Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə37/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   33   34   35   36   37   38   39   40   ...   140
Azf-286777

 
Siyasət  
(səbəb və nəticə ilə dərkolunma) 
 
Siyasət  hərəkətlərdə  ifadə  olunduğundan  səbəb  və  nəticələrə  malikdir. 
Siyasi  hadisələrin  təkanvericiliyi  mövcuddur.  Səbəb  və  nəticələr  də  zaman 
amilini  meydana  gətirir.  Həmçinin  şəraiti  və  məkanı  üzərə  çıxarır.  Hər  bir 
hadisə öz davamediciliyində zamanı yaradır. Zamanın başlanğıcı hadisənin baş 
verməsi  səbəbi  ilə  şərti  və  mütləq  olaraq  öz  başlanğıcını  götürür.  Hadisənin 


35 
 
baş  verməsi  və  nəticələnməsi  (qurtarması  kimi  ad  verək)    arasında  məkan 
dəyişmələri  meydana  gəlir.  Məkan  nəticələri  üzərə  çıxarır.  Nəticə  də  digər 
dəyişmələrin  başlanğıcını  özündə  ehtiva  edir.  Nəticələr  siyasi  proseslərin 
məkanlarını  dəyişə  bilir.    Hərəkət  özündə  dəyişmələri-məkan,  şərait,  imkan 
yaradır.      Səbəb  və  nəticə  siyasi  düşüncələrin  obyektidir.  Hər  bir  aktın, 
hadisənin baş vermə səbəbi mövcuddur. Səbəblər başlanğıclardır. Təkanverici 
amillərdir.  Bu  səbəblər  kompleks  xarakter  də  kəsb  edə  bilir.  Bu  halda 
kompleks  dəyişikliklərin  zərurəti  meydana  gəlir.    Səbəb  zərurətdən  meydana 
gəlir.  Ehtiyaclar  və  maraqlar  özündə  səbəbləri  yaradır.  Nəticələr  də  səbəbləri 
zəruri edə bilir.    Zərurətlər cəmi bir və ya da bir neçə hadisənin baş verməsini 
özündə ehtiva edə bilir.  
Səbəb  və  nəticə  düşüncələrdə  bir  vəhdətdir.  Burada  tərkib  elementlərin 
vəhdət  zərurəti  mövcuddur.  Səbəb  və  nəticə  tamamlayıcı  faktorlardır.  Hər bir 
səbəbin bir nəticəsi olur. Burada başlanğıc və son tamamlanır. Şərait, ehtiyac, 
tələbat, maraq və digər kriteriyalar səbəb rolunu oynayır. Hər bir aktın nəticəsi 
özü səbəbə aydınlıq gətirir. 
Dövlətin  mövcudluğu,  tərkib  elementlərin  mövcudluğu  və  hər  an 
meydana  gələn  yeni  maraqların  ödənilməsi  zərurəti    siyasi    aktlar  üçün 
özlüyündə  bir  səbəbdir.      Səbəb  təminat  kriteriyasını  şərtləndirir.  Dövlət  öz 
mövcudluq zərurəti üçün siyasət həyata keçirməyə məcbur olur. Bu baxımdan 
da ehtiyacların ödənilməsi zərurətləri ortaya çıxır. 
Siyasətdə  hüquq  normalarının  qəbulu  və  tətbiqi  hərəkətlər  üçün 
istiqamətlər  olmaqla  yanaşı,  həm  də  səbəbləri  əks  etdirir.  Səbəb  zərurətdən 
ortaya  çıxdığından    zərurət  hərkətlərə  təkan  verir.      Şərait  yeni  səbəbləri 
meydana gətirir. Çünki özündə maraqları əks etdirir.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin