Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə121/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   117   118   119   120   121   122   123   124   ...   140
Azf-286777

İ
rrasionallıq
 isə  məntiqə əsaslnamayan, elmi qaydalara  uyğun olmayan, 
ağılın  və  məntiqin  qaydalarından    “kənara  çıxan”  və  qeyri-sistemli 
proseslərdən  meydana  gələn  vəziyyətlərdir.    İrrasionallıq  qeyri-kafilik  və 
qeyri-yetişkənlikdir.  Burada  kəmiyyət  ola  bilir  ki,  keyfiyyəti  üstələyir.  Hətta 
ardıcıllığın pozulmasından xaotiklik meydna gəlir.   
Seçki  prosesləri  də  rasional  və  irrasional  xarakterə  malik  olur.    Rasional 
seçki  o  deməkdir  ki,  bütün  proseslər  qanunuvericiliyin  tələblərinə  uyğun 
olaraq  təşkil  olunur  və  tənzimlənir.  Hüquq  normalarına  əməl  edilməklə 
seçkinin  həyata  keçirilməsi  özlüyündə  rasionallığı  meydana  gətirir.  
Proseslərin  təşkilində  sistemlilik  mövcud  olur.  Səsvermə  və  namizədlərin 
müəyyən  olunması  prosesləri  də  rasional  olur.  Namizədlərin  müəyyən 
olunmasında  rasional  yanaşma  əsasdır.  Bu,  o  deməkdir  ki,  namizəd  seçimi    
ağıllı,  düşünülmüş  olmalıdır.  Namizədin  özünün  rasional  tələblərə  cavab 
verməsi  ilkin  şərtdir.  O,  ağıllı,  savadlı,  məntiqli,  nizam-intizamlı  olmalıdır. 
Ə
məlləri ilə cəmiyyətə və dövlətə faydalar gətirən olmalıdır.  
Güclü  dövlətlərdə,  sabit  və  inkişaf  etmiş  cəmiyyətlərdə  seçki  prosesləri 
müqayisədə daha da rasional olur. Çünki belə cəmiyyətlərdə fərdin namizədin 
müstəqil  dəyərləndirməsi  halları  yaşanır.  Fərd  özünün  namizəd  seçimində 
müstəqil  olur  və  özü  obyektinin  qabiliyyətini  müstəqil  müəyyən  edə  bilir. 
İ
rrasional,  ənənəvi  cəmiyyətlərdə,  eləcə  də  infantil  (qüsurlu,  qeyri-yetişkən) 
cəmiyyətlərdə    isə  proseslər  daha  çox  irrasionallığı  (kortəbiiliyi)  ilə  fərqlənir. 
Namizədin  seçimində  ailənin  digər  hüquqlu  üzvləri  üçün  ailə    başçılarının 
seçimi,  tayfa  ağsaqqallarının  seçimi  önəm  kəsb  edir.  Seçki  proseslərində 
məişət xarakteri və məişət adətləri önə gəlmiş olur və şərtləndiriciliyi yaradır. 
Kasıb  və  qeyri-müstəqil,  məişət,  sosial  və  siyasi  krietriyalarına  görə 
asılılığın ifrat formasının mövcud olduğu cəmiyyətlər üçün irrasional proseslər 
xarakterikdir.  
Kortəbii  seçki  zamanı  namizədin  təsadüfiliyi  meydana  gəlir.  Kütlənin 
kortəbii seçimi sonradan onların siyasi faydalanmamalarıan səbəb olur. Qeyri-
rasional  kriteriyalara,  tələblərə  görə  seçim  yalnışlıq  yaradır  və  seçilmiş 
namizədin  təmsilçilik  keyfiyyətlərini  yerinə  yetirə  bilməməsinə  səbəb  olur. 
İ
rrasional  seçki  prosesləri  öz  mahiyyətinə  görə  şou  xarakteri  kəsb  edə  bilir. 
Təbliğat və təşviqat seçiciləri ilkin təəssüratda ruhlandıra bilir.   Sonradan isə 
dəyərli təmsilçilik ortaya çıxmır. Bundan daha çox seçici əziyyət çəkir; çünki 
siyasi hakimiyyətdə öz nümayəndəsi ilə layiqincə  iştirak edə bilmir.   

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin