Dövlət fəaliyyətinin səciyyəvi fəlsəfi xüsusiyyətlərinə bunları aid etmək olar:
İ darəçilik fəaliyyəti, bu baxımdan, -təşkilatlanma;
-sistemləşdirmə və strukturlaşdırma;
-mühafizəetmə və qoruma;
-tənzimləmə;
-koordinasiyaetmə;
-inteqrasiya və əməkdaşlıq;
-təminat;
-hüquqları müəyyənetmə və nizamlama;
-resurs əldəetmə;
-fondlar yaratma;
-məkanı genişləndirmə;
-məlumatlandırma;
-istiqamətləndirmə;
-fəaliyyət xətlərini artırmaq və element axınlarını gücləndirmək;
-sərhədlər kənarında xarici əlaqələri genişləndirmək;
-digər sistemlərlə (burada dövlətlərlə və beynəlxalq təşkilatlarla) əlaqələri
təşkil etmək;
-humanitar məzmunlu əməkdaşlıq və s.
Dövlət təşkilatçılığın, idarəçiliyin ruhu ilə öz fəlsəfəsini yaradır. Dövlətin
fəlsəfəsi forma və məzmunda, hərəkətlərdə, aktlarda meydana gəlir. Dövlət
fəlsəfəsi düşüncələrdə ona görə ali olur ki, insanlar bütün çıxılmaz
vəziyyətlərdə yalnız öz dövlətlərinə arxayın olurlar. Öz dövlətlərini insanlar
bəzən özlərindən üstün də tuturlar. Lakin bir çox ölkələrdə hakimiyyətin xalqla
qeyri-rəvan əlaqəsi insanlarda dövlətə olan inamı və etibarı azaldır. Bu halda
insanlar çaşqın vəziyyətində qalırlar. Bir çox depressiya hallarında, böhranlı
vəziyyətlərdə insanlar öz cəmiyyətlərinə arxalanırlar və cəmiyyətləri onları və
dövlətlərini xilas edirlər. Cəmiyyət böhranlı anlarda öz potensialını səfərbər
edir və tərkib strukturları ilə dövlətin tənəzzülünün qarşısını alır.