95
özünü tapmaq deməkdir. İştirakçılıq bu kontekstdə həm də dövlətçilik və
parlamentçilik etikasının zəruriliyi amilini ortaya çıxarır. İştirakçılıq,
nümayəndə ilə təmsil olunma və təmsiletmə hakimiyyət intizamının
yüksəkliyini tələb edir. Yəni, parlament bir obrazlanma məkanıdır və şəxs
özünü və seçicilərini (xalqın bir qismini) bu qurumda dövlətlə bağlayır.
Hakimiyyətin iradəsini xalqa və dövlətə xidmətə yönəldir. Buna görə də
seçilən şəxsin hazırlıqlı olması, geniş düşüncələrə malik olması labüddür.
Nümayəndə olan şəxsin özünün və seçicilərinin iradəsi nəzəri baxımdan
namizədin irəli sürdüyü proqramda əks olunmalıdır.
Müvafiq qurum (Mərkəzi Seçki Komissiyası) tərəfindən deputatlığa
namizədliyi təsdiq olunmuş hər bir şəxs seçki proqramı irəli sürür. Bu proqram
onun namizədliyi irəli sürülmüş müvafiq dairədə seçki təbliğatının və
təşviqatının tərkibini təşkil edir. Proqram seçicilərin vahidləşmiş fikir
formalarını da üzərə çıxarır. Proqram ayrı-ayrı baxışları olan seçiciləri bir
araya toplaya bilir, xətti tərəflik yaradır.
Namizədin seçki proqramı həm öz dairəsini həhatə etməli, dairənin bir
çox problemlərinin gələcək həllinin yerli və mərkəzi səviyyədə təmin
olunmasına çalışmanı göstərməli, həm də mərkəzi dövlət siyasətinin (ali
məzmunlu daxili və xarici siyasətinin) gələcək yeni əsaslarını əks etdirməlidir.
Bu baxımdan da yerli və mərkəzi istiqamətlər üzrə vəhdətlik təşkil etməlidir.
Proqram nəzəri olmaqla yanaşı (forma olaraq), real problemlərin həllini
özündə əks etdirən praktik məzmunu da ifadə etməlidir. Proqram yığcam,
məntiqli və dolğun ifadələrdən ibarət olmalıdır. Proqram strateji və taktiki
məzmunu özündə cəmləşdirməlidir. Gələcək siyasi istiqamətləri aydın və elmli
ə
saslarla ifadə etməlidir. Onu da nəzərə almaq lazımdır ki, hər bir namizəd
dövlət, dövlətçilik, cəmiyyət və cəmiyyəti təmsil etmək, hakimiyyət və
idarəçilik fəlsəfəsini müəyyən qədər dərk etməlidir. Namizəd hüquq və siyasi
sistemin mahiyyətini başa düşməlidir. Dövlətin qanunvericilik sistemini və
konstitusiya əsaslarını anlamalıdır. Deputat olan şəxs dövlətin hüquq
müəyyənetmə siyasətinə bələd olmalıdır. Çünki onun əsas funksiyası, vəzifəsi
həyatı nizama salan hüquq normalarına olan münasibətlərdən ibarərdir. Dövlət
bütün rəsmi münasibətləri hüquq norması ilə qaydalara salır. Bu kimi əsas
prinsipləri və istiqamətləri şəxsin bilməsi çox önəmlidir. Deputat dövlət
siyasətinin strukturlarını müəyyən qədər anlamalıdır və müstəqil fikir
yürütmək qabiliyyətinə sahib olmalıdır. Depuata özünün ictimai və sosial
həyatını həm də parlamentdəki xidmətlərində əks etdirməlidir.
Dostları ilə paylaş: