28
ilə vətəndaşlar arasında olan rəvan əlaqələrə, sabit cəmiyyətə, sülh və
firavanlığa xidmət edən siyasi fəaliyyət daha çox fəlsəfi olur. Siyasət
addımlardan, aktlardan ibarətdir. Bu baxımdan da reallığa söykənir. Real
siyasətin ideal mahiyyəti onun fəlsəfi mənasını daha çox aşkar edir. Burada
etik normalar, estetik hərəkətlər (sistemli və nizamlı hərəkətlər) və nizamlı
proseslər siyasətin fəlsəfəsini daha çox çalarlı edir.
Hər bir hadisə özündə bir mahiyyəti daşıyır. Mahiyyət siqnalların və ona
olan reaksiyaların əsaslarını təşkil edir. Siyasətin fəlsəfəsi dedikdə, həm də
siyasətin forma və məzmununu özündə əks etdirən bir mahiyyət başa
düşülməlidir. Hər bir məkanda elementlərin toplaşması siyasətin həmin məkan
üzrə formasını meydana gətirir. Siyasətin fəlsəfəsi siyasəti həyata keçirənlərin
fəaliyyətlərinin məzmunlarından irəli gəlir. Burada siyasətin xarakterini onu
icra edənlərin xarakteri də meydana gətirir. Bu baxımdan da qəbul etmək olar
ki, dövlətin və hakimiyyətin xarakteri xalqın mental dəyərlərinə uyğun olaraq
formalaşır. Çünki onu həyata keçirənlər məhz xalqın özünün nümayəndələri
olur. Siyasətin xarakterinə eləcə də dövlətin beynəlxalq münasibətləri, dövlətin
geosiyasətinə təsir edən vasitələr və istiqamətlər də təsir edir. Burada
beynəlxalq siyasətinn xarakteri önəmli rol oynamış olur.
Məqsədli, düşünülmüş və hər kəsə lazım olan siyasət, hamıya fayda verən
siyasət özündə pozitiv fəlsəfənin çalarlarını əks etdirir. Siyasətin fəlsəfəsi
siyasətin maraqlarından və məzmunundan, siyasətin pozitiv xidmətlərindən
meydana gəlir. Siyasətin yüksək amallara xidmət etməsi onun fəlsəfi
mahiyyətini özündə əks etdirir. Siyasətin fəlsəfəsi hadisələrin formalarında,
məkanların
xassələrində,
qanunauyğunluğun
ə
saslarında,
elementlərin
xarakterində və subyektlərdə özünü büruzə verir.
Dostları ilə paylaş: