"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

124  

26-27 October 2018, Baku, Azerbaijan 

Elm  və  təhsil  sahəsində  investisiya  yatırımının    həyata  keçirilməsi,  işçi  qüvvəsinin    peşə 

dərəcələrinin inkişafı prosesində təhsilə çəkilən xərclərin xarakterik xüsusiyyətlərinin nəzərə alınması 

zərurətini yaradır. 

İlk  növbədə  təhsilə  qoyulmuş  investisiya  yaradıcılıq    bacarıqlarının  inkişaf  etdirilməsinə, 

peşəkarlığın  təkmilləşdirilməsinə,  hər  bir  fərdin  sosial  statusunun  yüksəldilməsinə  təsir  göstərir, 

cəmiyyətdə tam olaraq intellektual mənəvi potensialın bərpasına və inkişafına təsir edir. 

İkinci,  təhsil  investisiyası  xərcləri,  özünə    bir  neçə  tip  istehsal  prosesi  tsiklini  birləşdirir, 

dəyişmiş tələbata uyğun işçilərin yenidən hazırlanması, istehsalın innovativ yenilənmə tələbatı ortaya 

çıxır.  Beləliklə,  təhsilə  qoyulan  investisiya  əsas  kapitalın  dövrüyyəsi  kimi  dövruyyə  formasını  alır. 

Yeni  istehsal    ediləcək  məhsul  üçün  işçilərin  yenidən  peşə  və  ixtisas  hazırlığı,  əvvəlki  hazırlıq 

səviyyəsinə münasibətdə daha çox dəyər əldə edilməsinə şərait yaradır. 

Üçüncüsü  təhsilə  investisiya  qoyuluşu  müddəti,  seçilmiş  peşə  biliklərinin  elm  və  texnikanın 

uyğun  sahəsinin mənəvi cəhətdən köhnəlmiş biliklərinə uyğun olsun. Bu müddətin ixtisar edilməsi və 

yaxud  uzadılması  ya  məhsulun  dəyərinin  (yüksəlməsinə)  şişirdilməsinə  ya  da  işçilərin  peşə 

dərəcəsinin artımını gecikdirə bilər. 

Dördüncüsü  təhsil  prosesi  bilik  sisteminin  daim  yeniləşməsi  zərurətini  təklif  edir,  bu  isə  işçi 

qüvvəsinin bərpasını həyata keçirməklə daha yüksək peşə səviyyəsinin  qazanılması üçün əsas yaradır. 

Əlavə  olaraq  təhsil  investisiyası-təkcə  fəaliyyətdə  olan  təhsil  obyektlərinin  yeni  rekonstruksiyasının 

qurulması  deyil,  onun  maddi-texniki  bazasının  yenilənməsi,  tədris  prosesinin  təşkili,  öyrədici 

texnologiyanın  işlənməsi,  hazırlıq  prosesinin  idarə  edilməsi,  yenidənhazırlama  və  dərəcələrin 

yüksəldilməsini də özünə aid edir. 

Təhsil  prosesinə  və  işçilərin  peşə  səviyyəsinin  müasir  tələblərinin  zəruriliyini  şərtləndirən 

investisiya  cəmiyyətin  elmi  bilik  fondunun  inkişafına  fundamental  və  tətbiqi  tədqiqatlara  ,  təhsil 

müəssisələrinin  elmi-pedaqoji  heyətin  strukturunun  və  ixtisas  dərəcələrinin  artırılmasına,  bazar 

iqtisadiyyatının formalaşması şəraitində onların sosial müdafiəsinin gücləndirilməsinə, bir sözlə elmi 

biliklərin  əlçatanlığının  təmin  edilməsinə  və  innovasiya  layihələrinin  həyata  keçirilməsində  yüksək 

öyrətmə bacarığının nümayiş etdirilməsinə şərait yaradır. 



Azərbaycan iqtisadiyyatında təhsil xidmətləri bazarının formalaşdırılması 

İqtisadi  baxımdan  təhsil-  sosial  rifah,  mədəniyyət  və  iqtisadiyyat  sahəsində  yüksək  inkişafın 

təmin edilməsinə kapital qoyuluşudur. “Təhsil” məfhumu ayrı-ayrı fərdlərin və tam mənada insanların, 

cəmiyyətin  formalaşması və inkişafını  təmin edən mexanizm və mühiti müəyyənləşdirir. 

Təhsil-    fərdin  şəxsiyyət  kimi  formalaşmasını  sosial  dəyər  qazanmasını  təmin  edən  əsas 

vasitədir. 

Ölkənin iqtisadi inkişaf müxanizmində təhsilin üç əsas vəzifəsi qeyd edilir: 

1)  Mədəniyyətin və milli elmi potensialın qorunması; 

2)  Ölkənin elmi-texniki cəhətdən inkişafı; 

3)  Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi. 

Təhsil sistemi iki sxem vasitəsilə reallaşdırıla bilər: 

1. 


Təhsilin  dəstəklənməsi-artıq  dəfələrlə  təkrarlanan  məlum  vəziyyətin  öhtəsindən  gəlməyə 

istiqamətlənmiş fiksə edilmiş üsul və qaydaların müəyyənləşdirilməsi

2. 

Qabaqlayıcı  təhsil-  təhsil  alanlarda  gələcəyin  layihələndirilməsi  üçün  qabiliyyətlərin 



formalaşdırılması. 

  Təhsilin  dəyərləndirilməsi,  sivilizasiyanın  inkişafı  üçün  obyektiv  şərtlərin;  təşkilati  və 

informasiya  texnologiyalarının    rolunun  artırılması  və  maddi  istehsalın  rolunun  azaldılması  yolu  ilə 

həyata keçirilir. 

  Geniş  planda  ali  təhsil  sisteminin  fəaliyyəti  yalnız  yüksək  ixtisaslı  peşəkar  kadrların 

hazırlanması  ilə  məhdudlaşdırılmır.  Təhsil  aldıqları  müddətdə  xarici  tələblər  milli  mədəniyyəti, 

dəyərlər  sistemini  və  dili  mənimsəyir.  Bu  tələblər  öz  ölkələrinə  qayıtdıqdan  sonra,  onlar  oxuduğu 

(təhsil aldığı) ölkənin siyası və iqtisadi qərarlarına yaxın qərarların qəbul edilməsində yaxından iştirak 

edirlər. 

  Bazar  iqtisadiyyatı  şəraitində  ali  məktəbin  təhsil  xidmətləri  göstərəcəyinə  hazır  olması 

müəyyən  iqtisadi  xərclər  tələb  edir,  xərclər  isə  tək  təhsil  bazasının  yaradılması  ilə  bitmir  və  təhsil  

prosesinin  təşkilinə  də  sərf  edilir.  Bu  məqsəd  üçün  vəsaitin  ayrılması,  dövlət  büdcəsindən,  xüsusi 

kapital  fondlarından,  o  cümlədən  tələblərdən  təhsil  haqqı  kimi  toplanan  vəsait  hesabdan,  təhsil 

sisteminə investisiya yatırımı kimi qəbul edilir. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

125  

26-27 October 2018, Baku, Azerbaijan 

Təhsilə  investisiya  qoyuluşundan  alınan  iqtisadi  gəlirə,  investisiyadan  alınan  əlavə  gəlir  kimi 

baxılır.  Dövlət  ali  məktəblərinin  dəstəklənməsinə  dövlətin  mövqeyi  ictimai  vəsait  hesabına  insan 

kapitalının  investisiyalaşdırılmasıdır.  Bu  tip  investisiyalarda  səmərəliliyinin  qiymətləndirilməsinin 

metodik çətinliyi ali məktəbin buraxdığı tələbələrin çox geniş müxtəliflik nəticələrinə malik olmaları 

çox müxtəlif yerlərdə fəaliyyət göstərməsidir ki, bu da dəqiq hesabtaların əldə  edilə bilməsindən irəli 

gəlir. 

Təhsil xidmətinin göstərilməsi aşağıdakı əsas xüsusiyyətlərlə müşahidə edilir. 



1. 

Təhsil  xidmətləri  göstərilməsi  uzun  zaman  tələb  etdiyindən,    zamanla  təhsil  məhsuluna 

ödənişin  “pay”  sxeminin  təşkili  və  seçilməsini  zərurətə  çevirir.  “Pay”  olaraq  semestr  ərzində  tələbə 

tərəfindən  alınan  təhsil  xidməti  hissəsi  qəbul  edilir.  Bu  halda,  baxılan  “pay”  prosesi    biliklərin  əldə 

edilməsi ardıcıl, dayanıqlı xarakter daşımalıdır bilik “porsiyasını” almaq üçün sonrakını mənimsəmək 

naminə  əvvəlki  biliklərdən  baza  yaratmaq  lazımdır.  Təhsil  prosesi  bitənədək,  sonuncu  semestrin 

sonunadək  bütün  bilik  porsiyalarını  almaq  üçün    təhsil  xidmətindən  maksimum  yararlanmaq  imkanı 

yaradılmalıdır.  Bu  məzunun  aldığı  diploma  adekvat  olmaqla  son  nəticədə  ali  təhsil  müəssisəsinin 

peşəkar fəaliyyətinə uyğunluq təşkil etməlidir. 

2. 


Təhsil    xidməti  yaradıcıları  çoxsaylı  kollektivdir,  bu  tərkibə    idarəedici  personal  və 

professor-müəllim  heyəti,  metodistlər  və  texniki  heyət  ali  məktəbin  idarəetmə  personalı  texniki-

təşkilati  işlərin  həyata  keçirilməsi  üçün  şərait  yaradır,  bu  da  professor-müəllim  heyəti  üçün  səmərəli 

təhsil  prosesinin  aparılmasına  xidmət  edir.  Təhsil  prosesi  müddətində  professor-müəllim  heyəti 

subyekt olaraq, tələbə heyəti isə özünəməxsus öyrənmə fəaliyyəti ilə obyekt təşkil edir. 

3. 


Təqdim  edilən  təhsil  xidmətləri,  məişət  xidmətləri  ilə  müqaisədə  çox  uzun  sürən  tədris-

pedaqoji və şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin subyektləri və idarəetmə obyektləridir. Nəticə-

də, tələbənin tədris proqramını mənimsəməsi prosesi təkcə onun ağlından və digər qabiliyyətlərindən 

asılı olmayıb, ali məktəbdə tətbiq edilən tələbə-müəllim kommunikasiyasından, ali təhsil müəssisəsi-

nin  köməkçi  personalının  tələbələrə  göstərdiyi  münasibətdən  asılı  olacaq.  Beləliklə,  baxılan  halda 

tələbənin təhsil xidməti almaqda aktiv iştirakı, onun dəqiq və aktiv istiqamətləndirilməsi, böyük həcm-

də və yüksək keyfiyyətli təhsil xidməti almağa marağı əsas meyar olacaqdır. 

4. 


Təhsil  xidmətinin  təklif  olunması  prosesində  reklam  vasitələrinin  və  reklamın  seçilməsi 

böyük əhəmiyyətə malikdir. Əvvəlcədən qeyd edildiyi kimi abituriyent və onun valideynlərinin bu və 

ya  digər  ali  məktəbi  seçmək  haqqında  qərarın  qəbul  edilməsində  təklif  olunan  təhsil  xidmətlərinə 

münasibəti, birbaşa olmasada  dolayısı ilə: xidmət istehsalçısı kimi məktəbin nüfuzu, təchizatı (tədris 

vasitələri  ilə),  professor-müəllim  heyətinin  keyfiyyət  tərkini,  kommunikasiya  əlaqələrinin  formasını, 

tədris prosesinin texniki, texnoloji və metodiki təminatını və s. müəyyən edir. 

5. 

Təhsil xidmətləri bazarı özündə abituriyent və onun valideynlərini, müxtəlif ali məktəblərin 



tələbələrini,  peşəkar  ali təhsil almaq,  yaxud  başqa  ixtisasa  yiyələnmək,  başqa  ali  məktəbdə  və  başqa 

ixtisasda təhsil almaq tələbatı olanların  məcmusudur.  Bu bazarda onlar  “alıcı” kimi çıxış edirlər  və 

bu məcmu  halında təhsil xidmətlərinin daşıyıcısı, “satıcı” və bu xidmətləri təklif edən rolunda çıxış 

edir. Təhsil bazarı digər bazarlardan kəskin rəqabətlə seçilir. Rəqabət özəl təhsil mərkəzləri ilə dövlət 

ali təhsil müəssisələri arasında və eləcə də dövlət ali təhsil müəssisələri arasında formalaşır. Rəqabət 

aparan  ali  məktəblər  bazarda  digərləri  arasında  öz  üstünlüyünü  saxlamaq  naminə  böyük  əmək  və 

vəsait itkisi ilə üzləşilir. 

6. 


 Təhsil xidmətləri  bazarının tutumu müxtəlif seqmentlər üzrə təhsil xidmətlərinə təlabatla 

xarakterizə  edilir.  Onu  da  xatırlatmağı  lazım  bilirik  ki  təhsil  haqqında  dövlət  siyasəti  dəyişdikcə, 

regionlarda  ali  təhsil  müəssisələrinə  olan  tələbat  ali  təhsil  müəssisələrinə  üstünlük  vermək  siyasəti 

həyata  keçirir.  Əslində  biz  bunu  müsbət  hal  kimi  qəbul  edirik  və  ali  təhsilin  təkmilləşdirilməsi 

istiqamətində aparılan işlərin səmərəli nəticələrini artıq hiss edirik. Lakin bu yanaşma rəqabət mühitini 

birtərəfli vəziyyətə gətirir və keyfiyyətə birbaşa təsir göstərir. Bu fəaliyyətin çatışmayan cəhətlərindən 

biri  də  ali  təhsil  müəssisələrinin  muxtariyyat  hüququnun  məhdudlaşdırılmasıdır.  Nazirlik  tərəfindən 

hazırlanan tədris standartları bütün ali təhsil müəssisələrinə məcburi qaydada qəbul etdirilir ki, bu da 

keyfiyyətli kadr hazırlığına mənfi təsir edən  amil kimi dəyərləndirilməlidir. 

  Ümumiyyətlə, bazar-mal  və xidmətlərin mübadiləsi ilə bağlı iqtisadi   əlaqələr, bunun nəticə-

sində  tələb,  təklif  və  qiymət  formalaşır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  təhsil  bazarında  əmtəə  kimi 

təhsil xidmətləri çıxış edir. 

  Yerli və gündəlik xarici ədəbiyyatların təhlili göstərdi ki, təhsil xidməti sayılan hər hansı bir 

fikir  yoxdur.  Aşağıdakı  şərhdə  ümumiləşdirilmiş  bir  təsvir  təqdim  edilmişdir:  təhsil  xidməti-mənəvi 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

126  

26-27 October 2018, Baku, Azerbaijan 

məhsul şəklində, bilik, bacarıq və vərdişlərin əldə edilməsinə,insan tələbatının ödənilməsinə istiqamət-

lənmiş iqtisadi rifahdır, yəni bu məqsəd üçün qəbul edilən məhsuldur.  Ancaq  sosial-iqtisadi  xarak-

terinə  görə  təhsil  sosial  bir  əmtəədir  və  elm,  mədəniyyət  və  səhiyyə  ilə  birlikdə  milli  iqtisadiyyatın 

qarışıq  sektoruna  aid  olmaqla,  cəmiyyətdə  sosial-iqtisadi  proseslərə  müsbət  təsir  göstərir.  Ölkənin 

əmək resurslarının ümumi səmərəliliyinin artmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edir. 

Hazırda  təhsil  xidmətinin  mahiyyətinin  dərk  edilməsinə  dair  müzakirələr  hələ  dədavam  etməkdədir. 

Lakin  ümumi  fikir,  təhsil  xidmətinin  bütün  digər  xidmət  növlərindən  fərqlənən  xüsusi  bir  məhsul  

olmasıdır. Bunu aydınlaşdırmaq üçün “xidmət” anlayışının mahiyyətinə nəzər salaq. 

  F.Kotler aşağıdakı tərifi təklif etmişdir: “Xidmət-bir tərəfin təklif edə biləcəyi və əsasən qeyri-

maddi və hər hansı bir şeyin əldə edilməsinə gətirib çıxarmayan tədbir və ya faydadır” [4]. 

Klassik  marketinq  nəzəriyyəsinə  əsasən,  xidmətləri  məhsullardan  fərqləndirən,  marketinq 

planlar  hazırlanarkən  nəzərə  alınması  lazım  olan  bir  sıra  xüsusiyyətlər  var.  Bu  xüsusiyyətlər  

aşağıdakılardır: 

 Qeyri-maddilik. Əldə etmə anınadək xidmətləri görmək, sınaqdan keçirmək, dadmaq, eşitmək, 



iyləmək mümkün deyil; 

 Mənbədən ayrılmamazlıq. Xidmət onun  mənbəyindən ayrılmazdır; 



  Keyfiyyətin  dayanıqlığı.  Xidmətlərin  keyfiyyəti  onların  istehsalçıları,  habelə  onların 

çatdırılma vaxtı və təmin etmə yerindən asılı olaraq geniş şəkildə dəyişir; 

 



Saxlanılmama. Xidmət sonra satış və ya istifadə üçün saxlanıla bilməz. 

Bu baxımdan təhsil xidmətlərinin bir sıra xüsusiyyətlərini aşağıdakı kimi təsnifatlandırırlar: 

 Onlar əldə edilənə qədər maddi deyildir. Xidmətlər “sözlə” əldə edilir. Müştərini bunu etməyə 



razı salmaq üçün xidmət-təminatçıları müştəriyə xidmətin ən vacib paramterlərini formalaşdırmağa və 

mümkün  qədər  aydın  şəkildə  təqdim  eyməyə  çalışırlar.  Təhsil  sahəsində  bu  məqsədlərə  nail  olmaq 

üçün:tədris  planları  və  proqramlar;  xidmətlərin  göstərilməsi  üsulları  haqqında  məlumat;formalar  və 

şərtlər haqqında məlumat; sertifikatlar, lisenziyalar, diplomlar hazırlanır. 

 Xidmətlər  onları  təmin  edən  subyektlərdən  (konkret  işçilərdən)  ayrılmazdır.  Müəllimin  



dəyişdirilməsi  prosesin  və  təhsil  xidmətlərinin  göstərilməsinin  nəticəsini  dəyişə  bilər  və  nəticədə 

tələblər  dəyişər.  Ünsiyyətçilik,  xeyirxahlıq,  özünü    ələ  almaq,  etibar  qazanmaq-xidmət  sahəsi 

əməkdaşları  üçün  məcburi  tələblərdir,  xüsusən  təhsil  əməkdaşları  üçün.  Sonuncunun  xüsusiyyətləri 

onların  istehlakının  təmin  edilməsinin  başlanması  ilə  eyni  vaxtda  başlayır.  Bundan  əlavə,  təhsil 

xidmətlərinin  göstərilmə  texnologiyası  onların  gələcək  istehlakçıları  (məsələn,  pedaqoji  əməkdaşlıq) 

ilə qarşılıqlı əlaqə yaratmağı nəzərdə tutur. 

  Keyfiyyətə  görə  qeyri-sabitlik.  Bu  ilk  növbədə,  həyata  keçirən  subyektlərin  ayrılmazlığına, 



xidmətlərin  göstərilməsi  prosesləri  və  nəticələri  üçün  sərt  standartların  müəyyən  edilməsi  və 

məqsədəuyğun olmamasıdır. Tədris xidmətinin qeyri-sabitliyinin  bir səbəbi var- “mənbə materialının” 

dəyişkənliyi-tələbə. 

 Xidmətlərin  davamsızlığı.  Təhsil  xidmətləri  üçün  davamsızlıq  iki  hipoteza  əsasında 



mövcuddur. Bir tərəfdən xidmətlərin əvvəlcədən tam həcmdə  gözlənilən tələbat qədər hazırlanması və 

onun  maddi  məsul  kimi  saxlanmasının  mümkünsüzlüyüdür.  Lakin.  Təhsil  xidmətində  xüsusiyyət 

yumuşaq  görünür,  çünki,  ən  azı  təhsilə  aid  məlumatlar  maddi  daşıyıcılar  üzərində  qeyd  edilə  bilər. 

Lakin,  onlar  üçün  dacamsızlığın  digər  tərəfi,  məlumatı,  biliyi  unutma  insanın  təbiətində  olmasıdır. 

Təhsildə  bu  xüsusiyyət  əsasda  biliklərin  tez  bir  zamanda  köhnəlməsinə  aparan,  elmi-texniki  inkişaf 

mövcuddur. Sosial tərəqqi də keçid dövründə, xüsusilə sürətlə dəyişən bir cəmiyyətdə, bir sıra fənlərə 

aid  olan  məlumatların  köhnəlməsinə  kömək  edir.  Hər  hansı  bir  məhsul  kimi  təhsil  xidmətləri  də 

mövcud  və  potensial  alıcılar  və  xidmətlərin  satıcıları  olan  və  bu  cür  başa  düşülən  bazarda  satılır. 

Təhsil  xidmətləri  bazarı  bu  halda,  təhsil  xidmətlərinə  tələbatı  zəruri    olan  əsas  təsərrüfat  subyektləri 

(fərdi  şəxslər,  təsərrüfatlar,  müəssisələr  və  təşkilatlar,  dövlət)  ilə  qarşılıqlı  əlaqədə  olan  və  müxtəlif 

təhsil  müəssisələri  tərəfindən  təklifləri  qəbul  etməli  olan  bir  bazardır.  Təhsil  xidmətlərinin 

istehsalçıları və istehlakçıları ilə yanaşı  bazar münasibətləri  heyətinə bu sahədə geniş dairədə təmsil 

olunan və  fəaliyyət göstərən vasitəçilər dairəsi, təhsil fondları,  məşğulluq xidmətləri, əmək birjaları, 

qeydiyyat  təşkilatları,  təhsil  müəssisələrinin  akkreditasiyası  və  lisenziyalaşdırılması  müəssisələri,  

təhsil idarələri və müəssisələri assosiasiyası , ixtisaslaşmış təhsil mərkəzləri və s.daxildir.   

Təhsil  xidmətləri  bazarının  xüsusiyyətləri  ,  əsasən  dövlətin  və  onun  idarəetmə  təşkilatlarının 

əhəmiyyətli  (qeyd  ediləcək)  dərəcədə  təsir  ilə  bağlıdır.  Xüsusilə,  təhsil  sahəsində  onların  xüsusi 

funksiyaları aşağıdakılardır: 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

127  

26-27 October 2018, Baku, Azerbaijan 

  Təhsil  müəssisəsinin  müsbət  imicinin    formalaşması  əlverişli  ictimai  rəyin  yaradılması, 



dəstəklənməsi və gücləndirilməsi; 

 Təhsilin  maliyyələşdirilməsi  və  digər  sahələrin  bu  istiqamətdə  uzunmüddətli  investisiya 



təminatı; 

 



Prioritet ixtisasların inkişaf etdirilməsi məqsədilə vergi güzəştlərinin tətbiq edilməsi və digər 

formalı güzəştlərin həyata keçirilməsi, kadrların hazırlanması, həmçinin təhsilin inkişaf etdirilməsi; 

 

Lisenziyalaşdırma və müəssisənin attestasiyası, xidmət keyfiyyətinin monitorinqi



 Təhsil müəssisələrinin informasiyalaşdırılması və s. 

Beləliklə, aşağıdakı nəticəyə gəlirik, təhsil xidmətləri bazarı özünün təqdim etdiyi məhsul-təhsil 

xidmətlərinin yeganəliyi ilə bağlı deyil, bir sıra xüsusiyyətləri ilə fərqlənir. 

Azərbaycanda  təhsil  xidmətlərinin  müasir  bazarı  kifayət  qədər  qısa  müddətdə  inkişaf  etmişdir  

və təhsil sahəsində bazar münasibətləri yalnız mədəni formalar əldə etməyə başlayır. 

Son  illərdə  təhsil  xidmətləri  bazarında  təklif  yüksək  səviyyədə  sıçrayış  etmişdir.  Bir  çox 

hallarda təklif tələbi üstələyir. Ona görə də son vaxtlarda tələbə və onun təhsilə olan ehtiyacı ön plana 

çıxmışdır.  Tələbəyə  indi  müştəri  kimi  baxılır.  Tələbə  (müştəri)  mübarizəsi  kontekstində  rəqabət 

münasibətləri təhsil xidmətləri bazarını daha da genişləndirməyi tələb edir. Buna görə universitetlər bu 

bazarda  öz  yerlərini tutmaq  üçün  fəaliyyətlərini  müasir  formada  qurur.  Rəqabətin  kəskinləşməsi  çox 

sayda qeyri-dövlət ali təhsil müəssisələrinin ortaya çıxması ilə əlaqədardır ki, bu da tələblərin populyar 

ixtisaslar    profilində  hazırlanmasına  yönəlib.  Ölkədə  yaşanan  böhran  hadisələri  əhalinin  bölgələrin  

universitetlərinə  bağlanmasına  gətirib  çıxardı.  Yaxın  vaxtlarda  məktəb  məzunlarının  sayının  artması 

ilə  bağlı  planlaşdırmanın  aparılması  vacib  məsələlərdəndir.  Nəhayət,  abituriyentlər  yalnız  təhsildə 

aldıqları qiymətlərə deyil, ümumiyyətlə təhsilin keyfiyyətinə maraq göstərməyə başladılar. 

Təhsilin inteqrasiyası ilə bağlı resursların, insanların, ideyaların milli sərhədlərdən sərbəst axını, 

müasir  dövrün  əsas  tendensiyalarındandır.    Bu  tendensiyanın  nəticəsi  milli  təhsil  sisteminin  dünya 

təhsil bazarına yaxınlaşması, inteqrasiyası vasitəsilə ifadə edilir. 

Bu prosesin müsbət nəticələri ilə yanaşı, mənfi nəticələri də ortaya çıxır ki, bu da milli inkişafın 

gecikməsi  ilə  müşahidə  edilir.  Azərbaycan  beynəlxalq  təhsil  layihələrində  iştirak  edir,  aktiv  şəkildə 

tələbə  mübadiləsi,  professor-müəllim  heyətinin  mübadiləsi  həyata  keçirir,  dünya  təhsil  sistemi  ilə 

əlaqələri və normaları mübadilə edir, milli təhsil sahəsinə daxil olur.  

Çox pilləli təhsil sisteminin formalaşması və təhsil xidmətləri bazarının yaranması ilə əlaqədar, 

ölkənin ali təhsil müəssisələrinin qarşısında kəskin rəqabət şəraitinə  uyğunlaşma ilə əlaqədar bir sıra 

problemlər yaranır. 

Bu gün təhsilə münasibət bütün dünyada dəyişib. Ali təhsil  sosial və iqtisadi inkişafın ən vacib 

amillərindən  biri  hesab  edilir.  İnsan,  onun  biliyi,  sürətlə  dəyişən  iqtisadi  mühitdə  qeyri-standart 

qərarlar  qəbul  etmək  qabiliyyətli  cəmiyyətin  əsas  dəyərinə  çevrilir.  Xüsusən,  rəqabət,  ali  təhsilin  

keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidi üçün dəstək ola bilər. 

Ali  təhsil  müəssisələri  rəqabət  qabiliyyətinin  səviyyəsini  qiymətləndirərək  onun  əsasında 

rəqabət  qabiliyyətinin  artırılması  üçün  strategiyalar  hazırlayır  ki,  bu  da  universitetin  təhsil 

xidmətlərinin məzmunu və strukturu baxımından xarici mühitlə davamlı olaraq monitorinq aparılması 

işini  tələb  edir.  Belə    monitorinq  rəqabət  qabiliyyətinin  artırılması  üçün  əsas  yaradır.  Bu  iş  ali 

məktəbin  strateji  idarə  edilməsi    bazasında  həyata  keçirilir  ki,  bunun  müasir  və  düzgün  təşkili 

perspektivdə təhsil xidmətləri bazarında rəqabətə davamlı olmağı təmin edir. 



 

ƏDƏBIYYAT SIYAHISI 

1. 


Təhsilin iqtisadiyyatı, maliyyələşdirilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi 

sahəsi üzrə 2011-ci ildə görülmüş işlərə dair hesabat http://edu.gov.az/upload/file/HESABAT/hesabat-2011/tehsil-

iqtisadiyyat.pdf giriş tarixi 01 oktyabr 2018 

2. 


Novruov N. , İbrahimov E. Büdcə sistemi, Bakı, 2012, 202 s. 

3. 


Бакша Н.В.Аспекты бюджета: императивный, экономический, финасовый, налоговый, расходный, 

социальный/Профиздом, 2001, 55 c. 

4. 

Котлер Ф.Основы маркетинга, М.:прогресс, 1990, 736 с. 



5. 

Fınancıng educatıon ınvestments and returns analysıs of the world educatıon ındıcators, Unesco Instıtute for Statıstıcs, 

2002 edition, 228 p. 

6. 


Zaneta S., Vilda G., Edmundas J., Arturas S. Assessment Of Investment In Higher Education: State Approach  /  

Procedia - Social and Behavioral Sciences 191, 2015, 336 – 341 p.  

 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

128  

26-27 October 2018, Baku, Azerbaijan 

ELMTUTUMLU İQTİSADİYYATIN                          

FORMALŞDIRILMASI MEYLLƏRİ 

 

Mete Kemal Osman oğlu 

Bakı Mühəndislik Universiteti 

kmete1964@hotmail.com 

 

XÜLASƏ 

Məqalədə  elmtutumlu  iqtisadiyyatın  formalaşması  meyilləri,  milli  innovasiya  sisteminin  məzmununa  və 

funksiyalarına məxsus xüsusiyyətləri və elmtutumlu iqtisadiyyatın əmək bazarının dəyişiklikləri ilə əlaqədar ola-

raq  universitetlərin  fəaliyyətinin  meyilli  olacağı  tendensiyaları  verilmişdir.  Ölkənin  innovasiya  iqtisadiyyatının 

formalaşması şəraitində biliklərin generasiyanın və  yayılmasının, həmçinin innovasiya iqtisadiyyatı üçün kadr-

ların hazırlanmasının təminatında unversitetlərin rolu açıqlanmışdır



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin