102
tərkibi olaraq hakimiyyət strategiyasını formalaşdırır. Hakimiyyətin daxili
strukturlarında islahatlar həyata keçirir, yeni strukturlar yaradır. Yeni
islahatların məqsədi sahələr və obyektlər üzərində yeni tənzimləmə
strategiyasını və taktikasını tətbiq etməkdən ibarət olur). Dövləti təşkil edən
elementlərin hərəkətləri (üst və alt elementlərin hərəkətləri) daima yeni strateji
və taktiki əhəmiyyət kəsb edən vəziyyətlərin ortaya çıxmasını təmin edir.
Dövlətin mühüm əhəmiyyət kəsb edən sahələri, strukturları onun strateji,
yəni vacib, fundamental, aparıcı avanqard sahələri adlanır. Hansılar ki, dövlət
baza etibarilə bu sahələr üzərində qurulur. Dövlətin əsas fəaliyyətini təmin
edən, onu baza olaraq hərəkət vəziyyətində saxlayan baza sahələr strateji
sahələrdir. Baza sahələrdə proseslər mahiyyətinə və miqyasına görə strateji və
taktiki adlanır. Strateji sahələr dayaq sahələridir və genişlənmə həm də
taktika ilə müəyyən olunur. Yəni, strateji sahələrdə həyata keçirilən islahatlar
özlüyündə taktiki məzmun kəsb edir.
Dövlətin fəaliyyəti strateji və cari
taktiki sahələrdən ibarətdir. Strategiyanın cari olaraq, yəni zamanla həyata
keçirilməsi özlüyündə taktiki sahələrin, üst sahələrin də formalaşmasını və
yenilənməsini təmin edir.
Fəaliyyətin strateji və taktiki məzmununu miqyas və kəmiyyət, həcm
müəyyən edir. Strateji fəaliyyət makro, takitiki fəaliyyət isə mikro
strukturladan ibarətdir. Taktiki sahələr makro sahələrin içərisində qərarlaşır.
Taktika həm də strategiyanın qorunmasına yönəlir. Məsələn, elə konstitusiyaya
ə
məl olunması, qanunların icrası, proqram və doktrinaların, digər konseptual
və çərçivə sənədlərinin icrası özlüyündə strategiyanın inkişaf və müdafiə
təminatını yerinə yetirir. Müəyyən olunmuş strategiya taktikaların tətbiqi ilə
tamamlanır. Strateji sahələrdə elementlər toplusu çoxluq təşkil edir. Strateji
sahələrdə miqyas genişlənir. Elementlərin sayı və tətbiqi sahələri çoxalır.
Strateji sahələr daha çox
proqnozlaşdırıcı və
planlaşdırıcı əhəmiyyətə
malik olur. Strateji sahələr şaxəli olduğundan burada proqnozlaşdırma və
planlaşdırma şaxəli və konseptual əhəmiyyət kəsb edir. Strateji sahələr
ölkənin daxilində və beynəlxalq münasibətlərdə mövcud olur. Dövlət öz
mövcudluğunu daxili və xarici strategiyasının icrası ilə təmin edir. Hər iki
sahədə olan strateji sahə bir-birini tamamlayır. Nəticəsi isə dövlətin
güclənməsinə
və
möhkəmlənməsinə
xidmət
edir.
Dostları ilə paylaş: