Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə35/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   31   32   33   34   35   36   37   38   ...   140
Azf-286777

 
Siyasət və zaman  
 
 
Siyasət  dövlətin  fəaliyyəti  olduğundan  hər  zaman  (ardıcıl  proseslər 
sayəsində) meydana gəlir. Siyasət dövlətin və hakimiyyətin mövcudluğunda və 
fəaliyyətində  obrazlanır.    Siyasət  aktların  qəbulu  və  tətbiqi  sayəsində  ardıcıl 
olaraq  bir-birini  tamamlayır.    Bir  akt  digər  aktların  zamanını  formalaşdırır. 
Eləcə  də  aktlar  cəmi  bir  aktı  yaradır.  Bu  anda  zaman  zamanı  şərtləndirir. 
Zamanda  siyasət  şaxələnir,  zamanda  siyasət  məhdudlaşır.  Siyasətin  zamanı 
hadisələrin  axarında  və  axarının  deyək  ki,  riyazi  hesablamasında  ortaya  çıxır. 
Siyasətin  məkanı,  tərkibi,  ardıcıllığı  elə  özündə  zaman  amilini  ortaya  qoyur.  
Cari  zamanlar  ardıcıllığı  baş  verir.  Dövlət  siyasi  sistemi  məhz  zamanlarda 
meydana  gələn  aktlar  cəmindən  formalaşır.    Zamanda  məkan  amili  də  iştirak 
edir.  Zamanda  siyasətin  tutumu  (həcmi)  ortaya  çıxır.  Məkan  siyasəti 
formalaşmış olur.  
Hər  bir  hadisə  müəyyən  zamanda  baş  verir.  Siyasət  hərəkətlərdən  ibarət 
olduğundan hərəkətlərin hər bir tərkib elementi hərəkət əsnasında müəyyən bir 
zamanı  yaradır.  Ümumi  zaman  trayektoriyasında  hər  bir  hərəkətin  özünəxas 
zamanı  formalaşmış  olur.  Hadisələr  ardıcıllığı  özündə  elə  siyasət  ardıcıllığını 
meydana gətirir. Siyasət bir zamanda və fərqli zamanlarda baş verir. Məsələn, 
qanunların  qəbulu  və  qüvvəyə  minməsi  bir  zamanda  tətbiq  olunur.  Dövlət 
başçısının qərarları bir zamanda qəbul olunur və tətbiq edilir. Eynilə qanunlar 
nəzərdə  tutulmuş  müddət  çərçivəsində  hər  zaman  tətbiqi  qüvvəyə  malik  olur. 
Qanun  bütün  zamanlarda  qüvvədə  olur,  onun  müddəaları  isə  ayrı-ayrı  şəxslər 
üçün  müəyyən  anlarda  qüvvəyə  minir.  Məsələn,  müraciət  edərkən  qanunun 
şə
xs üçün zamanı yaranır.  Hər kəsin azadlıq hüququnun təmin edən qanun hər 


34 
 
zaman  qüvvədə  olur.  İnsanlar  cəmiyyətdə  bir-birilərini  əvəz  edirlər,  lakin 
qanunlar (məsələn, konstitusiya)  çox hallarda qüvvədə qalır. Bəzi dəyişikliklər 
və əlavələr olarkən artıq yeni zamanlar meydana gəlir. 
Siyasət  zamanın  tələblərinə  müvafiq  olaraq  həyata  keçirilir.  Lazımi 
anlarda  qərarlar  qəbul  olunur.  Siyasi  proseslər  öz-özlüyündə  zamanı 
formalaşdırır.  Zamanda  üzərə  çıxan  şərait  tələb  edir  ki,  yeni  siyasi  qərarlar 
qəbul olunsun. Zaman zamanı doğurur.      

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin