Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə34/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   30   31   32   33   34   35   36   37   ...   140
Azf-286777

 
Siyasət və məkan 
 
Dövlət özü məkan fenomenidir. Burada siyasi, iqtisadi,  mədəni və digər 
kriteriyalar  üzrə  məkan  mövcuddur.  Məkan  obrazlanma  tutumudur. 
Elementlərin  müəyyən  olunması  sərhədlərinin  hüdudlarında  olan  yerdir.    Hər 
bir fəaliyyət müəyyən bir məkanda yerinə yetirilir. Hadisələrdə olan elementlər 
elə  məkanı  yaradır.  Siyasət  hadisələri  mərkəzlərdə  hazırlanır.  Buna  görə  də 
məkan anlayışı formalaşır.   Hər bir məkan da elementlər toplusudur. Deməli, 
məkanlar  üstündəki    resurslar  üzərində  siyasət  həyata  keçirilir.  Resurslardan 
istifadə olunaraq məkan üzərində təsir meydana gəlir.  Məkana təsirlər zamanı 
resursların məkan üzrə dövriyyəsi və digər hərəkət forması  baş verir.    Hər bir 
hadisənin  tutumu  var.  Bu  tutum  məkanı  meydana  gətirir.  Aktların  təsir 
dairələri  və  tərkibi  mövcuddur.  Bu  baxımdan  da  siyasət  müəyyən  məkanda 
olan  elementlərin  hərəkətə  gətirilməsinin  təzahürüdür.  Eyni  zamanda 
elementlərin  məkanladan-məkanlara  keçməsidir.    Buradan  da  siyasətin  həcmi 
və  məkanı  meydana  gəlmiş    olur.  Siyasi  proseslər  zamanı  məkan  dəyişikliyə 


33 
 
məruz  qalır.  Bu  dəyişiklik  həm  şaquli,  həm  də  üfiqi  formada  meydana  gəlir.    
Siyasət müəyyən bir məkanda baş verən hadisələrin cəmidir, aktlar toplusudur. 
Siyasətin  məkanı ona aid olan, onun tətbiq olunduğu resursların dayandığı və 
hərəkət  etdiyi  məkandır.  Məkan  özündə  elementləri  cəmləşdirir,  siyasət  də 
həmin  elementlərə    təsir  funksiyasını  yerinə  yetirir.  Elə  məkanın 
obrazlanmasından  siyasət  təzahür  olunur.    Siyasətin  məkanı  onun  aid  olduğu 
elementlərin  məkanıdır.  Burada  təsir  edən  və  təsirlərə  məruz  qalan  obyektlər 
və subyektlər mövcud olur. 
Siyasəti həyata keçirən subyektlərin məkan seçimi meydana gəlir. Məkan 
seçimi  məhz      maraqların  müxtəlif  məkanlarda  təminatını  həyata  keçirir.  Ola 
bilir  ki,    bir  məkan  daxilində  çoxlu  sayda  hadisələr  baş  versin.  Bu  anda 
maraqların təminatı üçün resurslar həm  şaquli, həm də üfiqi trayektoriya üzrə 
həyata keçirilir. Resurslar genişlənməklə artır. Məsələn, bir məkanda (şəhərdə)  
yaşayan  əhalinin  maraqlarını  təmin  etmək  üçün  siyasi  hadisələr  baş  verir.  Bu 
aktlar  mövcud  və  artan  resurslardan  istifadə  amilinin  əsaslarını  meydana 
gətirir.   

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin