Qab
,
kap, kas, Qafkaz. Türk dillərində qab/qap/kap çoxmənalı
söz olduğu üçün hansı mənası ilə oronim yaradıcılığında iĢtirak etməsini
aydınlaĢdırmaq o qədər də asan deyil. Ona görə də antik dövrdən üzübəri
Qafqaz adının etimologiyası müxtəlif yozumlara səbəb olmuĢdur.
Həmin
fikirləri burada təkrarlamağa ehtiyac yoxdur, yalnız onu deyim ki, hələ
A.
Bakıxanov bu oronimin Qaf dağı və kaspi boyadından yarandığını söy-
ləmiĢ,
Ə. Dəmirçizadə
isə
geniĢ yayılmıĢ bu
fikrə
elmi
don
geyindirmək
istəsə də,
yanlıĢ
yozuma
yol vermiĢdir.
303
Müəllif burada «qaf» sözünü farsca kuh «dağ» ilə eyni mənĢəli
olmasını Kuh-qaf (ﻗﺎﻑ ﮐﻮﻩ) deyimi ilə sübut etməyə çalıĢaraq, yazır ki,
qaf forması güya qədim perscədəki qaufa formasından yaranmıĢdır.
Əvvəla, o vaxt perslər Qafqazda nə gəzirdi? Qafqaz dağının adı antik
mənbələrdə çəkiləndə ari boyları Əfqanıstandan Fars körfəzi yaxalarına
təzəcə gəlmiĢdi. O çağlarda nəinki Araz çayından yuxarı, heç bu çaydan
aĢağıda Urmu gölündən də xeyli güneydə bir dənə də pers yer-yurd adı
yox idi. Qafqaz kimi böyük sıradağların adını yalnız bu dağın ətəyində
yaĢayan və ya zaman-zaman bu dağları o yana, bu yana aĢan boylar
verə bilərdi. Bu dağ silsiləsində güney-quzey keçidlərinin adı müəyyən
çağlarda dəyiĢsə də, Daryol (Dəryal) kimi bəziləri hələ də türkcə iĢlənir.
299
Рцстямли, 1998.
300
ОУ, 84; Ertem, 32.
301
ТУ, 56, 182.
302
Ertem, 133, 137, 176, 182, 188-189.
303
Бакыханов 1991, 19; Дямирчизадя, 1968, 32-36;
165
Qafqaz yamacı Balakəndə Qas-dağ «qasların dağı» anlamında deyim
vardır, lakin Qafqaz oronimində apelyativləri düzgün
tapmaq üçün
onun
müxtəlif adlarını gözdən keçirmək
lazım gəlir. Herodot
və
antik müəlliflə-
rin əksəri bu dağı Kaukas, Kavkaz,
Eratosfen Kaspios
adlandırır
.
Qay
Plini
Sekund
isə
skitlərin Kavkaz dağına öz dillərində «qardan ağarmıĢ» anla-
mında Kroukas dediyini yazır (VI. 50). Kaspi(os) dağı variantında kaspi
boyadı Ģübhə doğurmayıb, A. Bakıxanovun fikrini təsdiq edir, baĢqa fone-
tik deyimləri olan bu oronimin ikinci tərəfində qaz//kaz//kas sözləri seçilir
ki, bunlar da ilk baxıĢda kaspi//xəzər etnonimlərinin kökündə duran kas//
xaz boyadı kimi görünür. Bu halda, oronimin birinci
kap//kav//qap//qaf
hissəsi
dağla
bağlı
apelyativ
olmalıdır
ki, buna aid nümunələr vardır:
Göründüyü kimi, qap//kap apelyativi həm ayrılıqda, həm də qabıq,
qapıcıq və qədim türkcə «pambıq»
(kebez),
«baĢ kəpəyi» anlamında iĢlə-
nən kəpəz sözlərinin tərkibində iĢtirak edir. Kəpəz/Kapas/Kepez oronimi
Anadoludan
Qazax
elinəcən
yayılmıĢdır.
Balakəndə Qafqaz
dağının ətəyin-
dəki Qap dağı
və
Qubada
Babadağın bir hissəsi olan Qabıq
dağı oronim-
ləri bəzi Ön Asiya kosmoloji miflərində geniĢ yayılan Qaf dağı adındakı
qap sözünü xatırladır
,
lakin bu mifik dağ təkcə
Qafqaza deyil
,
bir çox
dağlara aid edilir və o biri dünya sınırında keçilməz dağ hesab olunur.
304
Lakin
bütün
bu
adların heç
birinin
Qaf-dağı
ilə əlaqəsi
yoxdur. Qədim Ön
Asiya xalqlarının kosmoloji görüĢünə görə,
Dünya okeanındakı öküzün,
balığın üzərində duran Yeri Göydən Qaf dağı ayırır, daha doğrusu, Qaf
dağı Göy qübbəsi altında dirək (qazıq!) rolunu oynayır.
Bu baxımdan
KDQ-da keçən «Qap
qayalar baĢında yuva tutan, Qadir ulu tanrıya yaxın
uçan» deyimi diqqəti çəkir.
305
Bəzi miflərdə Qaf dağı dünyanın quzey
oykumeni sayılır, bu dağın arxası mələklər yaĢayan baĢqa bir dünyadır.
306
304
Bu
sıraya
Bisütun
yazısındakı
KapiĢakaniĢ
(Saqa
qapısı?) və Boğazköy qaynaqlarında
dağadı kimi verilən Gaparuva, KapĢalla,
Gapazuva,
KapaĢ
(Kəpəz),
Kapakapa oronim-
lərini də əlavə etmək olar (Ertem, 177, 188); Bu son variantda «kapa» apelyativi təkrar
iĢlənib. Anadolunun qədimdə Kappadokiya (Kapa-daq?) Ģəklində verilən bölgə adı da
maraq
kəsb
edir. Perscə Kap-kuh deyimi də «qapı dağ» anlamında hibrid sözdür.
305
KDQ, 1962, 100; A. Bakıxanov keçmiĢdə Dağıstanda Qaptaq bölgəadını qeyd edir.
306
M. Streck. «Kaf-Dağı» (ĠA, 6-cı cild. 58-61). Troya tərəfdə də Kaz dağı vardır.
Kopet dağ (Türkmən eli)
Kəpəz dağ (Türk ellərində)
Kap dağı (Balakən)
Qap dağı (Vedi)
Qapıcıq zirvəsi (Ordubad)
Qabıq dağ (Quba) və s.
166
Kaspi
,
Qafqaz,
Qaf adları eyni oronimə aid olsa da
,
ayrı-ayrı anlam
daĢıyan
və
fərqli modellərlə
düzələn oronimlərdir.
Bu oronimlərdəki çox-
mənalı *qab sözünün qabırğa, qabaq, qaba-dağ (KDQ), qabarıq, qapı,
qapaq və qab sözlərinin kökündəki mənası dağ apelyativi kimi iĢlənə
bilər, lakin bu halda Qapkaz adındakı kaz etnonim ola bilməz. Burada
qap sözu Qaf-dağı adındakı anlama uyğun olub, «Dünya dağı» mənasına
köklənmiĢ və o biri dünyanın qapısı, Yerlə Göy arasında
dirək
anlamı
daĢıyır ki, türk dillərində buna qazıq deyirlər.
Dədə Qorqud
boylarında
Qafqaz dağı elə Qazlıq dağı adlanır. O biri dünya sınırında yolu qapatan
keçilməz «Dəmir qapı» da Qafqaz dağındadır. Bu baxımdan, Qafqaz oro-
niminin prototürk çağında «qazlıq//qazıq qapısı» anlamı verən * qap-qaz
tərkibi ilə yarandığını düĢünmək olar.
Dostları ilə paylaş: |