  təmin  etmək  lazımdır.  Bunun  üçün  hamı  imkanı 
daxilində  çalışmalıdır  ki,  növbəti  sınaqdan  da  üzüağ,  alnıaçıq  çıxaq.  Seçkilərdə 
xırda məsələ yoxdur. Bu sahədə zərrə qədər nöqsan ölkəmizin imicinə mənfi təsir 

 
10 
 
edə  bilər.  Biz  fəaliyyətimizlə,  yaxud  fəaliyyətsizliyimizlə  buna  xələl  gətirə 
bilmərik.  Ona  görə  də  hər  birimiz  bu  seçkilərə  yüksək  məsuliyyət  hissi  ilə 
getməliyik.  Onu  yüksək  peşəkarlıqla  keçirməliyik.  Dövlətimizin  başçısı  İlham 
Əliyevin  bizim  qarşımızda  qoyduğu  vəzifə  də  budur.  Bu  işdə  sizin  hər  birinizə 
müvəffəqiyyətlər arzu edirəm”. 
Milli  Məclis  sədrinin  birinci  müavini  Ziyafət  Əsgərov  müşavirədə  “Seçki 
hüququnun  konstitusion  əsasları  və  onun  həyata  keçirilməsinin  qanunvericilik 
mexanizmləri” mövzusunda çıxış edib. 
Parlament  sədrinin  birinci  müavini  bildirib  ki,  seçki  hüquqlarının  həyata 
keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir. Azərbaycan 
demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu 
hüquqların  reallaşdırılması  baxımından  çox  mühüm  əhəmiyyət  kəsb  edir. 
Əminliklə  demək  olar  ki,  indiyədək  keçirilən  seçkilər  Azərbaycanın  qoşulduğu 
bütün sənədlərin tələblərinə uyğundur. 
Ziyafət  Əsgərov  qeyd  edib  ki,  bütün  seçki  komissiyalarının  üzvləri,  o 
cümlədən dairə seçki komissiyaları sədrləri tərəfindən seçki hüququnun, norma və 
prinsiplərinin  dərindən  mənimsənilməsi  vacibdir.  Arxayınlaşmamalı,  hər  gün 
öyrənməli, Seçki Məcəlləsinin tələblərini tam mənimsəməliyik ki, seçkilərdə artıq 
söz-söhbətə  yer  qalmasın.  Çalışmalıyıq  ki,  növbəti  parlament  seçkilərində  də 
Azərbaycan  nümunə  göstərsin.  Seçkilər  yüksək  səviyyədə,  şəffaf  və  demokratik 
keçirilməlidir. 
Daha  sonra  ədliyyə  nazirinin  müavini  Azər  Cəfərovun  “Seçki  prosesində 
ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri”, daxili işlər nazirinin müavini 
Oruc  Zalovun  “Seçki  prosesində  Daxili  İşlər  Nazirliyi  orqanlarının  rolu  və 
fəaliyyət  istiqamətləri”,  Bakı  Apelyasiya  Məhkəməsinin  sədri  İman  Nağıyevin 
“Seçki  hüquqlarının qorunması  ilə  bağlı apelyasiya  şikayətləri  və  onlara  baxılma 

 
11 
 
təcrübəsi”,  Baş  Prokurorluğun  idarə  rəisi  Nazim  Abbasovun  “Seçki  hüquqlarının 
qorunmasında prokurorluq orqanlarının rolu” mövzularında çıxışları dinlənilib. 
Müşavirədə,  həmçinin  Mərkəzi  Seçki  Komissiyası  Katibliyinin  müdiri 
Rövzət  Qasımovun,  katibliyin  informasiya  mərkəzinin  müdiri  Rüfət 
Gülməmmədovun,  ümumi  şöbənin  müdiri  Elşən  Əsgərovun  “Səsvermə  prosesi 
başa  çatdıqdan  sonra  DSK  və  MSK-ların  üzərinə  düşən  əsas  vəzifələr”,  “Dövlət 
Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan 
istifadə qaydaları”, “Dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarında 
kargüzarlığın təşkili” mövzularında çıxışları olub. 
Beynəlxalq  təşkilatların,  xarici  qurumların  və  kütləvi  informasiya 
vasitələrinin  nümayəndələrinin  də  iştirak  etdikləri  müşavirə  dairə  seçki 
komissiyaları  sədrlərinin  Bakı  şəhərindəki  dairə  seçki  komissiyalarında  təcrübə 
mübadiləsi ilə davam etdirildi. 
28 avqust 2015 - ci ildə Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə 
hazırlıq  məqsədilə  DSK-ların  kompüter  mütəxəssisləri  üçün  seminara  başlayıb. 
Tədbirin  keçirilməsində  əsas  məqsəd  dairə  seçki  komissiyalarının  kompüter 
mütəxəssislərinə  “Seçkilər”  Dövlət  Avtomatlaşdırılmış  İnformasiya  Sisteminin 
təkmilləşdirilmiş  yeni  imkanları  barədə  praktiki  məlumat  vermək,  əyani  formada 
istifadə qaydalarını öyrətməkdir. 
29  avqust  2015-ci  il  tarixdə  Mərkəzi  Seçki  Komissiyasının  Məzahir 
Pənahovun sədrliyi ilə növbəti iclası keçirilib. 
İclasda  Mərkəzi  Seçki  Komissiyasının  sədri  Məzahir  Pənahov  Azərbaycan 
Respublikası Prezidentinin 2015-ci il 28 avqust tarixli Sərəncamı ilə beşinci çağırış 
Milli Məclisə seçkilərin noyabrın 1-nə təyin edildiyini bildirib. 

 
12 
 
Qeyd  edilib  ki,  2015-ci  ilin  ölkəmizin  tarixində  mühüm  hadisə  -  Milli 
Məclisə  seçkilər  ili  olduğunu  nəzərə  alaraq,  vətəndaşların  Konstitusiya  ilə  təsbit 
edilmiş  seçmək  və  seçilmək  hüquqlarının  təmini,  seçkilərin  azad  və  ədalətli 
keçirilməsi üçün hələ ilin əvvəllərindən Mərkəzi Seçki Komissiyası genişmiqyaslı 
tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, seçki prosesinin mühüm mərhələləri 
olan 
seçici 
siyahılarının 
dəqiqləşdirilməsi, 
normativ-hüquqi 
bazanın 
təkmilləşdirilməsi,  həmçinin  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  çərçivəsində 
müxtəlif  seçki  subyektlərinin  maarifləndirilməsi  məqsədilə  irimiqyaslı  layihələr 
reallaşdırılıb, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki bazasının 
gücləndirilməsi üçün mütəmadi şəkildə ardıcıl addımlar atılıb. 
Sonra  iclasda  seçki  qanunvericiliyində  nəzərdə  tutulmuş  tədbirlərin  ardıcıl 
və  keyfiyyətlə  həyata  keçirilməsi,  seçki  subyektlərinə  metodiki  yardım 
göstərilməsi  və  onların  seçki  prosesindəki  fəaliyyətlərinin  sadələşdirilməsi 
məqsədilə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin 
hazırlanıb  keçirilməsi  üzrə  əsas  hərəkət  və  tədbirlərin  Təqvim  Planı”  müzakirə 
olunaraq təsdiq edilib. 
İclasda  seçki  hüquqlarının  pozulması  ilə  əlaqədar  hərəkətlərdən 
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki 
hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası 
nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Mərkəzi Seçki 
Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu 
yaradılıb.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  müddətdən  gec  olmayaraq  dairə 
seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə 
dairə seçki komissiyalarına həvalə edilib. 
Komissiyanın  iclasında  beşinci  çağırış  Azərbaycan  Respublikasının  Milli 
Məclisinə  seçkilərdə  namizədin  qeydə  alınması  üçün  təqdim  edilmiş  imza 
vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü 

 
13 
 
yoxlamaq  məqsədilə  müvafiq  dövlət  qurumlarının  mütəxəssislərindən  ibarət  işçi 
qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub. 
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari 
məsələlərə də baxılıb. 

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin