AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
4 biznes


VII FƏSİL. VENÇUR VƏ OFŞOR  BİZNESİ 

 

7.1. Vençur biznesinin mahiyyəti və məzmunu 

 

Vençur  biznesi  ilk  dəfə  1957-ci  ildə  ABŞ-da  təşəkkül  tapmışdır.  Bu 



biznes  növünün  yaradıcıları  mühəndis-tədqiqatçı  Yuçin  Klyaner,  biznes-

menlər Artur Rok, Tom Perkiniç və başqaları olmuşdur. Artur Rok 1961-ci 

ildə vençur fondu yaratmışdır. XX əsrin 70-ci illərində vençur kapitalından 

Avropada istifadə edilməyə başlanılmışdı və hazırda çoxlu sayda vençur şir-

kətləri fəaliyyət göstərir. MDB ölkələrində vençur biznesi TASİS və Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankının  təşəbbüsləri  əsasında  inkişaf  etməyə 

başlamışdır. 

Elmi-texniki  tərəqqinin  sürətləndirilməsi  və  elmtutumlu  istehsal  sa-

hələrinin inkişafı innovasiya maraqlarını təmsil edən elmi-texniki tədqiqat-

lar  və  təcrübi  konstruktor  işləmələri  sferasında  kiçik  sahibkarlığa  əhəmiy-

yətli təsir edə bilən yeni maliyyələşdirmə mənbələrindən istifadə olunmasını 

ön plana çəkir. 

Son  illərdə  inkişaf  etmiş  bir  çox  ölkələrdə  vençur  maliyyələşdirməsi 

geniş  yayılmaqdadır.  Bu,  mahiyyətcə  vəsait  qoyuluşunun  geri  qaytarıl-

masına zəmanət almadan sürətlə inkişaf edən kiçik innovasiya şirkətlərinin 

nizamnamə  kapitalına  investisiya  qoyuluşudur.  Vençur  maliyyələşdirməsi 

riskli  olmaqla  yanaşı  investisiyanın  daha  yüksək  gəlir  gətirəcəyini  ehtimal 

edir, çünki vəsait elmtutumlu layihələrin icrasına qoyulur. 

Biznesin  maliyyələşdirilməsinin  alternativ,  spesifik  forması  kimi 

vençur  kapitalı  maliyyə  qoyuluşlarının  diversifikasiyalılığına  qadir  olan  iri 

innovasiya  şirkətlərilə  assosiasiya  olunur.  Lakin  o,  yeni  növ  xammalın, 

enerji  resurslarının,  texnoloji  xətlərin  və  s.  işlənməsinə  istiqamətlənmiş 

kiçik sahibkarlığın inkişafında da az rol oynamır. Vençur maliyyələşdirməsi 

faktiki olaraq yeni texnologiyaların maliyyələşdirilməsinin bir növ sinonimi 

olmuşdur.  Bu  zaman  kiçik  innovasiya  şirkətlərinin  investisiya  obyekti  tez-

tez onun təsisçilərinin əqli mülkiyyəti olur. 

XX  əsrin  ikinci  yarısında  məhz  vençur  kapitalı  informatika,  hesab-

lama  texnikası,  mikroelektronika  və  digər  elmtutumlu  istehsal  sahələrində 

ilk dəfə ABŞ-da, sonra isə dünyanın digər ölkələrində iri elmi-texniki layi-

hələrin reallaşdırılmasında çox vacib rol oynadı. Bir sıra qiymətləndirmələrə 

görə  hazırda  dünyada  bütün  vençur  investisiyalarının  təqribən  50  faizi  

ABŞ-ın payına düşür. 

Vençur  (riskli)  maliyyələşdirməsi  sayəsində  fərdi  kompyuterlərin, 

mikroprosessorların, gen mühəndisliyinin və s. elmi-texniki və praktiki işlə-

mələri  meydana  gəlmişdir.  Bu  gün  bütün  dünyada  məşhur  olan  ən  iri 

Mikrosoft,  Lotus,  Cisko  Sistems,  Tutel,  Apple  Computers  şirkətləri 



Бизнесин тяшкили вя идаря едилмяси 

90 


tərəfindən dəstəklənmişdilər. 

Vençur  kapitalı  əsasən  yeni  texnologiyaların  yaradılmasına  və  yeni 

elmtutumlu məhsulların istehsalına oriyentasiyalı yeni yaradılan və ya artıq 

fəaliyyətdə olan kiçik müəssisələrə qoyulur. 

Ölkənin  iqtisadi  inkişafının  aktual  məsələlərinin  həlli  yüksək  texno-

logiyalı  kiçik  şirkətlərin  maliyyələşdirilməsinin  nisbətən  yeni  forma  və 

mənbələrinin  mümkün  istifadəsindən  əhəmiyyətli  dərəcədə  asılıdır.  Belə 

mənbələrə hər şeydən əvvəl vençur maliyyələşdirməsi aiddir. 

Vençur  maliyyələşdirməsinin  adi  bank  kredit  verməsindən  prinsipial 

fərqləri vardır: 

 İnvestor  öz  vəsaitini  vəsait  qoyuluşuna  kompensasiya  zəmanəti 



olmadan kiçik müəssisələrin nizamnamə kapitalına qoyur. Başqa sözlə, pul 

vəsaitləri  onların  qaytarılmasına  əvvəlcədən  müəyyən  edilmiş  müddət  ol-

madan verilir. Vençur investoru perspektivdə ancaq bu müəssisələrin səhm-

lərinin əvvəlcədən danışılmış hissəsini əldə etməyi nəzərdə tuta bilər; 

 Vençur  təklifinin  uğursuz  reallaşdırıldığı  halda  kiçik  innovasiya 



ş

irkətinə  vəsait  qoymuş  investor  sərf  olunmuş  vəsaitin  hansısa  bir  qanuni 

yolla qaytarılması imkanına malik deyil; 

 Kiçik müəssisələrə vençur investisiyası onların tərəfindən hər hansı 



bir girov qoyulmadan verilir; 

 Əgər banklar kiçik biznes subyektlərinə onların gələcək fəaliyyətini 



müfəssəl  öyrənmədən  kredit  verirsə  (burada  ancaq  kreditin  qaytarılma 

imkanları  maraq  kəsb  edir),  vençur  investorları  innovasiya  şirkətinə  pul 

qoyaraq şirkətin səhmlərinin bir hissəsinə sahib olmaq hüququ alır və biznes 

üzrə onun partnyoru olur; 

 Kiçik müəssisənin nizamnamə kapitalına vəsait qoyan investor həm 



təsisçi  və  həm  də  innovasiya  layihəsinin  rəhbərlərindən  biri  kimi  müəssi-

sənin maliyyə-iqtisadi və texniki problemlərinin müzakirəsində aktiv iştirak 

edir; 



 Şirkətin özünün kapitalına vəsait qoyan investor əvvəlcədən şirkətin 



biznes planı ilə tanış olur (ola bilsin ki, texniki-iqtisadi əsaslandırma ilə də), 

investisiya  layihəsinin  cəlbetmə  dərəcəsini;  özünü  maliyyələşdirmə, 

rentabellik  səviyyəsini,  xalis  mənfəətini,  şirkətin  imicini,  rəhbərlərin 

ixtisasını, anoloji texniki layihələrin tətbiqedilmə təcrübəsini və s. nəzərdən 

keçirir; 

 Kredit  verən  banklardan  fərqli  olaraq  vençur  şirkəti  illik  faiz 



ödəmələri tələb etmir. 

Təcrübə göstərdi ki, bir çox vençur şirkətləri səhmlərini bir və ya bir 

neçə  fiziki  şəxsdə  qapalı  yerləşdirmə  vasitəsilə  öz  maliyyələşdirməsini 

həyata  keçirirdilər.  Sonuncular  səhmdar  kapitalında  öz  payını  alırlar,  çox 

vaxt  şirkətin  direktorlar  şurasında  yer  tutur  və  gələcəkdə  yüksək  divi-


Бизнесин тяшкили вя идаря едилмяси 

91 


dendlərə ümid edirlər. Biznes inkişaf etdikcə innovasiya layihələrinin əlavə 

maliyyələşdirilməsinə  tələbat  artdı.  Bu  halda  vençur  kapitalı  fondu  yara-

dıldı, fondun rəhbərləri isə vençur kapitalistləri adını aldılar. 

Vençur  fondları  eyni  vaxtda  bir  neçə  kiçik  şirkətə  vəsait  qoymaq 

imkanına  malik  idilər  ki,  bu  da  fondun  portfelini  (portfolio  companies) 

formalaşdırmağa  imkan  verdi.  Bu  zaman  vençur  kapitalisti  onların  portfe-

linə daxil olan şirkətlərin direktorlar şurasının üzvlərinə çevrilərək qoyulan 

vəsaitin istifadəsinin effektivliyinə nəzarət etməyi bacarırdılar. 

Bir  qayda  olaraq  vençur  fondlarının  fəaliyyəti  7-10  illik  dövrlə 

məhdudlaşır. Həmin müddət başa çatdıqdan sonra onlar ləğv edilir, portfelə 

daxil  olan  şirkətlərin  səhmləri  isə  açıq  bazarda  satıla,  ya  da  sadəcə  olaraq 

fondun investorları (payçıları) arasında bölüşdürülə bilər. 

 

7.2. Vençur biznesinin təşkilati əsasları 

 

Kiçik  innovasiya  biznesinin  inkişafı  böyük  pul  məbləğlərinin  cəlb 



edilməsi  zəruriliyini  artırır.  Buna  görə  də  vençur  fondlarının  meydana  gəl-

məsi tamamilə qanunauyğun prosesdir. 

Vençur fondları müvəqqəti təşkilati strukturlardır. Onlar bir və ya bir 

neçə  hüquqi  və  fiziki  şəxslərin  pul  vəsaitlərinin  birləşdirilməsi  yolu  ilə 

müqavilə əsasında yaradılırlar. 

Vençur  fondlarından  az  tanınan,  lakin  investisiya  qoyuluşu  üçün  po-

tensial  cazibədar  yeni  şirkətlərin  dəstəklənməsinə  istiqamətlənən  pul  axın-

ları  vətəndaşların  şəxsi  pullarının  qısa  müddət  ərzində  gəlir  gətirməyən 

innovasiya  layihələrinə  transformasiya  etməsinə  imkan  verərək  texniki  tə-

rəqqinin  aşkar  katalizatoru  rolunu  oynadılar.  Vençur  biznesinin  inkişafı 

müəyyən üstünlüklərə malikdir: 

 Bazar  konyukturunun  dəyişilməsinə  çevik,  cəld  reaksiyavermə 



qabiliyyəti; 

 Yeni ideyaların sınaqdan keçirilməsinə vaxtında oriyentasiya etmək 



imkanı; 

 Sərt  bürokratik  qaydaların  yoxluğu.  Kiçik  biznes  sferasında  şir-



kətlərin işçiləri (bir qayda olaraq, istedadlı mühəndislər, alimlər, ixtiraçılar) 

ə

mək  intizamının  ümumi  qəbul  edilmiş  “çərçivəsindən”  kənara  çıxaraq 



müəyyən yaradıcılıq azadlığına malikdirlər. 

Vençur fondunun öhdəliklərinə cavab verən və ancaq fonda qoyduğu 

vəsaitin  məbləği  həddində  risk  edən  təsisçi  məhdud  məsuliyyətli  tərəfdaş 

sayılır (limited partner). 

Bir qayda olaraq vençur fondunun işçisi şirkətin direktorlar şurasının 

tərkibinə daxil edilir, lakin bu zaman o, şirkətin icraçı direktoruna çevrilmir. 

Onun  rolu  əsasən  vacib  strateji  qərarların  qəbulunda  aktiv  iştirak  etməklə 


Бизнесин тяшкили вя идаря едилмяси 

92 


məhdudlaşır,  vençur  fondunun  rəhbərliyi  investorların  pul  vəsaitlərindən 

səmərəli istifadə olunmasında maraqlıdır. 

Beləliklə,  vençur  fondunun  idarə  heyəti  şirkətin  maliyyə-təsərrüfat 

fəaliyyətinə  daim  nəzarət  etməklə  yanaşı  onun  investisiya  cəlbediciliyinin 

artmasına görə öz təkliflərini verə bilər. 

İ

nvestisiyanın  yatırma  prosesinin  son  mərhələsi  (exit)  qapalı  şəxsi 



ş

irkətdən açıq səhmdar şirkətinə çevrilməsindən ibarətdir. 

Ş

irkətin  açıq  bazara  çıxışı  olan  açıq  (kütləvi)  şirkətə  çevrilməsinin 



müəyyən üstünlükləri və çatışmazlıqları vardır. 

Üstünlükləri: 

 Müxtəlif  maliyyə  alətlərinə  pul  qoyuluşunu  diversifikasiya  etmək 



imkanı; 

 Gələcəkdə  xarici  maliyyələşdirmə  mənbələrinin  asan  və  ucuz  cəlb 



edilməsi. Belə ki, səhmlərin açıq bazarda yerləşdirilməsi və informasiyanın 

elan  edilməsi  nəticəsində  potensial  investorlar  şirkətlə  yaxından  tanış 

olacaqlar və şirkətə qarşı etibarlılıq dərəcəsi yüksələcəkdir; 

 Açıq  şirkətlərdə  qiymətli  kağızların  pula  çevrilmə  ehtimalı  qapalı 



səhmdar  cəmiyyətlərilə  müqayisədə  çox  azdır.  Belə  ki,  səhmləri  xarici  in-

vestorlara satmaq çətindir, şirkətin həmtəsisçiləri və sahibkarı mümkün ma-

liyyə risklərinə görə öz şirkətinin səhmlərini almaqdan imtina edə bilərlər; 

 Satış  bazarının  əhəmiyyətli  dərəcədə  genişləndirilməsi.  Belə  ki, 



qapalı şirkətlərdə bunu həyata keçirmək çətindir və s. 

Çatışmazlıqları, nöqsan cəhətləri: 

 

Ş

irkətin  sahibi  kimi  rəhbərliyin  onun  üzərində  real  nəzarəti 



itirməkdən ehtiyatlanması; 

 

Xarici  bazarda  nəzarət  səhm  paketinin  alınması  yolu  ilə  yeni  in-



vestorlar tərəfindən şirkətin udulma təhlükəsi; 

 

Rüblük və illik hesabatların tərtibinə çəkilən xərclərin çox olması, 



hesabatların dərc olunması və məxfi informasiyanın açılması. 

İ

nnovasiya fəaliyyəti ilə, müvafiq olaraq riskli təsərrüfat fəaliyyəti ilə 



məşğul  olan  kiçik  və  orta  ölçülü  xüsusi  şirkətlər  üçün  büdcə  maliyyələş-

dirməsindən çox az istifadə edirlər. 

Dövlət  investorlarından  fərqli  olaraq,  vençur  şirkətləri  öz  vəsaitlərini 

gələcəkdə  onların  ilkin  kapital  qoyuluşunu  əhəmiyyətli  dərəcədə  kompen-

sasiya  edə  bilən  və  qaçılmaz  risklərə  haqq  qazandıran  səhmlərin  əldə  edil-

məsini nəzərdə tutaraq daha həvəslə vençur fondlarına qoyurlar. 

Vençur  fondunun  və  şirkətin  başında  duran  vençur  kapitalistləri  bir 

tərəfdən  fərdi  və  ya  kollektiv  investorlar,  digər  tərəfdən  isə  vençur  ideya-

larının  daşıyıcıları  olan  sahibkarlar  arasında  vasitəçilərdir.  Buna  görə  də 

gələcəkdə  əldə  olunacaq  gəlir  bütün  vençur  biznesi  iştirakçıları  arasında 

ə

dalətlə bölünməlidir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

93 


Maraqlı  biznes-ideya  kimi  vençur  layihəsini  işləyib  hazırlayan  şirkət 

reallaşdırma üçün böyük miqdarda ilkin xərclər tələb edir. Belə şirkət “əkin 

üçün şirkət” (seed) adlanır, yalnız kağız üzərində və ya laboratoriya işləmə-

lərində  mövcud  olan  layihələrin  maliyyələşdirməsinin  ən  ilkin  mərhələsi 

mövcud olur. “Start” mərhələsində olan bu şirkət, bir qayda olaraq, təcrübə 

nümunələrinin,  modellərin  və  eksperimentlər  üçün  xüsusi  laboratoriyaların 

yaradılmasını və s. planlaşdırır. 

Son mərhələdə vençur kapitalının innovasiya layihəsindən çıxması, la-

yihədə  iştirakının  başa  çatdırılması  nəzərdə  tutulur.  O,  üç  ssenari  üzrə 

həyata keçirilə bilər: 

 

-fərdi  və  kollektiv  investorların  səhm  paylarının  şirkət  səhmdar-



larına satılması; 

 

-kiçik  innovasiya  şirkətinin  açıq  səhmdar  cəmiyyətinə  çevrilməsi 



və səhmlərin hərracda yerləşdirilməsi (İPO); 

 

-şirkətin  səhmlərinin  bu  səhmləri  əldə  etməyə  maraqlı  olan  digər 



ş

irkətə - strateji tərəfdaşa satılması. 

Layihədən  çıxmağın  üç  ssenarisindən  ikinciyə  daha  çox  üstünlük 

verilir. 

 

7.3. Vençur maliyyələşdirməsini şərtləndirən  

amillər və şəraitlə

 

İ



nnovasiya  layihələrinin  biznes-planını  nəzərdən  keçirərkən,  hər  şey-

dən əvvəl, şirkətin inkişafına təsir edən daxili amillərə xüsusi diqqət  yetir-

mək lazımdır. Daxili amillərə aiddir: 

  layihənin mövcud olma müddəti; 



  qiymət siyasətini həyata keçirərkən məhsulun keyfiyyət xarakteris-

tikasına və göstəricilərinə görə rəqibləri qabaqlamaq ehtimalı; 

  kiçik müəssisənin məhsuluna mövsümi tələbat; 



  malların, işlərin və xidmətlərin nadirlik dərəcəsi; 

  vençur layihəsinin tətbiqinin ekoloji nəticələri; 



  şirkətlə  kommersiya  bankları  arasında  münasibətlərinin  etibarlılıq 

dərəcəsi; 

  məhsulu öz ticarət markası altında buraxmaq imkanı; 



  kiçik müəssisənin pul resurslarına olan hazırkı və gələcək tələbatı; 

  şirkətin elmi-tədqiqat və təcrübə konstruktor işlərinə xərcləri; 



  şirkətdə  çalışan  işçilərin  ixtisas  səviyyəsi  və  menecerlərin  peşə-

karlığı və s. 

Ə

gər sadalanan amillərin sərtliyi nəzərə alınsa, onda kiçik innovasiya 



biznesilə məşğul olan kiçik müəssisələrin xarici mühit amillərinin dəyişməsi 

meyillərini  qabaqcadan  görmək  və  ya  proqnozlaşdırmaq  olduqca  çətindir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

94 


Xarici amillər aşağıdakılardan ibarətdir: 

  analoji məhsul bazarının konyukturu; 



  innovasiya  biznesi  ilə  məşğul  olan  kiçik  müəssisənin  məhsuluna 

tələbatın dəyişilməsi dinamikası; 

  inflyasiyanın dəyişilməsi dinamikası; 



  ölkədə və regionlarda əhalinin məşğulluq səviyyəsi; 

  enerji daşıyıcılarının qiymətlərinin dəyişilməsi; 



  dövlətin liberal miqrasiya siyasəti; 

  ölkədə və regionlarda korrupsiyanın səviyyəsi və s. 



Vençur  ideyalarının  tətbiqilə  məşğul  olmağı  bacaran,  prinsipial  yeni 

elmtutumlu  işləmələrə  vəsait  qoymağa  hazır  olan  kiçik  müəssisələr  dövlət 

tərəfindən  hüquq,  texniki  və  iqtisadi  dəstək  almalıdırlar.  Bu  tip  müəssisə-

lərin qeydiyyatı qısa müddətdə və eyni zamanda sahibkarlar üçün minimum 

itkilərlə həyata keçirilməlidir. 

Məlum  olduğu  kimi,  sahibkarların  iqtisadi  azadlığında  ancaq  iki 

məhdudiyyət mövcuddur: vergi ödəmək və təbiətin mühafizə olunması təd-

birlərinə  riayət  etmək.  Qalan  bütün  məhdudiyyətlər  (lisenziya  şərtlərinə 

ə

məl etmək şəklində) “avtomatik” rejimdə işləyirlər, yəni müvafiq qanunlar 



və normativ-hüquqi sənədlərə hökmən riayət edilməlidir. 

Müəssisələrin  açılışı  və  fəaliyyət  göstərməsi  şərtlərinə  riayət  olun-

maması aşağıdakı nəticələrə gətirib çıxara bilər: 

  lisenziyadan məhrum edilər; 



  cərimələrə məruz qalar; 

  sahibkarın kredit almaq mexanizmində müvafiq dəyişikliklər edilər. 



Eyni  zamanda,  kiçik  biznes  sferasında  prinsipcə  yeni  elmtutumlu  is-

tehsalın işlənilməsi və mənimsənilməsilə məşğul olan və lisenziya şərtlərinə 

riayət  edən  müəssisələr  dövlət  tərəfindən  dəstəklənirlər.  Dövlət  həmin 

müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətinin  birbaşa  və  dolayısı  yolla 

stimullaşdırılması tədbirlərinin həyata keçirilməsinə yaxından kömək edir. 

Cavan,  sürətlə  inkişaf  edən  xüsusi  şirkətlər  üçün  vençur  maliyyələş-

dirmə  formasından  geniş  istifadə  olunmasına  əlverişli  şəraitin  yaradılması 

son  dərəcə  vacibdir.  Məlumdur  ki,  starta  qədərki  (seed)  və  start  (start  up) 

maliyyələşdirmə  sahibkarlar  üçün  ən  riskli  kapital  qoyuluşudur.  Məhz  ona 

görə  də  şirkətlərin  inkişafı  üçün  “start”  şəraitinin  dövlət  tərəfindən  dəs-

təklənməsi  vençur  maliyyələşdirməsinin  genişləndirilməsinə  ən  güclü  təsir 

göstərə bilər. 

Vençur maliyyələşdirməsinin ən vacib məsələlərindən biri investorlar 

yüksək gəlirlilik səviyyəsinə nail olmağa  səy göstərərkən onların qaçılmaz 

risklərini azaldan şərtlərin yaradılmasıdır. 

Bu şərtlərə aşağıdakıları aid etmək olar: 

  diversifikasiya - müxtəlif şirkətlərin innovasiya layihələrinə vəsait 



Бизнесин тяшкили вя идаря едилмяси 

95 


qoyuluşu. Bir şirkətə uğursuz vəsait qoyuluşunu digər müəssisənin gəlirləri 

kompensasiya  oluna  bilər.  Müxtəlif  qiymətləndirmələrə  görə  “hədəfə  düş-

mək”  ehtimalı  20  faizdən  çox  deyil,  bu  kapital  qoyuluşunu  vençur  (riskli) 

kapital qoyuluşu hesab etmək olar; 

  eyni  bir  innovasiya  layihəsinə  kapital  qoyuluşu  zamanı  müxtəlif 



investorların  səylərinin  birləşdirilməsi  əmanətçilər  arasında  bölüşdürül-

düyünə görə risk nəinki azalır, həm də investorların idarəetmə təcrübələrinin 

birləşməsi, işgüzar əlaqələri və s. ilə sinergetik effekt artır; 

  vençur  maliyyələşdirməsini  həyata  keçirənlərin  adından  müştərək 



vençur fondunun  yaradılması (məhdud məsuliyyətli maliyyə partnyorluğu). 

Bu  partnyorluğun  bütün  iştirakçıları  müvafiq  şəkildə  gəlir  əldə  edir  və 

qoyduqları vəsaitə mütənasib olaraq risk daşıyırlar; 

  vençur  fondunda  qoyulan  vəsaitlərin  effektivliyinə  və  səmərəli 



istifadəsinə cavab verən peşəkar rəhbərliyin təyin olunması; 

  bir və ya bir neçə vençur fondunun idarə olunmasını üzərinə götü-



rən ixtisaslaşmış vençur şirkətlərinin yaradılması. 

 

7.4. Ofşor biznesi 

 

İ

qtisadiyyatda,  xüsusilə  maliyyə  sferasında  qloballaşma  prosesi  ofşor 



maliyyə mərkəzlərinin, yaxud maliyyə zonalarının yaradılmasını zəruriyyətə 

çevirmişdir. Ofşor zona, yaxud ofşor maliyyə mərkəzi dedikdə ərazi, yaxud 

ölkə  başa  düşülür,  hansı  ki,  ofşor  şirkətlərinin  qeydiyyatına  və  fəaliyyət 

göstərməsinə  qanunvericiliklə  icazə  verilir.  Bu  tip  şirkətlərin  fəaliyyəti 

ölkədən, yaxud qeydiyyata alındığı ərazidən kənarda yerləşən mənbələrdən 

mənfəətin əldə edilməsinə əsaslanır.  

Ofşor zonalarda fiziki və hüquqi şəxslərin fəaliyyət göstərmələri üçün 

güzəştli  şərait  yaradılır,  hansı  ki,  həmin  ərazidə  bank  və  valyuta  qanunve-

riciliyi  nöqteyi-nəzərdən  iqtisadi  fəaliyyət  mərkəzi  olmur.  Başqa  sözlə, 

maliyyə  nəticəsinə  həmin  zonadan  kənarda  nail  olunur,  ancaq  əldə  edilən 

vəsait  zonanın  özündə  dövr  edir.  Ofşor  şirkət  yerli  fiziki,  yaxud  hüquqi 

şə

xslərlə  saziş  bağlaya  bilməz.  Burada  prinsipial  cəhət  ondan  ibarətdir  ki, 



beynəlxalq əməliyyatlara bu məhdudiyyət şamil edilmir. 

Bir qayda olaraq, xalis şəkildə ofşor şirkət dedikdə “kağız” şirkət, yəni 

kağızda fəaliyyət göstərən şirkət başa düşülür. O, şirkətin bütün formal əla-

mətlərinə  malikdir,  yəni  sahibləri,  direktorları  (menecerləri),  qeydiyyat 

sənədlərinin komplekti olur. Məhz buna görə də həmin şirkət maliyyə əmə-

liyyatlarını  aparmaq  və  vergiləri  azaltmaq  üçün  əlverişli  alət  sayılır.  Ofşor 

ş

irkət  bütün  əməliyyatları  yerləşdiyi  zonadan  kənarda,  xaricdə  həyata 



keçirir. 

XXI əsrin əvvəlinə dünyada 60-a yaxın ofşor mərkəzləri (zonalar) və 



Бизнесин тяшкили вя идаря едилмяси 

96 


1,5  milyondan  çox  ofşor  şirkətləri  mövcud  olmuşdur.  Ofşor  mərkəzlərində 

dünya  maliyyə  aktivlərinin  xeyli  hissəsi,  yəni  təqribən  6  trilyon  dollar 

civarında  maliyyə  aktivləri  cəmlənmişdir.  Burada  iri  dünya  banklarının  ya 

filialları,  ya  da  törəmə  strukturları  açılmışdır.  Ofşor  zonalarında,  həmçinin 

sığorta  biznesi  inkişaf  etmişdir.  Belə  ki,  təkcə  Bermud  adasında  1,5  minə 

yaxın  sığorta  şirkətləri  fəaliyyət  göstərirlər.  Ofşor  mərkəzlərinin  vasitəsilə 

dünya  pul  kütləsinin  yarısı  keçir,  xüsusi  şəxslərin  kapitalının  və  bankların 

xarici aktivlərinin təqribən 20 faizi investisiyalaşdırılır. 

Ofşor  biznesi  -  ofşor  zonalarda,  yəni  ofşor  şirkətlərinin  qeydiyyatına 

və  fəaliyyətinə  qanunvericiliklə  icazə  verilən  ərazilərdə  təşkil  olunmuş 

biznesdir. 

Ofşor  biznesinin  cəlbediciliyi  ondan  ibarətdir  ki,  şirkət  real  vergi 

güzəştləri edir, həmçinin hesabat işlərinin sadələşdirilməsinə icazə verir və 

valyutaya məhdudiyyət qoymur. 

Xaricdə qız şirkətlərinin yaradılması milli müəssisələrin xarici iqtisadi 

ə

laqələri  ilə  sıx  bağlıdır.  Maliyyə-sənaye  qruplarının  meydana  gəlməsi  ilə 



bu məsələ daha da aktual oldu. Qız müəssisəsini yaratmağı planlaşdırarkən 

onun  harada  qeydiyyata  alınması,  hansı  hüquqi  formanın  seçilməsi,  necə 

idarə  olunması  məsələsini  həll  etmək  lazımdır.  Bu  sahibkarın  məramından 

və ana şirkətin kommersiya əməliyyatlarında xarici firmaların iştirak səviy-

yəsindən asılıdır. 

Qız  şirkətlər  vəsaiti  daha  çox  ixtisaslaşmış  şəkildə  qoymağa,  ticari-

vasitəçi əməliyyatları yerinə yetirməyə, maliyyə və agent xidmətləri göstər-

məyə imkan verirlər. Əgər qız şirkəti işi ana şirkətin siyasəti və maraqları ilə 

bağlıdırsa, onda onun fəaliyyəti əhəmiyyətli iqtisadi effekt gətirir. 

Qız  şirkətin  yerləşdiyi  ölkənin,  onun  yurisdiksiyasının  seçilməsi  ilk 

növbədə gəlir vergisinin səviyyəsi ilə müəyyən edilir. 

Qız  şirkətin  maliyyə  və  vergi  planlaşdırılması  aşağıdakıları  özündə 

ehtiva edir: 

  kapitalın  idxal-ixrac  şərtlərinin  və  qız  şirkətin  gəlirlərinin  vətənə 



qaytarılması şərtlərinin öyrənilməsi, vergilərin müəyyənləşdirilməsi; 

  kredit resursları mənbələrinin axtarışı; 



  şirkətdaxili kreditvermə imkanlarının təhlili; 

  vergilərin  və  digər  xərclərin  azalmasını  təmin  edən  beynəlxalq 



ə

məliyyatlar sxeminin işlənib hazırlanması. 

Xaricdə  investisiya  fəaliyyətini  genişləndirdikdə  və  şirkətin  bir  neçə 

xarici filialı yarananda vergi itkilərinin aşağı salınmasını təmin edən təkrar 

investisiya  və  gəlirlərin  vətənə  qaytarılması  mexanizminin  işlənib  hazır-

lanması  tələb  olunur.  Belə  mexanizm  adətən  vergi  güzəşti  olan  zonalarda 

holdinq, maliyyə və sığorta şirkətlərini açmağı nəzərdə tutur. 

Xaricdəki  qız  şirkətləri  sahiblərinə  müxtəlif  imkanlar  və  üstünlüklər 



Бизнесин тяшкили вя идаря едилмяси 

97 


verir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq investorlar xaricdə müxtəlif 

profilli qız şirkətləri yarada bilərlər: 

a)  vasitəçi və agent müəssisələri, o cümlədən: 

  reklam,  informasiya  və  nümayəndəlik  fəaliyyətinə  ixtisaslaşan 



agent şirkətləri. Belə şirkətlər işgüzar əlaqələrin inkişafına və marketinq xid-

mətinin  keyfiyyətinin  yüksəlməsinə  kömək  edir,  ana  şirkətin  “imicini” 

artırır; 

  ticarət-vasitəçi,  ixrac-idxal  müəssisələri.  Belə  müəssisələr  xarici 



ticarət fəaliyyətinin effektivliyini yüksəldir və adətən ixrac-idxal əməliyyat-

larında  gəlirin  olduqca  böyük  hissəsini  udan  topdansatış  vasitəçilərinin 

xidmətlərindən imtina etməyə imkan verir. 

b) İstehsal profilli müəssisələr:  

  Xaricdə  istehsal-satış  tsiklinin  bir  hissəsini  həyata  keçirən  yığma, 



təmir,  servis  və  başqa  istehsal  müəssisələri.  Xarici  komplektləşdiricilərdən 

istifadə edərək  yığma müəssisələri ixrac olunan  malın xarici bazarın tələb-

lərinə  adaptasiyasına,  xarici  istehsal  və  texnoloji  standartlarına  keçməyə 

imkan verir; 

  Digər ölkələrdə obyekt inşasını həyata keçirən xarici partnyorların 



iştirakı ilə innovasiya layihələrini müştərək reallaşdıran müəssisələr; 

  Xaricdə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparan şirkətlər; 



  Ticarət  müəssisələri:  xarici  diler  və  distribüter  şəbəkələri,  alıcı 

ş

irkətlər; 



  Xarici ticarət fəaliyyətinə xidmət edən nəqliyyat-ekspeditor müəs-

sisələri; 

c)  İnvestisiya və maliyyə profilli müəssisələr: 

  Səhmlərə  və  müxtəlif  qiymətli  kağızlara,  xarici  ölkə  banklarına, 



digər  qız  şirkətlərinə,  daşınmaz  əmlaka  və  başqa  aktivlərə  vəsait  qoymaq 

yolu ilə kapitalı effektiv idarə etməyə imkan verən holdinq şirkətləri; 

  Ana  şirkətin  xarici  qız  şirkətlərinə,  həmçinin  azad  müştərilərə 



kredit verməkdə, kredit vasitəçiliyində və başqa maliyyə xidmətlərində ixti-

saslaşan maliyyə şirkətləri. Vasitəçi maliyyə və holdinq şirkətləri vasitəsilə 

xaricdə kredit resurslarının və nizamnamə kapitallarının, həmçinin onlardan 

gələn gəlirlərin beynəlxalq köçürmələri həyata keçirilir; 

  Şirkətdaxili  sığortadan  qənaət  əldə  etməyə  imkan  verən  sığorta 



ş

irkətləri; 

  Trast  şirkətləri  və  fondları.  Trast  şirkətləri  müştərilərin  kapitalını 



idarə etmək üzrə mərkəz rolunu oynayırlar. 

Xarici qız şirkətləri şirkətin maliyyə siyasətinə çeviklik verir (belə ki, 

ticarət  konyukturundan  asılı  olaraq  gəlir  mal  dövriyyəsinin  genişləndiril-

məsinə  istiqamətləndirilə  bilər  və  ya  investisiyaya  qoyula  bilər),  dünya 

bazarlarında  geniş  sahibkar  ekspansiyası  üçün  imkan  yaradır,  ana  şirkətin 


Бизнесин тяшкили вя идаря едилмяси 

98 


xarici  iqtisadi  əməliyyatlarını  yüngülləşdirir.  Bir  qayda  olaraq  xarici  şir-

kətlər qapalı tip səhmdar cəmiyyəti şəklində yaradılır. 

Xaricdə  investisiya  qoymağa  başlayan  sahibkarların  ilk  addımı  vergi 

güzəşti olan zonalarda, yəni o ölkələrdə ki, xarici investorlar əlverişli hüquqi 

və vergi güzəştləri alırlar, qız şirkətləri yaratmaqdan ibarətdir. 

Vergi  güzəştləri  ənənəvi  olaraq,  xarici  investorların  gəlirləri  praktiki 

olaraq vergilərdən tamamilə azad olunduğu “vergi limanlarında” və ya ofşor 

zonalarda  verilir.  Qız  şirkətləri  “vergi  limanlarında”  ana  şirkətin  xarici 

iqtisadi fəaliyyətini əhəmiyyətli dərəcədə artırmağı bacarırlar. Bununla əla-

qədar  ən  müxtəlif  funksiyaları  yerinə  yetirən  bir  neçə  qız  müəssisəsini  y-

aratmaq zərurəti yarana bilər. 

Təyinatından  asılı  olaraq  güzəştli  vergi  yurisdiksiyasında  yerləşdiril-

miş  və  ana  şirkətin  fəaliyyəti  ilə  bağlı  əməliyyatları  yerinə  yetirən  ofşor 

ş

irkətlərinin standart tipləri yaranmışdır: 



  Holdinq  tipli  şirkətlər:  investisiya,  daşınmaz  əmlaka  və  əqli  mül-

kiyyət obyektlərinə sahiblik üzrə operativ-holdinq şirkətləri; 

  Ticarət-vasitəçi şirkətlər: ixrac-idxal, alıcı və distribüter şirkətləri; 



  Maliyyə  profilli  şirkətlər:  ofşor  bankları,  maliyyə-vasitəçi  və  sı-

ğ

orta şirkətləri. 



Bəzən vergi güzəştli zonalarda ana şirkətin əsas fəaliyyəti ilə məşğul 

olan kiçik şirkətlər yerləşdiririlir. 

Qız  şirkətlərini  açarkən  ixtisaslaşmış  müəssisələrin  xidmətlərindən 

istifadə etmək məqsədəuyğundur. Müştərilərin tapşırığı ilə şirkətin qeydiy-

yatını  və  idarə  edilməsi  işini  sərəncamında  zəruri  informasiyaları  və  tex-

nologiyaları  bilən  ixtisaslı  kadrlar  olan  maliyyə,  yaxud  katiblik  şirkətləri 

həyata keçirirlər. 

Dünya  praktikasında  bütün  ölkələr  vergiqoyma  və  kommersiya  fəa-

liyyətinə, qız şirkətlərinin yaradılmasına çəkilən xərclərin həcminə görə üç 

böyük qrupa bölünürlər. Birinci qrupa daxil olan sənayecə inkişaf etmiş ən 

iri ölkələrdə (ABŞ, Almaniya, Yaponiya,  Böyük Britaniya,  Fransa,  İtaliya) 

gəlir vergisi xalis gəlirin 40-50 faizini təşkil edir. Təsərrüfat subyektlərinin 

fəaliyyəti ciddi şəkildə nizamlanır, şirkətdaxili əməliyyatları və vergidən ya-

yınmaq  məqsədilə  xarici  şirkətlərdən  istifadəni  məhdudlaşdıran  xüsusi  hü-

quqi normalar mövcuddur. Bu ölkələrin qanunlarında səhmdar cəmiyyətləri 

üçün minimum nizamnamə kapitalı böyük həcmdə müəyyən edilir. Məsələn, 

Almaniyada - 100 min marka, Fransada - 500 min frank.  İkinci və üçüncü 

qruplara daxil olan ölkələr vergi güzəştli zona kimi nəzərdən keçirilir. İkinci 

qrup  ölkələrdə  gəlir  vergisi  kifayət  qədər  yüksək  səviyyədə  olduqda  aşa-

ğ

ıdakı hallarda xüsusi vergi güzəştləri sistemi tətbiq olunur: 



a)  Şirkətin  müəyyən  tip  fəaliyyəti,  o  cümlədən  holdinq,  maliyyə  və 

ticarət fəaliyyəti; 



Бизнесин тяшкили вя идаря едилмяси 

99 


b) Pul köçürmələri və gəlirlərin vətənə qaytarılması mexanizmi. 

Bu  ölkələrdə  dividendlərin  ölkədən  çıxarılmasından  və  öz  vətəninə 

qaytarılmasından, bank faizlərindən və gəlirin bir neçə başqa növündən tu-

tulan vergilər adətən aşağı salınır. Bu qrup ölkələr liberal valyuta və gömrük 

rejimləri ilə fərqlənirlər. 

Üçüncü  qrupa  hüquqi  şəxslərin  qeydiyyatının  son  dərəcə  sadələş-

dirildiyi və gəlir vergisinin əhəmiyyətli dərəcədə aşağı salındığı (və ya heç 

olmadığı) törəmə şirkətlər və ya inzibati ərazilər - “vergi limanları” daxildir. 

Bir  qayda  olaraq  bunlar  Avropanın  keçmişdə  koloniya  olmuş  cırtdan 

ölkələridir  və  ya  inkişaf  etmiş  ölkələrdən  ayrılmış  özünüidarəetmə  ərazilə-

ridir. Anoloji şərait xarici investisiyaları cəlb etmək üçün  yaradılmış “azad 

iqtisadi zonalarda”, həmçinin “vergi limanı” əlamətlərinə malik olan inzibati 

törəmələrdə, ştatlarda və dairələrdə də mövcuddur. 

“Vergi  limanlarına”  tipik  misal  kimi  Avropada  Lixtenşteyn,  Malta, 

Andorra,  Monako  kimi  cırtdan  dövlətləri  göstərmək  olar.  Böyük  sayda 

“vergi limanları” üçüncü ölkələrdə, məsələn, Panama, Kosta-Rika və başqa 

ölkələrdə yerləşir. 

Ş

irkətlərin  “vergi  limanlarında”  yerləşdirilməsinin  vacib  üstünlük-



lərinə qeydiyyat prosedurlarının ucuzluğu və sadəliyi aiddir. Yeni şirkət bir 

neçə gün ərzində açıla bilər.  

“Vergi  limanlarının”  xarici  investorlar  üçün  cəlbedici  aşağıdakı 

xüsusiyyətləri vardır: 

1.  Gəlir vergisi yoxdur və ya o müxtəlif ölkələrdə ildə 150-1000 dol-

lar civarında olan və gəlirin həcmindən asılı olmayan illik yığımla əvəz olu-

nur.  Gəlirlərin  -  dividendlərin,  bank  faizlərinin  və  başqa  ödəmələrin  - 

ölkədən daşınmasına vergi tutulmur. 

2.  Qeydiyyat proseduru maksimum sadələşdirilib: adətən nizamnamə 

kapitalının  minimum  ölçüsü  təyin  olunmur;  şirkət  sahiblərinin  adı  açıq-

lanmır  -  onların  adları  yalnız  törədilmiş  cinayət  faktı  üzrə  istintaq  aparılan 

halda (fırıldaqçılıq, narkotiklərlə qeyri-qanuni ticarət və s.) açıqlanır. 

3.  Ölkədən  valyuta  çıxarılmasına  məhdudiyyət  yoxdur.  Şirkət  istə-

nilən xarici ölkə banklarında istənilən valyuta ilə depozit aça bilər, istənilən 

valyutada məhdudiyyətsiz ödəmələr həyata keçirə və ala bilər. 

4.  Şirkətlərin  idarə  olunması  proseduru  son  dərəcə  sadədir.  Bəzən 

şə

rtidir  -  bu  zaman  sahibkarın  vəkalətnaməsi  üzrə  idarəetmə  işi  katiblik 



ş

irkəti tərəfindən həyata keçirilir. Bir sıra “vergi limanlarında” təqdim edən 

üçün səhmlər buraxmaqla sahibkarın anonimliyi təmin olunur. 

5.  “Vergi  limanları”  ölkələrinin  əksəriyyətində  vergi  və  gömrük 

qanunvericiliyinin  pozulması  cinayət  sayılmır.  Burada  şirkətlərin  uçotunun 

aparılması və ya vergi deklarasiyası haqqında hesabat tələb olunmur. Xarici 

auditorlar  “vergi  limanlarının”  heç  də  hamısında  yoxlamalar  aparmırlar  və 

ş

irkətin hesabları ancaq sahibkarların qərarı ilə yoxlanılır. Hesabat işlərinin 



Бизнесин тяшкили вя идаря едилмяси 

100 


yeganə forması illik maliyyə hesabatıdır. 

Ş

irkətlərin  “vergi  limanlarında”  yerləşdirilməsi  vergiqoymanın  müla-



yim olduğu zonalardakına və inkişaf etmiş sənaye ölkələrindəkinə nisbətən 

ucuz başa gəlir. 

Ş

irkətlərin  yaradılmasına  və  fəaliyyətlərinin  dəstəklənməsinə  çəkilən 



xərclərin  artırılması  mülayim  vergi  sistemli  yurisdiksiyalarda  bu  şirkətlər 

üçün bir sıra üstünlüklərə səbəb olur. 

Ə

gər yüksək vergiqoyma səviyyəsi olan ölkələrə vəsait qoymaq lazım 



gəlirsə, onda adətən kapitalın yerdəyişməsi zamanı olan liberal vergi rejimi 

olan  ölkələrdə  (Niderland,  Lüksemburq,  İsveç,  Lixtenşteyn)  holdinq  şir-

kətlər yaradılır.  

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin