56 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər İki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında
Birgə Bəyannamənin imzalanması Bakı-Ankara münasibətlərində yeni
keyfiyyət dəyişiklikləri yaratmaqla yanaşı, bütün sahələrdə daha geniş və
əhatəli addımların atılması üçün əlavə imkanlar formalaşdırır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Dövlət Baş-
çılarının X Zirvə Görüşündə iştirakı çərçivəsində Türkiyə Respublikasının
Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla iki ölkə
arasındakı strateji münasibətlərin inkişaf meyillərinə dair fikir mübadiləsi
aparıb. Prezident İlham Əliyevin Baş nazir Rəcəb Tayyib Ərdoğanla “Çıra-
ğan” sarayında görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının ya-
radılması haqqında” Birgə Bəyannamə imzalanıb. Bəyannamənin imzalan-
ması ilə ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm
qoyub.
Tarixin müxtəlif dövrlərində olduğu kimi son zamanlar da bəzi güclər
Azərbaycanla Türkiyə arasında nifaq toxumu salmağa hesablanmış addım-
lar atırlar. Daha doğrusu, dünyanı idarə edən bəzi qlobal aktorlar və onla-
rın əlaltıları özlərinin milli və transmilli maraqlarını reallaşdırmaq naminə
dağıdıcı siyasi aktlar gerçəkləşdirməklə iki qardaş ölkənin münasibətlərinə
zərbə endirməyə çalışırlar. Məsələn, “Böyük Ortadoğu” layihəsinin növbəti
halqası olan Türkiyə ilə Ermənistan arasında “Sürix protokolları”nın im-
zalanmasına cəhd etməklə nəhəng aktorlar Cənubi Qafqazda yeni ge-
osiyasi xəritə yaratmağa meyil edirlər. İşğalçı Ermənistanın blokada-
dan çıxması məqsədini də ehtiva edən bu protokol Azərbaycan-Türkiyə
münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə ara-
sındakı tarixi təməllərin sarsılması mənasına gəlirdi. Amma Azərbaycanın
praqmatik siyasi-strateji kursuna paralel olaraq Türkiyə özünün və ən ya-
xın tərəfdaşının milli maraqlarını zərbə altına qoymayaraq protokolların
təsdiqlənməsindən imtina etməklə növbəti dəfə dünyaya sarsılmaz qar-
daşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Rəsmi Ankara birmənalı şəkildə
bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan -
Ermənistanın işğalına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz.
Bundan başqa, Qərbin və onun tərəfdaş aktorlarının (buraya bəzi hərbi-
siyasi alyanslar, bir sıra beynəlxalq təşkilatlar daxildir – müəllif) təxribat
xarakterli addımları da Bakı-Ankara tandeminin əsaslarını sarsıda bilmədi.
Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq
Şurasının qurulması haqqında bəyannamənin imzalanması siyasi, iqtisadi,