Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   20   21   22   23   24   25   26   27   ...   140
Azf-286777

 
 Hakimiyyət fəlsəfəsi 
 
Hakimiyyət  fəlsəfəsi  dövlət  və  dövlətçilik  fəlsəfəsindən  ibarətdir. 
Hakimiyyət  həm  də  idarəçilik  fəlsəfəsinin  əsasında  dayanır.  Dövlət  müəyyən 
sərhədlər daxilində  ərazisi olan, tərkib baxımından atributlardan ibarət olan bir 
bütöv  olmaqla  bərabər,  idarəçilik  tərkibini  də  özündə  daşıyan  bir  fəlsəfi 
bütövdür.  Fəlsəfi  bütövlüyü  də  idarəetməni  özündə  ehtiva  edir.      Hakimiyyət 
dövlət  hüququnu  və  idarəçilik  hüququnu,  bundan  irəli  gələrək  idarəçilik 
səlahiyyətini  öz daxilində cəmləşdirir. Dövlətçilik fəlsəfəsinin digər tərəfi isə 
qeyri-hakimiyyət  tərəfidir.  Burada  qeyri-hakimiyyət  əsasən  hakimiyyət  üçün 
mənbə rolunu oynyaır. Hakimiyyət dövlətçilik fəlsəfəsinin  daxilində olmaqla 
həm  də  ümumvətəndaş    fəlsəfəsinin  əsaslarını  təşkil  edir.    Hakimiyyət 
fəlsəfəsinin  daxilində  sivilizasiya  amili  də  mühüm  rol  oynayır.    Dövlət  və 
hakimiyyət  fəlsəfəsi  xalq  və  onun  təşkilatlanması  təfəkkürünü  özündə 
cəmləşdirir.  Xalqın  məskunluq  və  məkan  fəlsəfəsi  məhz  dövlətçilik 
fəlsəfəsinin  məğzini  təşkil  edir.  Hakimiyyət  öz  ənənəvi  xarakterinə  sadiq 
qalaraq,  daima    dövləti  yaradan  tərəflərdən    olub.  İdarəetmənin  əsasını 
hakimiyyət özündə cəmləşdirir.  Daha doğrusu dövləti öz simasında təcəssüm 
etdirir.  Dövlət  idarəetmə  zərurətindən  meydana  gəlib.  İdarəçilik  də  öz 
məzmununda fərqli potensiala malik olan subyektləri əks etdirib. Hakimiyyətin 
fəaliyyəti  idarəçilikdən  ibarət  olub.  Hakimiyyət  haqqdan  gəlib  və  hüquq 
fəlsəfəsini 
özündə 
cəmləşdirib. 
Hakimiyyət 
hüquqdur, 
hüquq 
da 
hakimiyyətdir.  Xalqın  hakimiyyəti  xalqın  dövləti  təşkil  etmək  və  idarə  edən 
tərəfi  formalaşdırmaq  hüququndan  meydana  gəlir.  Bu  baxımdan  da  
demokratiya  –hüquq,  hüquq  –demokratiyadır.  Dövlət  haqqdır  və  dövlət 
hüququ  təbii  hüququn  tərkibini  təşkil  edir.    Hakimiyyət    xalqın    hüququnu 
müəyyən edir, xalq öz hüququ ilə hakimiyyətini yaradır. 
Hakimiyyət  düşüncələrinin  obyektində  tərəf  kimi  dövləti  idarə  edən    bir 
qrup  dayanır.    Bu  qrupun  əsas  hüquqları  əks  tərəfdən,  yəni  idarə  olunan 
tərəfdən  gəlir.    Eyni  zamanda  belə  qəbul  etmək  olar  ki,  hakimiyyət 
dövlətdəndirsə, onda hakimiyyət hüquqları da təbii hüquqlardır. Çünki insanlar 
təbii  hüquqlarının  realizə  olunması,  müəyyən  edilməsi  üçün  hakimiyyətlərini 
yaratmışlar.  Hakimiyyət  fəlsəfi  düşüncələrində  ali  və  yerli  hakimiyyət 
mövcudluğu  öz  əksini  tapır.  Ali  hakimiyyət  xalqın  maraqlarını  ali  formada, 


22 
 
mərkəzləşmiş olaraq təmin edir. Ali hakimiyyət məcmu formalı və məzmunlu 
hakimiyyətdir. Ali hakimiyyət istiqamətvericidir.  
Hakimiyyət  fəlsəfəsi  təbii  ki,  cəmiyyət  fəlsəfi  təfəkkürünü  də 
formalaşdırıb.  Ona  görə  ki,  hakimiyyət  öz  mənbəyini  xalqdan,  cəmiyyətdən 
götürür.  Cəmiyyətin  təfəkkürü  dövlətçilik,  idarəçilik  baxışları  ilə  birlikdə 
dövlət  və  hakimiyyət  fəlsəfi  prinsiplərini  meydana  gətirir.    Cəmiyyət  özünü 
idarəedən tərəfi formalaşdırır. Bu formalaşma elə idarəetmə hüququ, hüquqdan 
irəli gələn vəzifələri, səlahiyyətləri olan hakimiyyəti yaradır.  
Hakimiyyət  öz  daxilində  də  pillələrə  ayrılır.  Burada  vəzifə  bölgüləri 
hakimiyyətin  alidən  ortaya  və  aşağıya  (burada  struktur  daxilində  bölmələr 
üzrə,  eləcə  də  regional  ərazilər  üzrə)      doğru  istiqamətləri  üzrə  formalaşır. 
Hakimiyyət  də  ayrı-ayrı  sahələrdə  maraqları  tənzim  edən  şəxlərdən,  struktur 
bölmələrindən  ibarətdir.  Bu  aspektdə  idarəetmənin  tərkibini  müəyyən  edən 
kriteriya rolunu oynayır. Hakimiyyət pilləli idarəçilikdən ibarət olan hadisədir, 
hadisələr məcmusudur, fenomendir.  
Hakimiyyət  artıq  bir  ənənədir,  tarixi  irsi  fenomendir  və  davam 
etməkdədir.  Hakimiyyət  dövlətin  və  dövlətçiliyin  mövcudluğunun  və 
yaşamasının əsas zəmanətçisidir.  
 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin