«Təsdiq edirəm»



Yüklə 12,9 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix17.10.2019
ölçüsü12,9 Mb.
#29366
1   2   3   4   5   6   7   8   9   ...   17
müdafi
ə üz

 ye
ni


veri

n d
ər
əc
əsi 
Obyektd
ə Mülki 
M
üdafi
ə 
ştatl
ı 
m
şçil
ər
inin n
əz
ərd
ə 
tutulan say
ı 
Obyektin növü 
(f
əaliyy
ətd
ə ol
an,
 in
şa 
ed
il
ən, ye
nid
ən qur

1 2 3  4 





10 
11 
 
 
 
 
 
 
 
 
 
7
Behruz Melikov
Behruz Melikov

 
 
2-ci tədris sualı: Mülki Müdafiənin təşkiledilmə prinsipləri. 
 
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib 
hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir: 
1)  ərazi prinsipi (mülki müdafiə  tədbirlərinin Azərbaycan Respublikasının bütün 
ərazisində təşkil edilməsi); 
2)  fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə 
tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin 
hərbi-strateci, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və 
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi); 
3)  kütləvilik və  məjburilik prinsipi (mülki müdafiə  tədbirlərinin Azərbaycan 
Respublikasının bütün əhalisini əhatə etməsi və məjburi xarakter daşıması); 
4)  daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin 
fövqəladə hadisələr zamanı  dərhal və  səmərəli fəaliyyətə başlamağa hazır 
vəziyyətdə olması); 
5)  dərhal xəbərdarlıq prinsipi (baş verə biləjək və ya baş vermiş fövqəladə hadisələr 
haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi); 
6)  qarşılıqlı  əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində  iştirak edən 
Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx 
və uzlaşdırılmış fəaliyyət göstərməsi). 
 
3-jü tədris sualı: Mülki Müdafiənin məqsədi. 
Mülki Müdafiənin məqsədi aşağıdakılardır: 
1)  fövqəladə halların qarşısının alınması  məqsədi ilə profilaktik tədbirlərin həyata 
keçirilməsi; 
2)  fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həjminin maksimum 
azaldılması; 
3)  fövqəladə halların və onların nətijələrinin aradan qaldırılması. 
 
 
               ______________________________________  
                                                           «______________» 
 
 
8
Behruz Melikov
Behruz Melikov

               «Təsdiq edirəm» 
__________________________________ 
__________________________________ 
__________________________________     
      « ___ »  ___________  200_ – c_ il 
 
_____________________________________ ilə 
keçiriləcək əməli məşğələnin 
PLAN-KONSPEKTİ 
 
Mövzu-2:                     Respublika ərazisində baş verə biləjək (ehtimal olunan) 
                                     fövqəladə hadisələrin təsnifatı. 
 
Tədrisin məqsədi:      Fövqəladə hadisələrin qarşısının alınması və nətijələrinin       
                                     aradan qaldırılması üzrə, nəzəri biliklərin artırılması. 
 
Məşğələnin keçirildiyi yer:  Tədris sinifi 
 
Vaxt:  2 saat 
 
Tədris sualları və təxmini vaxt bölgüsü: 
•  Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması - 7 dəq. 
•  1-ci tədris sualı:  Fövqəladə hadisələrin təsnifatı - 30 dəq; 
•  2-ci tədris sualı:  Fövqəladə hadisələr zamanı ərazinin və əhalinin 
                                           mühafizəsi - 25 dəq; 
•  3-cü tədris sualı: Fövqəladə hadisələr zamanı əhalinin mənəvi psixioloci  
                                           hazırlığı - 20 dəq. 
•  Məşğələyə yekunun vurulması - 8 dəq. 
•  Ədəbiyyat: 
1.  Azərbaycan Respublikasının MM haqqında qanunu. 
2.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ji il 25 sentyabr tarixli 
193 saylı qərarı. 
3.  H. Ojaqovun « Mülki müdafiə» kitabı. 
 
I. FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI 
 
 
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə  və ya ətraf mühitə ziyan 
vurulmasına,  əhəmiyyətli maddi itkilərə  və insanların həyat fəaliyyəti  şəraitinin 
pozulmasına səbəb ola biləjək və ya səbəb olmuş hərbi əməliyyatlar qəza, təbii və ya digər 
fəlakət nətijəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. 
 
         Fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nətijələrinin ağırlığına, habelə, 
digər əlamətlərinə görə təsnif edilir. 
 
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri jəm halında götürsək, onda onları 
iki növə ayırmaq olar. 
Behruz Melikov
Behruz Melikov

 
2
•  Münaqişəli; 
•  Münaqişəsiz fövqəladə hadisələr.  
Münaqişəli fövqəladə hadisələrə: 
•  hərbi toqquşmalar; 
•  ekstremist siyasi mübarizə;  
•  sosial partlayışlar;  
•  milli və dini zəmində olan münaqişələr;  
•  terrorizm; 
•  tüğyan edən jinayətkarlıq və sairələrini aid etmək olar. 
Münaqişəsiz fövqəladə hadisələr: 
•  təbii; 
•  texnogen; 
•  ekoloci xarakterli  
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox 
əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.  
Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı 
mövjuddur. 
 
 
Təsir dairəsinə (miqyasına) və nətijələrinin ağırlığı görə, fövqəladə hadisələr: 
1.  Lokal (qismən); 
2.  Obyekt miqyaslı(səjiyyəli); 
3.  Yerli; 
4.  Regional; 
5.  Dövlət əhəmiyyətli (milli); 
6.  Qlobal xarakterli ola bilər(jədvəl № 1). 
™  Lokal (qismən) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara 
yayılmır.Zərərçəkənlərin sayı 10 nəfəri keçmir. 
™  Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdüdlarında 
məhdudlaşır. Həlak olanların sayı 10 nəfər qədər, zərər çəkən əhalinin sayı 100-dən  1000-
ə qədərdir. 
™  Yerli hadisələr  - anjaq yaşayış  məntəqəsinin,təkjə bir şəhərin və ya kənd 
təsərrüfatı müəssisəsinin  ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 
nəfərə qədər,zərər çəkən əhalinin sayı 10.000-dən  125.000-ə qədərdir. 
™  Regional fövqəladə hadisə  - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, 
bütünlüklə  şəhəri və onun ətraflarını  əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000 
nəfərə qədər,zərər çəkən əhalinin sayı 125.000-dən  500.000-ə qədərdir. 
™  Dövlət  əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli 
ərazilərini  əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə 
deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər,zərər çəkən əhalinin sayı 
500.000-dən  20.000.000-a qədərdir. 
™  Qlobal fövqəladə hadisələr – bir ölkənin  ərazisində  məhdudlaşmır və qonşu 
dövlətlərində  ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dən artıq,zərər çəkən 
əhalinin sayı 20.000.000-dən artıq. 
Behruz Melikov
Behruz Melikov

 
3
          Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş 
verən insan tələfatının miqdarına, zədələnmiş (köçürməyə  məruz qalan) əhalinin sayına, 
habelə, dəymiş zərərin miqyasına görədə təsnif edilir. 
                                                                     
İdarə üzrə,  mənsubiyyətinə görə: 
•  Tikintidə; 
•  Sənayedə; 
•  Mənzil və kommunal məişət sahələrində; 
•  Kənd təsərrüfatında; 
•  Meşə təsərrüfatında; 
•  Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur. 
1.  Təbbi xarakterli fövqəladə hadisələrin təsnifatı: 
•  Meteoroloci  təhlükəli hadisələr (9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan, 
burulğan, iri dolu, leysan yağışı, güjlü qar, güjlü buzlaşma, güjlü çovğun, quraqlıq, 
donvurma və s.); 
•  Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri); 
•  Hidroloci təhlükəli hadisələr (su səviyyəsinin qalxması (daşqın) və düşməsi, yeraltı 
suların səviyyəsinin qalxması(subasma)); 
•  Kənd təsərrüfatı heyvanlarının yoluxuju xəstəliklərə tutulması; 
•  İnsanların yolxuju xəstəliklərə tutulması; 
•  Kortəbii yanğınlar (meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl yanğınları).  
•  Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanverijilərin təsirinə məruz qalması; 
•  Təhlükəli geoloci hadisələr (sürüşmə, torpaq uçqunları, sel, marxal, tozlu qasırğa, 
karst suxurlarında yer səthinin çökməsi); 
•  Dənizdə hidroloci təhlükəli hadisələr (tropik qasırğa, sunami, 5 baldan yuxarı güjlü 
dalğalanma, dəniz səviyyəsinin sürətlə dəyişməsi). 
 
2.  Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı: 
•  nəqliyyat qəzaları (fəlakətləri); 
•  yanğınlar (partlayışlar); 
•  Binaların qəflətən uçulması; 
•  GTZM-lər yayılmaqla, baş verən qəzalar; 
•  Radioaktiv maddələr (RM) ətrafa ayrılmaqla, baş verən qəzalar; 
•  Bioloci təhlükəli maddə (BTM) ətrafa yayılmaqla baş verən qəzalar; 
•  Həyat təminatlı kommunal sistemlərində (su, kanalizasiya, qaz, istilik şəbəkələri və 
elektrik-enerci sistemlərində), baş verən qəzalar; 
•  Hidrodinamik qəzalar (bəndlərin yarılması). 
 
3.  Ekoloci xarakterli fövqəladə hadisələrin təsnifatı: 
1.  Yerin (torpağın, yer təkinin və  səthinin) vəziyyətinin dəyişməsi ilə  əlaqədar 
fövqəladə hadisələr;  
 
2.  Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə  əlaqədar,fövqəladə 
hadisələr (iqlimin kəskin dəyişməsi,şəhərlərdə  kəsgin oksigen azlığı, azon 
qatının pozulması və s.); 
Behruz Melikov
Behruz Melikov

 
4
3.  Hidrosferin (su mühitinin) 
vəziyyətinin dəyişməsi ilə 
əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su 
ehtiyyatlarının kəskin surətdə azalması); 
4.  Biosferin vəziyyətinin dəyişməsi ilə  əlaqədar, fövqəladə hadisələr (yaşayış 
mühütünün dəyişməsinə  həssas olan heyvan və bitkti növlərinin yox olması, 
yerin bitki örtüyünün məhv olması və s.). 
 
4.  Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:  
Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var.  
•  Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində: 
-  Peşə əlaməti; 
-  Dini əlamət; 
-  Mülkiyyət əlaməti; 
-  Ərazi əlaməti; 
-  Qohumluq əlaməti; 
-  Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur. 
•  Siyasi xarakterli fövqəladə hadisələr isə: 
-  Millətlərarası münaqişələr; 
-  Narkotik maddə tijarəti; 
-  Mütəşəkkil jinayətkarlıq; 
-  «Kölgə» iqtisadiyyatı; 
-  Dövlət böhranı; 
-  İnformasiya və digər əlamətlər üzrə  xarakterizə olunur. 
Bu təsnifat fövqəladə hadisələrin miqyasını  və  nətijələrinin həjmini  əhatə etmir, 
lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi,  
vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləjədə xilasetmə  və digər təxirəsalınmaz 
işlərin aparılması üzrə əsas istiqamətlərin göstərijiləri rolunu oynayır. 
Resprublikamızın  ərazisi vaxtaşırı olaraq, bir çox təbii fəlakətlərin təsirinə  məruz 
qalır. Bunlardan ən dəhşətlisi zəlzələdir. 
Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nətijədə yer qabığında və ya, 
yerüstu süxurların laylarında yarıqların  əmələ  gəlməsi və böyük məsafələrə ötürülən 
elastiki titrəyişlərdir.  
Zəlzələnin aşağıdakı növləri mövjuddur: 
•  Tektonik (yer qabığının dərinliyində, litosfer tavalarda baş verən çatlar və ya 
yerdəyişmələrdən əmələ gələn təkanlar); 
•  Vulkanik; 
•  Uçqun və bəndlərin yarılması nətijəsində yaranan törəmə zəlzələlər; 
•  Sualtı; 
•  Metioritin yerə düşməsi nətijəsində yaranan zəlzələlər; 
 
•  Planetimizin digər kosmik obyektlərlə toqquşması  nətijəsində baş verən 
zəlzələlər. 
Zəlzələ ojağının yerin altındakı mərkəzi - hipomərkəz (hipo-dərin deməkdir), onun 
yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır.  
Epimərkəzin  ətrafında zəlzələ zamanı  ən güjlü təkanlar hiss edilən sahəyə – 
episentral sahə deyilir. 
Behruz Melikov
Behruz Melikov

 
5
Zəlzələnin yaratdığı titrəyiş, zəlzələ ojağından və ya, epimərkəzdən yerin səthi 
üzrə, hər tərəfə yayılır ki, bunlar elastiki (seysmik) dalğalar adlandırılır. 
Zəlzələ güjünü və xarakteristikasını  səjiyyələndirən  əsas parametrlər – 
zəlzələnin maqnitudası, zəlzələ ojağının dərinliyi və yerin səthində  zəlzələ enercisinin 
intensivliyidir. 
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enercisini xarakterizə edən, 0-
dan 8,5 - dək olan hədd çərçivəsində  dəyişən enerciyə mütanasib olan şərti kəmiyyətdir. 
Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu şkaladada, 
hər bir vahid, özündən  əvvəlki vahidə nisbətən, titrəyiş enercisinin yüz qat artığına 
müvafiqdir. 
Zəlzələ ojağının dərinliyi – müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə 
bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi 
mövjuddur. 
Yer səthində  zəlzələ enercisinin intensivliyi, on iki ballıq  şkala üzrə (jədvəl) 
ölçülür. 
 
Zəlzələnin xarakteristikası və güjünün 12 ballıq seysmik jədvəl üzrə müəyyən 
edilməsi
 
 
NÖVÜ BALLAR 
ÜMUMİ 
TƏSNİFATI 
XARİJİ TƏSİRİ 

hiss edilməyən 
Jihazlar yer titrəyişini qeydə alsalarda, 
insanlar bunu hiss etmirlər. 
2 çox 
zəif 
Binaların yuxarı  mərtəbələrində yaşayan 
insanlar yüngül titrəyiş hiss edirlər. 
3 z 
ə i f 
Bir çox insanlar titrəyişi hiss edirlər. 
ZƏİF 
4 mülayim 
Zəlzələni  əsasən, hamı hiss edir, şüşələr 
silkələnir. 
5 biraz 
güjlü 
Yatmışların çoxu ayılır, çilçıraqlar yellənir 
və s. 
6 güjlü 
Binalar zəif zədələnir, divarların suvağında 
nazik çatlar əmələ gəlir. 
GÜJLÜ 
7 çox 
güjlü 
Divarlarda çatlar əmələ  gəlir, divarların 
suvaqları hissə - hissə tökülür, tüstü 
sobaları qismən dağılır. 
8 dağıdıjı 
Karnizlər, tüstü sobaları düşür, divarlarda 
ara çatları  əmələ  gəlir və qismən dağılır, 
insanların ayaq üstə hərəkəti çətinləşir. 
9 viranediji 
Binaların divarları və üst örtüyu dağılır. 
10 məhvediji 
Bir çox binalar dağılır və yer səthində 1 m 
eninədək çatlar əmələ gəlir. 
11 fəlakətli 
Dağlarda böyük uçqunlar olur, yer səthində 
isə, çatlar və oyuqlar əmələ gəlir. 
DAĞIDIJI 
12 güjlü 
fəlakətli 
Yer səthinin relyefi qismən dəyişir. 
Behruz Melikov
Behruz Melikov

 
6
 
Azərbaycan respublikasının ərazisi üçün, xarakterik olan təbii fəlakətlər 
 
Azərbaycan Respublikasının  ərazisində  zəlzələ, sel, fəlakətli subasma (daşqın), 
sürüşmə  və uçqunlar, təbii yanğınlar, epidemiyalar, epizotiyalar, marxal kimi təbii 
fəlakətlər baş verə bilər.  
         Azərbaycan respublikasının hansı rayonları daha çox təbii fəlakətlərə məruz qalır? 
 1. 
Zəlzələ   
         Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu 
tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə, bütün 
ərazisi 12 ballıq şkala üzrə,  əsasən 8 (dağıdıjı) baladək, bəzi zonaları isə, 9 (viranediji) bal 
güjündə zəlzələ ehtimallı region hesab olunur. Bu da, zonalarla ərazinin 4/1-ni əhalinin isə, 
20 %-ni təşkil edir. 
         Qeyd olunanları  nəzərə alaraq, respublikamızın  ərazisi aşağıdakı zonalarla 
müəyyən olunur: 
-  Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 bal güjlü zəlzələ 
zonası; 
-  Respublikanın  şimal Xəzəryanı sahilində, Dərbənd seysmik zonasının davamı 
sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güjlü zəlzələ zonası. Bu sahənin 
dəniz akvatoriyasında 7-8 bal güjlü zəlzələlər daha tez-tez baş verir, lakin bunlar 
sahilə 5-7 bal güjündə çatır; 
-  Böyük Qafqazın jənub yamajlarında yerləşən 9 bal güjlü Şamaxı,  İsmayıllı-
Balakən zəlzələ zonası. Burada belə  zəlzələ 1000 ildən bir, zonanın mərkəzi 
hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir; 
-  Kiçik Qafqaz dağlarının 9 baladək güjü olan Gənjə-Göygöl zonası. Burada 8-9 
bal güjündə zəlzələ 1000 ildən bir, onun mərkəzi hissəsində isə, hər 100 ildən bir 
ehtimal olunur; 
-  Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 bal ehtimallı zəlzələ zonası 
əhatə edir; 
-  Talış zonası da, yüksək seysmik təhlükəli rayon hesab edilir. 
2.  SEL.    
Respublikanın  ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq 
mümkündür: 
-  Böyük Qafqaz dağlarının jənub və şimal-şərq yamajları; 
-  Kiçik Qafqaz dağlarının şimal-şərq yamajları; 
-  Naxçıvan Muxtar Respublikası; 
-  Talış dağları. 
Bunlardan, daha güjlü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu), 
Qaraçay (Zaqatala rayonu),  Gürmükçay (Zaqatala rayonu), Kişçay və  Şinçay (Şəki 
rayonu), Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz rayonu), 
Qilqilçay, Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gənjəçay (Xanlar rayonu), 
Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası). 
Böyük və Kiçik Qafqazın yamajlarından axan digər çaylarda, sel törədə bilər. Belə 
sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, bağları  məhv edir, 
hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik xətlərini, tikililəri və. s. 
dağıdır. 
 
Behruz Melikov
Behruz Melikov

 
7
3.  Sürüşmə və uçqunlar   
Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamajın aşağı sürüşməsi Qafqaz 
dağ silsiləsinin  şimal-şərq və  jənub yamajlarında, xüsusən də,  İsmayıllı (Girdmançay 
hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay , ətraflarında) və Xızı 
rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Dəvəçi, Zaqatala, Qusar, Oğuz 
rayonlarında də müşahidə edilir. Talış dağları zonasında, o jümlədən Yardımlı 
çökəkliyində  də güjlü sürüşmələrə rast gəlinir. Sürüşmə  və uçqun halları  Şamaxı - 
Qobustan  ərazisinin dağlıq hissəsini, Qobustan-Qaradağ  və  şərqi Abşeronun qismən 
düzənlik hissəsini də  əhatə edir. Bir çox hallarda geniş sürüşmələrə sel və  zəlzələlərdə 
səbəb olur. 
Məsələn, 1986-jı ildə  İsmayıllı rayonunda sürüşmə  məhz zəlzələ  nətijəsində baş 
vermişdir. 
 
4.  Fəlakətli daşqınlar və subasmalar   
Respublikanın  ərazisində  fəaliyyətdə olan əsas 4 su qovşağı  (Mingəçevir, Araz, 
Şəmkir, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, Ağstafaçay, Vayxir, Jeyranbatan, Yuxarı 
Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nətijəsində, yaxud digər səbəblərdən yarılarsa 
və ya yuyularsa geniş sahələrdə fəlakətli daşqın və ya, subasma zonaları yarana bilər. Belə 
bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış 
məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik 
xətləri, buradakı bina və qurğular müxtəlif dərəjədə dağılar və ya su altında qalar.  
Qeyd olunan su qovşağı  və su hövzələrinin törədə biləjəyi fəlakətli subasma 
zonalarının ümumi sahəsi 20 kv.km təşkil edir ki, nətijə etibarı ilə, orada 1125 min əhali 
evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə, külli miqdarda ziyan dəyər. 
Respublika  ərazisinin böyük bir hissəsi  şimal sərhədlərindən başlayaraq  Bakı, 
Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla jənub sərhədlərinədək, Xəzər dənizi sahilində 
yerləşir (800 km). 
 
 Xəzər Dənizinin səviyyəsinin 1,5 m-dən çox qalxması, Xəzər  ətrafı zonalarda 
böyük problemlər yarada bilər. 
Bakı və Sumqayıtda bir çox müəssisələrin, yaşayış məntəqələrinin suyun altında 
qalmaq təhlükəsi yaradar. Xəzər dəninizində suyun səviyyəsinin qalxması adamların həyatı 
üçün də, təhlükə yaradır. 
  
5.Marxal  
Respublikanın bütün dağ rayonlarında baş verir. Ən çox marxal təhlükəli sahələr 
Balakən, Kəlbəjər, Ordubad rayonlarıdır. Bu rayonlarda, fəlakətli marxallar baş verərsə, 
geniş ərazidə sənaye və kənd təsərrüfatı obyektlərinə xeyli ziyan dəyər və insan tələfatına 
səbəb ola bilər. 
 
5.  Epidemiyalar  
Respublikanın  ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, habelə tulyaremiya və 
vəba xəstəliyi yayılan təhlükəli sahələr müəyyən edilmişdir. 
Zaqafqaziyanın düzəngəh-dağətəyi,  təbii taun  mənbəyi olub, sahəsi 500 min 
hektardır. Bura, Qazax, Ağstafa, Tovuz, Xanlar, Şəmkir, Salyan, Goranboy, Yevlax, Ağdaş 
kənd rayonlarını, habelə Mingəçevir  şəhərini, Bakının Qaradağ  və  Əzizbəyov rayonları 
aiddir. 
Behruz Melikov
Behruz Melikov

 
8
Arazyanı  təbii taun  mənbəyinə aid  edilən Naxçıvan  şəhərinin, Ordubad, 
Julfa, Şərur və Babək rayonlarının ümumi sahəsi 260 min hektardır. 
Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar olan 
laçın, Kəlbəjər, Şahbuz rayonları daxildir. 
Tulyaremiya xəstəliyi ehtimallı zona - Daşkəsən, Gədəbəy, Kəlbəjər, Şəmkir, 
Goranboy, Julfa, Ordubad və Şahbuz rayonlarını daxildir. 
Şirvan və Naxçıvan  şəhərlərində, habelə  jənub rayonlarında da vəba  xəstəliyi 
ehtimalı mövjuddur. Hal-hazırda respublika ərazisində 1 milyondan çox qaçqın yaşayır. Bu 
qaçqınların məişət  şəraitinin ağır olması, onların kütləvi halda yerdəyişməsi də yoluxuju 
xəstəliklərin baş vermə təhlükəsini yarada bilər. 
 
Yüklə 12,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin