57 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər hərbi, mədəni-ideoloji və digər sahələrdə daha geniş, əhatəli birgə addımla-
rın atılması üçün yeni imkanlar yaradacaq. Prezident İlham Əliyev bununla
bağlı bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd strateji əhəmiyyət
daşıyır və tərəflərin tam şəkildə müttəfiqliyini nümayiş etdirir: “Bu gün
həqiqətən tarixi bir gündür və belə bir gündə bərabər olmağımızdan çox
məmnunam. Əminəm ki, bu gün Türkiyə və Azərbaycan arasında imzalan-
mış tarixi sənəd hər iki ölkənin münasibətlərinin gələcək inkişafını təmin
edəcək... Bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri
mövcuddur. Bu əlaqələr bu gün zənginləşir və yeni səviyyəyə qalxır. Bu
münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Möhkəm
təməl üzərində biz bu əlaqələri qururuq. Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri daim inkişaf edir və bu gün
bu əlaqələr müttəfiqlik səviyyəsinə qalxır”.
Məhz belə bir kontekstdə, 2006-cı ildə Antalyada keçirilmiş Türkdil-
li Ölkələrin Dövlət Başçılarının Zirvə Görüşündə təklif edilmiş Türkdil-
li Dövlətlərin Parlament Assambleyasının yaradılması türkdilli ölkələr
arasında əməkdaşlığın mühüm amili olub. Parlament diplomatiyasının
əhəmiyyətinin və rolunun xeyli artdığı müasir dünyada bu qurumun yara-
dılması türkdilli ölkələr arasında parlamentlər birliyi şəklində ortaq bir me-
xanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək siyasi ba-
xışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata
keçirilməsinə imkan verir.