F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix07.09.2017
ölçüsü1,13 Mb.
#29222
1   2   3

 

Aparıcı: - Biri var idi, biri yox idi, axar baxarlı, başı ağ 

çalmalı,  həyatın  hər  səhnəsinin  şahidi,  hər  günlərini  inamla 

salamlayan,  sabahlara  ümidlə  göz  dikən,  dağların  qoynunda 

Xocalı  adlı  bir  cənnətməkan  var  idi.  Qarabağın  sinəsində  yer 

alan bu ocaqda hər səhər göylərin nazlı gözəli günəş təbbəsümü 

ilə insanları yuxudan oyadırdı.

 

 

                 Günlərin bir günü... 



                 Bu dağların qoynunda yaşıl bir kənd varıydı, 

                 Əlvan saray, güllü bağ, gen aynabənd varıydı. 

                 Neçə dodağı şəkər, söhbəti qənd varıydı, 

                 Neçə incəbel gözəl, zülfü kəmənd varıydı. 

                 Yoxdu daha nağıldı, 

             İtdi, batdı, dağıldı, 

             Mənim şirin qafiyəm, mənim üçcə hecalım, 

             Xocalım, ay Xocalım. 



Səhnəyə böyük yaş qrupundan olan 2 nəfər oxucu (oğlan 

və qız) çıxaraq Xocalıya aid şeir söyləməyə başlayırlar. 

      I oxucu:    -Xocalıdan səs gəldi: 

           “Kömək edin, amandı!” 

            Güllələrin səsindən 

            Ot tutdu, aləm yandı. 



15 

 

            Tənha qaldı Xocalı, 



            Kömək edən olmadı. 

            Dağıldı şəhər bütün, 

            Ondan əsər qalmadı 

    


  II oxucu:  -Erməni-rus ordusu 

            Basqın etdi qəflətən. 

            Qadın, qoca, uşağı 

            Qətlə yetdi qəflətən. 

            Bələkdəki körpələr 

            Süngülərə taxıldı. 

            Günahsız insan qanı 

            Su yerinə axırdı. 

      

I oxucu:  - Adamların qanıyla 

           Yuyuldu ana torpaq. 

            İşgəncələr verildi 

           O gün xalqıma,Allah  

            Güllələndi millətim, 

            Tapdalandı qeyrətim 

            Xocalıda o gecə. 

    II oxucu:   - Dünya niyə susubdur,  

             Məgər görməyir bunu? 

             Müdafiə edirlər 

             Erməni quldurunu. 

             Susduracam od qoxan 

             Cingiltili səsini. 

             Qulağını aç, eşit, 

             Koroğlu nərəsini 

           (I və II oxucu sonuncu bəndi bir yerdə) 

               -Cinayətkar cəzasın  

 

   Çəkməlidir onu bil 



16 

 

 



   Xocalı mənimkidir, 

 

   Düşmənim, geri çəkil! 



Şeiri  söylədikdən  sonra  baş  əyib  səhnəni  tərk  edirlər. 

Sonra  3  nəfər  ağ  libaslı  (ölən  uşaqların  ruhları)  kiçik  yaş 

qrupundan  olan  oxucu  və  1  nəfər  böyük  yaş  qrupundan  olan 

oxucu (qız) ana libasında səhnəyə çixaraq şeirlər söyləyirlər.        

            

         Ana ağlayaraq uşaqlardan soruşur: 

               -Niyə külə döndünüz, 

                Ay körpə balalarım? 

                Hansı nağılların siz, 

                Deyin qəhrəmanısız? 

                Sizin ki, yox idi bir 

                Kiçik də təqsiriniz? 

                Bəs hansı fitnəkarın 

                Oldunuz şikarı siz? 

                Dünyaya göz açdınız 

                Təlaşlı bir zamanda. 

                Müharibə başlandı!.. 

                Qırılaydı əlləri 

                Düşmənin başlayanda. 

                Gülüşünüz qurudu 

                Südlü dodağınızda, 

                Səsiniz də uduldu 

                Elə boğazınızda. 

                Yalnız qaçhaqaç görür, 

                Bir də eşidirdiniz: 

               -Atəş! Haray! Ay haray! 

                 Erməni gəldi, haray! 

             

 

 



17 

 

I oxucu: - Dağıldı ev-eşiyimiz, 

                 Uçuldu beşiyimiz! 

                 Xəyanətin əliylə, 

                 Düşmənin əməliylə. 

                 Dünyada əziz olan, 

                 Amalı təmiz olan 

                 Atamızı itirdik, 

                 Əzizdən əziz olan  

                 Anamızı itirdik 

           

II oxucu: - O anda ki açılmaq 

                 İstəməyən güllələr 

                Tuşlandı üzümüzə 

        


    Şıdırğı yağış kimi 

                Töküldü üstümüzə 

                Qönçə gül-çiçək kimi 

        


    Bizi vaxtsız biçdilər, 

        


    Qanımıza bulanıb, 

                Qanımızdan içdilər. 

                Səsimiz, fəryadımız 

                Göylərə ucalırdı, 

        

    Sanki hər bir güllədən 

                Dağlar da qocalırdı. 

       


 III oxucu: - O qaniçən cəlladlar 

 

     Bəli, aldatdı bizi. 



 

    Ağa-boza baxmadan 

 

     Heç süd dişi çıxmayan 



 

     Körpələrə qıydılar. 

 

     Döyə-döyə qırdılar, 



 

     Söyə-söyə qırdılar: 

 

    -Türkün nəsli gərəkdir 



18 

 

 



     Bələkdəcə qırıla, 

 

     Süngülərdən keçirilə, 



 

     Al qanında qıvrıla. 

 

     Deyə-deyə qırdılar, 



 

     Döyə-döyə qırdılar, 

 

     Biz körpə fidanları 



 

     Allah qırsın onları. 

 Ana        - Qoymazlar ki, qanınız  

 

     Yerdə qala, balalar. 



               Laylasın anam mənə 

               Belə demiş dönə-dönə: 

        

    “Bir anan mən, biri Vətən”... 

               A körpəcə fidanlar, 

               Unudulmaz o anda 

               O vaxtlar, o zamanlar. 

               Bu gün xalq da, Vətən də 

               Unutmamışdır sizi. 

               Azadlıq arzusuyla 

               Alışan qəlbinizi, 

       


     Neçə-neçə igidi. 

        


     Siz rahat uyuyun ki, 

       


     Qalib gələr həqiqət! 

       


     Neçə ay, il keçsə də, 

       


     Zəfər çalar ədalət! 

               İştirakçılar baş əyərək səhnəni tərk edirlər. 



  

Aparıcı:  - 1992-ci  ilin  fevralı idi, bu füsnkar məkanın 

üstünü  qara  buludlar  aldı.  İşıqlı  sabahlara  can  atan  yurdumuz 

erməni  qəsbkarlarının  iştahına  tuş  gəldi.  Bir  işğalçı  olaraq 

bədnam qonşularımız füsnkar gözəlliyin əsiri oldular. 

        Ağzından alov çıxan silahlar yedi səni, 

        İştahalar, nəfslər, tamahlar yedi səni. 



19 

 

        Bağışlanmaz, yuyulmaz günahlar yedi səni. 



    ... Heç Allah götürərmi qisasımı gec alım? 

              Xocalım, ay Xocalım! 



 

Aparıcı: - 25-dən 26-na keçən gecə dinc sakinlər onları 

daha  dəhşətli  bir  faciənin  gözlədiyini  bilmirdilər.  Həmin  gecə 

bir  ailənin  taleyi  belə  oldu.  Leyli  dəhşətli  atışmanın  səsindən 

oyananda  saat  10-nun  yarısı  idi.  Həm  çöldəki  tükürpədici 

vahimənin  səsi,  həmdə  evdə  yalqızlıq  xofu  onu  bürüdü.  Ana 

təlaş  içində  beşikdə  yatan  körpəsinə  doğru  boylandı.  Qorxu 

içində olan ana özünü itirdi.Neçə müddət idi ki, həyat  yoldaşı 

Xocalı  aeroport  postunda    keşik  çəkirdi.Ana  pəncərəyə 

yaxınlaşır.  Bu  an  qarşılaşdığı  mənzərədən  sanki  başı  hərlənir. 

Xocalı alov içində yanırdı. Onun qarşılaşdığı bu mənzərə sanki 

cəhənnəm idi. 

Ana  bir  anlıq  beşiyə  tərəf  cumur  və  yuxulu  körpəsini 

qapır  və  alovun  içində  özünü  ora-bura  vuran  camaatla 

vurnuxmağa  başlayır.  Nəhayət  cəhənnəmdən  qurtulmaq  üçün 

şaxtalı fevral günündə körpəsi ilə birgə qaranlıq meşəyə doğru 

üz  tutur.  Lakin  hara  üz  tutsa  da  yağı  onların  başının  üstünü 

quduz  kimi  kəsmişdi.  Buzdan  qaysaq  bağlamış  Qarqar  çayını 

keçərkən körpəsini bağrına basır. 



Ana:  -“Yox...  Yox...  mən  səni  heç  kəsə  vermərəm, 

mənim balam!”Özünü yox, körpəsini xilas etmək üçün var gücü 

ilə qaçır.                           

                                  (Aparıcı səhnəyə gəlir) 

Müharibə,  Düşmən,  Şaxta...  Bu  üçhökmlü  qorxular 

içərisində  ana  qayaya  doğru  qaçmağa  başlayır.  Hənirti  eşidir. 

Ana  ətrafına  boylanır.  Hər  tərəfi  qarla  örtülmüş  yerdə 

ləpirlərdən başqa heç nə görmür. Birdən uzaqdan topa gələn bir 

qaraltı görür. Dəhşət içərisində mağaraya tərəf qaçaraq gizlənir. 

Ara  sakitləşəndən  sonra  mağaradan  çıxir.  Bu  zaman  ona  elə 



20 

 

gəldi ki körpəsi donur. Ehmalca qucağındakı körpəsinin üzünü 



açdı...  Boş  yorğanı  əlləri  ilə  ələk-vələk  elədi.  Körpə  yox 

idi.Yoxx!!! ola bilməz. Ana ağlaya-ağlaya çönüb arxaya baxır. 

Geri dönmək istəyir. Amma bacarmır... 

Xocalı 


soyqırımı 

haqqında 

həqiqətlərin 

dünya 


xalqlarına  

çatdırılmasında,  bəşəriyyətə  qarşı  ən 

böyük cinayətlərdən biri olan bu faciə 

haqqında beynəlxalq miqyasda dolğun 

təsəvvürlərin 

formalaşdırılmasında 

sənət 

nümünələrinin 



də 

rolu 


böyükdür. 

Sənətkarlarımızan 

bu 

faciəyə  həsr  edilmiş  kino,  musiqi, 



teatr,  və  rəsm  əsərləri  dünyanın  bir 

çox  ölkələrində  nümayiş  etdirilir.  Bu 

əsərlər  Heydər  Əliyev  Fondunun 

təşəbbüsü ilə neçə illərdir ki, Xocalı faciəsini Azərbaycana qarşı 

törədilmiş soyqırım aktı kimi tanıdılmasında böyük rol oynayır. 

Rəssamlarımızın qəlb ağrısı ilə müraciət etdiyi bu mövzuda ilk 

növbədə fırça ustası Vaqif Ucatayın silsilə işlərini və xüsusilə 

“Xocalı” plakatını qeyd etmək olar.  

Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu plakat 

hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə nifrət hissi 

aşılayır. 



21 

 

 



 

 

Digər 



rəssamlardan 

Mayis  Əliyevin  “Haray”, 

“Xocalıya      ithaf”,  Cəmil  Quliyevin  “Xocalı”,  Abdulla 

Ələkbərovun  “Qarabağın  sabahı”,  Səbuhi  Məmmədovun 

“Yaralı ana”, “Dəhşət”, Sabir Çopuroğlunun “Xocalı harayı”, 

Rövşən  Məmmədovun  “Torpağın  harayı”,  “O  qan  yerdə 

qalmaz”,  Vüqar  Quliyevin  “Sönmüş  ocaq”  və  s.  əsərlərdə 

faciənin ayrı-ayrı məqamları işıqlandırılmışdır.Xocalı faciəsinin 

anım  günündə  rəssamların  əsərlərindən  ibarət  “Xocalı 

soyqırımı:  sənət  yaddaşımızın  ağrılı  səhifəsi  kimi”  başlıqlı 

sərgiyə baxış keçirilir. Bu sərgidəki əsərlər Xocalı soyqırımının 

dəhşətlərini  oxuculara  rəssamların  dili    ilə  deyəcək.  Bu 

soyqırımın dəhşətləri sənətin müxtəlif sahələrində də öz əksini 

tapmışdır. Faciənin adının əbədiləşməsi üçün ölkəmizdə böyük 

işlər görülmüşdür. Bakıda yerləşən Xocalı faciəsi abidəsi Xocalı 

şəhidlərinin  xatirəsinə  ehtiramın  nümunəsidir.  Özündə  ana 

kədərini  əks  etdirən  bu  heykəlin  müəllifi  tişə  ustası  Aslan 

Rüstəmovdur.  Yaxın  keçmişin  acı  həqiqətlərini  gələcək  nəslə 

çatdırmaq  üçün  Xocalı  qətliamına  həsr  edilmiş  bu  sənət 

nümunələrinin təbliği kitabxanada əsas yer tutur. Sərgidən sonra 

bu  abidəyə  “Dünyanın  ən  dəhşətli  faciəsi”  adlı  ekskursiya 



22 

 

təşkil  etmək  olar.  Bunun  üçün  öncə  yaxınlıqdakı  hər  hansı 



məktəbin rəhbərliyi ilə danışılır və müəyyən siniflə ekskursiya 

üçün  vaxt  təyin  edilir.  Burada  kitabxanaçı  faciə  haqqında 

şagirdlərə  ətraflı  məlumat  verir.  Məlumat  üçün  Xocalı 

faciəsindən  bəhs  edən  kitablardan  istifadə  edilə  bilər.  Xocalı 

həqiqətlərini dünyaya çatdırmaq  son illər xeyli işlər görülmüş, 

xarici dillərdə kitablar nəşr edilmiş, filmlər çəkilmiş, saytlarda 

məlumatlar  yerləşdirilmişdir.  Soyqırımla  bağlı  məlumatların 

oxuculara  hərtərəfli  çatdırılması  üçün  biz  kitabxanaçılar  da 

fəallıq 

göstərməliyik.Xocalı 

həqiqətlərini 

dünyaya 


çatdırılmasında çəklimiş filmlərimizin də müstəsna əhəmiyyəti 

vardır. Bu qətliamla bağlı ilk bədii film Nüşabə Məmmədovanın 

“Haray”  filmidir.  Xocalı  faciəsinin  25-ci  ildönümü  ilə  bağlı 

kitabxananın oxu zalında   bu filmləri oxucular üçün nümayiş 

etdirmək olar. Qətliamla bağlı olan bu film Xocalı həqiqətlərinin 

kinoda  dolğun  ifadəsidir.  Rejissor  Oruc  Qurbanovun 

quruluşunda  ərsəyə  gələn  kinolentdə  Xocalıda  baş  verənlər 

insanlığa qarşı törədilmiş tükürpədici hadisə kimi təsvir olunur. 

Ermənilərin  azərbaycanlı  əsirlərə  qarşı  törətdikləri  işgəncələrə 

şahid olan iki yeniyetməni baş qəhrəman kimi təqdim edən bacı 

və qardaşın  intiharı  ekran  əsərini  çox təsirli edir.   Digər  ekran 

əsəri  rejissor  Mərahim  Fərzəlibəyovun  çəkdiyi  “Qırmızı  qar” 

filmidir.  Xocalı  və  Qarabağ  mövzusunda  daha  bir  ekran  əsəri 

Elxan  Qasımovun  çəkdiyi  “Biz  qayıdacağıq”  filmidir.  Film 

Xocalıdan  olan  yeniyetmə  oğlanın  həyatından  bəhs  edir.  Son 

dövrlər  çəkilən  “Xoca”  filmi  isə  mövzuya  daha  yaxınlaşaraq, 

Xocalının işgalı ərəfəsindəki ağrılı məqamlara söykənir. Bu gün 

Qarabağı  geri  qaytarmaq  Azərbaycanın  ərazi  bütövlüyünü, 

torpaqlarımızın  toxunulmazlığını  bərpa  etmək,

 

Azərbaycan 



dövlətçiliyinə 

əbədiyyət 

qazandırmaq, 

Azərbaycanda 

separatizmin  kökünü  kəsmək  haqqımızı  kimsə  əlimizdən  ala 

bilməz.  Vətən  oğlu  Qarabağ  bu  gün  bizim  üçün  Tanrı  sınağı, 



23 

 

qeyrət  rəmzidir.  Qarabağ  bizim  yaşam  pasportumuzdur. 



Qarabağsız  Azərbaycan  ruhsuz  candır.  Bu  gün  Qarabağ  milli 

qeyrət, milli mənlik, milli özünüdərk, olum-ölüm yolu, gələcək 

nəsillər qarşısında məsuliyyət hissi deməkdir. Qarabağı unutsan, 

bu  gününlə,  sabahınla,  varlığınla,  həyatınla  vidalaşmalı 

olacaqsan.  Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən  

silməyi qarşısına məqsəd qoymuş erməni-daşnaq faşizmi ilə üz-

üzəsən. Qarabağ uğrunda mübarizə  aparmalısan. Bu mübarizə 

sənin  yaşamaq  haqqın,  həyat  sevincindir.  Qan  yaddaşını  oyat! 

Tarixdən ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır. 

                

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

24 

 

              



Ədəbiyyat siyahısı:

 

                          Kitablar: 

Beynəlxalq  hüquq  normaları  Xocalıda  soyqırımının 

həyata  keçirildiyini  birmənalı  təsdiqləyir  //  Erməni  xəyanəti  : 

terror, soyqırım və deportasiya siyasəti. – Bakı : Avropa, 2009. 

– S.102-116.  



Biz o yurdlara qayıdacağıq : foto kitab. - Bakı : "QHT 

nəşriyyatı", 2013. - 152 s.  



Bizi əsirlikdən qurtarın = Release us from captivity. - 

Bakı  :  Qismət,  2006.  -  680  s.  :  foto,  xəritə.  -  Azərbaycan  və 

ingilis dillərində.  

Erməni  Terroru  =  Armenian  Terror  =  Армянский 

Террор. – Bakı : Vətən, 2005. – 168 s. 



Əhmədov Q. Ermənilər bizi üç gün ov kimi ovladılar, 

qarışqa  kimi  qırdılar  //  Erməni  xəyanəti  :  terror,  soyqırım  və 

deportasiya siyasəti. – Bakı : Avropa, 2009. – S.117-118. 

Əroğul Ə. Erməni-daşnak faşizminin törətdiyi “Xocalı 

soyqırımı” insan ağlının qəbul etmədiyi vəhşanəlikdir // Əroğul 

Ə. Erməni-daşnak faşizmi və Azərbaycan.  - Bakı : Təhsil, 2007. 

– S.350-363. 



Əroğul  Ə.  XX  əsr  Azərbaycan  türkünün  soyqırımı 

əsridir // Erməni-daşnak faşizmi və Azərbaycan. - Bakı : Təhsil, 

2007. – S.364-370. – Məqalədə soyqırımının illər üzrə sayının 

cədvəli verilmişdir. 



Hicran F. Qarabağda talan var.- Bakı : Gənclik, 1992.-

160s. 


Xəlilqızı  Ə.  Güllələnmiş  uşaqlıq  =  Растрелянное 

детство = Shot Through ChildHood. – Bakı : Çaşıoğlu, 2007. - 

297 s. 

Xocalı  soyqırımı  -  20  :  biblioqrafiya.  -  Bakı  : 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2012. - 313 

s. - Azərbaycan və rus dillərində. 

Qarabağ:  dünən,  bu  gün    fotoşəkillərdə  =  Karabakh: 


25 

 

Yesterday and Today : in photos  = Карабах: вчера, сегодня : 



в фотоснимках = ةیفارغوتفلا روصلا مویلا و سملاا غابارق : kitab-albom 

- Bakı : İndiqo, 2007. - 200 s. : foto. - Azərbaycan, ingilis, rus 

və ərəb dillərində.  

Məhərrəmli  Z.  Xocalı  taborunun  əsgəri  :  Zöhrə  Lətif 

qızı Quliyeva haqqında // Məhərrəmli Z. Qırx qız dastanı. – Bakı 

: 2003. –  315 s. 

Məhərrəmzadə  Ə.  S.  Xocalı  soyqırımı  :  ermənilərin 

Azərbaycanlılara 

qarşı 

apardığı 



soyqırım 

siyasətinin 

xronologiyası. - Bakı : Adiloğlu, 2011. - 184 s.  

Məmmədov  S.  Tarixi  saxtalaşdırmaq  cinayətdir.  II 

hissə. - Bakı : Ziya NPM, 2015. - 256 s.  



Musaqızı  S.  Azərbaycan  terrorizm  caynağında.  –  B.  : 

Təfəkkür, 2004. – S. 156. 



Müslümqızı S. Dünya susmasın gərək = World should 

not keep silence : Sənədli xronika. - Bakı : Yazıçı, 2014. - 84 s. 

: foto. - Azərbaycan və ingilis dillərində.  

Müslümqızı  S.  Xocalıdan  gələn  var  =  Guest  from.  - 

Bakı: 2008. - 254 s. : fot. - Azərbaycan və ingilis dillərində. 



Müslümqızı  S.  Qar  üstünə  qan  yağırdı.-  B.:  Azərnəşr, 

1993.- 184 s. 

Onlar heç vaxt böyüməyəcəklər = They will never grow 

up = Они никогда не станут взрослыми/ "Azərbaycan yolu" 

Siyasi Hərəkatı; red. : M. Nazimoğlu. – Bakı : Çaşıoğlu, 2005. - 

96 s.  


Seyidzadə M. M.  

Milli qəhrəmanlar zirvəsi. - Bakı : 

BS Polygraphic, 2010. - 256 s.  

Səlimbəyli Ş. Ə. Erməni  terroru : 5 cilddə.  I  kitab  : 

Qarabağda  müharibənin  başlanması    :  Hadisələr...  faktlar...  - 

Bakı : Avropa, 2008. - 400 s. : foto.  

Səlimbəyli  Ş.  Erməni    terroru  :  5  cilddə.  I  kitab  : 

Qarabağda  müharibənin  başlanması    :  Hadisələr...  faktlar...  - 

Bakı : Avropa, 2008. - 400 s.  

Səmədov  V.  Leyla  Əliyeva  "Xocalıya  ədalət!" 


26 

 

(Beynəlxalq  erməni  terroruna  qarşı  yeni  strateji  model)  : 



monoqrafiya : 3 cilddə. I cild. - Bakı : CBS, 2014. - 344 s.  

Səmədov  V.  Leyla  Əliyeva  "Xocalıya  ədalət!" 

(Beynəlxalq  erməni  terroruna  qarşı  yeni  strateji  model)  : 

monoqrafiya : 3 cilddə. II cild. - Bakı : CBS, 2014. - 376 s.  

Səmədov  V.  Leyla  Əliyeva  "Xocalıya  ədalət!" 

(Beynəlxalq  erməni  terroruna  qarşı  yeni  strateji  model)  : 

monoqrafiya  :  3  cilddə.  III  cild    -  Bakı  :  CBS  Polygraphic 

production, 2014. - 480 s.  



Sultanov Z. Xocalı faciəsi.- B.: İşıq, 1993.- 51 s.     

Zamanov  N.  Xocalı.  Bizim  bilmədiyimiz  həqiqətlər  // 

Erməni terroru – Bakı : Avropa, 2008. – S.337-350. 

                                  

                     Elektron resurslarda 



 

 Azərbaycan tarixi [Elektron resurs] : XI-sinif.  

Ən 


yeni dövr III hissə. - Bakı : İnnovativ Tədris Mənbələri (İTM) 

QSC, 2012. - 1 el. yaddaş(fləşkart) : rəngli, az. 

 

Xocalı faciəsinə həsr olunmuş bədii əsərlər 

                                 Kitablar 

 

Çəmənli  M.  Fred  Asif  :  sənədli  roman.  –  B.:  Təhsil, 

2010. – 224 s. 



Elatlı E. Cəhənnəmdən gələn səs : roman. – B.: Elgün, 

2011. – 368 s. 



Gün N. Xocalı simfoniyası : rekviyem : Azərbaycan, rus 

və ingilis dillərində. – B.: Vektor Nəşrlər Evi, 2006. -  82 s. 

 

Həşimli A.  Arpaçayın nisgili. – Bakı : Qələm, 2012. – 

96 s. 


İsabəyli Q.   "Aclıq" dərsi. - Bakı : Şirvannəşr, 2014. - 

8 s. - Kitab Azərbaycan və ingilis dillərindədir. 



Məmmədli  N.  Zəngulə.-  Bakı  :  Qapp-poliqraf,  2004.- 

224 s. 


27 

 

Müslümqızı S. Xocalı uşaqları - Qan içində qar çiçəyi = 

Дети  Ходжалы  -  снежный  цветок  в  крови  =  Children  of 

Khojaly - bloody primroses : povest. - Bakı : Yazıçı, 2013. - 120 

s. - Azərbaycan, rus və ingilis dillərində. 

Nuruqızı S. Qisas. - Bakı : Vektor, 2005. - 140 s.  

 

Sadiq Ş. Ümidlərin izi ilə : kriminal-detektiv roman. - 

Bakı : Hədəf nəşrləri, 2012. - 431 s. : il.  

Səmədli  Ə.  Qanlı  bənövşə  -  Bakı  :  Azərbaycan 

Ensiklopediyası NPB, 1996. – 48 s. 



Sonam B. Qanlı dərə.- Bakı : Qanun, 2004.- 44 s. 

Sonam B. Sahibsizlik. – Bakı : Qanun, 2004. – 52 s. 

Soyqırım:  Erməni  terrorizmi  :  [bədii  və  sənədli 

əsərlərdən ibarət toplu]. – B.: MBM, 2009. – 164 s. 



Vəkiloğlu  M.  Soyqırım=  Геноцид.  –  Bakı  :  Təhsil, 

2010. – 245 s. 



Yaqublu  N.  Xocalı  soyqırımı.  -  Bakı  :  Elm  və  Təhsil, 

2012. - 188 s.  



                          Kitablarda 

 

Abuzərli N. Xocalı soyqırımı // Abuzərli N. Elçilər. – B. 

:Şivannəşr,2004. – S.195-196.  



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin