11
tərzidir. Əqlin, dərketmənin dərəcəsidir. Rasionallıq sistemli yanaşma
üsuludur və tərzidir.
Rasional yanaşma o deməkdir ki, insan obyektə, proseslərə daha geniş
düşüncəli (burada praktik nəticələrdən meydana gələn empirik təfəkkür də rol
oynayır) və sistemli yanaşır və ondan şüuru, faydalı nəticələr ortaya çıxarır.
Elə nəticələr ki, belə nəticələr məntiqli olur, normativ və təsirli olur. İnsanlar
proseslərin nəticələrini dərk edir. Nəticələrin faydasını anlayır. Sistemli
düşünür və nəticələrin də sistemli olmasını dərk edir. Sistemli düşüncə ardıcıl
nəticələri olan bağlı düşüncədir. Bu da özlüyündə müəyyənlik şəbəkəsindən,
onun yaranması və elementlərin açılmasından asılıdır. Onu da qeyd etmək olar
ki, rasionallıqda sistemliliyin öz dərəcəsi var. Sistemlilikdə də rasionallığın öz
dərəcəsi mövcuddur. Məsələn, bir prosesin müəyyən gedişat anında və
trayektoriyasında nə kimi nəticələr verməsini əvvəlcədən və proseslərin
gedişatında dərk etmək səviyyəsi yüksək olanda rasionallıq bir qədər artıq olur.
Rasionallıq bu baxımdan müəyyənliyi əvvəlcə görmək vəziyyətidir,
formasıdır. Dəyərləndirmək də elə rasionallığın əsasında durur. Hər kəs bir
prosesi eyni səviyyədə dəyərləndirmək imkanlarına malik ola bilməz. Onu da
nəzərdən qaçırmaq olmaz ki, rasionallıq və sistemlilik məsələsində rasionallıq
müxtəlif olmalıdır ki, cəmiyyət tarazlı və rəngarəng olsun. Yəni, “robot”
cəmiyyəti olmasın, hər şey eyni ölçüdə və standartlarda olmasın. Düşüncə
fərqi elə sistemliliyin və bağlılığın əsasında qərarlaşır. Hissələri bir birinə
bağlayır.
Dostları ilə paylaş: