Dərs vəsaiti baki nurlan 2 0 0 6



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

ATALAR  SÖZLƏRİ
Atalar  sözlərini  sabit  söz  birləşm ələrinə  şərti  olaraq  daxil 
edirlər,  lakin  atalar  sözlərinin  frazeoloji  söz  birləşm ələri  olmast 
şübhəsizdir.  Atalar  sözləri  şifahi  xalq  ədəbiyyatm a  m ənsub  olur 
və  onlarm   m ənşəyi  (müəllifı)  məlum  olmur.
A talar  sözü  ibrətamiz  fıkirləri  bir  m əfhum   kimi  qısa, 
obrazh  şəkildə  və  mənaca  bitkin  ifadə  edən  cüm lə  tipli  frazeo- 
loji  vahiddir.  Atalar  sözü  m ənşəcə  m üəyyən  bir  hadisə  ilə  əla- 
qədar  olur,  lakin  zaman  keçdikcə,  çox  vaxt,  atalar  sözünün  mən- 
şəyi  unudulur  və  o,  m əm dən  çıxıb  m üstəqilləşir,  abstraktlaşır, 
m əcaziləşir,  üm um iləşir,  öz həqiqi,  ilkin mənasm ı  itirir.

Atalar  sözü  şifahi  xaiq  ədəbiyyatm a  m ənsub  frazeoloji 
vahid  olduğu  üçün,  əsasən,  bədii  ədəbiyyatda  çox  işlənir.  Qə- 
dim   türk yazısı  abidələri bədii  ədəbiyyat nüm unələrini  xatırlatsa 
da,  bədii  ədəbiyyat  nüm unələri  deyil.  Buna  görə  də  təəccübiü 
deyildir  ki,  qədim   türk  yazısı  abidələrm in  m ətnlərində  atalar 
sözlərinə,  dem ək  olar  ki,  rast  g əlm ək  olm ur.  G öytürk  yazısı 
abidələrindən  təkcə  Tonyukuk  kitabəsinin  dili,  m ütəxəssislərin 
fıkrincə,  o  dövrün  xaiq  dilinə  yaxmdır.  M əhz  Tonyukuk  abidə- 
sinin  dilində  iki  elə  frazeoloji  birləşm əyə  təsad ü f  edilir  ki, 
güman  ki,  onlar göytürk dilində atalar sözü kim i  işlənmişdir.'
Turuk  bukah,  s ə m iz   bukah  arxada  bilsər,  s ə m iz   buka, 
turuk  buka  tiyin  b ilm ə z  erm is (T  5-6)  "Arıq  buğah,  kök  buğah 
arxadan  bilsə  (tanısa)  da,  kök  buğaya  arıq  buğa  deyə  bilm əz 
imiş".
Y u yka   erikU g  toplağalu  uçuz  erm is,  y in ç g ə   eriklik  üzgəH  
uçuz.  Y uyka  ka h n   basar,  toplağaluk  alp  erm is,  yin ç g ə   yoğun 
bolsar,  ü zg əlü k alp  erm is{T   13-14)  "(Bir  şey)  nazik  (yuxa)  ikən 
(bir  yerə)  toplamaq  asan  imiş,  (bir  şey)  incə  olanda  üzm ək 
(smdırmaq)  asandır.  N azik  qahn  olsa,  (onu)  toplamaq  igidlik 
imiş,  incə  yoğun  olsa,  (onu)  smdırmaq  igidlik  imiş".  (Bu  atalar 
sözü  A zərbaycan  dilindəki  "bu  günün  işini  sabaha  qoyma") 
atalar sözünü xatırladır).
D igər  qədim  türk  yazısı  abidələrində  atalar  sözünə  bənzər 
frazeoloji  söz birləşm ələrinə təsadüf edilm əm işdir.
HİKMƏTLİ  İFADƏLƏR
H ikm ətli  ifadələr  atalar  sözlərinə  bənzəyir.  Atalar  sözləri 
kimi,  onlar  da  cüm lə  şəklində  olur.  Hikm ətli  ifadələr  dərin  və 
dolğun  m ənah  predikativ  sabit söz birləşm ələridir.  Hikmətli  ifa- 
dələr  h əm  mənasm a,  həm   də  quruluşuna görə  istər idiomlardan, 
istərsə  atalar  sözlərindən  fərqlənir.  İdiomlar  m əfhum   bildirü', 
istər  ismi,  istərsə  feli  olmasmdan  asıh  olmayaraq  (sabit)  söz 
birləşm əsi  şəklində  olur;  hikm ətli  ifadələr  isə  cüm lə  şəklində 
olur.  Fikir  bitkinliyi  baxımmdan  hikm ətli  ifadələr  atalar  sözlə-
rinə oxşasa da  onlann arasmda m ühüm   fərqlər  vardır.  S.Cəfərov 
həmin  fərqləri  belə xülasə edir:
1.  «HikmətIi  sözlər  atalar sözlərinə nisbətən  daha m əhdud 
xarakter daşıyır,  onlar kimi kütləvi  deyil.
2.  H ikm ətli sözlər inkişaf edib atalar sözlərinə keçə bilər.
3.  Atalar  sözü,  əsas  etibarilə,  folklorda  (şifahi  xalq  ədə- 
biyyatmda)  özünü  göstərdiyi  halda,  hikm ətli  sözlər  birinci 
növbədə yazıh  ədəbiyyat üçün səciyyəvidir.
4.  Atalar  sözlərinin  m ənşəyi  konkret  olaraq  m əlum   olma- 
dığı  halda,  hikm ətli  sözlərin  m ənşəyi,  domək  olar  ki,  məlum  
olur.
5.  Atalar  sözlərində  istər m üsbət və  istərsə  də  m ənfı  hadi- 
sələrə  qarşı  m ünasibət  ifadə  edildiyi  halda,  hikmətH  sözlərdə, 
əsasən,  m üsbət m ünasibət öz əksini  tapır".’
H ikm ətli  ifadələr  (bunlar  b əzən  qanadh  ifadələr  də 
adlanır)  yazıçı  v ə  şairlərin,  görkəm li  elm  və  siyasi  xadim lərin 
osərlərində,  çıxış  və  m əruzələrində  istifadə  edilən  ibrətam iz 
mənah  cüm lələrdir.  M əlum dur  ki,  qədim   türk  yazısı  abi- 
dələrinin  m ətnlərində  belə  xadim lərin  əsərlərin ə  m üraciət  edil- 
mir.  Buna  görə  də  qədim  türk  yazısı  abidələrinin  dilində  hik- 
mətii  ifadələrə,  dem ək  olar  ki,  təsad ü f edilmir.  H ikm ətli  ifadə 
adma  Kül  tigin  şərəfm ə  qoyulmuş  abidənin  m üəllifi  Y olhğ  tigi- 
nin  bu  sözlərini  nüm unə  gətirm ək  olar:  K örür  k ö zin ı  k ö rm ə z 
təg,  b ilir  biUgim  b ilm ə z  təg   boltı  (K T   şm  10)  "Görən  gözüm 
görməz  kim i,  bilən  biliyim  bilm əz  kimi  oldu".  Ə lbəttə,  bu, 
hikmətli  ifadə  deyil,  lakin  onu  şərti  olaraq,  hikm ətli  ifadə  kimi 
qəbul  etm ək  olar.

VI 
FƏSİL 
SÖZ  YARADICILIĞI
D ilin  zənginliyi  onun  lüğət  tərkibi  və  qram m atik  qurulu- 
şunun  zənginliyi,  inkişafı  ilə  öiçülür.  D ildə  sözlərin  sayı  nə 
qədər çox olarsa,  dil  ətra f m ühit,  obyektiv gerçəklikdəki əşy a və 
hıadisələrin admı bir o q əd ər dəqiq ifadə edə bilər.
D ilin  inkişafı  ilk növbədə  onun  lüğət tərkibinin  zənginləş- 
m əsi,  diidəki  sözlərin  saymm  artması  yolu  ilə  gedir.  D ilin  lüğət 
tərkibini  inkişaf etdirm ək,  dildəki  sözlərin  saymı  artırmaq  üçün 
iki  yoldan  istifadə  edilir:  1)  başqa  dillərdən  söz  almaq  yolu  və
2)  dilin  öz  daxili  vəsaiti  hesabm a yeni  sözlər yaratm aq yolu.  Bi- 
rinci yol  m əqbul  sayılmır v ə  ondan son m əqam da,  dilin öz vəsai- 
ti  hesabm a  söz  yaratm a  im kanı  tükəndikdə  v ə  ya  bu  m əqam  
üçün  söz  yaratm aqda  dilin  öz  vəsaitindən  istifadə  etm ək  müm- 
kün  olm adıqda  istifadə  edilm elidir.  Birinci  yol  ona  görə  məqbul 
sayılmır  ki,  bir  sıra  hallarda  almma  sözlər  dilin  daxili  inkişaf 
qanunlarm a  uyğun  gəlm ir,  onları  pozur,  beləliklə,  dilin  ümumi 
nizam m a,  dilin  sistem inə  zərər  gətirir.  M əsələn,  türk  dilləri 
üçün  saitlərin  dam aq  ah əng i  pozulm az  fonetik  qanundur.  Bu 
qanunun  pozulduğu  ahnm a  sözlər  dilin  lüğət  tərkibində  həm işə 
yad ünsür təsiri bağışlayır.
İkinci  yol  -  dilin  öz  daxili  vəsaiti  hesabm a  yeni  sözlərin 
yaranm ası  dilçilikdə  söz  yaradıcıhğı  adlandınlu*.  Bu,  dilin  lüğət 
tərkibinin zənginləşdirilm əsinin əsas yoludur.
Türkologiyadakı m övcud nəzəriyyəyə görə, türk dillərində 
ilkin  sözlər  təkhecah  olm uşdur.  T əkhecah  sözlərin  fonetik 
tərkibinə  gəlincə,  bu  haqda  türkoloqlar  m üxtəlif  mühakimələr 
irəli  sürürlər:  kimi  sam it+sait+sam it,  kimi  samit+sait,  kimi 
sait+sam it  tərkibli  sözləri  ilkin  hesab  edir.  M əlum   olduğu  kimi, 
türk  dillərinin  özünə  m exsus  altı  heca  tipi  vardır;  sait, 
sam it+sait,  sait+sam it,  sam it+sait+sam it, 
s a i t + s a m i t + s a m i t ,  
sam it+sait+sam it+ sam it.  Elə  bu  heca  tiplərini  də  türk dillərinin 
ilkin  kökləri  üçün  əsas  götürm ək  olar.  Lakin  qeyd  etmək
lazımdır ki,  nəinki  sait+sam it+sam it v ə  sam it+sait+sam it+ sam it 
tərkibli  sözlərin,  h ətta  sam it+ sait+ sam it  tərkibli  sözlərin  də  bir 
qismi  törəm ə  sözlərdir.  Türk  dillərinin  qədim   türk  yazısı 
dövründə  (V I-IX   yüzilliklər)  bu  d illərd ə  artıq  iki,  üç  və  daha 
çox hecah sözlər  işlənirdi:  h ər  halda h əm  göytürk  ədəbi  dilində, 
həm  də  qədim   uyğur  ədəbi  dilində  iki  və  daha  artıq  hecah 
sözlərin  işləndiyi  qədim   türk  yazısı  abidələrinin  m ətnlərində 
təsbit  edilmişdir.  B elə  iki  və  daha  artıq  hecalı  sözlərin  etimolo- 
giyasmı  ya  aydınlaşdırmaq  olmur,  ya  da  aydınlaşdırm aq  çox  çə- 
tindir.  Bu  onu  sübut  edir ki,  artıq  V I-IX   yüzilliklərdə  türk  dillə- 
rində  söz yaratma  prosesi  yüksək səviyyədə  inkişaf etmişdi.  Tə- 
bii ki,  söz yaradıcılığmın belə  yüksək  səviyyəsinə qalxm aq  üçün 
dil  uzun  inkişaf yolu  keçməlidir:  təkhecalı  kök+ şəkilçilər  v ə  ya 
təkhecah  söz+ təkhecah  söz  (söz  yaradıcıhğm m   ilkin  m ərhələsi 
üçün)  tərkibli törəm ə  sözlərin  birikm əsi,  daha m ürəkkəb  fonetik 
tərkibli,  daha  çox  çoxhecah  sözlərin  yaradılm ası  üçün  onlara 
yeni  dil  ünsürlərinin  artınlm ası,  bu  prosesdə  baş  verən  m üx təlif 
fonctik  hadisələrin  qanun  şəklinə  düşm əsi  və  n əh ay ət  yeni 
yaranan  sözlərin öz etimologiyasmı  itirib  sadə  söz kim i  qavranıl- 
ması  üçün  dil  nəhayətsiz dərəcədə  uzun  inkişaf yolu  kcçm əlidir. 
Nəzərə  alsaq ki,  türkologiyada  şəkilçilərin  və  köm əkçi  sözlərin 
də  lcksik  m ənah  sözlərdən  törəm əsi  haqqm da  fıkir  m övcuddur, 
onda  türk  dillərinin  hətta  göytürk  yazısı  abidələrinin  yazıldığı 
V I-V III  yüzilliklərə  qədər keçdiyi  uzun  inkişaf yolunu  təsəvvü- 
rə gətirm ək  çətindir.
Bütün  dünya dillərində  olduğu  kimi,  türk  dillərində  də  ye- 
ni  sözlərin  əm ələ  gəlm əsi,  söz yaradıcılığı  prosesi  bu  dillərin  öz 
daxili  inkişaf qanunları,  qrammatik  qaydaları  əsasında  baş  yerir. 
Bu  müddəa  müasir  türk  dillərində  söz  yaradıcıhğında  əsas  götü- 
rüidüyü  kimi,  türk  dillərinin  ən  qədim   inkişaf  dövrünə  də,  o 
cüm lədən  onların  qədim   türk  yazısı  abidələri  dövrünə  də  eyni 
dərəcəd ə  şamil  edilə  bilər.
Adətən,  türk  dillərində  söz yaradıcıhğı  prosesinin  üç  tipini 
göstərir:
1.  Sözlərin  Icksik yolla əm ələ gəlm əsi prosesi.

2.  Sözlərin morfoloji yolla əm ələ  gəlm əsi prosesi.
3.  Sözlərin sintaktik yolla əm ələ gəlm əsi prosesi.
Bu  m üddəa  m üasir  türk  dillərində  söz  yaradıcılığı  prosesi 
üçün  tam  doğru  olsa da türk dillərinin  ən qədim ,  tarixdən  əvv əl- 
ki dövründə  söz yaradıcıhğı prosesini səciyyələndirm ək ü çü n  ki- 
çik  bir  düzəlişə  ehtiyac  vardır:  türk  dillərinin  ən  qədim   dövrün- 
də  söz yaradıcıhğm m  bu üç prosesindən əlavə və onlardan ə w ə l  
sözlərin  fonetik  yolla  əm ələ  gəlm əsi  prosesi  də  mövcud  olfnuş- 
dur.  Sözlərin  fonetik  yolla  əm ələ  gəlm əsi  prosesi  d ed ikd ə  bir 
sözdə  bu  və  y a  digər  səsin  dəyişm əsi  və  ya  sözə  m ü əy y ən   bir 
səsin  (şəkilçinin  yox!)  artırüm ası  yolu  ilə  yeni  söz  yaradılm ası 
prosesi  n əzərdə  tutulur.  Bu,  türk  dillərində  söz  yaradıcıhğm   ilk 
və,  güman  ki,  türk  dillərində  söz  yaradıcıhğm m  qanunauyğun 
inkişafı  ilə  əlaqədar olaraq  artıq unudulm uş  söz yaratma prosesi- 
dir.  Sözlərin  fonetik  yolla  əm ələ  gəlm əsi  prosesi  türk  dillərinin 
ən  qədim   inkişaf  dövrü  üçün  səciyyəvi  xüsusiyyət  olsa  da, 
qədim   türk  yazısı  abidələri  dövründən  sonra  -  milli  dillərin 
əm ələ  gəlm əsinə qədər fəaliyyət göstərmişdir.
FONETİK YOLLA  SÖZ  YARADICILIĞI
Fonetik  yolla  söz  yaratm a  prosesinin  göytürk  O rxon-Y e- 
nisey yazısı  abidələrinin  dilindən əvvəl necə baş verdiyini yalmz 
fərziyyələr yolu  ilə  izah  və  m üəyyənləşdirm ək olar,  göytürk di- 
lindən  m üasir  türk  dillərinə  keçid  dövründə  isə  göytürk  dilində 
işlənm iş sözləri  müasir türk dillərində işlənən  sözlərlə  müqayisə 
edib  beş  xüsuksiyyət  m üəyyənləşdirm ək  olar.  Həmin  xüsusiy- 
yətləri  qanun  şəklində belə  ifadə etm ək olar:
1.  Sözün tərkibindəki qapah  saitlərin açıq saitlərə keçm əsi 
yolu  ilə yeni  sözlər əm ələ  gəlir.
2.  Sözün  tərkibindəki  kar  sam itlərm   cingiltililəşməsi  yolu 
ilə yeni sözlər əm ələ  gəlir.
3.  M əxrəci  yaxm  olan  səslərin  bir-birinə  keçməsi  yolu  ilə 
yeni  sözlər ə m ələ gəlir.
5. 
T ələffiizü  m ürəkkəb  olan  səslərin  parçalanması,  sa- 
d ələşm əsi yolu ilə  yeni  sözlər  əm ələ gəhr.
Fonetik  yo lla   söz  yaradıcılığı  prosesi  qədim   türk  yazısı 
abidələrinin  dilindən  m illi  dillərə  keçid  dövründə  özünü  daha 
əyani  şəkildə  göstərdiyi,  dil  faktları  daha üzdə  olduğu  üçün  türk 
dillərinin  tarixdən  ə v v ə lk i  inkişafı  dövründə  sözlərin  fonetik 
yolla 
əm ələ  g əlm əsi  prosesini  izah  etm əzdən  ə v v ə l  tarixi  dövr- 
də  türk  dillərində  sözlərin  fonetik yolla ə m ə lə   gəlm əsi  prosesini 
nəzərdən keçirək.
I. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  sö z  tərkibində 
işlənən  qapah  sait  müasir  Azərbaycan  dilində  açıq  saitə  çevrilir, 
m əsələn:
ığac (B K c  11,  T 25)  -  ağac (Azərb.) 
ığla  (Y  28)  - ağla  (A zərb.)
bin  (T  IO)/ben  (T  l)/m en   (MÇ  22)/m ən  (K T ş  27)  -  m ən 
(A zərb.)
sin  (T  IO)/sen  (T1  8)  -  sən  (Azərb.) 
bir (KTş  1)  ber (Y  28)  -  ver (Azərb.) 
biş  (K Tş  31)/ beş (K Ç   17)  - beş (Azərb.) 
il  (K T c  31)/el  (Y   3)  -  el  (Azərb.) 
ürt/ört (T 40)  -  alov (A zərb.) 
kit (Y   15)  - get (A zərb.) 
kiçə  (MÇ  13)  -  g e c ə   (A zərb.)
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  sözün  tərkibində 
işlən ən   kar  samit  müasir  Azərbaycan  dilində  cingiltililəşir;
m əsələn :
at'  (KTş  7)  -  ad  (Azərb.); at^ (KTş  32) -  at (A zərb.)
aç'  (B K ş  37)  - ac  (Azərb.);  aç^ (T 28) -  aç  (A zərb.)
ot'  (K Tş  27)  -  od (A zərb.);  o f  (IB  26)  -  ot (A zərb.)
tağ'  (K Tş  12)  -  1.  dağ (Azərb.);  2.tağ (A zərb.) v ə   s.
kol  (K T ş 4) -   g ə l  (A zərb.)
kit (Y   15) -  get  (A zərb.)
köl  (K T ş  34)  -  g ö l  (A zərb.)
küntüz(KTş  27)  -  gündüz (Azərb.)
k içə  (MÇ  13) -  g e c ə  (Azərb.)
3.  M əxrəci  yaxm   olan  səslərin  bir-birinə  keçm əsi  yolu  ilə 
yen i  sözlər ə m ə lə  gəlir;  m əsələn:.
bir)  (B K c  1)  -  min  (Azərb.)

bod (T4) -  boy (A zərb.)
4.  Sözün  sonunda  qapah  hecanın  açıqlaşması  yolu  ilə   yeni 
sözlər əm ələ  gəlir:  m əsələn,
ölüg (K T şm  9) - ölü (A zərb.) 
tirig (K T ş  29) - diri  (A zərb.) 
kapığ (K T ş 2)  - qapı  (A zərb.) 
sanğ (B K şm   11)  -  san  (A zərb.) 
arık (T  37)  - anq (A zərb.) 
uluğ (K T   ş 28)  - ulu (A zərb.) v ə s.
5.  T ələffüz  m əxrəci  m ürəkkəb  olan  səslərin  asanlaşm ası 
yolu  ilə yeni  sözlər əm ələ gəlir;  m əsələn:
koy (K T ş  12)  - qoyun  (Azərb.) 
biq  (B K c  I)  - min (Azərb.) 
aqla (T  34)  -  anla (A zərb.) v ə  s.
Türk  dilləri  inkişafmm  daha  qədim  dövrlərinə  getdikcə 
leksik,  m orfoloji  və  sintaktik yollarla yeni  sözlər  yaratm ağa  nis- 
bətən  fonetik yolla  söz yaratmanm  daha  fəal  olduğunu  görürük. 
Görünür,  türk  dilləri  inkişafmın  ilkin  dövrlərində  bu  yol  söz 
yaradıcılığm m   ya  yegano  yolu  imiş,  ya  da  böyük  üstünlüyə 
malik  olm uşdur.  Həmin  dövrdə  türk  dillərində  fonetik  yolla  söz 
yaradıcılığm m   m ahiyyətini  belə  m üəyyənləşdirm ək  olar:  sözdə 
olan  bu  və  ya  digər  səsin  dəyişdirilm əsi,  yaxud  sözə  bu  və  ya 
digər  səsin  artırılması  ilə dildə yeni  sözlər yaradılmışdır.  M üasir 
dövrdə  türk  dillərində  fonetik  yolla  söz  yaradıcıhğı,  dem ək  olar 
ki,  istifadədən  çıxdığı  üçün  bu  üsulla  söz  yaradıcıhğmı  izləmək- 
dən  ötrü  türk dillərinin  qədim   dövrünə  m üraciət etmək  lazımdır. 
Hərn  də  türk  dillərinin  daxili  inkişaf  qanunlarmdan  kənara 
çıxmaq  olmaz.
Türk  dillərinin  qədirn  dövrlərində  sözlərin  sinkretik  mə- 
naya  m alik  olm ası  m əlumdur.  Q ədim   dövrlərdə  söz  h əm   ad, 
həm   də  fel  olm uş,  həm  hərəkəti,  həm   də  həm in  hərəkətin  icra 
edildiyi  alətin  admı  bildirmişdir.  Dil  inkişaf etdikcə,  qədim   tür- 
kün  şüuru,  təfəkkürü  təkm illəşdikcə,  obyektiv  aləmin  əşya  və 
hadisələrini  qavramaq  asanlaşdıqca  qədim  türk  h ərək ət  və 
vasitəsilə  həm in  hərək ət  icra  edilən  alətin  admı  bir-birindən
ayırmaq  zərurətini  hiss  etmişdir.  Daha  sonra  qədim   türk əşyanm  
admı  onun  əlam ət  və  keyfıyyətini  bildirən  sözdən  fərqləndir- 
mişdir;  adlan,  indiki  dildə  desək,  isim,  sifət  və  saylara  ayırmış- 
dır.  Beləliklə,  tədricən  sözlərin  mənası  diferensiallaşmış,  uzun 
zaman  keçdikdən  sonra,  güm an  ki,  türk  dillərinin  h ələ  tarixdən 
əvvəlki  dövründə  türk  dillərində  sözlərin nitq  hissələrinə  parça- 
lanması,  nitq  hissələrinin  təşəkkül  etmə.^i  başa  çatmışdır.  Bu 
prosesin  qədiınliyini  müasir  türk dillərində  olduğu kimi,  onlarıfn 
ən  qodim  yazı  nüm unələri  olan  göytürk  Orxon-Yenisey  yazısı 
abidələrinin  dilində  də  on  iki  nitq  hissəsinin  mövcud  olması 
faktı  bir  daha  sübut  edir.  Əminliklə  iddia  etm ək  olar  ki,  türk 
dillərində  nitq  hissələrinin  təşəkkülü  V I-V III  yüzilliklərdən 
xeyli  əvvəl  başa çatmışdır.
Türk  dilləri  inkişafmın  qədim  dövrlərində  fonetik  yolla 
söz yaratma prosesini  fərziyyə  üsulu  ilə bir neçə  sözdə  izləyək.
Fonctik  yolla yeni  sözlərin yaradılması  dedikdə  ilkin  sözə 
səs  artırılması  və  ya  ilkin  sözdəki  səslərdən  birinin  də-yiş- 
dirilm əsi  vasitəsilə  yeni  söz  yaradüm ası  prosesi  n əzərd ə  tutulur. 
M əsələn,  türk dillərinin qədim  dövrlərindt,  M s ö z ü   həm  görm ək 
hərəkətinin  admı  {görm ək  felini),  həm   də  həm in  hərəkəti,  pro- 
sesi  icra  edən  alətin  admı  {g ö z ismi)  ifadə  etmişdir.  Zaman  kcç- 
dikcə  qədim   türk  h ərək ə tlə  aləti  eyni  sözlə  adlandırmağm  na- 
rahatlığm ı  başa  düşmüş  və  hərəkətin  admı  alətin  admdan  fərq- 
ləndirm ək  üçün  ilkin  sözə  səslər  artırmaq  nəticəsin ə  gBİmişdir: 
h ərək ət  bildirm ək  üçün  k ö   söznə  r  səsi,  alət  adm ı  bildirm ək 
üçün  /rJ.sözünə  ;^səsi  artırmış  və  kö r''g ö r'',  kö z"g Ö /!'  sözlərini 
yaratmışdır.  Müasir  türk  dillərində  m üşahidə  etdiyim iz  fel-isim, 
fcl-sifət,  isim -sifət  omonimliyi  əslində  həm in  dövrün  qalığıdır. 
Tarixin  daha  dərinliyinə  getsək,  güman  etm əyə  əsas  vardır  ki, 
türk  dillərindəki  k ö  sözü  özü  də  fonetik  dəyişm ə,  fonetik  yolla 
söz  yaratm a  prosesi  nəticəsində  yaranrrışdır.  Güman  ki,  bu 
sözün  daha  qədim ,  daha  ilkin  forması  k ü   şəklində  olmuşdur. 
Türk  dillərində  fəaliyyət  göstərən  qapalı  saitlərin  açıq  saitlərə 
çevrilm əsi  qanunua  əsasən  ü   saiti  ö  saitinə  çevrilmişdir.  Bunu 
göytürk  dilində  kö r  "gör"  feli  ilə  təxminən  eyni  mənada  olan

k ü t''g M "   felinin  işiənm əsi  də  sübut  edir; 
küt"^Ğ"
 
feli  ilkin 
 
kökünə  t samiti  artırmaqla  əm ələ  gəlmişdir.  Ü m um iyyətlə,  türk 
dillərində   səsi  fel  düzəldən,  ^  səsi  isə  ad  düzəldən  ünsür  kimi 
çıxış  edir.  Fikrimizi  sübut  etm ək  üçün  yuxarıdakı  nüm unədən 
əlavə  daha  bir  misal  gətirək.  K u t sözü  göytürk  Orxon-Yenisey 
yazısı  abidələrinin dilində də  işlənir və b əxt m ənasm ı  ifadə edir: 
A nta kisrə  ta jr i ya rh ka zu  ku tım   bar üçün,üJügim  bar üçün ö ltə ç i 
bodunığ  tirigrü ig itim  (K Tş  29).  "Ondan  sonra  tam m m   buyruğu 
ilə  bəxtim   olduğu  üçün,  qism ətim   olduğu  üçün  öləsi  xalqı 
diriliyə  doğru  yüksəltdim".  Görünür,  göytürk  yazısı  abidələri 
dövründən  çox-çox  əvvəl,  tarixin  əlçatm az  dərinliklərində  k u t 
sözü  həm  b ə  x t,  h əm  d ə b ə x t i   o l m a q  m ənasm da işlənm iş- 
dir.  Sonralar,  Arösözündə  olduğu  kimi,  burada  da  itursözün ə  fel 
düzəltm ək  üçün   səsi,  ad  düzəltm ək  üçün  2- səsi  əlavə  edilmiş 
və  nəticədə  ku tu r  "qudur"  feli  və  k u tu z  "quduz"  adı  ə m ələ 
gəlm işdir  (türk dillərində  iki  samit yanaşı  işlənə  bilm ədiyi  üçün 
hər iki sözdə sam itlərin arasma  u saiti əlavə edilMişdir).
Türk  dillərində  ilkin  təkhecalı  söz  daxilində  təkhecalılığı 
pozm am aq şərti ilə  səs  artırm aq (yəni,  samit səs artırmaqla) yolu 
ilə  yeni  sözlər  yaratmaq  prosesi  geniş  yayılmışdu-.  Türk  dillərin 
qədim   dövründə  təkhecalı  sözlər  təkcə  fel-ad  sinkretizmi  daşı- 
mamış,  h əm  də  istər  feldaxili,  ist^rse  də addaxili  sinkretik m əna 
daşımışdır.  Bu baxımdan  Xr/ilkin söz kökünü araşdırm aq maraq- 
Iıdır.  Bu  söz  türk  dillərinin  nəinki  tarixdən  ə w ə lk i  dövründə, 
hətta  V I  yüzillikdə  fel  m ənası  ifadə  etmişdir.  M əsələn,  göytürk 
yazısı  abidələrindən  on  birinci  Yenisey  kitabəsində  bu  sözün 
ki 
şəklində  fel  kimi  şühudi  keçmiş  zaman  birinci  şəxsin  təkində 
işləndiyinə  rast  gəlm ək  olar.  Görünür, 
ki
 
sözü  türk  dillərinin  ən 
qədim   dövründə  göytürk  Orxon-Yenisey  yazısı  abidələrinin 
dilində olduğu kimi təkcə  g e t m  ə  k m ənasm da yox, daha geniş 
m ənada,  üm um iyyətlə,  h ərək ət  m ənasm da  işləımıişdir.  İctimai 
həyat  in kişaf etdikcə  obyektiv  gerçəkliyin  ayn-ayrı  hadisələrini 
daha  konkretləşdirm ək  ehtiyacı  ortaya  çıxdıqda  qədim   türkün 
şüuru,  təfəkkürü  hərəkətin  ayrı-ayrı  növlərini  daha  konkretləş- 
dirm ək lüzumu  hiss etmişdir;  qədim  türk,  üm um iyyətlə,  hərəkət
bildirən 
ki
 
sözünə  m ü x təlif sam itlər  artırmaqla  hərəkətin  növü- 
nü  konkretləşdirmişdir.  O,  Xr/sözünə  t samiti  artırmaqla 
kit'‘gQt" 
sözünü yaratmışdır,  bu  söz  danışandan uzaqlaşan,  buradan-oraya 
hərəkəti  bildirir;  I samitini  artırmaqla 
kil
 
"gəl"  sözünü  yaratmış- 
dır,  bu  söz  danışana  yaxmlaşan,  oradan-buraya  hərəkətini  bildi- 
rir; 
r
 
samitini  artırm aqla 
kir
 
"gir"sözünü  düzəltm işdir,  bu  söz 
müəyyən  bir  əşyaya,  əşyanm   daxilinə  doğru  h ərək əti  bildirir;   
samitini  artırmaqla 
kiz
 
«gəz»  felini  əm ələ  gətirm işdir,  bu  söz 
xaotik,  pərakəndə  h ərək əti  bildirir; 
ç
 
sam itini  artırm aqla 
kiç 
"keç"  sözünü  düzəltm işdir,  bu  söz  bir  əşyanm ,  alətin  vasitəsilə 
edilən  hərəkəti  bildirk.  Beləliklə,  h ərəkətin  növünü  m üəyyən- 
ləşdirm ək  üçün  üm um iyyətlə  hərək ət  bildirən 
ki
 
sözünə  ayrı- 
ayrılıqda  5  sam it  (t,  I,  r,  z,  ç)  artırmış,  ayrı-ayn  h ə rə k ə t  m əf- 
hum lan  bildirən  5  söz  -  it//"get",  kir'% Q \", 
kir"%vc", kiz"g'dz", 
kiç
 
"keç"  sözləri yaradılmışdır.
Ü m um iyyətlə,  bu  yolla  -  fonetik  yolıa  yeni  sözlər  yaradıl- 
ması  prosesi  türk  dillərinin  qədim   dövrü  üçün  çox  m əhsuldar 
olmuş,  şəkilçilər  vasitəsilə  yeni  sözlər  yaratmaq  (m orfoloji  yol) 
proscsinə  hazırhq  dövrü  təşkil  etmişdir.  H ətta  türk  dillərində 
sonralar  morfoloji  yolla  yeni  sözlər  yaratmaq  üsulu  meydana 
gəldikdə  belə  çox  vaxt  bu  üsul,  m əsələn,  fellərin  ilkin  mənasm ı 
bərpa  etm ək  m əqsədilə  xidm ət  etmişdir.  Bu  fikri  sübut  etm ək 
üçün  iki  nüm unə  gətirək.  Ba sözü  hətta  göytürk  O rxon-Yenisey 
yazısı  abidələrinin  dilində  müstəqil  söz  kimi  bağlam aq feli  m ə- 
nasmda  işlənir;  Tarduş  şad ara  badı  (T  41),  «Tarduş  şadı  aranı 
bağladı».  K uzğunuğ  ığaçka  bamış,  katığdı  ba,  cd ü ti  ba  (IV  19) 
«Quzğunu  ağaca bağlam ış,  m öhkəm cə bağla,  yaxşıca bağla».  B a 
sözünə  ğ   samiti  artırmaqla  bağ  ismi  yaradılmış,  lakin  zaman 
keçdikcə  ba  sözü  öz  m üstəqilliyini  itirmiş,  onun  fellik  m ənası 
unudulmuş,  bağ sözü  m orfem lərinə  bölünm əyən  sadə  sözə  çev- 
rilmişdir.  O nda  bağ  ismindən  türk  dillərinə  artıq  m əlum   olan 
sözdüzəltm ə  modeli  ilə,  yəni  isim lərə  -  la,  ~Iə şəkilçisi  artırmaq- 
la  bağla  "bağla"  feli  ə m ələ  gəlmişdir;  bağla  "bağla"  feli  öz  mə- 
nasına görə  ba "bağla"  felinin bərpasmdan başqa bir şey deyjldir. 
Sı  feli  də  göytürk  O rxon-Yenisey  yazısı  abidələrinin  dilində

m üstəqil  söz  kimi  "sındırmaq"  felinin  m ənasm da  işlənir:  M ənhj 
sabımm sımadt
 
(K T c  11)  "M ənim sözümü sm-dırmadı".  Üç otu z 
bahk sıdı
 
(T  19)  "İyirmi  üç  şəhər  smdı".  M üasir  türk  dillərində 
 sözü  müstəqil  söz kimi  işlənmir.  S ı sözünə  n samiti  artırmaqla 
sm  sözü  '   feli  yaradılmış,  lakin  bu  söz  s ı felinin  mənasmı  əhatə 
edə  bilm əm işdir.  Sonralar  s ı  sözü  unudulmuş,  türk  dillərindən 
çıxmışdır,  onun  ilkin  mənasm ı  ifadə  edən  sözə  isə  ehtiyac  hiss 
edilmişdir.  Çünki  sm  feli  ilkin   felinin m ənasm ı  özündə  təm sil 
edə  bilm əm işdir;  st  feli  neytral  m əna  daşıdığı  halda  sm   felində 
nə  isə  qayıdışlıq  m əfhum u  vardır.  Bu  m əna  çatışmamazlığmı 
qism ən  aradan  qaldırm aq  üçün  sw  felinin  üzərinə  təsirsiz  fellər- 
dən təsirli  fellər yaradan -  <*rşəkilçisi  artırmaqla 
sındırİQ\i
 
yara- 
dılmışdır.  Düzdür, 
sındır
 
feli  m ənaca  neytral  olan 

 
felinin 
m ənasm ı  tam  əh atə  edə  bilmir,  amma  hər  halda  ona  yaxmİaşır. 
Sa  sözü  ilə  vəziyyət  bir  qədər  fəqlidir.  Sa  sözü  ilkin  kök  kimi 
m üasir  türk  dillərində  işlənən 
saymaq
 
felinə  ekvivalent  olmuş- 
dur.  Sonralar  bu  sözün  üzərinə 
y
 
samiti  artırmaqla 
say, 
 samiti 
artırm aqla  san  sözü  yaradılmışdır.  Burada  forma  diferensiallaş- 
ması  baş  verməmiş,  əksinə,  forma  inteqrallaşması  meydana  çıx- 
mışdır.  Sa  sözünə 
y
 
samiti  artınlm ası  nəticəsində  əm ələ  gələn 
5aysözündə  fel-isim omonimliyi yaranmışdır.
Q ədim   türk  dillərində  söz başmda  və  ya  sonunda  samitlə- 
rin  cingiltililəşm əsi,  habelə  söz  sonunda quttural  samitlərin  düş- 
m əsi  yolu  ilə  yeni  sözlərin  yaranması  prosesinə  rast  gəlinmir. 
Amma  söz  daxilində  səslərin,  xüsusən  saitlərin  dəyişməsi  (ke- 
çidi)  vasitəsilə  yeni  sözlərin  əm ələ  gəlm əsi adi  haldır.  Y uxanda 
k ü   sözündəki  ü  samitinin  ö  samitinə  keçm əsi  yolu  ilə  k ö  
sözünün  əm ələ  gəlm əsi  nüm unə  gətirilmişdir.  İndi  də  kör "gör" 
və  k o r "kor"  sözlərinə  nəzər  salaq.  Güman  ki,  hər  iki  söz  eyni 
m ənşəlidir  və  k ö r  "gör" 
və  k o r  "kor"  sözündən  əvvəl 
yaranmışdır,  başqa  sözlə  desək,  kö r "gör"  sözü  ilkin,  kor "kor" 
sözü  törəm ədir.  H ər  iki  söz  görmək  hərəkəti  ilə  əlaqədar proses 
m əfhum unu  m üsbət  aspektdə,  ko r  "kor"  sözü  isə  görmək 
h ərək əti  ilə  əlaqədar  olan  obyekti  (əşyanı)  mənfı  aspektdə 
adlandınr.  Buna  görə  də  haqh  olaraq  belə  düşünməyə  əsas
vardır ki,  kör"göx"  sözündəki  ö  saitinin  o saitinə çevrilm əsi yolu 
ilə kor"\iox"  sözü  əm ələ gəlmişdir.
D eyiləniərdən belə bir nəticə çıxarmaq  olar ki,  m üasir türk 
dillərində  mövcud  olmayan  fonetik  yolla  söz  yaradıcıhğı  qədim  
türk  dillərində  nəinki  mövcud  olmuş,  h ətta  söz  yaradıcılığınm  
məhsuldar  növlərindən  biri  olmuş  və  söz  yaradıcılığm m   leksik, 
morfoloji  və  sintaktik  üsullarma  n isbətən  daha  qədim ,  bəlkə  də 
ilkin tipi olmuşdur.
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin