41
keçidlər və gədiklər vardır.
87
Bu keçidlər sırasında müxtəlif
dönəmlərdə
«Kaspi qapısı»,
«Kaspi keçidi», «kuman qalası», «hun-sabir keçidi»,
«alan
qapısı» adlanmıĢ
Dəryal (dar-yol) keçidi haqqında bəlgələr daha çoxdur.
88
Bu adlar aydın göstərir ki, ayrı-ayrı çağlarda bu keçid müxtəlif türk boy-
larının yurduna gedən yol üzərində olmuĢdur.
Kaspi qapısı adlı baĢqa bir
keçid də Güney Azərbaycanda Elburus dağındadır. Bu keçid bəzi qaynaq-
larda sadəcə Geduk (
gədik) adlanır.
89
Bir bölgədən baĢqa bölgəyə keçid
yeri qədimdə
qapı sözü ilə də verilmiĢdir.Ordubadda
Qapıcıq dağının
adı, Dərbəndin
«Dəmir
-
Qapı»
adlanması
və
qədim qaynaqlarda Azaq
(Azov) dənizi ilə Pont
dənizi
(Qara
dəniz)
arasındakı keçidə
Pantikapey
(Pont-Qapısı) adının verilməsi həmin gələnəyin izləridir.
Azərbaycanın qədim coğrafi durumu bu ölkəyə gələn
səyyahların əsərlərində təsvir olunduğu kimi, ölkəyə
girən düĢmən qoĢunlarının keçdiyi yer-yurd adları, zəbt
etdiyi
bölgə
və
kənd adları haqqında verilən bilgilər
də
qiymətli
qaynaqdır.
Yadelli
qoĢunların
keçdiyi
marĢrutu
izləməklə yolboyu düĢmən əsgərlərinin rast gəldiyi
dağ-dərə, axarsu, el-oba haqqında həm təsəvvür əldə olunur, həm də bu
məmləkətdə hansı xalqın yaĢadığı aydınlaĢır. Azərbaycanın qədim yolları,
yol üzərindəki yaĢayıĢ məskənləri, karvansaraylar, məntəqələr, bunların
arasındakı məsafələr yunan-latın və ərəb-fars tarixi-coğrafi ədəbiyatında
geniĢ
yer
tutur. Qədim
ticarət yolları, özəlliklə «Ġpək
yolu» türk yurdları-
nın coğrafi koordinatlarını öyrənmək üçün əvəzsiz qaynaqdır.
90
Bu yol
boyu iĢlək dil türkcə olmuĢdur.
Çindən Misir
və Ġstanbula uzanan
İpək yolu Xəzərin
quzey və güneyi ilə
87
Минорский, 1963,
32;
Ġbn Xordadbeh Qafqaz dağlarının keçid qapıları (
al-abvab) sı-
rasında Sul, Alan, ġabiran, Lazik, Barika, Samsaxi adlarını çəkir (Ибн Хордадбех,109).
88
Ġ. Miziyev
Daryol keçidi haqqında Plini, Ptolemey, Tasit, Prokopi və baĢqa yazarların
verdiyi məlumatı geniĢ Ģərh etmiĢdir (Мизиев, 1986).
89
Акопян, 1987, 39.
90
«Ġpək
yolu»
üzərində
türk
dövlətlərinin
yaranıb-dağılmsı
səbəbləri,
ticarət yoluna
hansı dövlətin nəzarət etməsinin daĢıdığı
önəm haqqında sonrakı bitikdə bilgi verilə-
cəkdir. Ümumiyətlə, yol boyu çaparxanaları olan «Ġpək yolu» mövzusu türk tarixinin
ayrılmaz bölümüdür.
Təəssüf
ki,
bu mövzu yetərincə tədqiq olunmayıb.
Dostları ilə paylaş: