Excel 2010 proqramında görünüş rejimlərinin hər hansı birindən istifadə etmək üçün
proqram pəncərəsinin aşağı hissəsində yerləşmiş Status bar (Vəziyyət sətri) panelinin sağ tərəfində
əks olunan düymələrdən və ya lentin View (Görünüş) tabının Workbook Views (İş Kitabına Baxış
Rejimləri) lent qrupunun əmrlərindən istifadə edilir.
1. Normal (Normal) görünüş rejimi cədvələ məlumatların daxil edilməsi, redaktəsi və
formatlaşdırılması üçün nəzərdə tutulur.
2. Page Layout(Səhifə Düzəni) görünüş rejimi cədvəli çap səhifələrində əks etdirir. Bu
görünüş rejimində səhifənin kənar boşluqları, səhifədə olan yuxarı və aşağı sərlövhələr,
səhifə nömrələri də əks olunur.
3. Page Break Previev (Səhifə Kəsilməsinə Öncəbaxş) gprünüş rejimi iş vərəqinin yalnız
məlumat olan səhifələrinin ekranda görünüşünü və səhifələrin fonunda isə həmin
səhifənin nömrəsini göstərir.
4. Elektron cədvəlin hər hansı seçilmiş diapazonunu Custom Views xüsusi təsvirdə vermək
üçün əvvəlcə, həmin hissə seçilir, sonra Ribbon(lent) interfeysinin View (Görünüş)
tabının Workbook Views (İş Kitabına Baxış Rejimləri) lent qrupunun Custom Views
(Fərdi Görünüşlər) əmri icra edilir.
Cədvəlin xarici görünüşünü dəyişməklə bərabər Excel cədvəl prosessoru həm də cədvəlin əks
olunma miqyasını artırmaq və ya azaltmağa imkan verir.
Lentin View(Görünüş) tabının Zoom (Miqyas) lent qrupunun əmr və düymələrindən istifadə
olunur. Bu lent qrupundakı Zoom (Miqyas) düyməsi klikləndikdə Zoom(Miqyası Dəyişdir)
adlı dialoq pəncərəsi ekrana çıxır.
Zoom lent qrupunun 100% düyməsi cədvəlin miqyasının hansı ölçüdə olmasından asılı
olmayaraq normal (100%) ölçüyə gətirilməsini təmin edir.
7.5. İş kitablarının pəncərələri ilə iş. Səhifə parametrləri. Səhifə fonu. Diaqramlar və
onlarla iş.
Microsoft Excel 2010 cədvəl prosessorunun sənədlərini əks etdirən proqram pəncərələri ilə
əməliyyatlar aparmaq üçün lentin View (Görünüş) tabının Window (Pəncərə) lent qrupunun
düymə və əmrlərindən istifadə olunur. Bu əmrlərdən istifadə edərək ekranda görünən Excel cədvəl
115
faylının yeni pəncərələrini açmaq, açılmış sənədlərin Excel pəncərəsində görünməsini
tənzimləmək, cari sənəd pəncərəsini iki hissəyə bölmək və ya belə bölgüdən imtina etmək, açılmış
sənədləri aktivləşdirmək olur. Ne w Window(Yeni pəncərə) əmri ilə cari sənədin yeni pəncərəsi
açılır və həmin pəncərələr avtomatik olaraq ardıcıl nömrələnir. Bu pəncərələr açılma ardıcılığı ilə
ekranda bir-birini örtür və yalnız ən axırıncı açılmış pəncərə görünür.
Arange All (Hamısını Nizamla) əmri ilə açılmış pəncərələrin hamısını ekranda şaquli və ya
üfüqi şəkildə görünüşü tənzimlənir.Əmrin icrası zamanı ekranda açılan Arange Windows
(Pəncərələri Nizamla)dialoq pəncərəsinin Tiled(Yanaşı) parametri açılmış Excel pəncərələrini
yanaşı nizamlanmasını, Horizontal (Üfüqi) parametri üfüqi nizamlanmasını, Vertical (Şaquli)
parametri şaqli nizamlanmasını, Cascade (Kaskad) parametri isə üst-üstə nizamlanmasını təmin
edir. Microsoft Excel 2010 prosessorunda hazırlanmış cədvəlin səhifə parametrləri lentin Page
Layout (Səhifə Düzəni) tabının Page Setup (Səhifə Parametrləri) lent qrupunun əmrləri ilə təyin
edilir.
Margins (Kənar Boşluqlar) – cari iş vərəqi üçün kənar boşluq ölçülərinin seçilməsinin təmin edir.
Page Setup (Səhifə Parametrləri) lent qrupundakı Margins (Kənar boşluqlar) düyməsini kliklədikdə
Qalereya kolleksiyaları şablon kənar boşluqlar olan Normal (Normal), Wide (Geniş) və Narrow
(Dar) formalarından başqa Custom Margins...(Fərdi Kənar Boşluqlar...) əmri də əks olunur.
Margins (Kənar boşluqlar) pəncərə əlavəsində şıxarılan parametrlər səhifə kənarlarınd nəzərdə
tutulan boş sahələri təyin etmək üçün istifadə edilir. Yəni, çox asanlıqla dialoq pəncərəsidə cədvəlin
kənarlarından Top(Yuxarı), Left(Sol), Right(Sağ) və Bottom (Aşağı) buxarılacaq boş sahələrinin
ölçüsünü vermək olar.
Excel 2010 proqramında istənilən qrafiki obyekti iş vərəqinə əlavə etmək olar. Microsoft Office
şəkillər Qalereyasından, İnternetdən, skanerdən, rəqəmli kameradan, rəqəmli fotoaparatdan, mobil
telefondan yüklənmiş şəkil təsvir, xüsusi qrafik proqramlarda hazırlanmış təsvir belə obyektlərə
misal ola bilər.
İnsert_tabının_İllustrations'>Qrafik obyekt aşağıdakı üsullarla əlavə edilə bilər.
1.
Ribbon (Lent) interfeysinin İnsert tabının İllustrations (Şəkillər) lent qrupunun Clip Art
düyməsinin kliklənməsi ilə açılan Clip Art Tapşırıq Panelləri Seçimindən istifadə edilməsi.
2.
Windows əməliyyat sisteminin mübadilə buferinin köməyilə qrafik obyektin köçürülməsi və
əlavə edilməsi.
3.
İnsert (Əlavə et) tabının İllustrations lent qrupunun Picture (Şəkil əlavə et) dialoq
pəncərəsinin köməyilə lazımi şəklin seçilməsi və əlavə edilməsi.
116
Cədvəllərdə müəyyən verilənlərin hər hansı bir parametrdən asılı olaraq dəyişmə
dinamikasını əyana şəkildə göstərmək üçün diaqramlardan istifadə edirlər. Diaqramlar elektron
cədvəldəki məlumatların qrafik formada görünməsinə şərait yaradır. Məlumatlar cədvəllərdə
dəyişdikcə diaqramlar da onlara uyğun dəyişir. Excel cədvəl prosessorunda qrafik və
diaqramların qurulması üçün əvvəlcə verilənlər cədvəli yaradılır. Təbii ki, diaqram qurmazdan
əvvəl işçi vərəqdə diaqramları yaradacaq göstəriciləri seçmək lazımdır.
Excel 2010 elektron cədvəl prosessorunda 11 diaqram tipi (Chart Type) və bu tiplərə
uyğun 73 alt tipi (Chart Sub-Type) vardır.
Excel 2010-da aşağıdakı diaqram tipləri vardır:
Column (Гистограмма/Sütun)- sütunu diaqram əlavə edir. Sütunlu diaqramlar
kateqoriyalar üzrə qiymətlərin müqayissəsi üçün istifadə edilir;
Line (График/Xətt)- Xətti diaqram əlavə edir. Zaman daxilində inkişaf meyllərini
göstərmək üçün istifadə edilir;
Pie (Круговая/Dairəvi)- Dairəvi diaqramlar əlavə edir. Dairəvi diqramlar hər bir
qiymətin ümumi yekundak qiymətlərini göstərir.
Bar (Линейчатая/Zolaq)- Zolaqlı diaqram əlavə edir. Zolaqlı diaqramlar bir neçə
qiymətin müqayisəsi üçün ən yaxşı diaqram tipidir.
Area (С областями/Sahə)- Diaqram sahəsi əlavə edir. Diaqram sahələri müəyyən
zaman müddətində bir neçə verilənlər dəsti arasında fərqləri vurğulayır. Bu tip diaqramlarda
məlumatların dəyişməsini öz ölçülərində deyil, digər məlumatlarla qarşılaşdırılaraq görmək olar.
XY Scatter (Точечная/XY Paylanma)- Bu еipli diaqramlarda məlumatların
rəqəmlərdən ibarət olması zəruridir.
Stock (Биржевая/Birja)- Sənədlərin bağlanma qiymətlərini izləməyin ən yaxşı
yolu bu tip diaqramdan istifadə etməkdir.
Surface (Поверхность/Səth)- Bu diaqram tipində məlumatlar məlumatlar
müəyyən səviyyələrə görə müxtəlif səthlərə ayrılır. Hər səth müəyyən rənglərlə təsvir olunur.
Doughnut (Кольцевая/Dairəvi)- Bu tip diaqramlar dairəvi (Pie) diaqramlara
oxşayır və eyni məqsəd üçün istifadə edilir. Bu tipli diaqramlarda bir neçə məlumat sırası
göstərmək olar.
Bubble (Пузырьковая/Qabarcıq)- Bu diaqram tipində məlumatların müəyyən
yumru şəkilli qabarcıqlar şəklində göstərilməsi üçün istifadə edilir.
117
Radar (Лепестковая/Radar)- Xətti diaqramlara oxşayan bu tip diaqramlar
məlumat sırasının bütün qiymətini müqayisə etmək üçün istifadə edilir.
Excel 2010 cədvəl prosessorunda diaqramlar hazırlamaq üçün Lent (Ribbon) interfeysinin
İnsert (Əlavə et) tabının Charts (Diaqramlar) lent qrupunun düymələrindən və ya həmin
qrupun sağ küncündəki Create Chart (Diaqram yarat) dialoq Pəncərəsini işə salan
düyməsindən istifadə edilir.
Diaqramın yaradılması üçün aşağıdakı addımlar ardıcıllığı icra olunur:
1. Əvvəlcə diaqram vasitəsi ilə təqdim olunacaq verilənlər cədvəli diapazonu seçilir;
2. Charts (Diaqramlar) lent qrupunda lazımı diaqram tipinə uyğun düymə kliklənir;
3. Bu tipin müxtəlif variantlarının yerləşdiyi palitra açılacaqdır. Mausu-un göstəricisinin
istənilənvariant üzərində saxlanılması onun xüsusiyyətlərinin ekranda göstərilməsinə səbəb
olacaqdır;
4. Təklif olunan variantlar qaneedici olmadıqda palitraların hər birində olan All Chart
Types (Bütün diaqram tipləri) əmrinin icrası və yalent qrupunun aşağı sağ küncündəki Create
Charts (Diaqram yarat) dialoq pəncərəsinin işə salan düyməsinin kliklənmə ilə açılan İnsert
Chart (Diaqram Əlavə Et) pəncərəsindən istifadə olunur;
5. Nəticədə, verilənlərin yerləşdiyi iş vərəqində parametrləri susmaya görə təyin olunmuş
diaqram yaranacaqdır.
Qrafik və ya diаqram alındıqdan sonra onun elementləri üzərində dəyişiklik etmək
mümkündür. Bunun üçün həmin elementi aktivləşdririk, sonra isə mausun sağ düyməsini
basmaqla açılan pəncərədən kontekst menyudan istifadə edərək redaktə və ya yeni düzəlişlər
həyata keçirilir.
Excel fayllarını çap etməzdən əvvəl işçi səhifə parametrlərini təyin etmək lazımdır. Bütün
səhifə parametrləri Page Layout (Səhifə Düzəni/Разметка страницы) tabının köməyi ilə
həyata keçirilir . Açılan Dialoq pəncərəsində parametrlər seçilir və OK düyməsi kliklənir.
118
MÖVZU 8.
MS ACCESS – VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ
SİSTEMİ
Plan
Verilənlər_bazası_(VB)_anlayışı.'>8.1. Verilənlər bazası (VB) anlayışı.
8.2. Verilənlər bazasının modelləri.
8.3.Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS), onların funksiyaları və
növləri.
8.4.Microsoft Access proqramının təyinatı.
8.5. Access 2010-un obyektləri.
8.1. Verilənlər bazası (VB) anlayışı.
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən
biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından
(VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
Tərif. VB - informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən
xüsusi formatlı fayldır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin
strukturunu təsvir etmək üçün istifadə olunur.
Verilənlər bazası eyni yerdə saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və müxtəlif
istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan məlumatlar yığımıdır.
Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.
Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır:
- bazada verilənlərin təkrarlanması minimum olmalıdır;
- verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi
idarəetmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;
- sonrakı mərhələlərdə verilənlər bazasının tətbiq sahəsinin genişləndirilməsi üçün
verilənlər strukturlaşdırılmalıdır.
Bir qayda olaraq müasir kompüterlərdə bir neçə müxtəlif verilənlər bazası
yaradılır. Lazım gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər bir-biri
119
ilə əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə sistemlərə verilənlər
bazasını idarəetmə sistemi deyilir.
Verilənlər bazasının təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur.
Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi verilənlər
bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.
Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar aid
edilir:
-
verilənlərin daxili strukturunun saxlanılması;
- verilənlərin təkrarlanmasının minimuma endirilməsi;
-
verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;
-
verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi;
-
verilənlərin birgə idarə edilməsi;
-
verilənlərin məhsuldarlığı;
-
verilənlərin tamlığı və s.
Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif funksiyalara malik
ola bilər. Verilənlər bazasınun müxtəlif vəzifələri müxtəlif istifadəçilər tərəfindən istifadə
olunması ilə müəyyən olunur.
İnformasiya sistemi (İS) tətbiq sahəsinə aid informasiyanın toplanmasını,
saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram,
linqvistik və metodoloji vasitələr kompleksidir. Texniki vasitələrə kompüterdən əlavə,
informasiyanın ötürülməsi, qeyd edilməsi və əks etdirilməsi üçün vasitələr də daxildir.
İnformasiya sistemi müəyyən mövzu sahəsi çərçivəsində müxtəlif istifadəçilərin
informasiyaya olan təlabatını ödəmək üçün yaradılır.
İnformasiya sistemi ayrılıqda və ya hər hansı avtomatlaşdırılmış sistemin
tərkibində layihə edilə bilər. Birinci halda o informasiya-sorğu sistemi kimi əsasən ayrı-
ayrı şəxslərin və ya kolektivin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci
halda isə, İS istifadəçilərə informasiya arayış xidməti göstərməklə yanaşı,
avtomatlaşdırılmış sistemin (məsələn, avtomatlaşdırılmış idarəetmə sisteminin)
informasiya təminatı altsistemi rolunu pynayır.
İS vasitəsilə istifadəçilərin informasiya təlabatlarının təminində iki cəhəti nəzərə
almaq lazımdır:
120
1)
Tətbiq sahəsinin sərhədlərinin təyini və informasiya modelinin tam və
dəqiq əks etdirilməsi. Baxılan tətbiq sahəsi çərçivəsində İS istifadəçiləri lazımi
informasiya ilə təmin etməlidir.
2)
İstifadəçilərin sorğularına tam və dəqiq cavab verən İS-in yaradılması.
Bunun üçün sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə
uyğun və əlverişli formada cavab verilməlidir.
Tipinə, məzmununa və verilmə tezliyinə görə sorğuları iki qrupa ayırmaq olar:
reqlamentli (daimi) və ixtiyari (fərdi). Reqlamentli sorğuların tipi, məzmunu və bəzən də
verilmə tezliyi əvvəlcədən müəyyən olur və uzun müddət ərzində dəyişməyir. İxtiyari
sorğularda isə bu cür müəyyənlik olmur.
İS – nin həm reqlamentli, həm də ixtiyari sorğulara cavab verməsi tətbiq sahəsinin
sərhədlərinin təyininə, informasiya modelinin yaradılması və proqram təminatına xüsusi
yanaşmağı tələb edir. Əgər İS təkcə reqlamentli sorğulara xidmət etsəydi, onda tətbiq
sahəsinin sərhədlərinin təyini və sistemin layihələndirilməsi sorğuların təhlili əsasında
aparıla bilərdi, yəni layihələndirməni “istifadəçilərin sorğularına görə” prinsipi ilə yerinə
yetirmək olardı. İxtiyari sorğulara da xidmət edilməsi və sistemin çevikliyi tələbi həmin
prinsipi həyata keçirməyə imkan vermir. Bu halda layihələndirməni “həqiqi aləmə görə”
prinsipi ilə aparırlar. Ekspertlərin köməyilə sistemin çevikliyini və inkişafını nəzərə
almaqla mövzu sahəsininin sərhədləri, informasiya obyektlərinin tərkibi, onlarn xassələri,
aralarındakı əlaqələr təyin edilir və aonra sistem layihələndirilir. Bu prinsip ixtiyari
sorğularla mövzu sahəsi arasındakı uyğunluğa əsaslanır. İS-in layihələndirilməsi hər iki
prinsipdən istifadə oluna bilər. “Həqiqi aləmə görə” prinsipi əsas sayılır, “sorğulara görə”
prinsipi isə mövzu sahəsinin dəqiqləşdirilməsində istifadə olunur.
Verdikləri sorğuların və tələb etdikləri informasiyanın təsvir formasına görə
istifadəçiləri iki qrupa bölmək olar: istifadəçi-proqramlar və istifadəçi şəxslər. İstifadəçi –
proqramlar (tətbiqi proqramlar) İS-ə formasına və məzmununa görə reqlamentləşdirilmiş
sorğulara müraciət edirlər. Alınan informasiya həmin proqramlar tərəfindən uyğun surətdə
emal olunur.
İstifadəçi – şəxslər İS-ə həm reqlamentli, həm də ixtiyari sorğularla müraciət edə
bilərlər. İs-dən alınan informasiya istifadəçiyə əlverişli formada (mətn, izahlı cədvəl və ya
qrafik şəklində) çatdırılmalıdır. Bu qrupa daxil olan istifadəçiləri 2 kateqoriyaya ayırmaq
121
olar: hazırlıqlı istifadəçilər və hazırlıqsız istifadəçilər. Hazırlıqlı istifadəçilər adətən
kompüter texnologiyasını bilən mütəxəssislər və ya proqramçılar olur və onlar İS ilə sorğu
dilində əlaqə yaradılır. Hazırlıqsız istifadəçilər istifadəçi-şəxslərin ən geniş hissəsini təşkil
edirlər. Çox vaxt İS elə bu qrup istifadəçilərə xidmət etmək üçün yaradılır. Buna görə də
onlar həm də sonuncu istifadəçilər adlanırlar. İstifadəçilərin bu qrupuna idarəedici və
xidmətedici personal, öz sahələri üzrə mütəxəssislər və s. aiddir. Onlar sistemlə əsasən
dizloq rejimində təbii (və ya məhdud təbii) dildə və ya menyu dili vasitəsilə əlaqə
yaradırlar.
Beləliklə, İS çoxlu sayda müxtəlif istifadəçilərə xidmət edir. Odur ki, bütün
sorğuların vahid terminalogiyaya uyğunlaşdırılması üçün verilənlər lüğəti yaradılır.
Bundan əlavə, sorğuların emalının optimal prosedurunu qurmaq üçün onların ekvivalent
qrammatik çevrilməsi üsullarından istifadə olunur. İstifadəçiləri bu və ya digər
informasiya müraciətinin mümkünlüyünü xarakterizə edən səlahiyyət səviyyələrinə görə
də fərqləndirirlər. Bunun üçün İS-də səlahiyyətsiz istifadəçilərin informasiya mürciətini
məhdudlaşdıran vasitələr də nəzərə alınmalıdır.
İstifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 cür dildən istifadə olunur: sorğu dili,
menyu dili və təbii dil.
Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə yaxın, lakin ciddi
formal qaydalarla qurulan dildə ifadə olunur. Bir çox hallarda bu dildə verilənlər üzərində
əməliyyat aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər sorğu dillərinin
standartlaşdırılması sahəsində işlər görülür. Bu iş beynəlxalq miqyasda geniş tətbiq tapan
SQL dilinin əsasında aparılır. 1999-cu ildə bu dilin təkmilləşdirilmiş variantı SQL3
relyasiya modeli verilənlər bazaları əsasında qurulmuş İS-də standart dil kimi qəbul
olunmuşdur. Sorğu dilinin imkanları geniş olduğundan, ondan həm reqlamentli, həm də
ixtiyari sorğuları ifadə etmək üçün istifadə oluna bilər. Lakin bu dildə işləmək
istifadəçilərdən xüsusi hazırlıq tələb edir.
Hazırlıqsız istifadəçilər üçün İS ilə ən əlverişli ünsiyyət vasitəsi menyu dilidir.
Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı
üçün hazırlanır. İstifadəçi yuxarı səviyyədən başlayaraq sonuncu səviyyəyədək seçmə
prinsipi ilə informasiya tələbini sistemə çatdırır.
122
Menyu dili istifadəçilər üçün sadə və əlverişli olmasına baxmayaraq ixtiyari
sorğuların emalı üçün yaramır. Belə hallarda menyu dili təbii dilin elementləri ilə
zənginləşdirilir.
Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi, eyni
fikrlərin müxtəlif ifadə üsulları, vahid terminologiyanın olmaması və s. onun
reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyədək İS-də ünsiyyət vasitəsi
kimi təbii dildən istifadə olunması problemi həll olunmamamışdır. İntellektual interfeysin
yaradılmasını nəzərdə tutan bu sahədə geniş elmi-tədqiqat işləri aparılır və bugünkü
nailiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsinə uyğun məhdudlaşdırılmış
variantından istifadə olunur.
8.2. Verilənlər bazasının modelləri.
Verilənlər bazasının idarəetmə sistemi elə qurulmalıdır ki, verilənlərdən
məhsuldar istifadə edilsin. Verilənlərin məntiqi təşkili proqram vasitələrinin köməyi ilə
müxtəlif məlumat modellərini müəyyən edir.
Verilənlər modeli bir-birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları və
bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü və
onda istifadə edilən verilənlərin quruluş tipi verilənlərin təşkili və işlənməsi konsepsiyasını
əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir informasiyanın yerləşdirilməsi üçün
verilənlərin müxtəlif modellərindən istifadə edilir. Onların seçilməsi mövcud texniki və
proqram təminatından asılı olub, həll edilən məsələlərin mürəkkəblik dərəcəsi və emal
edilən informasiyanın həcmi ilə müəyyən edilir.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
- iyerarxik;
- şəbəkə;
- relyasion.
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli
yalnız bir obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət bir qayda olaraq
digər obyektə tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən həyata keçirilir (Şəkil 1).
Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. Bu modellər
123
arasındakı fərq onların sxemlərindən də aydın görünür. Şəbəkə modellərində
obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı
səviyyəli verilənlərin quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur (Şəkil 2).
Şəkil 1. VB-nin iyerarxik strukturu. Şəkil 2. VB-nin şəbəkə
strukturu.
Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq,
məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim
edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.
Verilənlərin relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir.
Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl
münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir.
Relyasiya modelində cədvəl verilənlərin quruluşunun əsas növü hesab edilir. Onun
quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna
uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı
məhdudlaşdırılmır. Sütun verilənlərin müəyyən bır elementinə uyğun gəlir və o
verilənlərin sadə quruluşundan ibarətdir.
Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan,
normalaşdırılmış münasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır.
Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən
2
2
1
2
2
2
3
1
3
1
2
3
4
5
6
7
8
9
10
11
124
etməlidir. Burada cədvəlinin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin
quruluşunun təsvirinin verilməsi nəzərdə tutulur.
Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri. Relyasiya strukturlu VB-
də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə
edirlər.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının
yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı
daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç
səviyyəli təsvirini təmin edir:
xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun
verilənlərə inteqral baxışlarına uyğun);
daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
Verilənlər bazasının yaradılması
Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən
ibarətdir:
layihələndirmə mərhələsi;
istismar vəə ya istifadəçi mərhələsi.
Dostları ilə paylaş: |