37
arasında əlaqələr və münasibətlər tənzimlənir. Hər bir subyekt öz vəzifə və
funksiyalarını müəyyən edir, icrasını təmin edir. Dövlətin hüquqla müəyyən
etdiyi, onun hüquqlarını qəbul etdiyi vətəndaş, qeyri-vətəndaş dövlətin
sakinləridir. Onların hüquqları dövlət tərəfindən müəyyən edilir və icrası təmin
olunur. Dövlət özündə vətəndaşın və qeyri-vətəndaşın hüququnu əks etdirən
daxili və beynəlxalq hüquqları qəbul edir. Hüquq sistemi, hüquq müstəvisi
normalar şəkilində dövlət tərəfindən formalaşdırılır.
Dövlət hüquq və siyasət sisteminin vəhdətindən ibarət olan bir qurumdur.
Hüquq sistemi siyasətlə formalaşdırılır. Hüquq sistemi hakimiyyətin
fəaliyyətinin əsas norma və qaydalarını müəyyən edir. Hüquq sistemi dövlətin
qanunvericilik vasitələrinin cəmindən ibarət olan sistemdir. Hüquq sisteminin
tərkibinə onu yaradan, yəni müəyyən edən və icrasını təmin edən subyektlərin
hüquqlarını ifadə edən hüquq normaları və qaydaları sistemi daxildir. Hüquq
sistemi siyasət sisteminin statusunu müəyyən edən mexanizmlərdən ibarətdir.
Məsələn, konstitusiya ilə dövlət quruluşunun əsasları nəzəri baxımdan
formalaşır və dövlət hakimiyyətinin hüquqi statusları müəyyən edilir. Hüquq
sistemi siyasət sisteminin sanki “yanacağı” rolunu ifadə edir. Həmçinin siyasət
sisteminin quruluş layihəsini təşkil edir.
Hüquq sistemi insan hüquqlarının vəziyyətini əks etdirən bir sistemdir.
İ
nsan
hüquqlarının
vəziyyəti
Dostları ilə paylaş: