Keywords: Banks, loan, emission, commerce, consume.
Giriş
Ölkənin iqtisadi inkişafında banklar böyük rol oynayır. Bununla bərabər banklar ölkədə pul
dövrünü sürətləndirir və pulların dövriyyəyə buraxılmasında əsas rol oynayır. Bankların ən əsas
vəzifələrindən biridə kreditlərin verilməsidir. Bu məqalədə sizə banklar və kreditlərlə bağlı ətraflı
məlumatlar veriləcək.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
109
26-27 October 2018, Baku, Azerbaijan
Azərbaycanda banklar və bank kreditləri
Bildiyimiz kimi bank fiziki və
hüquqi
şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin
cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, müştərilərin tapşırığı ilə köçürmə və
hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status
baxımından hüquqi şəxsdir. Ümumiyyətlə bizə məlum olduğu kimi banklar ölkə iqtisadiyyatında
mühüm rol oynayan fiqurlardan biridir. Bankların gördüyü ən əsas işlərdən biri kreditorlarla
borcalanların arasında vasitəçilik etməkdir. Banklar əsasən iki növ əməliyyatlar həyata keçirirlər.
Bunlardan biri emissiya digəri isə kommersiya tipli əməliyyatlardır. Emissiya dedikdə qiymətli
kağızların və pul nişanlarının çapı nəzərdə tutulur. Pul nişanlarının çapı isə Mərkəzi Bank tərəfindən
həyata keçirilir. Qiymətli kağızların emissiyası isə həm dövlət, həm də qeyri-dövlət orqanları
tərəfindən yerinə yetirilə bilir. Kommersiya dedikdə isə ticarət fəaliyyəti nəzərdə tutulur.
Bank kreditləri
Bankın gördüyü ən əsas və ən gəlirli işlərdən biri də kreditlərdir.Bank kreditləri dedik də
müqaviləyə uyğun olaraq müddətin sonunda qaytarılmaq şərti ilə, təminatlı və ya təminatsız müəyyən
məbləğdə faizlə verilmiş borc nəzərdə tutulur.
Kredit sistemi və onun tətbiqi üsulları
Kredit sistemi dedikdə kredit-hesablaşma münasibətləri, kreditləmənin forma və metodlarının
toplusu nəzərdə tutulur.
Kredit sisteminin 2 forması var:
1. Funksional forma
2. İnstitusional forma
Funksional forma dedikdə kredit münasibətlərinin toplusu, kreditləşmənin forması və metodları
başa düşülür.
İnstitusional forma isə maliyyə-kredit təşkilatlarının toplusu, sərbəst pul vəsaitlərini bir yerdə
cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür.
Funksional formaya baxdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq
kreditlər ortaya çıxır. Kredit sisteminin institusional strukturunun aparıcı istiqaməti banklardır.
Kredit sisteminin əsasını banklar təşkil edir.
Müasir kredit sistemi 2 əsas anlayışı özündə birləşdirir:
1. Hesablaşma kredit və ödəniş münasibətləri məcmusu
2. Maliyə-kredit instituları məcmusu
Dünyada istənilən bank sisteminə malik olan ölkələrin pul-kredit sisteminin əsaslarını Mərkəzi
Banklar təşkil edir. Ümumiyyətlə Mərkəzi Bank dövlətlə iqtisadiyyat arasında vasitəçidir və
qanunvericiliyə uyğun olan qanunlarla dövlət iqtisadiyyatını və pul-kredit sistemini tənzimləyir.
Mərkəzi Banklar kredit sistemində birinci pillədə durur. İkinci pillədə isə kommersiya bankları durur.
Kommersiya bankları qanunvericiliyin imkan verdiyi bütün əməliyyatları yerinə yetirir. Ən
əsaslarından isə kreditlərdir. Kredit verən digər qurumlardan biri isə holdinqlərdir
.
Kreditin formaları
Müasir dövrümüzdə kreditlərin bir neçə növü vardır. Bunlar aşadıkılardır:
1.
Dövlət kreditləri: Burada borc verən rolunda dövlət özü çıxış edir.
2.
Kommersiya kreditləri: Hər hansısa sahibkar tərəfindən digər sahibkara verilən əmtəə
şəklində olan kreditlər
3.
Veksel kreditləri: Banklar tərəfindən veksel sahiblərinəverilən kreditlər
4.
İstehlak kreditləri: Fiziki şəxslərə istehlak mallarının alınması və istehlak xərclərinin
qarşılanması üçün üçün verilən kreditlər
5.
İpoteka kreditləri: Əmlakın girova qoyulması şərti ilə verilən kreditlər
6.
Kənd təsərrüfatı kreditləri: Kənd təsərrüfatınln inkişafı ilə bağlı ayrılmış kreditlər
7.
Beynəlxalq kreditlər: Ölkələr arası borcların qarşılanması üçün ayrılmış kreditlər və.
Azərbaycanda bank fəaliyyətinin həyata keçirilməsi və bank kreditlərinin tətbiqi
Azərbaycanda bankların fəaliyyəti Azərbaycan Respublikası Bankların haqqında qanun ilə
tənzimlənir. Bu qanuna əsasən Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit
təşkilatları bank fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya)
əsasında həyata keçirə bilər.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
110
26-27 October 2018, Baku, Azerbaijan
Maliyyə bazarlarına nəzarət orqanı banklara lisenziyaların verilməsini və ləğv edilməsini,
filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsini və verilmiş icazələrin ləğv
edilməsini həyata keçirir. Bank lisenziyası dedikdə fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər
qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə
müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə
müstəsna hüquq verən xüsusi başa düşülür. Qısacası desək bank fəaliyyəti ilə məşğul olmaq üçün
icazə sənədidir. Bank lisenziyaları yazılı formada və müddətsiz olaraq verilir.
Bank kreditləri haqqında qanun
Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması
hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən
məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər
hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın
alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı
digər hüquq da kredit anlayışına aiddir. Azərbaycan kreditlər banklar və bank olmayan kredit
təşkilatları tərəfindən verilir.
Azərbaycanda bank kreditləri strategyaları
Kredit strategyası kreditin növünə (ipoteka,kommersiya,istehlak və.s) və ümumi baxışına görə
müəyyənləşdirilir. Strategyada kreditin diversifikasiyası (İqtisadi sektorları, kreditin gəlirliliyi, valyuta
növləri və.s) qeyri-qanuni fəaliyyətləmə.öul olan sahibkarılıqla əməkdaşlığa yol verilməməsi və digər
kreditləşmə siyasətlərindən bəhs edir.
Kreditin verilmə meyarları
Banklar kreditləri qiymətləndirərkən əsasən diqqət yetirdiyi məsələrə var ki hansılar ki
aşağıdakılardır;
1.
Kreditin həcmi
2.
Kreditin müddəti
3.
Kreditin risklilik səviyyəsi
4.
Borcalanın fəaliyyət növü və gəlirlərinin kredit ödənişinə nisbəti
5.
Kreditin müqabilində təklif olan təminatın bazar dəyəri və iqtisadi proseslərə həssaslığı
Borcalanın kredit tarixçəsi və.s kimi meyarlar nəzərə alınaraq kredit qiymətləndirilməli və
ehtiyyac olduqda kredit verilməlidir
Kreditləşmə sahələri və növləri
Kredit strategyasına əsasən banklar müxtəlif kredit növlərinin xüsusiyyətlərini nəzərə alaraq hər
bir kredit növü üzrə fərqli qaydalar tətbiq etməli və monitorinqi fərqli etməlidir.
Qeyri-rezidentlərə və ya respublikadan kənarda fəaliyyət göstərən şəxslərə kredit verilə bilər.
Amma bu halda ilk öncə bank tərəfindən kreditorun mənşə və ya fəaliyyət göstərdiyi ölkə ilə bağlı
bütün riskləri nəzərə almalıdır.
Kreditin ödəniş müddətləri və şərtləri
Kreditin ödəniş müddətin kreditin məqsədindən, növündən, ödəmə mənbəyindən, borcalanın
fəaliyyət növündən (mövsümi/dövri) asılı olaraq xarakterizə edilməlidir.
Kreditlərin faiz dərəcələrinin təyin edilməsi
Bank daxili qaydalarda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrini
müəyyənləşdirmək üçün istifadə edilən iqtisadi və bazar şərtləri, habelə müxtəlif amillər nəzərdə
tutulmalıdır. Banklar kreditlərə tətbiq ediləcək faiz dərəcələrini müəyyənləşdirərkən resursların
dəyərini, kreditlərə xidmət xərclərini, ümumi inzibati xərcləri, mümkün zərərlərin ödənilməsi üçün
xüsusi ehtiyatı və yetərli miqdarda mənfəəti, portfel üzrə itkiləri, eləcə də əlavə komisyon haqlarının
tutulub tutulmamasını nəzərə almalıdırlar. Kreditin növündən asılı olaraq bank faiz dərəcələrinin
minimum və maksimum həddini istifadə etdikdə bu zaman onların istifadəsi meyarlarını müəyyən
etməlidir.
Təminatın qiymətlənməsi və götürülməsi
Hər bir bankın daxili qaydalarına görə qiymətləndirmə üsulları vardır. Amma ümumiyyətlə
götürsək kerdit qarşılığında götürülən təminat kredit üzrə dəyə biləcək zərəri qarşılayacaq dəyərdən az
olmamalıdır. Banklar daxili qaydaları ilə təminatı və ya girovun dəyərinikredit dəyərinə nisbətdə daha
da artıra biləcək hüquqa malikdir. Beləliklə də əldə edilən girov və ya təminat kreditin qaytarılması
üçün yeganə və əsas mənbə olmamalıdır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
111
26-27 October 2018, Baku, Azerbaijan
Bank kreditlərinin iqtisadiyyata təsiri
Azərbaycanın tarixi çox keçmişə getsə də, müstəqillik baxımından çox gənc ölkə sayılan
Azərbaycan qısa müddət ərzində güclü iqtisadi inkişafa nail olmuş və günümüzdə inkişafı davam
etdirməkdədir. Bu inkişafda şübhəsiz ki bank sektorununda rolu böyükdür. Dünyada hər bir ölkədə
olduğu kimi Azərbaycanda da bank sektorunun inkişafı bank kreditlərinin inkişafı Azərbaycanın
iqtisadi inkişafına bir başa təsir göstərir.
Bankların iqtisadiyyatın inkişafına səbəb olmasını açıqlayacaq olsaq bu günümüzdə ölkə
iqtisadiyyatının dinamikasında iri və orta sahibkarlıqların rolu böyükdür. Banklar hal-hazırda verdiyi
kreditlərlə ölkədə iri və orta sahibkarların iqtisadiyyatda rolunun artırmasına və daha da
mğhkəmlənməsinə kömək olur. Məsələn bankların kənd təsərrüfatına verdiyi güzəştli kreditlərin
hesabına Azərbaycanda Aqrar sahənin inkişafı və məşğulluğun artması qaçınılmaz haldır. Bir başqa
misalla deyəcək olsaq bankların verdiyi kreditlərlə yeni binalar, məktəblər, ofislər və.s tikilir və buda
iqtisadiyyatda başlıca artımın səbəbi olaraq göstərilir. Və bu səbəbdən ayrı-ayrı sahələrin inkişafı
ÜDM də artımla nəticələnir.
Nəticə
Ölkəmizdə davam edən iqtisadi inkişafın nəticəsində biz bankların və banklarda aparılan kredit
əməliyyatlarının mühüm rolunu görə bilərik. Bu nöqteyi nəzərdən düşünürəm ki bankların inkişafı
iqtisadiyyatımızda önəmli müsbət rol oynayır. Bunun üçün banklarımızın inkişafına dəstək verməli
yeri gələrsə dövlətimiz tərəfindən güzəştlər edilməlidir.
ƏDƏBIYYAT
1. Azərbaycan Respublikasının banklar haqqında qanunları 2.Kreditlərin verilməsi qaydaları
https://www.cbar.az/assets/150/Banklarda_kredit_verilmesi_qaydalari.pdf 3. https://www.fimsa.az/
İNFLYASİYASIZ İQTİSADİ ARTIMIN TƏMİN OLUNMASI
Məmmədxanov Ramin Ramiz oğlu
Azərbaycan Dövlət İqtisad Universiteti
ramin.mammadkhanov@yahoo.com
XÜLASƏ
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas hədəflərindən biri davamlı iqtisadi artıma nail olmaqdır.
Bu hədəfin reallaşdırılması makroiqtisadi siyasətin digər hədəfi olan inflyasiyanın aşağı, sabit səviyyəsinin
qorunub saxlanması arasında ziddiyyətlərin yaranmasına səbəb olur ki, bu da dövlətin antiinflyasiya siyasətinin
təkmilləşdirilməsini, onun effektivliyinin artırılmasını tələb edir. Məqalədə iqtisadi artımla inflyasiya arasında
asılılıq nəzəri və praktiki cəhətdən ümumiləşdirilərək təhlil edilmiş, Azərbaycan iqtisadiyyatında inflyasiyasız
iqtisadi artımın təmin olunması yolları göstərilmişdir.
Açar sözlər: iqtisadi artım, inflyasiya, inflyasiyanın hədəflənməsi
ACHIEVING ECONOMIC GROWTH WITHOUT INFLATION
ABSTRACT
One of the main goals of macroeconomic policy of the state is to obtain sufficient economic growth. But,
there appears a dilemma between achieving solid growth objective and attaining and maintaining low, stable
inflation. And this necessitates the improvement, increase in effectiveness of the anti-inflationary policy. In this
article relationship between economic growth and inflation is analyzed through generalizing theoretically and
empirically. Ways of achieving economic growth without inflation in Azerbaijan economy are shown.
Key words: economic growth, inflation, inflation targeting
Giriş
İqtisadi nəzəriyyədən məlum olduğu kimi dövlətin makroiqtisadi siyasətinin əsas hədəfləri
iqtisadi artımın, məşğulluğun yüksək səviyyəsinin təmin olunması, aşağı və sabit inflyasiyaya nail
olmaqdır. Hər bir hədəfə nail olunması özünəməxsus iqtisadi siyasət alətlərinin istifadəsini labüd edir
ki, bu da bəzi hallarda iqtisadi siyasətin reallaşdırılması prosesi zamanı ziddiyyətlərə səbəb olur. Bu
tip ziddiyyətlər içərisində ən aktualı eyni zaman ərzində həm iqtisadi artıma nail olmaq, həm də
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
112
26-27 October 2018, Baku, Azerbaijan
inflyasiyanın aşağı və sabit səviyyəsini qoruyub saxlaya bilməkdir. Əsasını Fillips əyrisindən alan və
sonradan ABŞ iqtisadiyyatı timsalında empirik şəkildə yoxlanan iqtisadi artımla inflyasiya arasında
asılılıq uzun müddət tətbiq olunan iqtisadi siyasətin əsas nəzəri bazası rolunu oynamışdır. Bu da
iqtisadi tənəzzül dövründə genişləndirici fiskal siyasətlə iqtisadi aktivliyi bərpa etmək, məşğulluğu
artırmaq, iqtisadi yüksəliş dövründə isə əksinə daraldıcı fiskal siyasətlə məcmu tələbi məhdudlaşdır-
maqla özünü göstərmişdir. Nəzəri cəhətdən birinci halda inflyasiya artmalı, ikinci halda isə onun
səviyyəsi aşağı düşməlidir. Lakin çoxamilli bir proses olan inflyasiya tək məcmu tələbin, büdcə
xərclərinin səviyyəsindən yox, eyni zamanda bir çox xərc, struktur, xarici, psixoloji amillərdən asılıdır
ki, bu da onun səviyyəsini əvvəlcədən proqnozlaşdırılmasını, tənzimlənməsini çətinləşdirir. Buna görə
də iqtisadi artıma nail olmaq üçün yol verilən mülayim inflyasiya sonradan daha da artaraq iqtisadi
artıma və bütövlükdə aparılan iqtisadi siyasətin nəticələrinə mənfi yönlü təsir göstərə bilir. Çoxamilli
proses olan inflyasiya özü bir çox mənfi sosial-iqtisadi nəticələrə səbəb olur. İnflyasiyanın milli
iqtisadiyyata təsirləri haqqında müxtəlif fikirlər söylənsə də, onlar arasında daha çox onun mənfi yönlü
olması irəli sürülür. Xüsusilə də, onun səviyyəsinin yüksəlməsi ilə bu mənfi təsirlərin miqyası və də-
rinliyi artır. Yüksək inflyasiyanın təsir etdiyi ən mühüm makroiqtisadi göstəricilərdən biri də iqtisadi
artımdır. Empirik olaraq müəyyən olunmuşdur ki, inflyasiya ilə iqtisadi artım arasında asılılıq qeyri-
xətti xarakterə malikdir. Belə ki, onun aşağı səviyyəsində onlar arasında əlaqə olmur və ya müsbət
olursa, inflyasiyanın yüksək səviyyəsində iqtisadi artımla inflyasiya arasında mənfi əlaqə mövcuddur.
Buna görə də əsas problemlərdən biri də, inflyasiyanın elə kritik həddini tapmaqdır ki, bundan sonra o,
iqtisadi artıma mənfi təsir etməyə başlayır. XX əsrin sonlarından başlayaraq bir çox tədqiqatçılar
tərəfindən bu məsələ ilə bağlı dünya ölkələri üzrə tədqiqatlar aparılmışdır. Aşağıdakı cədvəldə
müəyyən dövrlərdə bu istiqamətlərdə aparılmış tədqiqatların nəticələri göstərilmişdir.
Cədvəl 1. İnflyasiyanın kritik səviyyəsinin müəyyən edilməsi üzrə tədqiqatlar
Tədqiqatın müəllifi
Tədqiqat bazası
Alınan nəticələr, %
Sarel
1970-1990-cı illər əhatə etməklə
87 ölkənin verilənlər paneli
8
Qoş və Fillips
1960-1997-ci illəri əhatə etməklə
145 ölkə üzrə verilənlər paneli
2.5
Kristofersen və Doyle
1990-1997-ci illəri əhatə etməklə 22 keçid
iqtisadiyyatlı ölkələr üzrə verilənlər paneli
13
Bruno və Esterli
1961-1992-ci illər üzrə
127 ölkə üzrə verilənlər paneli
40
Xan və Senhacı
1960-1998-ci illər üzrə 140 ölkəni
əhatə edən verilənlər paneli
inkişaf etmiş ölkələr
1-3
inkişaf etməkdə olan ölkələr
11-12
A.İllarionov
1951-1996-cı illəri əhatə edən
180 ölkə üzrə verilənlər paneli
25-49
İ.E.Qrekov və V.Q.Sadkov
1971-2003-cü illəri əhatə edən
127 ölkə üzrə verilənlər paneli
keçid tipli ölkələr
inkişaf etmiş ölkələr
13
8
Mənbə: [1]
Cədvəl məlumatlarından görmək olar ki, alınan nəticələr xeyli fərqlənmişdir. Ən maraqlı
cəhətlərdən biri də, inkişaf etmiş ölkələrdə bu həddin digər ölkələrə nisbətən az olmasıdır. Təbii olaraq
hər bir ölkənin mövcud sosial-iqtisadi inkişaf göstəriciləri nəzərə alınaraq hesablansa bu kritik hədlər
müxtəlif olacaq. Azərbaycan iqtisadiyyatında da bu asılılıq böyük önəm daşımaqdadır. Bu mövzu ilə
bağlı azsaylı araşdırma vardır ki, onlardan biri də 2000-2009-cu illəri əhatə edən dövr üzrə
aparılmışdır [2]. Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycan iqtisadiyyatında da inflyasiyanın iqtisadi
artıma təsiri qeyri-xətti olmuş və inflyasiyanın kritik həddi 13 faiz müəyyən edilmişdir. Bu həddən
aşağı olduqda inflyasiya ilə iqtisadi artım arasında müsbət əlaqə var, bu həddən yüksək olduqda isə
inflyasiya iqtisadi artıma mane olan, onu azaldan problemə çevrilir. Azərbaycan da daxil olmaqla
Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan üzrə 1992-2013-cü illəri əhatə edən digər
tədqiqatda inflyasiyanın kritik həddi kimi 7.97 faiz əldə edilmişdir [3].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
113
26-27 October 2018, Baku, Azerbaijan
İqtisadi ədəbiyyatda 5-10 faizlik mülayim inflyasiyanın iqtisadi artıma müsbət təsir etməsi
həm nəzəri cəhətdən, həm də ayrı-ayrı ölkələrin təcrübəsi baxımından təsdiqlənir. Lakin, mülayim
inflyasiyanın özünün iqtisadi proseslərə mənfi təsirləri kimi aşağıdakıları göstərmək olar:
- qiymətlərin artması ilə onların dəyişmə tezliyi artır;
- inflyasiyanın artması ilə iqtisadi artım göstəricilərinin dəyişkənliyi artır.
- nisbi qiymətlərin dəyişmə tezliyinin artması;
- bu tip inflyasiya zamanı bütün qiymətlər eyni templə artmadığı üçün iqtisadi prosesin ayrı-ayrı
iştirakçılarına fərqli təsir etməsi;
- inflyasiya hesabına əldə edilən iqtisadi artımın nə dərəcədə milli iqtisadiyyatın uzunmüddətli
dövrdə rəqabətqabiliyyətliyini təmin edə bilməsinin müəyyən edilməsinin çətinliyi;
- müasir qloballaşma dövründə ölkələr arasında rəqabətin kəskin xarakter aldığı bir şəraitdə
ölkədaxili qiymətlərin tərəfdaş ölkələrə nisbətən çox olmasının milli valyutanın real məzənnəsini
artırmaqla milli istehsalçıları əlverişsiz vəziyyətə qoyması.
İnflyasiyanın dinamikasının qeyri müəyyənliyi iqtisadiyyat üçün xərclərə səbəb olur. Gələcək
inflyasiyanın onun dəyişkənliyi üzündən dəqiq nəzərə alına bilinməməsi faiz dərəcələrinin artmasına
səbəb olur ki, bu da həm gözlənilən inflyasiya, həm də mümkün risk ehtimalına əsasən baş verir. Faiz
dərəcələrinin artımı əhalinin iqtisadi fəallığına və həyat səviyyəsinə təsir edir. İnflyasiyanın ən aşağı
səviyyəsində isə iqtisadiyyat daha səmərəli fəaliyyət göstərir. Aparılan empirik tədqiqatlar bu
əlaqənin mövcud olduğunu üzə çıxarmışdır. 47 ən aşağı səviyyəli və mülayim inflyasiyaya malik ölkə
üzrə inflyasiya dinamikasının təhlili nəticəsində aydın olmuşdur ki, inflyasiyanın 1% artımı onun
dəyişkənliyinin 0.93% artmasına səbəb olur [4].
Bazar iqtisadiyyatı şəraitində nisbi qiymətlər istehsal və istehlakı tənzimləyən əsas göstərici-
lərdir. Qiymət sisteminin lazımi formada fəaliyyət göstərdiyi zaman qiymət əsasən tələb və təklif
əsasında formalaşarsa iqtisadiyyatda optimal miqdarda mal və xidmətlər istehsal olunur. Əgər qiymət
dəyişkənliyi artırsa və qiymətlərə əlavə təsirlər çoxalırsa, bu zaman bazarda dəqiq olmayan qərarlar
verilir.
Yuxarıda göstərilənləri nəzərə almaqla hər bir dövlət çalışmalıdır ki, istənilən iqtisadi inkişaf
səviyyəsindən asılı olmayaraq ölkədə inflyasiyanın səviyyəsini mümkün olduğu qədər aşağı səviyyədə
saxlasın.
Bir çox keçid iqtisadiyyatlı ölkələrdə olduğu kimi Azərbaycanda da ilk illərdə yüksək inflyasi-
ya və iqtisadi artımın kəskin azalması müşahidə olunmuşdur. Lakin bu keçici xarakterə malik olmaqla
keçid dövrünün qanunauyğunluqlarından biri olaraq qısa müddətdə aradan qaldırılmışdır. Yalnız
1995-ci ildən inflyasiyanın artımı azalmış və illik inflyasiya dördrəqəmli səviyyədən üç rəqəmli
səviyyəyə enmiş, daha sonra isə 1996-cı ildə ikirəqəmli səviyyəyə enmişdir. Artıq bu dövrdə həyata
keçirilən iqtisadi tədbirlər, siyasət nəticəsində yüksək inflyasiyanın qarşısı alınmış və 1997-ci ildən
etibarən bir çox İEÖ-dəki səviyyə ilə müqayisə oluna biləcək səviyyəyə nail olunmuşdur.
2003-cü ildən başlayaraq neft gəlirlərinin artması ilə iqtisadiyyatda fiskal xərclərin və əhalinin
istehlakının artması ilə iqtisadi artım templəri sürətlənmiş, əhalinin gəlirləri artmaqla sosial vəziyyətin
yaxşılaşması müşahidə olunmağa başlamışdır. Bununla belə iqtisadi artımın sürətlənməsi, əhalinin
gəlirlərinin artması inflyasiya proseslərinə təsir edərək qiymətlərin əvvəlki dövrə nisbətən bir qədər
artmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |