Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə26/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   22   23   24   25   26   27   28   29   ...   140
Azf-286777

Hakimiyyət etikası 
 
Etika  cəmiyyətin  əlaqələr  və  münasibətlər  tərzini  müəyyən  edən 
kriteriyadır. Əxlaq insanın həyatda yaşaması üçün norma və qaydalar müəyyən 
edən  mənəvi  kriteriyadır.  Burada  mənəvi-maddi  aləmin  kompozisiyası  birgə 
şə
kildə    qərarlaşır.    Bu  kriteriya  ilə  maddiyyat  da  ölüçlə  bilir.  Ədalət, 
düzgünlük,  saflıq,  tərbiyə,  ədəb-ərkan,  digər  nizam-intizam  kriteriyaları 
müsbət  mənəvi  dəyərlər  məhz  etikanın  tərkibini  təşkil  edir.      Əxlaq  sərhədlər 
yaradan  nizamlayıcı  kriteriyadır.  Bu  nöqteyi-nəzərdən  məkan  və  sərhədlər 
amilini özündə ehtiva edir. Hakimiyyət etikası hakimiyyətin davranışından və 
dəyərləri təbliğ etməsindən asılıdır.  Hakimiyyət etikası hakimiyyətin dövlətin, 
cəmiyyətin, xalqın və fərdin özünüdərkinə xidmət edir. Çünki hər kəs dövlətdə 
və cəmiyyətdə yaşayır.  
Hakimiyyət fəlsəfəsinin  daxilində məmur (dövlət vəzifəli şəxsinin, dövlət 
qulluqçusunun,  hakimiyyətdə  təmsil  olunan  digər  şəxslərin)  etikası  dayanır.  
Hakimiyyət  etikasının  daxilində  eyni  zamanda    hakimiyyətin  qanunverici  və 
məhkəmə  qollarında  təmsil  olunanların  etik  davranışları  mühüm  rol  oynayır.  
Çünki  hakimiyyəti  insanlar  təmsil  edirlər.  İnsanların  etik  davranışları  onların 
təmsilçilik  davranışlarını  meydana  gətirir.  Hakimiyyətin  bir  tərəf  kimi  özünü 
necə  aparması  cəmiyyət  etikasını  və  cəmiyyət  inamını,  etimadını  ortaya 
çıxarır.  Hakimiyyət  etikası  siyasi  sistemin  dayaqlarını  müəyyən  edən  əsas 
amildir.  Buna  görə    də  hakmiyyət  özü  ilə  cəmiyyət  arasında  inam  və  etibarı 
daima  möhkəmləndirməlidir. Bu addım resurslarla  yanaşı,  etik davranışlardan 
da  asılıdır.  Etik  davranışlar  bir  başqasının  mövcud  olduğu  məkanı 
pozmamaqdan  ibarət  olan  davranış  üsuludur.  Hakimiyyətin  etik  davranışı 
resursları  xalqa  düzgün  çatdımaqdan  ibarətdir.  Bu  baxımdan  da  hakimiyyət 
etikasında  məkana  və  şəraitə  uyğun  düzgünlük  fəlsəfi  kriteriyası  önəm  kəsb 
edir.  
Məlumdur ki, dövlət pozitiv bir qurumdur. Qurumun ən əsas məğzi  xalqa 
xidmət etməkdən ibarətdir. Xidmət özü bir pozitiv aktdır, aktlar məcmusudur. 
Xidmət  dəyərdir.  Dövlətin  pozitiv  xidmətləri  cəmiyyətdə    dəyərləri  meydana 
gətirir,  dəyərləri  təbliğ  edir.  Cəmiyyətin  dəyərlərini  də  dövlət  müdafiə  edir. 
Dövlətin idarəçiliyini xalqın formalaşdırdığı hakimiyyət həyata keçirir. Dövlət 
müsbət amallar üçün təşkil edildiyindən, hakimiyyət də öz fəaliyyətini müsbət 
amallara  yönəltməlidir.    Bu  baxımdan  da  cəmiyyətdəki  problemlərin  həlli,  


24 
 
insan  maraqlarının  yüksək  səviyyədə  təmini  hakimiyyətin  funksiyalarına  aid 
olunur.  Hakimiyyət  hüququ  insan  hüquqlarını  müdafiə  və  təmin  etmək 
üçündür. Hüquq etikaya müsbət dəyərlərə bağlıdır. Hüquq sistemi etik olaraq 
nizamlamanı  həyata  keçirmək  üçündür.  Hüquq  əxlaq  fəlsəfəsinə  bağlı  olan 
fəlsəfi  bir  yanaşmadır.  Hüququ  da  normalarla,  qaydalarla    dövlət  təmin  edir, 
müəyyən edir. Təminedici proseslərdə hakimiyyət tərəf kimi  bir nümunə olur. 
Hakimiyyətin  fəaliyyəti  istiqamətverici,  təminedici,      təşkiledicidir.  Burada 
saflıq  dərəcəsi  yüksək  olmalıdır.  Saflıq  həqiqətdir,  ədalətdir.  Buna  görə  də 
ə
dalət  müəyyənlik  prinsipləri  ilə  aşkar  olunur.  Bu  baxımdan  da  düzgün  
idarəçilik  hakimiyyətin  əxlaq  fəlsəfəsinə  bağlıdır.  Hakimiyyətin  əxlaqı  onun 
hüquq norma və qaydalarını yaratmaqdan, icra etməkdən və müdafiə etməkdən 
ibarətdir.  Deməli,  hakimiyyətin  əxlaqı  bir  istiqamətdə    onun  funksiyalarında 
büruzə  veriur.  Digər  istiqamət  isə  məkanları  əhatə  edən  davranışlardan 
ibarətdir.      Hakimiyyətin  etikası  ədaləti  özündə  ehtiva  edən  davranış 
normalarının  məcmusundan  yaranır.  Ədalətli  davranış  normaları  siyasətin 
ə
hatə  olunduğu  məkanlara  aiddir.      Davranış  da  bütün  məkanlarda  lazımi 
müəyyən formalarla üzərə çıxır.  İdarəedənlərin şəxsi kimliyi, həyat mövqeləri 
və  baxışları  eləcə  də  ictimai  və  məişət  davranışları  bu  yöndə  əhəmiyyət  kəsb 
edir.  Hakimiyyətdə  təmsil  olunanlar,  aparatlarda  mühüm  vəzifələr  tutanlar 
daima  öz  mənəvi  keyfiyyətlərini  zənginləşdirməyə  çalışmalıdırlar.  Özlərini 
sərhədləməyi bacarmalı, mənən islah etməlidirilər.  
Məlumdur  ki,  hakimiyyətin  ideal  məzmununda    bir  xeyirxah  əməl  var. 
Bu,  onun  təbiətindədir.  Bu  baxımdan  da  təmsil  olunanlar  öz  əməllərinə  fikir 
verməlidirlər. Sadəlik, təvazökarlıq, dövlətə və xalqa  sədaqət, etibar və inam  
keyfiyyətlərini əllərində rəhbər tutmalıdırlar. 
Hakimiyyət  etikası  daima  cəmiyyət  etikasını  yuxarı  mərhələdə 
tamamlamalıdır.  Cəmiyyət  özü  də  hakimiyyətin    etikasına  nəzarət  etməlidir. 
Çünki  hakimiyyətin  davranışı  cəmiyyətin  vəziyyətinin  müəyyən  olunmasında 
ə
sas  rola  malik  olur.    Bu  etika  insanların  müsbət  mənada  “gözlərini 
hakimiyyətə  dikmələrinə”  gətirib  çıxarmalıdır.    Hakimiyyət  cəmiyyət 
etikasının  yüksəlməsi  üçün  mühüm  işlər  həyata  keçirməlidir.  Hakimiyyət 
etikası  xalqın  və  dövlətin  maraqlarını  həm  daxildə,  həm  də  beynəlxalq 
ə
laqələrdə  qorumalıdır.  Hakimiyyət  xalqın  aynası  olduğundan  onun 
nümayəndələrinin  etik  davranışları  nəzarət  altında  olmalıdır.  Hakimiyyət 
etikası onu tələb edir ki, etikadan kənar şəxslər (yəni,  yüksək etik davranışlar 
nümayiş etdirməyənlər) bu tərəfdə iştirak edə bilməzlər.  
Hakimiyyət  etikası  hakimiyyəti  və  hakimiyyətdəki  müəyyən  bir  qrupu 
cəmiyyət  üzərində,  ayrı-ayrı  insanlar  üzərində    fəndlərdən  və  oyunlardan 
kənarda  tutmalıdır.  Hakimiyyətə  əks  tərəfə,  yəni  cəmiyyətə  və  insanlara  saf 
ruhla  baxmalıdır.    Hakimiyyət  etikası  hakimiyyətin  fəaliyyətində  ictimai 
mənafenin  zənginləşdirilməsini  əsas  prinsipə  çevirməlidir.  Hakimiyyət 
nümayəndəsi 
özünün 
maraqlarını 
universal 
maraqlar 
içərisindən 


25 
 
zənginləşdirməlidir.  Hakimiyyət  nümayəndəsi,  istər  mərkəzi,  istərsə  də  yerli 
olsun, insanları güc vasitəsilə  təzyiq altında saxlamamalıdır.   
Hakimiyyət  nümayəndəsinin  davranışı,  nitqi,  efir  görünüşü,  ictimai 
ə
laqələri  nümunəvi  və  ədalətli  olmalıdır,  universal  ədalət  prinsiplərindən 
kənara  çıxmamalıdır.  Məkrlilik,  hiyləgərlik,  şəxsi  korporativ  maraqların  önə 
çəkilməsi  və  digər  zərərverici  addımlar  təbii  ki,  hakimiyyət  etikasına  çox 
böyük  zərbələr  vurur.  Hakimiyyətlə  xalq  arasındakı  rəvan  əlaqələrə  xətər 
yetirir  və  inam  tellərini  zəiflədir.  Bu  baxımdan  da  hakimiyyət  etikasının  əldə 
rəhbər tutulması dövlət və cəmiyyət sabitliyinin əsaslarını təşkil edə bilir. 
Hakimiyyətin  yüksək  etikası  ideal  dövlətin  və  cəmiyyətin,  həmçinin 
hüquqi və ədalətli dövlətin və cəmiyyətin qurulmasına xidmət edir.          
  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin