«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə75/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   71   72   73   74   75   76   77   78   ...   149
«Doqquz Bitik» s-ras-

Tanrı, ata, baba. Oronim yaradan bu apelyativlərin bir yerdə veril-
məsi
 
onların dağ,
 
qaya,
 
qala  adlarında  qutsal  çalar  ortaya  qoymasıdır  ki, 
bu da qədim türk dünyabaxıĢında Dağ kultu inamı ilə bağlıdır.
 
Dağlar
 
ozan 
və Ģairlərin daima müraciət etdiyi mövzu, dağlar rədifli qoĢma və bayatı-
lar isə folklorda ən çox yayılan və etnik yaddaĢa təsir edən söz təpəridir. 
Türk boyları  epik  qəhrəmanların  yurdu-yuvası saydığı dağa Manas
 
dağı
 
(Qırğız eli)
,  
AlpomiĢ-tepa
 
(Özbək
 
eli),
  
Koroğlu-dağı,
  
Koroğlu-qalası (hər 
bölgədə)
 
adını  vermiĢlər.  Türküstanın
 
KaĢğar
 
dağ
 
silsiləsində
 
Mustaq-Ata
 
(Buzdağ-Ata),
 
Xakas
 
elində
 
Pir-taq
 
qutsal
 
dağlar sayılır. Tyan-ġan
 
dağları-
nın
 
Xan-Tenqri
, 
ümumiyətlə

Doğuda
 
böyük
 
sıradağların Tanrı-dağları, 
Tarbaqatay
 
adlanması dağ kultunun bariz formasıdır.  
At kultu ilə yanaĢı, dağ kultuna da türk etnosunda olan böyük sev-
gini
 
baĢqa
 
xalqlarda  görmək
 
olmur

sıradağlardan
 
ayrı
 
düĢən
 
dağa da qərib
 
kimi
 
baxan
 
türk
 
ona
 
Yalqızdağ 
 
(Qazax və
 
Azər
 
eli)

Yetimdağ 
 
(Türkmən
 
eli) 
adı
 
verir.Yurdundan
 
çıxarılan hər
 
bir
 
türkün qəriblikdə  yanğısı doğma  elin 
dağlarına  sözlə
 
ismarıĢ
 
göndərməsində
 
görünür.  El
 
dərdindən
 
Ģəhid
 
olan
 
dostum  Fərman  Kərimzadənin  bu  misraları  bütün  vedililərə  sarı  simdə  
oxunan bayatıdır: 
 
Vedinin yanı dağlar,  
 Burda bir El varıydı,  
Ürəyi, canı dağlar.     
 Siz deyin, hanı, dağlar?
 
Bəllidir
 
ki,
 
azər
 
dilində
 
tanrı
 
sözü
 
min
 
ildən  çoxdur  ki,  tenqir  və  ya 
dingir formasında iĢlənmir,
 
lakin Qobustan dağları sırasında Cingir-Baba
 
(Dingir-Baba)
 
adlı dağ
 
tanrı
 
sözünün
 
həmin
 
qədim
 
formasını bugünə qədər 
saxlamıĢdır ki, bu da 4-5 minil öncə sumer dilinə keçən Dingir formasını 
əks etdirir.
260
 Cəbrayıl bölgəsində bu teonim ġahvəlli kəndindəki Cingir-
bulaq adında da qalmıĢdır. Deməli, bugünkü Dingir-Baba oronimi tarixi
 
qaynaqlarda
 
qeyd
 
olunmasa
 
da,
 
arxaik
 
formada qalması onun tarixini neçə
 
minil
 
qədimə
 
aparır.
 
Buradakı
 
baba apelyativi də qədim oronimlərdə iĢlənir. 
                                                 
260
 Ъялилов, 1988
 
а, 93. 


 
154 
Qazax
 
elində
 
Atasağun
 
qalası,
 
Türkmən  elində
 
Ata-depe,  Xocadağ
Azərbaycanda Ata-dağı  kimi dağadlarında  ata,  xoca apelyativi
 
az
 
görünsə
 


baba
 
apelyativi
 
əksər
 
türk
 
ellərində
 
iĢlənir;  Babaqala  (Türkmən  eli),
 
Boboyermula,  Boboyuldi  (Özbək  eli),  Babadağ,  Babatepe  (Bolqarıstan), 
Babadağ

Sarıbaba
 
dağı

Ağbaba
 
dağı

Baba-çiçək dağı

Cingir-Baba dağı, 
Bağır-Baba dağı (Azər eli) və baĢqa bu kimi dağadlarında gördüyümüz 
baba  apelyativi  türk  oronimləri  üçün  çox  xarakterik  haldır.  Bolqarıstan, 
Azərbaycan və  Türkiyədə  təkcə  Ağbaba adlı  bir neçə  dağ  vardır. Türki-
yədə  Dəlibaba,  Qarababa  dağı  və  Dəclənin  baĢlandığı  yerdə  rus
 
hərbi
 
xəritəsinin
 
(1903)
 
Qazar-Baba
 
kimi
 
verdiyi Xazər-Baba dağı vardır.  
Urartu yazılarında rast gəldiyimiz baba sözünü də yerli protoazər 
boylarından alınma sayırıq, çünki urartuĢünas Ġ.
 
Fridrix və akad. Ġ.
 
Ġ.
 
MeĢ-
Ģaninovun qeyd etdiyi kimi, mətnlərdə dağ və dağlıq yeri bildirən baba 
sözü 
D
Baba  tanrıadı  kimi  də  iĢlənmiĢdir.
261
 Qurbanlıq  verilən  tanrılar  si-
yahısına adı düĢməsi aydın göstərir ki, urartu boyları Babanın qutsal dağ-
larla olan ilgisini sərgiləyən türk oronim  yaradıcılığı gələnəyinə  yaxından 
tanıq olmuĢlar. Bu

həm  urartu-türk  əlaqələrini,  həm  də  baba  apelyativli 
protoazər oronimlərinin qədim tarixi olduğunu ortaya qoyur.
262
 Bəzi türk 
soyları dağı özlərinin soybabası, «Baba beĢiyi» saymıĢlar.
 
 Baba  adı  ilə  tanınan  dağların  əksərində  pir-ocaq  yerləri  olur,  Ağ-
baba  dağlarında  Qızılocaq,  AĢdibaba,  Kaloğlan,  Ağbaba,  Qoyunbulaq, 
ġiĢocağı  kimi  onlarla  pir  yeri  vardır.  Xəzər  yaxasında  BeĢbarmaq  dağı 
xalq arasında Xızır-Baba  və  Xızırzində  (XızıryaĢar)  adlanır.  HəmiĢəyaĢar 
Xızır peyğəmbərin adı ilə bağlı pir-ocaq və Diri-Baba kimi, qədim Diri-
dağ oronimi də diqqəti çəkir. Belə ki, Qamər Bosporunda «Pont qapısı» 
Pantikape və Tirik-taqa yeradı II əsrdə qeyd olunur (Ptolemey, III.
 
5.
 
16) 
və bir neçə əsr sonra Kerçin KamıĢ-burun bölgəsində olan bu yerin adını 
                                                 
261
 Мещанинов, 1978, 78-79; 
     Urartu yazısındakı  pa-re-e  
KUR
a-la-ţé-i-e   
KUR
ba-ba-a-nè (GNAUT, 5) deyimi azərcə 
«varıb Alatey dağlıq bölgəsinə girdim» Ģəklində tərcümə olunur. Burada Alatey bölgə-
sinin  məhz  dağlıq  bölgə  ölduğu  baba  sözü  ilə  gerçəkləĢir.  Həmin  dağlıq  bögə  Urmu 
gölünün güneyindədir. 
262
 Maraqlıdır ki, urartu panteonundakı 
D
Ardi adı ilə Van-Urmu arasında yaranan bir oro-
nimdə də türkcə kiĢi (adam) sözü var: «Ardi adamının dağı» anlamını verən  
ġÂDU
Ardi-
kiĢi oronimi asur yazısında qeyd olunub (ТУ, 33). Oronimlərdə kiĢi apelyativi Qazax elin-
dəki Bir-kisi töbe,  KiĢi-arkalı tau kimi dağadlarında vardır (ОКЖСА, 167, 231). Bunu 
da qeyd edək ki, oronimlərdə «kiĢi» sözü iĢləndiyi kimi, teonimlərdə də «qadın» anlamlı 
banu sözü olmuĢdur. Arubani (arı-banu) adlı Urartu tanrıcasının tunc heykəli  m.ö. VII-
VI əsrə aid Dərəbəy qalasından tapılmıĢdır (ИИН СССР, 107). 


 
155 
Stefan Bizantlı Tiri-taka kimi verir.
263
 Oronimlərdə qutsal çaları əks etdi-
rən ulu apelyativi də yayğınlığı və qədimliyi ilə seçilir. Azər elində Ulu-
dağ (Gorus), Qazax elində Ulu-tau oronimlərində kiçik dağlardan fərqlə-
nən  «böyük»  anlamı  olsa  da,  ulu  sözünün qutsal  çaları  da  vardır.
 
Bunu 
*Ulu-Qam dağadının Boğazköy het yazılarında Uliq-qama və Uli-kamma 
Ģəklində verilən oronimdə görmək olur.
264
  
Qutsal dağların adında
 
ata,
 
dədə,
 
baba, xızır, diri, xoca,
 
qam, pir
 
apel-
yativləri
 
qutsal
 
anlam
 
daĢıyır
 

 
bunların
 
əksərinə aid yuxarıda nümunələr 
verildi, pir sözü də Gorusdakı Kəpəz dağlarından biri olan Pirdağı adında 
vardır. Bütün bu qutsal çalarlı apelyativlər sırasına «qız» sözünü də əlavə 
etmək lazım gəlir, çünki əksər türk  yurdlarında özünü göstərən Qızqala,
 
Qızdağ,
 
Qırğız
 
elindəki
 
Kız-korqon,
 
Kız-aĢuu oronimlərində qız apelyati-
vinin bugün əksər türk dillərində iĢlənən qız (çuvaĢca xır) sözü ilə əlaqəsi 
yoxdur, yəni dağadlarında «qız-gəlin» mənası söz oxĢarlığına görə
 
sonra-
dan ortaya çıxmıĢdır, hətta bəzi Qızqalaları haqqında türk əxlaqından uzaq 
qondarma əfsanələr də söylənmiĢdir. 
Türk
 
ellərinin
 
əksərində
 
qız apelyativilə yaranan Qızdağ, Qızqala, 
Qızlar
 
təpəsi, Qızyurdu kimi onlarla oronimə rast gəlmək olur

Belə ad-
ların linqvistik təhlilinə bir neçə məqalə həsr edən dilçi alim Ə. Cavado-
vun  gəldiyi  nəticə  budur  ki,  qədimdə  qır/qor/qaz  fonetik  variantları  ilə 
«dağ»  anlamında  iĢlənən  qız  apelyativi  oronimlərə  «yüksəklik  və  zirvə» 
çaları vermiĢdir.
265
 
Toponimika
 
uzmanı
 
A. Bayramov
 
xeyli
 
Qızqala
 
adlı
 
oronimi müqayisə edib, bunların yüksək yerlərdə tikilmiĢ gözətçi, qaravul 
məntəqəsi  olduğunu  və  gözqala  modeli  ilə  yarandığını  yazır.
266
 Hər  iki 
alimin fikrində müəyyən gerçəklik var. Doğrudan da, dağlara gözətçi an-
lamında  adlar
 
verilməsi  modelinə  rast  gəlmək  olur.
 
Məsələn,  Zəncanın 
quzeyində Qaravuldağ, Ġtil çayı yaxasında Karaulnıy-buqor, Qırğız elində 
Karool-döbö, Karool-çoku, Van
 
gölü güneyində
 
Karakol oronimləri vardır. 
Lakin  bütün  Qızqalaları,  özəlliklə  Bakı  Qızqalası  həmin  yolla  izah  olun-
mur,
 
çünki bunların bəzisi müəyyən kultla bağlı
 
qurulmuĢ məbəddir.
267
 
                                                 
263
 АИОСК, 236, qeyd 16; Burada,
 
həm də, diri sözünün
 
daha qədim tirik (dirik)
 
və son-
rakı tiri formaları əks olunmuĢdur.  
264
 Ertem, 189. 
265
 АОП, I, 1987, 125-127;  АОП, II,1988, 134-135;  АОП, III, 1990, 88-89. 
266
 Байрамов, 81. 
267
 Bakı Qızqalasının digər bir funksiyası da  «göz qala» anlamında onun dənizdəki gəmi 
və qayıqlar üçün mayak rolunu oynamıĢ olması ola bilər (R e d a k t o r  - R. Əskər). 


 
156 
Məncə,  qız  apelyativi  dilimizdə  çoxdan  arxaik  sözə  çevrilmiĢ  bir 
leksemdir, ona görə də, hər konkret Qızqalası ayrıca tədqiq olunmalıdır, 
Qırxqız kimi oronimlər isə bugünkü anlamı ilə yaranmıĢ dağadıdır. Sumer 
dilində
 
dağa
 
kur
 
deyilməsi, türk dillərində qır sözünün çoxdan
 
unudulmuĢ 
məna çalarlarından birinin «dağ» ola bilməsi ehtimalına yol açır, çünki 
«qız»
 
çuvaĢ
 
dilində xır olduğu kimi

qədimdə sumer-türk paraleli kur~ qır 
sözünün də prototürk dilində qız variantı ola bilərdi.
 
Qırğız dilində korum 
«daĢ  yığını» həmin sözün qədim məna çalarına  yaxın anlamı saxlamıĢdır. 
Van
 
gölü ilə
 
Ağrı arasındakı
 
Aladağ bəzi mənbədə kıra sözü ilə anılır.
268
   

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin