18
quruluşu onun idarəetməsinin istiqamət və sahələri üzərində formalaşır.
Quruluş və istiqamətlər, subyektlər, hakimiyyət qolları özündə dövlətin
məcmu fəaliyyət və mövcudluq fəlsəfəsini meydana gətirir. Dövlətin quruluş
fəlsəfəsi onun canlı bir orqanizm kimi kompleks və komponentlərinin
ə
saslarını dərk etmək yollarını özündə ehtiva edir. Dövlətin quruluş fəlsəfəsi
onun strukturlarının fəaliyyət məzmununu özündə cəmləşdirir.
Dövlətin quruluşu onun daxilində yaşayan xalqların etnosiyasi
parametrlərinə görə də meydana gəlir. Dövlət tərkib etibarilə həm də xalqların
mədəni və iqtisadi muxtariyyətinə də ayrılır. Ərazini yerli inzibati bölgələr
üzrə həm iqtisadi, siyasi, fiziki parametrlərə görə, həm də etnomədəni
aspektlərə görə ayırmaq olur. Məsələn, Almaniyanın, Rusiyanın, Hindistanın,
ABŞ-ın və digər çoxlu sayda ölkələrin əraziləri inzibati prinsiplər üzrə
bölünmüşdür. Bu idarəetmə mərkəzləri yerli müstəqilliyi qismən təmin
etməklə bərabər, ərazinin sahələr və ərazilər üzrə inkişaf etməsini qarşısına
məqsəd kimi qoyur. Dövlət həm universal (məsələn, unitar formada,
mərkəzləşmiş federasiya formasında), həm də yerli əsaslarla-muxtar
qurumlarla, inzibati ərazi bölgüsü ilə qurulur və inkişaf edir. Dövlət
quruluşunun fəlsəfəsi mərkəzi və yerli səviyyədə xalqlara xidmətlərə yönəlir.
Dövlət quruluşu inkişaf və müadfiə təminatına söykənir. Dövlət tərkib
subyektləri ilə inkişaf edir, ona görə tərkibə ayrılır ki, tərkiblərin potensialları
gücləndirilsin. Dövlətin idarəçiliyi mərkəzi və yerli olur. Mərkəz yerləri,
ə
yalətləri, vilayətləri, muxtar qurumları öz mərkəzi və yerli siyasəti ilə bir
arada təmərküzləşdirir. Ən kiçik dövlətlərin ərazilərində yerli bölgülər də təbii
ki, kiçik olmalıdır. Bu xətt əsasən vahid idarəetmə trayektoriyasının kiçik
tərkiblərə bölünməsi ilə xarakterizə oluna bilər. Dövlət ərazisi və yaşayış
məskənləri nə qədər çox olarsa, bir o qədər də bölgü prinsipi çox tətbiq olunar.
Məsələn, Rusiyada bölgü vahidləri çoxluq təşkil edir.
Dövlətin quruluşu formasına görə mütləqdir. Quruluş mexanizmlərdən
ibarətdir. Bu mexanizmlərin məqsədi maraqların təminatını həyata
keçirməkdir. Dövlət mütləq-konkret və xəyali bir anlayışdır. Dövlət
təfəkkürdə hərəkətdə olan canlı bir aparatdır.
Dostları ilə paylaş: