Elşən Misir oğlu Nəsibov


Proqramlarda bu kimi məsələlər öz əksini tapa bilər



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə123/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   119   120   121   122   123   124   125   126   ...   140
Azf-286777

 
Proqramlarda bu kimi məsələlər öz əksini tapa bilər: 
 
Proqramda  namizədin  aktivliyi  və  dövlət  siyasətinin  gələcək  yeni 
konturlarının  əsasları  xüsusi  qeyd  olunmalıdır.  Belə  bir  prinsip  ortaya 
qoyulmalıdır ki, namizəd hansı şəkildə yeni siyasətin müəyyən olunmasında 


96 
 
iştirak  etməlidir.  Burada  onun  bilik  və  bacarığı,  istedad  və  qabiliyyəti 
önəmlidir.  İdeyavericilik,  gələcəyə  yönəlik  yeni  siyasi  baxışlar  da  bu  kimi 
kriteriyaların köməyi ilə yaranır: 
-yeni  formalaşacaq  parlamentin  yeni  funksiyalarının  (konstitusion 
səlahiyyətlər  daxilində)  müəyyən  olunmasında  gələcək  deputatın  rolunun 
ə
sasları; 
-namizədin  deputat  seçiləcəyi  təqdirdə  parlamentin  yeni  funksiyasında 
(yəni  yeni  tərkibli  parlamentdə)    iştirakçılığının    əsasları-təşkilatçılıq  və 
müəyyənedicilik baxımından oynayacağı rollar; 
-namizədin ideyavericiliyi və təşəbbüskarlığının əsasları; 
-dövlətin  daxili  və  xarici  siyasətinin  yeni  konturlarının  normativ-hüquqi 
ə
sasları; 
-dövlət siyasətinin yeni strateji və taktiki məzmunu və forması; 
-qanun layihələrinin hazırlanması və qəbulu proseslərində seçilmişin aktiv 
iştirakı; 
-deputatın nizam-intizamlı parlament ənənəsinin qorunub saxlanılmasında 
rolu və parlament etikasının qorunmasında iştirakı; 
-dövlətin  və  xalqın  mövcud  maddi  və  mədəni  dəyərlərinin  qorunub 
saxlanılması və inkişafı üçün siyasətdə iştirak qaydaları və formaları; 
-parlamentin  cəmiyyətin  aynası  kimi  qorunub  saxlanılmasında  gələcək 
deputatın fəaliyyəti və xidmətləri; 
-digər hakimiyyət qolları ilə əlaqəli fəaliyyətin göstərilməsi əsasları; 
-xalqın  mənəvi-mədəni  irsinin  qorunmasında  və  inkişafında  parlamentin 
rolunun müəyyən olunması; 
-parlamentlə cəmiyyətin bağlılığında deputatın rolu; 
-dövlətdə  parlamentçiliyin  qorunması  və  demokratiya  və  plüralizm 
mərkəzi kimi qurumun cəmiyyətdə hörmət və dəyərinin qorunub saxlanılması 
ə
sasları; 
-parlamentə olan inam və etimadın doğruldulması əsasları; 
-seçici  etimadının  daima  yüksək  səviyyədə  qorunması  və  seçici-
nümayəndə  və  parlament  hakimiyyəti  arasında  sintezin  və  vəhdətin 
yaradılması və s. 
Proqramlarda  yerli  sosial  problemlərin  mərkəzi  dövlət  siyasəti 
çərçivəsində  də  həll  edilməsinin  əsasları  əksini  tapmalıdır.  Buna  görə  də 
deputat olacaq şəxs mütləq dövlət siyasətinin yerli və mərkəzi mahiyyətini və 
onlar arasında sintezləşmiş bağlılığı dərk etməlidir 
Proqramın  müddəlarını  çox  yazmaq  olar.  Hər  bir  namizədin  isə  məxsusi 
proqramı olmalıdır və müddəalar konkret yazılmalıdır.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin