Elşən Misir oğlu Nəsibov


dünyanın  hərəkət  mənzərəsi,  fəaliyyət  əsasları  isə  fəlsəfə  üçün  məzmunu



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   14   15   16   17   18   19   20   21   ...   140
Azf-286777

dünyanın  hərəkət  mənzərəsi,  fəaliyyət  əsasları  isə  fəlsəfə  üçün  məzmunu 
yaradır. 
Dövlət  siyasi  bütövü  həm  beynəlxalq  əlaqələrin  (burada  həm  də 
xalqlar arasında olan əlaqələr), həm də dövlətdaxili əlaqələrin vəhdətindən və 
tamamlayıcı formasından ibarət olan dünya siyasi fəlsəfəsini formalaşdırır.   
Qeyd  olundu  ki,  dövlət  fəlsəfi  düşüncələrin  obyektidir.    Burada 
düşüncələr  məcmuəsi  mövcuddur.  Dövlətin  struktur  məzmunu  o  qədər 
ə
hatəlidir  ki,  bu  geniş  məzmun    fəaliyyətin  dərinliyini  özündə  ehtiva  edir. 
Dərinləşmə  zamanı  mənalar    şəbəkəsi  meydana  gəlir.  Bu  anda  komplekslilik 
üzrə çıxır.  Dövləti bütöv halda və tərkib strukturları ilə müxtəlif bucaqlardan 
düşünmək  mümkündür.  Dövlətin    təsvirinə  müxtəlif  bucaqlardan  yanaşmaq 
mümkündür.  Ən  əsası  isə  dövlətin  baza  anlayışının  məzmunu  və  dövlət 
forması  dəyişməz  olaraq  qalır.  Qeyd  olunduğu  kimi,  dövlət  fəlsəfəsi  siyasi 
fəlsəfənin  tərkibi  kimi  də  nəzərdən  keçirilə  bilər.  Ona  görə  ki,  dövlət    siyasi 
qurumdan ibarətdir. Siyasət fəlsəfəsi də dövlətə və onun fəaliyyətinə bağlıdır. 
Hər  iki  ifadə  insanların  sosial  –mənəvi  varlıqlarının  daxilində  qərarlaşır. 


14 
 
İ
nsanların  sosial  statusları  dövlət  fəlsəfəsini  siyasi  fəlsəfədən  bir  qədər  ucada 
tutur.  
Dövlət  fəlsəfəsi  özündə  fiziki,  sosial-maddi  və  mənəvi  dərketməni, 
düşüncə  ayırıcılarını  birləşdirir.  Dövlət  fəlsəfəsi  dövləti  həm  də  cəmiyyət 
üstündə  görə  bilir.  Bu  baxımdan  da  öz  məzmununu  və  formasını  özündə 
cəmləşdirir.  Dövlətin  mənbəyi  cəmiyyətdən  gəlir,  dövləti  və  cəmiyyəti  çoxlu 
sayda  oxşar  prinsiplər  birləşdirir.  Dövlət  cəmiyyəti  öz  ağuşuna  almaqla 
bərabər,  həm  də  cəmiyyətə  xidmət  edir.  Dövlət  fəlsəfəsi  sosial  fəlsəfə  ilə 
vəhdətləşir.  İnsanın  bioloji-ruhi  vəhdətinin  düşüncələrini    meydana  gətirən 
sosial fəlsəfə dövləti bir obyekt və tərəf kimi özünəxidmətdə axtarır.  Dövlətin 
hədəfində  cəmiyyətin  rifahı  dayanır.  Hər  iki  fəlsəfənin  mərkəzində  isə  insan 
amili  durur.    Dövləti  düşünməklə  insan  maraqlarının  və  həyatının  forması  və 
mənasını  düşünmək  mümkündür.  Çünki  dövlət  insan  maraqlarını  əhatə  edən, 
insan  maraqlarına  xidmət  edən    bir  qurumdur.  İnsan  maraqlarının 
rəngarəngliyindən də dövlət və onun strukturları meydana gəlir. Deməli, sosial 
fəlsəfədən dövlət fəlsəfəsi formalaşır. Dövlət insan fəaliyyətinə uyğun şəkildə 
özünün  strukturlarını  yaradır.  İnsan  fəaliyyətinin,  əməyinin  (fiziki  və  zehni 
ə
mək) əsas hədəfi cəmiyyətdə xoşbəxtlik qazanmaqdan ibarətdir. Bu aspektdə 
dövlət  cəmiyyətə  xidmət  edir.  Onun  sifarişlərini  qəbul  edir.  Buradan  da  yenə 
dövlətin  insan  tərəfindən  insana  xidmət  üçün  yaradılması  sübuta  yetirilir.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin