12
formanı meydana gətirir. Bu baxımdan da tərkib hissələr də təsnif olunur.
Yəni, dövlət bütövü içərisində, dövlət bütövü anlayışı içərisində çoxlu sayda
tərkiblər mövcud olur. Bu tərkiblərin qarşılıqlı canlı vəziyyəti dövləti
ümumilikdə bütöv halda canlı vəziyyətdə saxlayır.
Dövlət
məfhumu
siyasət
məfhumunu
şə
rtləndirəndir.
Siyasət
düşüncələrdə həm bütöv, həm də tərkiblərlə qavranılır. Siyasətin subyekti və
obyekti çoxluq təşkil etdiyindən düşüncələrin də “rəngi”, “çaları” çoxluq təşkil
edir. Siyasət düşüncəsi ümumən dövlət və onun fəaliyyətini özündə
məcmuələşdirir. Hər iki ifadənin (dövlətin və siyasətin) fəlsəfi məzmunu çox
dərindir. Dövlət öz tərkibindəki elementlərin qarşılıqlı əlaqələr istiqamətlərinin
çoxluğu nöqteyi-nəzərdən zəngindir. Dövlət iyerarxik sistem quruluşu
baxımından zəngindir. Bu iyerarxiya sahələr çoxluğunu və elementlər
zənginliyini meydana gətirir. Dövlət tərkibindəki proseslərin zənginliyi
baxımından dərin fəlsəfi məzmunludur. Dövlət nəzəri idarəetmə müddəalarının
çoxsahəliliyi aspektindən, yəni hüquq normalarının çoxluq təşkil etməsi
baxımından da zəngindir. Dövlət öz tərkibindəki sahələrin qarşılıqlı harmonik
vəhdətinə görə dərin fəlsəfi bütövdür. Dövlətin daxilində sistemli proseslər
sayəsində çoxlu sayda nəticələr əldə olunur. Dövlət hasilat baxımından da
zəngin bütövdür. Dövlətin daxili harmonik məzmunu dövlətin dərin fəlsəfi
mahiyyətini
yaradır.
Dövlətdaxili
proseslərin
qeyri-müəyyənlikdən
müəyyənliyə keçməsi zamanı fəlsəfi mahiyyət daha da dərinləşir.
Dövlət siyasəti ilə hüquq normaları qəbul edir, hüquq normaları ilə
insanların maraqlarını təmin edir, insanların sosial-fiziki və sosial-mənəvi
statuslarını müəyyən edir. Hüquq normaları və idarəetmə aparatları ilə dövlət
öz vətəndaşlarını və əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri öz tərkibi və
bütövü ilə tamamlayır. Dövlətin subyekti və normaları (vasitələri, fəaliyyət
qaydaları, fəaliyyət yolları) vəhdət halında dövlət məfhumunu meydana gətirir.
Burada normalar (qanunlar, referendum aktları, qaydalar, beynəlxalq normalar
və digər qərarlar) və aparatlar, icra aparatları (inzibati və siyasi aparatlar)
bağlayıcı vasitələr qismində iştirak edir. Siyasət aktları və onların məzmunu
(xidmət səviyyəsi və tələbata cavab vermək səviyyəsi) dövlətin fəlsəfi
mahiyyətini aşkarlayır. Dövlət ərazidə, sərhədlərdə, atributlarda, dövlət
rəmzlərində, xalqın milli və etnik mədəniyyətində, siyasi sistemində öz fəlsəfi
mahiyyətini aşkar edir.
Dövlət fəlsəfi mənası onun fəaliyyətinin nəticəsinin
Dostları ilə paylaş: