Elşən Misir oğlu Nəsibov


Dövlətlərin xarakterik xüsusiyyətləri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   19   20   21   22   23   24   25   26   ...   140
Azf-286777

 
Dövlətlərin xarakterik xüsusiyyətləri   
 
Hər  bir  dövlətin  xisləti  var.  Bu  xislət  onun  ictimai-siyasi  status  və 
vəziyyəti  ilə  əlaqəlidir.  Dövlət  xislətinin  bazasında  isə  dövləti  təşkil  edən 
elementlər və elementlərdən istifadə amilləri dayanır. Elementlərin hərəkətləri 
də  xisləti  meydana  gətirir.    Vasitələrin  səviyyəsi    və  vasitələrdən  istifadə 
yolları dövlətin xarakterini müəyyən edir. Dövlətin obyekt və subyektləri məhz 
dövlətin  xarakterini  formalaşdırır.  Dövlətin  xarakteri  həm  dövlətin  daxilində 
formalaşır,  siyasi  fəaliyyətlə  büruzə  verir,  həm  də  dövlətin  xarici  siyasəti  və 
beynəlxalq  münasibətlərdə  davranışları  ilə  müəyyən  edilir.  Bu  davranışlardan 
dövlət  mədəniyyəti  meydana  gəlmiş  olur.  Dövlət  mədəniyyəti  dövlətin  bir 
subyekt kimi daxildə və beynəlxalq aləmdə keyfiyyətlərini aşkarlayır.  
Dövlətlər  xalqların,  insanların  maraqlarının  cəmləşdiyi  sosial-siyasi 
qurumlardır.  Dövlətlərdə  və  cəmiyyətlərdə  maraqlar  bölünür  və  resurslar 
paylanılır.    Bütün  dövlətlərin  əsas  məqsədləri  nəzəri  baxımdan  xalqa  xidmət 
etmək  müddəalarından  ibarətdir.    Nəzəri  amillərlə  yanaşı,  prakit  amillər  də 
mövcuddur.  Dövlət  anlayışını  onun  praktik  fəaliyyəti  tamamlayır.  Dövlət 
praktik  əməllərini  özünün  fəlsəfi  mənasından  götürür.  Dövlət  öz  fəlsəfi 
mənasından  irəli  gələrək  hüquq  normaları  ilə  tənzimedici  funksiyanı  həyata 
keçirir.  Dövlət  anlayışı  özündə  pozitiv  nəzəri  müddəaları  əks  etdirir.  Bu 
baxımdan da dövlət dedikdə, insanların baxışlarında, şüurlarında onları himayə 
edən  tərəf  anlaşılır.  Dövlət  nəzəri  və  praktik  mənada  insanları  əhatə  edən, 
onların  sosial  qayğılarını  həll  edən  və  sosial  qayğıların  həlli  istiqamətində 
insan  fəaliyyətinə  şərait  yaradan  ictimai-siyasi  qurumdur.  Dövlət  insan  
maraqlarını və insan hüquqlarını özündə ehtiva edən və müəyyən vəzifələrə və 
səlahiyyətlərə  malik olan kompleksdir. İnsan hüquqlarının  müəyyən olunması 
və  tənzimlənməsi  zərurətindən  irəli  gələrək  dövlətlər  idarəetmə  hüquqlarına 
malik  olurlar.  Əslində  insan    öz  idarəçilik  hüququnu  dövlət  adlanan  qurumda  
ortaya  çıxarır.  İdarəçiliyin  başlıca  məqsədləri  xalqa  tarazlı  xidmətləri  həyata 
keçirməkdən  ibarət  olur.    Dövlət  müdafiəedici,  təminedici,  istiqmətləndirici, 


20 
 
şə
raityaradıcı  bir  qurumdur.  İnsanlar  öz  sosial  varlıqlarını  dövlətlərdə  və 
cəmiyyətlərdə  təsdiq  edirlər.  Dövlət  insanlara    siyasi  statuslar  verir,  daha 
doğrusu  insanların  yaratdıqları  dövlətlər  siyasi  fəaliyyətlərinə  görə  insanlar 
üçün siyasi statuslar müəyyən edirlər. Çünki dövlətin obyekt və ali  subyektləri 
elə  siyasətlə  əhatə  olunan  insanlar  olurlar.  Bu  baxımdan  da  siyasət  və  dövlət 
insan  fəaliyyətinin ictimai-siyasi-hüquqi məzmunlu əsaslarını meydana gətirir. 
Dövlət  cəmiyyət  və  insanlar  üçün  təşkilatçıdır;  icraçıdır,  nəzarətedicidir; 
təminedicidir; bu baxımdan da mühafizəedici və dəyərləri yaradandır.   
Hər  bir  dövləti  xalq  yaradır.  Xalqın  mental  dəyərləri  onun  yaratdığı 
dövlətin  fəlsəfəsinə  oturur.      Dövlətin  mənasını  həm  xalqın  mental  dəyərləri, 
həm ərazinin xüsusiyyətləri, resurslar, iqtisadi sistem, mədəni system və digər 
üst  və  alt  sistemlər  yaradır.  Dövlətin  xarakterini  müəyyən  edən  elementlər 
çoxluq  təşkil  edir.  Burada  təşkilati  və  fəaliyyət  əsaslı  proseslər  dövlətin 
xarakterinin  müəyyən  olunmasında  mühüm  rol  oynayır.  Dövlətin  ümumi 
xarakteri  onun  siyasi  fəaliyyətinin  xarakterini  meydana  gətirir.  Siyasi 
qurumların  xarakteri  də  dövlətin  ümumi  xarakterini  ortaya  qoyur.  Dövlət 
ümumən  xalqın  mental  dəyərlərini  özündə  cəmləşdirən  üst  və  alt  strukturlu, 
iyerarxik pilləli bir quruluşdur.   
Dövlətləri fəaliyyətinə  və xalqa xidmətlərinə görə, fəaliyyət göstəriciləri 
baxımından    şərti  olaraq  iki  cürə  xarakterizə  etmək  olar:  yüksək  səviyyəli  və 
aşağı  səviyyəli.  Təbii  ki,  göstəricilər  dəyişmə  xassələrinə  malik  olur. 
Göztəriciləri  dövlətin  təşkili  və  fəaliyyəti  səviyyəsi  müəyyən  edir.  Dövlət  öz 
siyasətindən  özünün  xarakterini  yaradır.  Yüksək  səviyyəli  dövlətlərdə  
hakimiyyət xidmətinə görə ideal və real-praktik olur. Hakimiyyətin ideallığı 
onun  nəzəri  əsaslarından  irəli  gəlir.  Yəni,  dövlət  bu  əsasda  xalqa  xidmət 
üçündür.  Hakimiyyət  nümayəndələri  də  praktiki  olaraq  xalqa  xidmət  edir  və 
ümumi mənafeni əldə rəhbər tutur. İdeal-praktik dövlət formalaşır.  Dövlət öz 
resurslarından  səmərəli  istifadə  edir  və  bu  baxımdan  da  özünün  ideal-nəzəri 
anlayışını  müəyyən  səviyyədə  tamamlamış  olur.    Aşağı  səviyyəli  dövlətlərdə 
isə  yalnız  praktik  və  yararsız    dövlət  formalaşır.  Burada  ideallıq  çox  aşağı 
səviyyədə  olur.  İdeallıq  və  fəaliyyət  bir-birinin  əksinə  olur.  Burada  dövlət 
adlanan    qurum  ən  çox  hakimiyyətin  müəyyən  qrupunun  mənafeyinə  xidmət 
edir.    Hakimiyyət  praktik  olaraq  əsasən  özünə  xidmət  edir.  Hakim  elita  güc 
yolu  ilə,  zorakılıqla  cəmiyyətə  hakim  olur,  bərk  məzmunlu  nəzarət  həyata 
keçirir.    İdeal-praktik  dövlətlərdə  isə    güc  rolunda  resurslar  və  onların 
müəyyən  qədər  tarazlı    paylanması  əsas  vasitə  və  üsul    hesab  olunur.  İdeal-
praktik dövlətlər tarazlı cəmiyyətləri və  sabit inkişaf proseslərini  şərtləndirir. 
Praktik  qeyri-ideal  dövlətlərdə  isə  sistemin  kövrəkliyi  hakimiyyəti  qorxu 
içərisində  yaşadır.  Sadəcə  praktik  dövlətlərdə  dövlət  hakimiyyəti  öz 
resurslarından  yüksək  potensial  göstəriciləri  ilə  iştirak  edə  bilmir.  Praktik 
dövlətlərdə  hakimiyyət  və  qeyri-hakimiyyət  tərəfləri  arasındakı  gərginliklər 
daima yaşanır. Bu gərginliklər hətta geniş etirazlara qədər gəlib çıxa bilir.  


21 
 
Hər  ikisinin  bazasında  isə  iqtisadiyyat  amili  dayanır.  Yəni,  sərbəst  və 
güclü  fəaliyyət  göstərən  iqtisadi  sistemlər  ideal-praktik  dövlətlərin 
formalaşmasına  zəmin  yaradır  və  bu  kimi  qurumların  dayağını  təşkil  edir. 
Nəticə  etibarilə  belə  qəbul  etmək  olar  ki,  kasıb  dövlətlərdə  ideal-praktik 
dövlətin formalaşması qeyri-mümkün hala çevrilir. 
Yüksək  dövlətçilik  ənənəsi,  təkmil  dövlətçilik  tarixi  hüquqi  dövlətləri 
meydana gətirir.   

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin