55 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər çirilmiş Türk Dövlət Başçılarının III Zirvə Görüşündə söylədiyi aşağıdakı
fikirlər diqqəti cəlb edir: “Bizim respublikalarımız Sovet İttifaqına daxil
olarkən həm iqtisadi baxımdan, həm də mədəni dəyərlərlə mübadilə ba-
xımından görüşlər keçirilməsi, bir-birinə nümayəndə heyəti göndərilməsi
baxımından daha sıx bağlı idilər. İndi bu əlaqələr zəifləmişdir. Amma biz
istəyirik ki, bu əlaqələr geniş olsun. Tarixi keçmişimizi, ümumi köklərimizi,
bizi bu görüşə toplayan zəmini əsas tutaraq Azərbaycan dövləti istəyir ki,
Mərkəzi Asiyanın bütün ölkələri daha sıx iqtisadi, mədəni, elmi-texniki
əməkdaşlıq yaratsın və bu inteqrasiyaya daxil olsun”.
Yeni mexanizmin formalaşdırılmasında Türkiyənin də rolu danılmaz-
dır. Türkiyə Prezidenti Turqut Özalın da qeyd etdiyi kimi, soyuq müharibənin
başa çatması və SSRİ-nin dağılması Türkiyəyə regionda lider ölkə olmaq
imkanı qazandırıb. “XXI əsr türk əsri olacaq”, “Adriatik dənizindən Çin
səddinə uzanan Türk Dünyası” kimi idealların müəyyən formada reallaşma-
sına çalışan Türkiyə regionda təsir imkanlarını genişləndirməyə, türkdilli
dövlətlərlə eyni dəyərlərə əsaslanan əməkdaşlığını sürətləndirməyə, digər
tərəfdən də bu dövlətlərin beynəlxalq aləmə inteqrasiyasında “birləşdirici
həlqə” rolunu oynamağa səy göstərib.
1992-2001-ci illər arasında təşkil olunmuş yeddi zirvə görüşü türk-
dilli ölkələr arasında və ümumən regionda mövcud olan problemlərin,
əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.
Lakin bu dövrdən etibarən zirvə görüşlərində fasilə yarandığı müşahidə
edilirdi. Bu da ölkələrin daha çox ikitərəfli əməkdaşlığı ön plana çıxarma-
sı, Qərbin regiona olan marağının artması və Rusiyanın əvvəlki nüfuzunu
bərpa etmək istəyi ilə izah edilə bilər.
Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının 5 illik
fasilədən sonra bərpa edilməsi təşəbbüsü tarix, din və mədəniyyət birliyinə
sahib olan dövlətlərin sadəcə siyasi deyil, dövrün reallıqlarına və tələblərinə
uyğun şəkildə iqtisadi və ticarət əlaqələrinin də genişləndirilməsi istəyindən
və daha praqmatik əsaslara söykənən əməkdaşlıq perspektivlərinin müəyyən
edilməsi səylərindən irəli gəlir. Türkdilli ölkələrin daimi fəaliyyət göstərən
təşkilatının yaradılması niyyəti də bu səylərin təzahürüdür. Xüsusilə qeyd
etmək lazımdır ki, 2009-cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilmiş Türk-
dilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə türkdilli ölkələrin
Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul olunub ki, bu, türk-
dilli ölkələr arasındakı əməkdaşlıq mexanizminin işlək strukturunun forma-
laşdırılması istiqamətində atılmış addımdır.