Siyasət və şərait Hərəkət şəraiti yaradır, şərait də öz üzərində hərəkətləri meydana gətirir.
Şə
rait müvafiq addımların atılmasını, aktların qəbul olunmasını zəruri edir,
məcburiləşdirir. Siyasi hadisələrin yetişmə anı meydana gəlir. Bu halda əvvəlki
siyasi vəziyyət sonrakı vəziyyəti ortaya çıxarır. Şərait siyasi hadisələrin
törədilməsi fürsətini ortaya qoyur. Şərait öz ardınca digər şəraitlərin
yaranmasını ehtiva edir. Şərait sistemləşir və bu aspektdə sistemli qərarların
qəbulunu özündə ehtiva edir. Siyasi proseslər zənciri siyasi hadisələrin
ardıcıllığını özündə ehtiva edir. Bu baxımdan da siyasi şərait hadisələr
zəncirini formalaşdırır.
Siyasətin meydana gətirdiyi şərait resursların artmasını və onlar üzərində
təsir imkanlarının genişlənməsini zəruri edir. Şərait yetişdikdə siyasətin tətbiqi
zərurəti meydana gəlir. Yetişmə ya boşluğu doldurmaq məqsədilə ortaya çıxan
bir vəziyyət olur, ya da meydana gələ biləcək şişmənin qarşısını almaq
məqsədini güdür. Şərait sistemdaxili nizamın və xaosun yaranmasından
meydana gəlir. Hər iki vəziyyət müvafiq addımların atılmasını özündə ehtiva
edir.
Dövlət şəraitə müvafiq olaraq hüquq normalarını qəbul edir, siyasi
fikirləri istiqamətləndirmək üçün tədbirlər həyata keçirir. Təebirlər və hüquq
normalarının qəbulu yeni şəraitlərdə yeni istiqamətləri özündə ehtiva edir.
Yeni istiqamətlər də yeni şəraitləri meydana gətirir.
Siyasi şəraitin yetişməsi siyasi proseslərin yeniləşməsini tələb edir. Bu
zaman təkrarlanan proseslərdə dəyişikliklər yaranır və yeni axar məzmunu
ortaya çıxır.