103
Strateji sahələrin inkişafı üçün dövlət tərəfindən strateji-konseptual
sənədlər (konsepsiyalar, proqramlar, doktrinalar, strateji fəaliyyət planları)
qəbul olunur. Bu kimi sənədlər dövlət qanunvericiliyndən meydana gəlir və
qanunvericiliyin tərkibi kimi onun təmin olunmasında mühüm rol oynayır.
Qanunvericilik istiqamətlərin yaranması üçün əsas stimul rolunu oynayır,
strateji sənədlərin qəbuluna əsas verir.
Strateji sahələr o sahələrdir ki, orada daha çox planlar qurulur. Tərkibi
taktiki hissələrdən daha çox ibarətdir. Strateji sahələr faydaları çox olan
sahələrdir. Strateji sahələr elementlərin təminatını (məsələn, dövləti təşkil edən
elementlərin) daha çox həyata keçirən sahələrdir. Belə sahələrdə hərəkət və
forma dəyişmələri, məkan dəyişmələri daha çox xarakterikdir. Strateji sahələr
daha çox sistemli və strukturlu, geniş mexanizmli sahələrdir. Məsələn,
iqtisadiyyat burada öncül yerdə dayanır. Bütün iqtisadiyyat sistemi dövlətin
Dostları ilə paylaş: