Yeni suallar anafilaktik şoka xas olmayan əlaməti göstərin



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
tarix03.11.2019
ölçüsü0,71 Mb.
#29499
pediatriya(1)


 

 

YENİ SUALLAR 



1.  Anafilaktik şoka xas olmayan əlaməti göstərin 

A)  Arterial təzyiqin yüksəlməsi 

B)  Beyinin ödemi 

C)  Qirtlağın ödemi 

D)  Bronxospazm 

E)  Arterial təzyiqin enməsi 

Anafilaktik şok orqanizmə təkrari allergen daxil olan zaman həssasləğın kəskin yüksəlməsi halı 

olub, sürətli inkişaf edən allergik reaksiyadır. Anafilaktik şokun yaranma sürəti allergenlə 

təmasdan sonra bir neçə saniyə ilə 5 saat arasında ola bilər. Əsas əlamətləri: arterial təzyiqin 

enməsi, bronxospazm, larinqospazm, qırtlağın ödemi, ağır hallarda beyin ödemi 

Ədəbiyyat: Qudzenko P.N. “Детские болезни”, 1984 

2.  Kəskin pnevmoniyanın əsas əlamətləri hansılardır? 

A)  Yüksək temperatur, tənəffüs çatmamazlığı, ağız-burun üçbucağının sianozu 

B)  Qanhayxırma 

C)  Nəfəsvermənin çətinləşməsi 

D)  Quru xırıltılar 

E)  “Hürücü” öskürək 

Kəskin pnevmoniya ağciyərlərin iltihabi prosesi olub, birinicili və ya digər xəstəliklərin fəsadı 

kimi meydana çıxa bilər. Xəstəliyin ilk günlərindən temperatur yüksək olur və 5-7 gün 

hipertermiya davam edir. Bununla yanaşı tez-tez təkrarlanan yaş öskürək, təngnəfəslik. 

Taxikardiya, ağızətrafında sianozun olması xarakter əlamətlərdən sayılır.  

Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri”, 1984 

3.  Aşağıdakılardan hansı kəskin sadə bronxitin əlamətləridir? 

A)  Quru öskürəyin tədricən yaş öskürəyə keçməsi 

B)  “Hürücü” öskürək 

C)  Reprizli tutmaşəkilli öskürək 

D)  Boğulma ilə müşaiyət olunan öskürək 

E)  Fitsəsli xırıltılı öskürək 

Kəskin sadə bronxit adətən respirator virus infeksiyalarından sonra inkişaf edir, bəzən bu 

infeksiyaya bakteriyalar da qoşulur. İlk 2 gündə subfebril temperatur, quru öskürək müşahidə 

olunur, 3-5-ci gün artıq yaş xırıltıya keçir və hətta kənardan eşidilir. Xəstəlik  6-8 gün davam 

edir.  


Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 

4.  Streptokok mənşəli tonzillitin (angina) fəsadları hansıdır? 

A)  Revmatizm, qlomerulonefrit 

B)  Meningit 

C)  Pnevmoniya 

D)  Piodermiya 



 

 

E)  Pankreatit 



Tonzillit yuxarı tənəffüs yollarının ən geniş yayılmış infeksion xəstəliyi olub, damaq 

badamcıqlarının  iltihabı ilə xarakterizə olunur. Xəstəliyi ən çox  bakterial infeksiyalar 

(streptokoklar) törədir. Düzgün və vaxtında müalicə olunmadıqda ürək qişalarını, 

böyrəkləri, oynaqları zədələyir.  

Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 

5.  Doğuşdan sonra ağız südü (molozivo) neçə müddət ifraz olunur? 

A)  İlk 3 gün 

B)  İlk 7-8-ci gün 

C)  İlk 10-12 gün 

D)  İlk 15-18-ci gün 

E)  İlk 3 həftə 

Ağız südü ilk 3 gün ərzində ifraz olunur. 

Ədəbiyyat: Tağıyev N., Neonotologiya, 2007 

6.  Yenidoğulmuşun vəziyyətinin Apqar şkalası ilə qiymətləndirilməsi nə vaxt aparılır? 

A)  Həyatının 1-ci və 5-ci dəqiqələrində 

B)  10-cu dəqiqədə 

C)  30 dəqiqədən sonra 

D)  Yenidoğulmuşlar şöbəsinə köçürülərkən 

E)  Doğum evindən evə yazılarkən 

Apqar şkalası yenidoğulmuşun vəziyyətinin ilk dəqiqələrində qiymətləndirilmək üçün 

nəzərdə tutulmuş sürətli məlumat sistemidir.  Apqar şkalası üzrə qiymət uşağın 

həyatının 1-ci və 5-ci dəqiqəsində müəyyənləşdirilir. 

Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007 

7.  Süni passiv immunitet nə vaxt yaranır? 

A)  İmmunoqlobulin və ya zərdabların yeridilməsindən sonra 

B)  Vaksinlərin yeridilməsindən sonra 

C)  Antihistamin preparatların yeridilməsindən sonra 

D)  Hormonal terapiyadan sonra 

E)  Antibakterial terapiyadan sonra 

Süni passiv immunitet immunoqlobulin və ya zərdabların yeridilməsindən sonra 

yaranır və 1 ayadək müddəti əhatə edir.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015 

8.  Süni aktiv immunitet nə vaxt yaranır? 

A)  Vaksinlərin yeridilməsindən sonra 

B)  İmmunoqlobulinlərin yeridilməsindən sonra 

C)  Vitaminoterapiyadan sonra 

D)  Hormonal terapiyadan sonra 

E)  Antibakterial terapiyadan sonra 

Süni aktiv immunitet vaksinlərin yeridilməsindən sonra əmələ gəlir və müəyyən 

müddəti əhatə edir.  



 

 

Ədəbiyyat: İmmunlaşdırma, 2015 



9.  Vaksinlərin anbarlardan tibb müəssisəsinə daşınması zamanı nədən istifadə olunur? 

A)  Termoçantalardan 

B)  Bikslərdən 

C)  Polietilen torbalardan 

D)  Kağız torbalardan 

E)  Adi çantalardan 

Vaksinlər anbarlardan tibb müəssisələrinə daşınan zaman termoçantalara qablaşdırılır. 

Termoçantalar termoizolyasiya olunmuş xüsusi qablardır. Onların içərisinə soyuducu 

elementlər daxil edilir və bunlar da vaksinləri qısa müddət (48 saat) ərzində (+2)-(+8) 

temperaturda saxlanılmasını təmin edir.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015 

 

10.  Uşaqlarda həqiqi inaq nə vaxt yarana bilər? 



A)  Qırtlağın difteriyası zamanı 

B)  Laringit zamanı 

C)  Faringit amanı 

D)  Virus infeksiyaları zamanı 

E)  Follikulyar angina zamanı 

Həqiqi inaq difteriya xəstəliyi zamanı inkişaf edir. Qirtlağın difteriyası zamanı qırtlaq 

yarığını əhatə edən ərp və ödem, qırtlaq yarığının daralmasına –stenoza səbəb olur və 

nəticədə boğulma baş verir. Prosesin qarşısını almaq üçün difteriya əleyhinə 

antitoksiki zərdabdan istifadə edilir.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

11.  Enterobiozun diaqnostikası üçün hansı material daha çox məlumat verir? 

A)  Anusətrafı yaxma 

B)  Sidik 

C)  Bəlğəm 

D)  Qan 

E)  Tüpürcək 

Enterobiozun törədicisi olan bizquyruqlar anusətrafı nahiyəyə yumurtalarını qoyduqlarına görə 

nəcisin qurd yumurtalarına görə müayinəsi zamanı çox vaxt cavab neqativ olur. Ona görə də 

yatmamışdan əvvəl uşağın anusu ətrafına xüsusi yapışqan lent qoyulur.  Səhər lent çıxarılaraq 

mikroskop altında baxılır.  

Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 

12. Hansı əlamət enterobioza xasdır? 

A)  Perianal nahiyədə qaşınmanın olması 

B)  Öskürək 

C)  Hipertermiya 


 

 

D)  Sarılıq 



E)  Oynaqlarda ağrı 

Enterobiozu bizquyruqlar törədir. Onlar nazik bağırsağın distal hissəsində yaşayır və 

gecələr anusətrafına on minlərlə yumurta qoyur. Bir neçə saatdan sonra yumurtalardan 

çıxan yeni kiçik bizquyruqlar yenidən anal dəlikdən içəri daxil olurlar. Bu proses perianal 

nahiyədə qaçınma ilə müşayiət olunur.  

 

Ədəbiyyat: Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984 



13. Qızılca xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 

A)  7-17 gün 

B)  6 saat 

C)  1-2 gün 

D)  3 gün 

E)  1 ay 

Qızılca kəskin uşaq yoluxucu xəstəlyi olub, törədicisi viruslarıdr. Hava-damcı yolu ilə 

baş verən yoluxmadan sonra inkubasiya dövrü 7-17 günədək davam edə bilər.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

14.  Qızılca xəstəlyi ilk 3 gündə hansı simptomlarla müşayiət olunur? 

A)  Fotofobiya, konyuktivit, Filatov ləkələri 

B)  “Moruğu dil”, Filatov üçbucağı 

C)  Başın tüklü hissəsində səpgilər 

D)  Tüpürcək vəzilərinin böyüməsi 

E)  Çoğrafi dil  

Qızılca kəskin yoluxucu xəstəliklər qrupuna aid olmaqla,  özünə xas əlamətlərlə 

xarakterizə olunur. Belə ki, ilk günlər dəridə səpgi müşahidə olunmasa da yalnız 

qızılcaya məxsus əlamətlər meydana çıxır.  Fotofobiya, konyuktivit, Filatov ləkələri 

qızılca diaqnozunu təsdiqləyən vacib əlamətlərdir.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

15.   “Soyuq Zəncir” sisteminin təlabatlarına riayət etmək lazımdır:  

A)  Vaksinlərin daşınması, saxlanılması və istifadəsi zamanı 

B)  Yalnız vaksinlərin daşınması zamanı 

C)  Yalnız vaksinlərin saxlanılması zamanı 

D)  Yalnız vaksinlərin istifadəsi zamanı 

E)  Vaxtı keçmiş vaksinlərin məhv edilməsi zamanı 

Vaksinlər immunobioloji preparatlardır və bu preparatlar (+2)

0

-(+8)



0

 –də daşınmalı, 

saxlanılmalı və istifadə olunmalıdır.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015 

16.  Təhlükəsiz qutu nə üçün nəzərdə tutulmuşdur? 

A)  İstifadə olunmuş inyeksiya alətləri və vaksin flakonları üçün 



 

 

B)  Pambıq tamponlar üçün 



C)  Şprisin ucluğunu və kağız qablamasını atmaq üçün 

D)  Rezin əlcəklər üçün 

E)  Tənzif kürəcikləri atmaq üçün 

Təhlükəsiz qutu (TQ) bərk, nəm keçirməyən və iynələrin dəlib keçməsinə imkan 

verməyən konteynerlərdir. Bu qutular istifadə olunmuş inyeksiya alətlərini və istifadə 

olunmuş vaksin flakonlarını toplamaq və məhv edilmə məqsədi daşıyır. TQ-nin ¾  

hissəsi doldurulduqdan sonra məhv edilməli və yenisi ilə əvəz edilməlidir.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015 

17. Təhlükəsiz qutunu (TQ) hansı üsullarla məhv etmək lazımdır? 

A)  Sadalanan üsulların hər birindən istifadə edilir 

B)  Xüsusi çalada basdırılma 

C)  Konteynerdə yandırılma 

D)  Xüsusi quyuda yandırılma 

E)  İnsinerasiya sobasında yandırılma 

TQ ¾ hissəsinə dək dolduqdan sonra ağzı bağlanır və insanların əli çatmayan yerdə məhv 

edilir. Bunun üçün xüsusi çalada basdırılma, xüsusi quyuda yandırılma, konteynerdə və 

insinerasiya sobasında yandırılma üsullarından istifadə etməklə zərərsizləşdirilir.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015 

18. Vaksin flakonunun üzərində olan nəzarət indikatoru nəyi göstərir? 

A)  Vaksinin uzun müddət yüksək temperaturda qaldığını 

B)  Vaksinin donmaya məruz qaldığını 

C)  Vaksinin yararlılıq müddətinin bitdiyini 

D)  Vaksin flakonunun tamlığının pozulduğunu 

E)  Vaksinin fiziki vəziyyətinin dəyişdiyini (topalar, bulanıqlıq) 

Vaksin flakonunun üzərində olan nəzarət indikatoru vaksinin uzun müddət yüksək 

temperaturda qalması zamanı öz rəngini dəyişir və bununla vaksinin yararlılıq dərəcəsi 

müəyyənləşdirilir. Termoindikator flakonun qapağında və ya etiketində olan dairənin 

içərisində kvadrat şəklində yerləşdirilir.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015 

19. Yenidoğulmuşlarda hemoqlobinin miqdarı nə qədər olmalıdır? 

A)  180-240 q/l 

B)  110-140 q/l 

C)  80-120 q/l 

D)  100-160 q/l 

E)  90-110 q/l 

Hemoqlobin  dəmir tərkibli zülal olmaqla oksigeni orqan və toxumalara daşıyır.  Hb-nin 

səviyyəsi aşağı düşdükdə orqan və toxumalarda hipoksiya yaranır. Yenidoğulmuşlarda 


 

 

Hb-nin səviyyəsi 180-240q/l, 6 aydan 1 yaşadək 115-175 q/l,  15 yaşadək 115-150 q/l 



təşkil edir.  

Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007 

20. Lyamblioza xas olan əlamətlər hansılardır? 

A)  Sadalananların hamısı 

B)  Qəbzliklə ishalın növbələşməsi 

C)  Ürəkbulanma, qusma 

D)  Meteorizm, qarında “qurultu” əlaməti 

E)  Dəridə səpgilər, piqmentasiya 

Lyamblioz protozoy infeksiya olub, birhüceyrəli lyambliyalar tərəfindən törədilir. 

Yoluxma fekal-oral yolladır. Nazik bağırsaqda parazitlik edərək bəzən öd yollarına da 

düşür. Əsas əlamətlər qəbzlik və ishalın növbələşməsi, ürəkbulanma, qusma, meteorizm, 

bəzən allergik səpgilərin əmələ gəlməsidir.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

21.  Dizenteriyanın törədicisi hansıdır? 

A)  Şigellalar 

B)  Göbələklər 

C)  Viruslar 

D)  Bakteriyalar 

E)  Helmintlər 

Dizenteriya bağırsaq infeksiyalarına aid olub, həzm sisteminin pozğunluğu, 

nəzərəçarpan intoksikasiya ilə müşayiət olunan kəskin xəstəlikdir. Törədicisi 

Şigellalardır. İnfeksiya mikroblarla çirklənmiş qida, su, çirklənmiş əllər, milçəklərlə 

yayılır.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

22. Lyambliozun törədicisi hansıdır? 

A)  Birhüceyrəli parazit 

B)  Viruslar 

C)  Göbələklər 

D)  Bakteriyalar 

E)  Çöplər 

Lyamblioz parazitar xəstəlik olub, birhüceyrəli lyambliyalar tərəfindən törədilir.   

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

23.  Raxit xəstəliyinin kəskin dövründən sonra sümüklərdə hansı dəyişiklik baş verir? 

A)  Sadalananların hamısı 

B)  Alın və təpə qabarları, kub formalı baş quruluşu 

C)  Toyuq və ya çəkməçi döş qəfəsi 

D)  Raxitik “bilərziklər”, “təsbehlər” 

E)  X və O şəkilli ayaqlar 



 

 

Raxit xəstəliyi D vitamininin çatmamazlığı nəticəsində Ca və F mübadiləsinin 



pozulmasıdır. Xəstəliyin kəskin dövründə sümüklər yumşalır və bununla əlaqədar alın və 

təpə qabarları, kub formalı baş quruluşu, “bilərzik ” və “təsbehlər”, döş qəfəsinin 

deformasiyaları-“toyuq” və ya “çəkməçi” tip, X və O şəkilli ayaqlar  əmələ gəlir. 

Ədəbiyyat: Qudzenko P.N. Uşaq xəstəlikləri, səh.100-104 

24.  D vitamini orqnizmdə hansı rol oynayır? 

A)  Ca və F mübadiləsini tənzim edir 

B)  Qlükozanın miqdarını azaldır 

C)  Bilirubinin səviyyəsini tənzimləyir 

D)  Kreatinin səviyyəsini tənzimləyir 

E)  Su mübadiləsini tənzimləyir 

D vitamini -kalsiferol sümük sisteminin xəstəliklərinin qarşısını alır, sümüklərin 

böyümə və inkişafında böyük rol oynayır. Kalsiferol mineral mübadiləsini tənzim 

edir, Ca və F sümük toxumasında və dişlərdə ehtiyat halında toplanmasına şərait 

yaradır.  

Ədəbiyyat: Qudzenko P.N. Uşaq xəstəlikləri, səh.96-97 

25.  7 yaşlı uşağın boyu nə qədər olmalıdır? 

A)  118 sm 

B)  91 sm 

C)  104 sm 

D)  130 sm 

E)  145 sm 

4 yaşdan yuxarı uşaqların boyu X=100+6(n-4) düsturuna əsasən hesablanır. Beləliklə, 7 

yaşlı uşağın boyu 100+6(7-4)=118 sm olmalıdır.  

Ədəbiyyat:Воронцов И.М., Мазурин А.Б. «Пропедевтика детских болезней» 2009 

26.  3 yaşda uşağın boyu  nə qədər  olmalıdır? 

A)  92 sm 

B)  81 sm 

C)  110sm 

D)  78 sm 

E)  120 sm 

4 yaşdan kiçik uşaqların boyu 100-8(4-x) düsturu ilə hesablanır. Beləliklə, x=100-8(4-3)=92. 

 3 yaşda uşağın boyu 92 sm olmalıdır.  

Ədəbiyyat:Воронцов И.М., Мазурин А.Б. «Пропедевтика детских болезней» 2009 

27.  HbS  (Hepatit  B)  virusunun  daşıyıcısı  olan  anadan  doğulmuş  yenidoğulmuşa  profilaktik 

məqsədlə spesifik immunoqlobulin nə vaxt yeridilir? (Yeni) 

A) Həyatının ilk saatlarında 

B) Həyatının II-III günündə 

C) Doğum evindən evə yazılarkən 



 

 

D) 2 həftəliyində 



E) 1 aylığında 

Hepatit  B  virusunun  daşıyıcısı  olan  anadan  doğulmuş  uşaqlara  ilk  12  saat  ərzində  Hepatit  B 

əleyhinə vaksin vurulur. Bununla yanaşı yenidoğulmuşun bu virusa qarşı müqavimətini artırmaq, 

yoluxma  baş  vermişsə  mübarizə  aparmaq  üçün  Hepatit  B  virusu  antigeni  əleyhinə 

immunoqlobulin də yeridilir. Bu tədbir peyvəndlə eyni gündə aparılmalıdır.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015, Tematik kurs üçün, səh 74 

28  IPV vaksini uşağı hansı xəstəlikdən qoruyur? 

A)Poliomielit 

B)Vərəm 

C)Pnevmoniya 

D)Qızılca 

E)Məxmərək 

Ədəbiyyat:  Ümumdünya  Səhiyyə  Təşkilatının  “Poliomielit  və  İnaktivləşdirilmış  poliomielit 

vaksininin  (İPV)  tətbiqi”-nə  dair  tövsiyyələrinə  əsasən  İmmunlaşdırma  Proqramına  Respublika 

GEM-i tərəfindən əlavə olunmuş Təlimat   

29. Hansı simptom Qizılca xəstəliyi zamanı diaqnostik əhəmiyyətə malikdir (Yeni) 

A) Belski-Filatov-Koplik ləkələri 

B) Filatov üçbucağı 

C) Coğrafi dil 

D) Pasternatski simptomu 

E) Şotkin-Blumberq simptomu 

30. Perinatal dövr hansı müddəti əhatə edir?  

A) Hamiləliyin 28-ci həftəsindən yenidodoğulmuşun 7 ci gününədək 

B) Mayalanmadan doğuşadoğuşa qədər olan günədək 

C) Hamiləliyin 28 ci həftəsindən doğuşadək 

D) Doğuşun başlanmasından sonunadək 

E) Yenidoğulmuşun həyaının ilk 7 günü  

Perinatal dövr körpənin ilk saatlarda vəziyyətinin qiymətləndirilməsi üçün vacib anamnestik 

əhəmiyyətə malikdir və hamiləliyin 28-ci həftəsindən başlayaraq yenidoğuljmuşun həyatının 7-ci 

gününədək daxil olan düvrü əhatə edir 

Ədəbiyyat: Tağıyev N. Neonotologiya-2007, səh 26

 

31. Yenidoğulmuşa vurulan BCG peyvəndinə əks göstəriş aşağıdakılardan hansıdır 



A) İmmunçatmamazlığı halları 

B) Anadangəlmə fermentopatiyalar 

C) Fizioloji sarılıq 

D) Toksiki eritema 

E) Üz-çənə anomaliyaları 

BCG vaksinin tərkibində canlı vərəm çöpləri olduğuna görə immunçatmamazlığı olan anadan 

doğulan uşaqlara bu peyvəndin aparılması əks göstərişdir. Əgər uşaqda bətndaxili olaraq immun 

çatmamazlığı virusuna yoluxma baş veribsə, onda canlı vaksinin yeridilməsi ağır  hallara, bəzən 

isə ölümə səbəb ola bilər. 

Ədəbiyyat: İmmunlaşdırma, 2015, səh 80, Tağıyev N. 2007, Neonotologiya, səh 51 

32. Sağlam yenidoğulmuşa doğum evində təqvim üzrə hansı peyvəndlər vurulmalıdır? 

A) Hepatit B, BCG, OPV 

B) BCG, QPM, OPV 

C) Hepatit B, PkV, İPV 

D) BCG, İPV, Hib 


 

 

E) Hepatit B, OPV, QPM 



Yenidoğulmuşlara doğum evində aktiv immunlaşdırma tədbiri doğumdan sonra ilk 12 saat 

ərzində Hepatit B, IV-VII günündə Vərəm əleyhinə BCG və Poliomielit əleyhinə OPV vaksini 

ilə aparılır. Əgər uşaq tam sağlamdırsa və heç bir əks göstəriş yoxdursa,  yenidoğulmuşun aktiv 

immunlaşdırılması doğum evinin vaksinator tibb bacısı tərəfindən peyvənd otağında aparılır.  

Ədəbiyyat: İmmunlaşdırma, 2015, Tematik kurs materialı 

33. Çəkisi 4000 q-dan çox olan yenidoğulmuşlarda qanda nəyin səviyyəsini nəzarətdə saxlamaq 

lazımdır? 

A) Şəkərin 

B) Kaliumun 

C) Azotun 

D) Natriumun 

E) Kalsiumun 

Bədən  kütləsi  4000q.  və  ondan  çox  olan  yenidoğulmuşlar  iriçəkili  uşaqlar  sayılır.  Belə  uşaqlar 

ümumi  doğumların  6-10%-ni  təşkil  edir.  Iriçəkili  doğumların  səbəblərindən  biri  genetik 

faktordur.  Digər  çox    rast  gəlinən  səbəb  isə  anada  endokrin  pozğunluqların,  xüsusilə  şəkərli 

diabetin  olmasıdır.  Buna  görə  də  iriçəkili  yenidoğlmuşlarda  qan  zərdabında  şəkərin  miqdarı 

izlənilməli və nəzarətdə saxlanılmalıdır.  

Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, səh 448  

34. Yenidoğululmuş uşaqlarda qazçıxarıcı borunu düz bağırsaqda nə qədər saxlamaq olar? 

A)) 3-5 dəq 

B) 5-7 dəq 

C) 7-10 dəq 

D) 11-15 dəq 

E) 14-16 dəq 

Yenidoğulmuşun  bağırsaq  mikroflorası  tam  inkişaf  etmədiyindən  köp  əmələgəlmə  prosesi 

üstünlük təşkil edir ki, bu da uşağın narahatlığına səbəb olur. Bu məqsədlə qazçıxarıcı borudan 

istifadə  edilir.  Boru  yenidoğulmuşun  düz  bağırsağına  1-2  sm  dərinliyində  daxil  edilir  və  3-5 

dəqiqə ərzində saxlanılır.   

Ədəbiyyat: Yenidoğulmuşların prosedurları üzrə klinik protokol, Bakı, 2011. 

 

35. Yenidoğulmuşun pilorostenozu  zamanı hansı hallar yaranır ?  



A) Bədən  kütləsinin azalması, fontan şəklində qusma 

B) Qıcolma 

C) Hipertermiya 

D) Ödemlər 

E) Qanaxma 

Yenidoğulmuşun pilorostenozu inkişaf qusuru olub, mədə çıxacağının divarının qalınlaşması 

nəticəsində pilorik kanalın daralmasıdır. Bu zaman hər qidalanmadan sonra fontanla qusma olur. 

Qısa zamanda hipotrofiya, eksikoz inkişaf edir. Müalicə yalnız cərrahi yolladır.   

Ədəbiyyat: Tağıyev N, Noenotologiya , 2007, səh 389 

36. Yenidoğulmuşa ilk  saatlarda  vurulan Vitamin K-nın inyeksiyası hansı məqsəd daşıyır? 

A) Qanaxma və qansızmaların qarşısını almaq üçün 

B) Tənəffüsü normallaşdlrmaq üçün 

C) Ürək döyüntülərinin sayını artırmaq üçün 

D) Qışqırırq mexanizmi yaratmaq üçün 

E) Əmmə refleksi yaratmaq üçün 

K  vitamini  laxtalanma  faktoru  kimi  fəaliyyət  göstərir.  Yenidoğulma  dövründə  K  vitamini 

çatmamazlığına  görə  qanaxma  və  qansızmaların  profilaktikası  üçün  ilk  saatlarda  profilaktik 

məqsədlə k vitamini yeridilir.  



 

 

Ədəbiyyat: Sağlam yenidoğulmuşlara qulluq üzrə klinik protokol, Bakı, 2008 



37. Hemofiliya üçün aşağıdakılardan hansı xarakterik deyil? 

A) Hemolitik anemiya 

B) Burun qanaxmaları 

C) Hemartroz-oynaqdaxili qansıxmalar 

D) Laxtalanmanın pozulması 

E) Yenidoğulmuşlarda göbəkdən qanaxma 

Irsi  koaqulopatiyaların  95-99%-ni  Hemofiliya  A  və  B  xəstəliyi  təşkil  edir.  Laxtalanma 

faktorlarından  birinin  çatmaması  nəticəsində  inkişaf  edən  bu  xəstəlik  zamanı  qanaxmalar  baş 

verir.  Hemolitik  anemiya  zamanı  isə  erotrositlərin  parçalanması  yəni  hemoliz  baş  verir. 

Hemofiliyada hemoliz baş vermir.  

Ədəbiyyat:  Şevçenko  İ.Q.  Hemofiliyanın  diaqnostika  və  müalicəsinin  aktual  məsələləri,  2014, 

səh 61-63  

38. Talassemiya xəstəliyi zamanı qanda hansı dəyişiklik baş verir? 

A) Hemoqlobin sintezinin pozulması-hemoqlobinopatiyalar 

B) Laxtalanmanın pozulması 

C) Hiperbilirubinemiya 

D) Hiperqlikemiya 

E) Hiperazotemiya 

Talassemiya hemoblobin sintezinin pozulması ilə xarakterizə olunan genetik xəstəlikdir. 

Hemoqlobin 2 hissədən ibarətdir: 1) hem-qana rəng verən 2) qlobin-zülal olub oksigenin 

toxumalara daşınmasında iştirak edir. Qlobin 2 cüt alfa və betta zəncirindən ibarətdir. Bunlardan 

hər hansı birinin sintezinin pozulması nəticəsində uyğun olaraq α və β talassemiya inkişaf edir.  

Ədəbiyyat: Smetanina N.S. İbrahimova D.S. Hemotologiya və Transfuziya səh. 42-48 

39. Talassemiya xəstəliyi zamanı qanda hansı elementin miqdarı artır? 

A) Dəmir 

B) Xlor 


C) Kalsium 

D) Natrium 

E) Kalium 

Talassemiya  zamanı  qanda  eritrositlər  azalır,  onların  ölçüsü  kiçilir.  fetal  hemoqlobin  artır.  Bu 

zaman  anemiyanı  müalicə  etmək  məqsədilə  tez-tez  qan  ya  eritrositar  kütlə  köçürüldüyünə  görə 

qanda dəmirin miqdarı artır ki, bu da xəstənin həyatı üçün təhlükə törədə bilər.  

Ədəbiyyat:  İbrahimova  D.S.  Talassemia  zamanı  uşaqlarda  qanda  dəmirin  toplanma  dərəcələri, 

2016 səh 40-42   

40. Talassemiya hansı xəstəliklər qrupuna aiddir? 

A) Genetik xəstəliklər 

B) İnfeksion xəstəliklər 

C) Allergik xəstəliklər 

D) Onkoloji xəstəliklər 

E) Endokrin xəstəliklər 

Talassemiya qanyaradıcı sistemin irsi xəstəliyidir. Əgər ailədə ata və ana talassemiyanın genetik 

daşıyıcısı  olarsa,  o  zaman  doğulan  uşaqlar  arasında  həm  talassemiya  xəstəliyi,  həm  də 

daşıyıcılığı  ola  bilər.  Bu  xəstəliyə  daha  çox  irsiyyətində  talassemiya  geni  olan  qohum 

nigahlardan  doğulmuş  uşaqlarda  təsadüf  edilir.  Ona  görə  də  ailənin  planlaşdırılması  zamanı 

genetik müayinənin aparılması zəruridir.  

Ədəbiyyat: Əlimirzəyeva Z.X. Həsənova M.B. talassemiyanın müasir müalicə prinsipləri-2016, 

səh 48-54  

41. Aşağıdakılardan hansı Talassemiya  xəstəliyinin əlaməti deyil? 

A) Əlin ovuc səthində köndələn xəttin olması 

B) Kvadrat formalı kəllə 



 

 

C) Monqoloid göz yarığı 



D) Üst çənənin ölçülərinin böyüməsi 

E) Dalaq və qaraciyərin böyüməsi 

Talassemiaynın  xarakterik  əlamətləri  uşaq  yaşlarından  inkişaf  etməyə  başlayır,  tədricən  kəllə 

sümükəri  deformasiyaya  uğrayər,  kvadrat  forması  alır,  göz  yarıqları  çəpinə  olmaqla, 

monqolabənzər  olur,  üst  çənə  böyüyür,  qaraciyər  və  dalaq  böyüyür.  Dəri  avazımış  olur, 

oynaqlarda deformasiyalar əmələ gəlir, əqli və fiziki inkişafdan geriqalma olur.  

Ədəbiyyat: Smetanina N.S.  İbrahimova D.S. Hemotologiya və Transfuziologiya, 2016, səh 42-

48 


42. Dölün ölüdoğulma hallarında aşağıdakılardan hansı ola bilər? 

A) Göbək ciyəsinin pulsasiyası 

B) Dərinin çəhrayı rəngi 

C) Tənəffüsün olması 

D) Ürək döyüntülərinin olması 

E) Əzələ tonusunun olması 

Yenidoğulmuşun  diridoğulma  əlamətlərinə  ilk  qışqırıq  mexanizmi,  dərinin  çəhrayı  rəngi, 

tənəffüsün, ürək döyüntülərinin olması, əzələ tonusu və reflekslərin olması aiddir. Göbək ciyəsi 

qanı  ciftdən  dölə  aparan,  yəni  ana  ilə  dölü  əlaqələndirən  vasitədir.  O,  doğuşdan  sonra  da  qısa 

müddət  ərzində  bu  funksiyanı  yerinə  yetirir.  Burada  pulsasiyanın  olması  hətta  ölüdoğulma 

hallarında da mümkündür.  

Ədəbiyyat: E.Kerpel, Neonotologiya, 2002, səh 204-206 

43. PkV vaksini uşağı hansı xəstəlikdən qoruyur? 

A) Pnevmoniya 

B) Poliomielit 

C) Vərəm 

D) Skarlatina 

E) Suçiçəyi 

Pk vaksini ilə immunlaşdırma uşağın həyatının II, IV, VI ayında aparılaraq onu pnevmoniyanın 

ağır formalarından qoruyur.  

Ədəbiyyat: Uşaqlarda xəstəxanadankənar pnevmoniyaların diaqnostika və müalicəsi üzrə klinik 

protokol. Bakı, 2011 

44. Fizioloji olaraq yenidoğulmuşa xarakterk deyil? 

A) Əzələ hipotoniyası 

B) Əmmə-udma refleksinin olması 

C) Əzələ hipertoniyası 

D) Çəhrayı dəri örtüyü 

E) Ürək döyüntülərinin dəqiqədə 140 olması 

Yenidoğulmuşa xaraketir olan fizioloji hal əzələ hipertoniyasıdır. Əzələ hipotoniyası isə sinir 

sisteminin zədələnmə əlamətlərinə aiddir.  

Ədəbiyyat: Sağlam yenidoğulmuş üzrə klinik protokol,  Bakı, 2008 

45. Hansı çəkidə doğulmuş yenidoğulmuş uşağa peyvənd etmək olmaz? 

A) Çəkisi 1800q-dan aşağı olan 

B) Çəkisi 2000q-dan aşağı 

C) Çəkisi 2500q-dan aşağı 

D) Çəkisi 2700q-dan aşağı 

E) Çəkisi 3000q-dan aşağı 

Çəkisi 1800 q dan yuxarı olan bütün sağlam yenidoğulmuş uşaqlara doğum evində Milli 

Peyvənd Təqviminə uyğun profilaktik peyvədlər aparılır. 

Ədəbiyyat: Sağlam yenidoğulmuş üzrə klinik protokol,  Bakı, 2008 

46. Yenidoğulmuş uşaqlarda fototerapiya hansı məqsədlə aparılır? 

A) Qanda bilirubinin səviyyəsinin aşağı salınması 

B) Bədən temperaturunun tənzimlənməsi 


 

 

C) Çəki itkisinin qarşısının alınması 



D) Qanda şəkərin səviyyəsinin tənzimlənməsi 

E)Qanda hemoqlobinin səviyyəsinə  nəzarət 

Fototerapiya (işıq terapiyası) yenidoğulmuşların fizioloji sarılığı zamanı qanda bilirubinin 

səviyyəsini aşağı salmaq üçün istifadə olunur. 

Ədəbiyyat: Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol, Bakı, 2013 

47. Aşağıdakılardan hansı bədxassəli qan xəstəliklərinə aiddir? 

A) Leykoz 

B) Hemofiliya 

C)Talassemiya 

D) Hemolitik anemiya 

E) Posthemorragik anemiya 

Leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyi olub, uşaqlarda rast gələn bütün onkoloji 

xəstəliklərin 1/3 hissəsini təşkil edir.  

Ədəbiyyat: 

Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001

 

 48. Leykozun başlanğıcı üçün xarakterik olan əlamət hansıdır? 



A) Yorğunluq, artralgiya, temperaturun yüksəlməsi, iştahanın itməsi 

B)Ürəkbulanma, qusma 

C) İshal və qəbzliyin əvəz olunması 

D)Ağız-burun üçbucağının sianozu 

E) Bronxospazm, təngnəfəslik 

Leykozun ilk simptomları yorğunluq, hərarətin səbəbsiz yüksəlməsi, iştahasızlıq, ayaqlarda və 

onurğa sütununda ağrılar meydana çıxır.  

Ədəbiyyat: 

Секреты гематологии и онкологии. М. Э. Вуд, П. А. Банн. 2001 

49. Aşağıdakı vəziyyətlərdən hansı erkən döşə qoyulmaya əks göstərişdir? 

A) Asfiksiya 

B) Subfebril temperatur 

C) Qısa dil yüyəni 

D) Çəkisi 2000q olan yenidoğulmuş 

E) Çəkinin normadan çox olması 

Sağlam yenidoğulmuş uşaq doğulduqdan sonra ilk 1saat ərzində döşə qoyulur. Asfksiya isə 

erkən döşə qoyulma üçün əks göstəriş sayılır. Uşaq yalnız aparılan reanimasion tədbirlər 

nəticəsində vəziyyəti bərpa olunduqdan sonra döşə qoyula bilər.  

Ədəbiyyat: Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi üzrə hesabat. Metodik 

göstəriş, Bakı, 2011 

50. Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu neçə sm.-dir? 

A) 1-2 sm 

B) 4-5 sm 

C) 7-8 sm 

D) 3-4 sm 

E) 9-10 sm 

Yenidoğulmuş qız uşaqlarında sidik kanalının uzunluğu 1-2sm.-dir.  

Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, Bakı 

51. Yenidoğulmuş oğlan uşaqlarında sidik kanalının uzunluğu neçə sm.-dir? 

A) 5-6 sm 

B) 1-2 sm 

C) 2-3 sm 

D) 8-9 sm 

E) 10-11 sm 

Yenidoğulmuş oğlan uşaqlarında sidik kanalının uzunluğu 5-6 sm.-dir.  

Ədəbiyyat: Tağıyev N. Neonotologiya, 2007, Bakı 

52. Skarlatina səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik müşahidə olunur? 


 

 

A) Güclü qabıqlanma-hiperkeratoz 



B) Hiperpiqmentasiya 

C) Hiperemiya 

D)Çapıq 

E) Heç bir dəyişiklik olmur 

Skarlatina hava-damcı yolu ilə yayılan kəskin uşaq yoluxucu xəstəliyidir. Törədici b hemolitik 

streptokokların ifraz etdiyi eitrotoksinin təsiri nəticəsində dəridə al qırmızı səpgilər meydana 

çıxır. Xarakterik əlamətlərə angina, Filatov üçbucağı, moruğabənzər dil aidddir. Sağalma 

dövründə isə güclü qabıqlanma müşahidə olunur.  

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

53. Məxmərək səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik müşahidə olunur? 

A) Heç bir iz qalmır 

B) Hiperpiqmentasiya 

C) Qabıqlanma 

D) Çapıq 

E) Hiperemiya 

Məxmərək kəskin infeksion virus xəstəliyidir. Əvvəl sifətdə, sonra bütün bədəndə ölçüləri 5-10 

mm. olan qırmızımtıl  səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər   

heç bir iz buraxmadan keçir.  

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

54. Qızılca səpgiləri solduqdan sonra dəridə hansı dəyişiklik olur? 

A) Hiperpiqmentasiya 

B) Çapıqlaşma 

C) Güclü qabıqlanma 

D) Eritema 

E) Heç bi iz qalmır  

Qızlıca kəskin infeksion virus xəstəliyidir. Xəstəlik zökəm əlamətləri ilə başlıyır. Daha sonra 

konyuktivit, ağızın selikli qışasında səpgilər, dəridə çəhrayı səpgilər əmələ gəlir. Səpgilər 3-4 

gün davam edir. Sonra səpgilərin yerində qəhvəyi piqmentasiya qalır.  2 həftədən sonra dəri 

normal vəziyyətinə qayıdır. 

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

55. Suçiçəyi səpgiləri soldudan sonra dəridə hansı dəyişiklik müşahidə olunur? 

A) Qabıq 

B) Hiperpiqmentasiya 

C)Heç bir iz qalmır 

D) Hiperkeratoz 

E) Hiperemiya 

Suçiçəyi kəskin infeksion virus xəstəliyidir. Xəstəlik zökəm əlamətləri ilə başlıyır. Sonra dəridə 

ləkələr əmələ gəlir. Ləkələr morfoloji dəyişikliyə uğrayaraq əvvəl papulaya, sonra vezikulaya 

çevrilir. Səpgilər solduqdan sonra isə yerində qabıq əmələ gəlir.  

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

56. Aşağıdakılardan hansı skarlatina xəstəliyinə xas əlamət deyil? 

A) Filatov ləkələri 

B) Filatov üçbucağı 

C) Nöqtəvari səpgilər 

D) Hiperkeratoz 


 

 

E)”Moruğu dil” 



Filatov  ləkələri qızılca xəstəliyinin başlanğıcında ağız boşluğunun selikli qişasında rast  gəlinən 

səpgilərdir.  

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

57. Aşağıdakılardan hansı qızılca xəstəliyinə xas əlamət deyil? 

A) Filatov üçbucağı 

B) Filatov ləkələri 

C) İşıqdan qorxma 

D) Konyuktivit 

E) Hiperemiya 

Skarlatina  xəstəliyinin  səpgi  dövründə  ağız-burun  üşbucağında  heç  bir  səpgi  elementi  əmələ 

gəlmir və bu hissə avazımış görünür.  

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

58. Aşağıdakılardan hansı suçiçəyinə xas olan əlamət deyil? 

A)  “Moruğu dil” 

B) Başın tüklü hissəsində səpgi 

C) Güclü qaşınma 

D) Polimorfizm 

E) Hipertermiya 

“Moruğu dil” skarlatina zamanı müşahidə olunan xarakterik əlamətlərdəndir.  

Ədəbiyyat: Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

59. Eksudativ diatezli uşaqlarda hansı əlamətlər olur? 

A) Sadalananların hamısı 

B) Çəkinin normadan artıq olması 

C) Başın tüklü hissəsində Qneys-seboreya 

D) Yanaq dərisinin eriteması və qabıqlanması 

E) Xırdadüyünlü qaşınan səpgilər-strofulyuz 

Eksudativ kataral diatez orqanizmin konstitusion anomaliyasi olub, reaktivliyin dəyişməsi, özünü 

dəridə və selikli qishalarda kataral proseslərlə biruzə verən allergik meylliyidir. . Əsasən 2 yaşa 

qədər  uşaqlara  xarakterikdir.  Bu  zaman  başin  tuklu  hissəsində  qneys-  seboreya,  üzün  yanaq 

hissəsində eritema, çəkinin normadan artıq olması, qaşıntılı düyüncüklər – stroflyus yaranir. 

Ədəbiyyat: Eyyubova A. Uşaq xəstəlikləri 

60. Uşaqlarda plevrit zamanı hansı əlamət olmur? 

A) Tutmaşəkilli öskürək 

B) Yüksək temperatur 

C) Səthi tənəffüs 

D) Döş qəfəsində ağrı, ağırlıq, sıxılma hissi 

E) Əziyyətverici öskürək 

Plevrit plevranın iltihabi xəstəliyi olub, çox vaxt plevra boşluğuna patoloji mayenin yığılması ilə 

müşahidə olunur. Əksər hallarda plevrit müstəqil patologiya olmur, tənəffüs və digər oqranların 

xəstəliklərini müşayiət edir. Plevritə tutmaşəkilli öskürək xarakterik deyil. Xəstələr əziyyətverici 

öskürəkdən şikayət edir. 

Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 

61. Aşağıdakılardan hansı anadangəlmə ürək qüsurunun səbəbi deyil? 

A) Yenidoğulmuşun Kesariyyə kəsiyi əməliyyatı ilə doğulması 

B) Bətndaxili infekiyalar 

C) İrsiyyət faktoru 

D) Valideynlərin zərərli vərdişləri 

E) Valideynlərin yaşının çox olması 



 

 

Anadangəlmə  ürək  qüsurları  bütün  anadangəlmə  anomaliyaların  10-30%-ni  təşkil  edir. 



Anadangəlmə  ürək  qüsurlarının  nisbətən  yüngül,  eləcə  də  həyati  təhlükəli  ağır  patologiyaları 

mövcuddur. Risk amilinə bətndaxili infeksiyalar, irsiyyət faktoru, valideynlərin zərərli vərdişləri, 

valideynlərin yaşının çox olması aiddir.  

Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 

62. Difteriya xəstəliyi zamanı badamcıqlarda olan ərp hansı xarakterdə olur? 

A) Bozumtul, sürətlə qalınlaşan və yayılan, çətinliklə qopan və qopartmada qanaxma verən 

B) Asanlıqla qopan 

C) Sarımtıl nöqtəvari ərp 

D)  Ancaq badamcıqlarda məhdudlaşan sarımtıl ərp 

E) Ərp olmur 

Difteriya kəskin infeksion xəstəlik olub, ümumi intoksikasiya və selikli qişalarda fibrinoz ərpin 

əmələ gəlməsi ilə xarakterizə olunur. Badamcılarda olan ərp sürətlə ətraf toxumalara yayılır, qısa 

müddətdə qalınlaşır, qopartma cəhdi qanaxma ilə nəticələnir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

63. Aşağıdakılardan hansı meningit xəstəliyini törədə bilər? 

A) Sadalananların hamısı 

B)Meninqokoklar 

C) Pnevmokoklar 

D) b hemolitik çöplər 

E) Vərəm çöpləri 

Meningit xəstəliyini təkcə meninqokoklar deyil, həmçinin b hemolitik çöplər, vərəm çöpləri, 

stafilokoklar, streptokoklar da törədə bilər. 

Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı, 2009 

64. Meningit xəstəlyinin diaqnozunu təsiqləyən əlamət hansıdır? 

A) Boyun əzələlərinin rigidliyi 

B) Zökəm 

C) Qarında ağrı 

D)Qəbzlik 

E) Dəri və selikli qişaların saralması 

Meningit baş beyin və onurğa beyin qişalarının iltihabi xəstəliyidir. Bu zaman temperaturun 

yüksəlməsi, qusma, güclü baş ağrıları ilə yanaşı boyun əzələlərinin rigidliyi müşahidə olunur ki, 

bu da meningitin diaqnozunun qoyulmasında mühüm rol oynayır.    

Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı, 2009 

65. Meningit xəstəliyi zamanı hansı laborator müayinə üsulu zəruridir? 

A) Onurğa beyni mayesinin müayinəsi 

B) Qanın ümumi analizi 

C) Sidiyin ümumi analizi 

D)Nəcisin ümumi analizi 

E) Bəlğəmin ümumi müayinəsi 

Meningit zamanı lumbal punksiya aparılır və onurğa beyin mayesinin Qram üsulu ilə boyanması 

müsbət nəicə verərsə, diaqnoz təsdiq olunur.  48 saat ərzində aparılan antibakterial  terapiya 

effect vermədikdə lumbal punksiya təkrar olunur.  

Ədəbiyyat: Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protocol, Bakı, 2009 

66. Poliomilelit xəstəliyinin törədicisi hansıdır? 

A) Viruslar 

B) Bakteriyalar 

C) Stafiloklar 

D) Streptokoklar 

E)Göbələklər 

Poliomielit-polioviruslar tərəfindən törədilərək sinir sisteminin zədələyən, əzələ iflicinə səbəb 

ola bilən kəskin infeksion xəstəlikdir.   


 

 

Детская неврология Кохэн М. Э. Даффюр П. К. ГЭОТАР-Медиа 2010 



67. 1 yaşda uşaqlarda ürək döyüntülərinin sayı nə qədərdir? 

A) 110-130 

B) 140-160 

C) 130-150 

D) 80-100 

E) 90-100 

1 yaşda uşaqlarda ürək döyüntüsünün dəqiqəlik sayı 110-130-dur. 

Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 

68. Spazmofiliya xəstəliyinə xas əlamət deyil? 

A) Əzələ hipotoniyası 

B) Narahatlıq 

C) Larinqospazm 

D) Karpo-pedal spazm 

E) “Akuşer əli” 

Spazmofiliya südəmər dövrdə raxitin düzgün müalicə olunmaması nəticəsində müşahidə edilən 

əzələ tetaniyasıdır. Uşaqlarda bu xəstəlik zamanı narahatlıq, larinqospazm, karpo-pedal spazm və 

“akuşer əli” müşahidə olunur.  

 Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 

69. Kəskin ürək çatmamazlığı əlamətlərinə aid deyil? 

A) Hipertermiya 

B) Sapvari nəbz 

C) Arterial təzyiqin enməsi 

D) “Mərmər dəri” 

E) Dəri örtüyünün avazıması 

Kəskin ürək çatmamazlığı əlamətləri qəfildən inkişaf edir. Xəstədə sapvari nəbz, hipotoniya, dəri 

örtüklərinin avazıması, “mərmər dəri” müşahidə edilir.  

Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни, 2002 

70. Aşağıdakılardan hansı məxmərək xəstəliyinə xas əlamət deyil? 

A) Səpgilərin başın tüklü hissəsində olması 

B) Boyun və ənsə limfa düyünlərinin böyüməsi 

C) Ləkəli səpgilər 

D) Səpgilərin əsasən ətrafların açıcı səthlərində, üzdə, beldə olması 

E) Faringit və konyuktivitin olması 

Məxmərək virus mənşəli kəskin yoluxucu xəstəlikdir. Səpgilərin başın tüklü hissəsində olması 

məxmərəyə xarakterik əlamət deyil.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

71. Göyöskürək xəstəliyinin törədicisi hansıdır? 

A) Borde-Janqu çöpləri 

B) Löffler çöpləri 

C) Viruslar 

D) b hemolitik streptokoklar 

E)Parazitlər 

Göyöskürək xəstəliyi Borde-Janqu çğpləri tərəfindən törədilir.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

72. Aşağıdakılardan hansı göyöskürək xəstəliyinə xas əlamət deyil? 

A) Dəridə səpgilər 

B) Tutmaşəkilli öskürək 

C)Repriz 

D)Kataral əlamətlər 

E) Üz dərisinin sianozu 



 

 

Göyöskürək gün ərzində təkrarlanan öskürək tutmaları ilə müşahidə olunur. Dəridə səpgilər 



göyöskürək zamanı müşahidə  edilmir.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

73. Aşağıdakılardan hansı epidemik parotit xəstəliyinə xas əlamət deyil? 

A) Tutmaşəkilli öskürək 

B) Tüpürcək vəzilərinin iltihabı 

C) Hipertermiya 

D) Çeynəmə və udqunmanın çətinləşməsi 

E) Vəzili orqanlarda fəsadların əmələ gəlməsi 

Epidemik parotit tüpürcək vəzilərinin virus mənşəli iltihabi xəstəliyidir. Xəstəlik zamanı 

hipertermiya, çeynəmənin çətinləşməsi, tüpürcək vəzilərinin hipertrofiyası baş verir. Xəstəliyin 

ağırlaşmış formalarında vəzili orqanlarda fəsadlar əmələ gələ bilər. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

74. Qreqq triadası hansı xəstəliyə xarakterikdir? 

A) Anadangəlmə məxmərək 

B) Anadangəlmə herpes 

C) Anadangəlmə toksolazmoz 

D) Anadangəlmə sifilis 

E) Anadangəlmə sitomeqaliya 

Qreqq triadası anadangəlmə məxmərək zamanı (AMS) müşahidə olunur. Trida üçlük deməkdir. 

Anadangəlmə ürək qüsuru, eşitmə qüsuru, görmə qüsuru (katarakta) bu üçlüyə aiddir.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

75. Mədə-bağırsaq qanaxmalarında hansı əlamət müşahidə olunmur? 

A) Hipertermiya 

B)Qanlı qusma 

C) Melena 

D) Dəri səthinin avazıması 

E) Kollaps 

Müəyyən səbəblərdən inkişaf edən mədə-bağırsaq qanaxmaları zamanı hipertermiya müşahidə 

olunmur. Bu zaman qanlı qusma, melena, dəri səthinin avazıması, kollaps baş verir.  

Ədəbiyyat: Секреты гастроэнтерологии. Питер P. МакНелли. 2005 г 

76. Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün 

dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidiyin müayinəsində 

şəkər və aseton tapilib. Klinik diaqnoz  aşağıdakılardan hansı ola bilər? 

A) Hiperqlikemik koma 

B) Hipoqlikemik koma 

C) Uremik koma 

D)Kollaps 

E) Bayılma 

Qeyd edilən əlamətlər şəkərli diabetə  xarakterikdir . Qanda şəkərin  miqdarının normadan 

yüksək olması nəticəsində hiperqlikomik koma baş vermişdir. Bunun baş vermə səbəbi insulin 

çatışmazlığıdır. Məhz buna görə də ilk yardım olaraq insulin vurulmalıdır.  

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» 

стр 188 

77. Aşağıdakılardan hansı revmatik xoreyanın əlamətlərinə aid deyil? 

A) Qıcolma 

B) Hiperkinezlər-qeyri ixiyari hərəkətlər 

C) Əzələ zəifliyi 

D) Psixi pozğunluq 

E) Poliartrit 

Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən tədricən başlayır: 

ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu pozulur. Xoreyanın əsas əlaməti olan 


 

 

hiperkinezlər baş verir, əzələ zəifliyi, psixi pozğunluq, poliartritlər müşahidə edilir. Qıcolma isə 



revmatik xoreya üçün xarakterik deyil.  

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264 

78. Hemofiliyalı uşaq hansı mütəxəssis tərəfindən daim nəzarətdə olmalıdır? 

A) Hematoloq 

B)Qastroenteroloq 

C) Dermatoloq 

D)Nevroloq 

E)Cərrah 

Hemofiliya irsi qan xəstəliyidir. Hemofiliyalı xəstələr hemotoloq tərəfindən nəzarətdə olmalıdır.  

Ədəbiyyat:  Şevçenko  İ.Q.  Hemofiliyanın  diaqnostika  və  müalicəsinin  aktual  məsələləri,  2014, 

səh 61-63  

79. Aşağıdakılardan hansı dizenteriya xəstəliyinin əlaməti deyil? 

A) Poliartrit 

B) Yüksək temperatur 

C) Ürəkbulanma, qusma 

D)  Tenezm (yalançı defekasiya hissi) 

E) Yaşılımtıl və tərkibində qan olan nəcis ifrazı 

Dizenteriya xəstəliyi  3  yaşa qədər uşaqlar  arasında daha  çox rast  gəlinir. Xəstədə  intoksikasiya 

əlamətləri,  tenezm,  tərkibində  qan  olan  nəcis  ifrazı  müşahidə  olunur.  Poliartrit  isə  dizenteriya 

üçün xas olan əlamət deyil.  

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

80.  Uşaq 3 aylıqdır. Hər gün uşaqda qusma əlamətləri olur. Uşaq ana südü ilə qidalanır. Çəkisi 

3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir vəziyyətin yaranmasının səbəbi nədir? 

A) Pilorostenoz 

B)Pilorospazm 

C) Sadə dispepsiya 

D) Toksiki diareya 

E) Qastroenterit 

Pilorostenoz zamanı qusma və qaytarma uşağın 2 - 3 həftəliyindən baş verir. Uşaq 

yedizdirildikdən sonra fəvvarə şəklində qusma baş verir. Belə hal təkrarlandıqca uşaq çəkisini 

itirir. Hipotrofiya baş verir. Müalicəsi cərrahi üsulladır.  

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189 

81. Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan 

şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar? 

A) Xolesistit 

B) Qastrit 

C) Kolit 

D) Ezofagit 

E) Enterit 

Yağlı yeməkdən sonra ürəkbulanma və sağ qabırğaaltı nahiyyədə ağrı xolesisitit üçün 

xarakterikdir. Xolestit zamanı qaraciyərin öd ifraz etmə funksiyası pozulur. İfraz olunan ödün 

miqdarı azaldığına görə yağlı qidaların həzmi çətinləşir. Nəticədə xəstədə ürəkbulanma ,  sağ 

qabırğaaltı nahiyədə ağrı əmələ gəlir.  

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 187 

82. Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və 

selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və 

selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var.  

A) Dəmir defisitli anemiya 

B) Hemofiliya 

C) Ürək qüsuru 

D) Ensefalopatiya 


 

 

E) Eksudativ kataral diatez 



Göstərilən əlamətlər dəmir defisitli anemiya üçün xarakterdir.  

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 186 

83. Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahasızlıq və qarında ağrıdan şikayət edir. 

Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su axır. Bu zaman uşaqda nədən şübhələnmək olar? 

A) Helmintozlar 

B) Qida toksikoinfeksiyası 

C) Sadə dispepsiya 

D)Appendisit 

E)Xolesistit 

Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur.  

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188 

84. Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı 

azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı 

var. A/T yüksəlib. Hansı xəstəlikdən şübhələnmək olar? 

A) Qlomerulonefrit 

B) Xolesistit 

C) Kəskin ürək çatmamazlığı 

D) Pankreatit 

E) Uremik koma 

7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin əlamətləridir.  

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187 

85.  Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası zəifdir, tez yorulur, nəcisi 

rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qaraciyər 3 sm böyüyüb. Hansı 

xəstəlikdən şüphələnmək olar? 

A) Hepatit 

B) Xolesistit 

C) Pankreatit 

D) Dəmir defisitli anemiya 

E) Qastrit 

Uşaqda müşahidə olunan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və nəcisdəki 

dəyişiklik virus hepatitinin əlamətləridir. 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188 

86. Qızılca xəstəliyinin inkubasiya dövrü neçə müddətdir? 

A) 8-17 gün 

B) 12 saat 

C) 2-3 gün 

D) 35 gün 

E) 3-6 gün 

Qızılcanın inkubasiya dövrü 8-17 gün davam edir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

87. Məxmərək xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 

A) 16-21 günədək 

B) 7-14 gün 

C) 3-7 günədək 

D) 6-12 saat 

E) 35 günədək 

Məxmərək xəstəlyinin inkubasiya dövrü 16-21 günədək davam edir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

88.Epidemik parotit xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 

A) 18-21 gün 

B) 12-18 saat 


 

 

C) 2-3 gün 



D) 35 gün 

E) 3-6 gün 

Epidemik parotitin inkubasiya dövrü 18-21 günədək davam edir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

89.  Göyöskürək xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 

A) 2-14 gün 

B) 12 saat 

C) 2-3 gün 

D) 35 gün 

E) 3-6 gün 

Göyöskürəyin inkubasiya dövrü 2-14 günədək davam edir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

90. Poliomilet  xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 

A) 5-12 gün 

B) 12 saat 

C) 2-3 gün 

D) 14 gün 

E) 3-6 gün 

Poliomiletin inkubasiya dövrü 5-12 günədək davam edir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

91.  Dizenteriya xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 

A) 2-3 gün 

B) 4-5 saat 

C) 7-17 gün 

D) 35 gün 

E) 5-10 gün 

Dizenteriya xəstəliyinin inkubasiya dövrü 2-3 günədək davam edir. 

Ədəbiyyat: Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010 

 

92. Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə %  itirə bilər?  



A) 9-14%  

B) 10-12%  

C) 14-16%  

D) 20-30%  

E) 3-5%  

Vaxtından  əvvəl  doğulmuş  uşaq  öz  çəkisini  ilk  günlər  9-14%  itirə  bilər  ki,  bu  da  əmmə 

refleksinin  zəif  olması  ,  dəri  səthi  ilə,  mekoniumun  xaric  olması    və  sidiklə  maye  itirməsi 

nəticəsində baş verir. 

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46 . 

 

93. Difteriya xəstəliyinin inkubasiya dövrü nə qədərdir? 



A) 2-10 gün    

B) 1 ay


 

C) 7 gün  

D) 1,5 ay  

E) 2 ay    



Difteriya  kəskin  yoluxucu  xəstəlik  olub,  Löffler  çöpləri  tərəfindən  törədilir.  Xəstəlik  zamanı 

inkubasion dövr 2-10 günədək davam edir.  

Ədəbiyyat:  Н.В.Ежова,  Е.М.Русакова,  Г.И.Кащеева  «Педиатрия»  Минск  «Вышейшая 

школа» 2002 стр280 

94. 1 yaşadək uşaqlarda qanda şəkərin miqdarı nə qədər olmalıdır

 

 

A) 2,8-4,4 mmol/l 



B) 3,3-5,5 mmol/l 

C) 4,4-6,6 mmol/l 

D) 5,0-7,2 mmol/l 

E) 5,5-6,5 mmol/l 

Yenidoğulmuşlarda həyatının ilk saatlarında qanda şəkərin miqdarı 2 mmol/l-dən az olur, lakin 

birinci  qidalanmadan  sonra  südün  tərkibində  qlükoza  qəbul  edildiyinə  görə  miqdarı  2,8-3 

mmol/l-ə çatir. 1 yaşadək uşaqlarda 2,8-4,4 mmol/l təşkil edir.  



Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34 

 

95. 7 yaşlı uşağın çəkisi nə qədər olmalıdır? 



A) 23 kq 

B) 18 kq  

C) 25 kq 

D) 24 kq  

E) 15 kq 

 yaşlı uşağın çəkisi 24 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra isə hər ilə 2 kq 



artmalıdır.Çəki artımı  10+ 2 x n düsturuna əsasən hesablanır. 

Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Baжenova “Детские Болезни”,  Мoсkвa  1986 стр  38 

96. 5 yaşlı uşaqda A/T (arterial təzyiq) neçə millimetr civə sütunu  olmalıdır?  

A) 90 mm/c.st. 

B) 80 mm/ c.st. 

C) 100 mm/ c.st. 

D) 85 mm/ c.st. 

E) 95 mm/ c.st. 

Yenidoğulma dövründə sistolik təzyiq 60-70 mm/cs, 1 yaşda 75-80 mm/cs., 5 yaşda isə 90 mm/cs-

dir. 1 yaşdan sonra sistolik təzyiin səviyyəsi 80+2n düsturu ilə hesablanır. 

Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı  2007 səh 30 

 

 



97. Hipoqalaktiya zamanı laktasiyanı artırmaq üçün aşağıdakılardan hansı məsləhət görülür? 

A) Gecə əmizdirmələri mütləq olmaqla tez-tez döşə qoymaq 

B) Gec-gec döşə qoymaq 

C) Gecələr ancaq şüşə qablardan istifadə etməkə qidalandırmaq 

D) Uşağı ananın döşündə məhdud müddət saxlamaq 

E) Gecələr əmizdirməmək 

Hipoqalaktiya  zamanı  uşaq  ananın  döşünə  tez-tez  qoyulmalıdır.  Bu  sərbəst  qidalandırma 

metodunun  əsas  məqsədlərindən  biridir.  Bu  zaman  süd  vəzisi  kanalları  genişlənir.  Südün 

istehsalı  artır.  Gecə  saatlarında  əizdirmələr  zəruridir.  Çünki  gecə  saatlarında  südün  istehsalına 

səbəb  olan  prolaktin  hormonu  daha  aktib\vdir.  Həm  də  gecə  əmizdirmələri  süddə  olan 

durğunluğu aradan götürür.  

Ədəbiyyat: Yenidoğulmuşlara qulluq üzrə kliniki protokol-2008   

 

98. Meyvə şirəsi  uşağa nə vaxt verilir?  



A) Ancaq gecə 

B)  Yeməkdən qabaq 

C)  Yemək vaxtı 

D) Yeməkdən 1 saat sonra  

E)  Səhər tezdən 

İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə 

şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən 1 saat sonra verilsin. 

Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75 


 

 

 



99. Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə neçə olur? 

A) 140-150 

B) 70-80 

C) 90-100 

D) 80-90 

E) 60-70 



Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 140-150 vurğu olmalıdır. 

Ədəbiyyat: 

Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67. 

 

100. Yenidoğulmuşlarda çəki itkisi neçə faiz % təşkil edir



A) 5-8% 

B) 10-15% 

C) 20-30% 

D) 10-12%  

E) 3-5%  

Yenidoğulmuş  uşaq  ilk  günlər  az  süd  əmir,  az  maye  qəbul  edir,  çox  sidik  ifraz  edir.Onunla 

əlaqədar olaraq ilkin çəkinin 5-8%  itir. 

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36 

 

 



 

 

15.04.2019-cu il tarixində əlavə edilmişdir. 



 

 

 



 

  

 



 

 

 



 

 

 



 

 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin