Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   10   11   12   13   14   15   16   17   ...   140
Azf-286777

Həqiqət və haqq.
  Hər bir həqiqət kimlərsə üçün haqq olmaya bilər.   Hər 
bir  həqiqət  haqq  deyil.  Yalnız  tarazlı,  pozitiv  həqiqət  haqdan  ibarətdir.  Buna 
görə də həqiqət nisbi və mütləq haqlardan ibarətdir. Ədalətli həqiqət  başqa bir 
ş
eydir. Dövlət ədalətli həqiqəti yaratmaq funksiyasını yerinə yetirməldir. Bu da 
tarazlı siyasətdir. Deməli, bərabərlik siyasəti özlüyündə bir ədalətli həqiqətdir.  
Filosof  həqiqətin  müəyyən  tərəflərini  əvvəlcədən  görüb  deyə  bilir.  Elmin 
funksiyası isə həqiqətin aşkarlanmasının faiz dərəcəsini artıra bilir. 
Həqiqət odur ki, mövcuddur.  Mövcud obrazlanır, həqiqət meydana gəlir. 
Həqiqət olan şeydir. Bu, subyektiv və obyektiv ola bilər. Həqiqətin öz məkanı 
olur.  Hamı  üçün  görünən,  aydın  olan  həqiqət  universaldır,  obyektivdir.  Lakin 
müəyyən  məkanda  olan  həqiqət  də  ola  bilir.  Bu  artıq  hamı  üçün  görünməyə 
bilər.  Lakin  mövcuddur.  Həqiqət  hamıya  görünə  bilən-universal,  hamıya 
görünə  bilməyən-fərdi  və  məsxsusi,  lokal  ola  bilər.  Buna  görə  də  müəyyən  
bucaqlardan həqiqət dərk oluna bilir. 
Dövlət  həqiqət  və  haqq  fenomenidir.  Belə  ki,  onun  mövcudluğu  və 
fəaliyyəti  universal  aşkarlıqdadır.  Dövlətin  bütün  arxitektonikası  (strukturu) 
aşkardır  və  duyulur.  Dövlət  həqiqəti  və  haqqı  hiss  olunur.  Çünki  aşkarlıqda 
xidmət edən tərəfdir.  Dövlət hamı üçün aşkardır. Çünki hər kəs onun içindədir 
və  onu  dərk  edir.  Onu  görür.  Dövlətin  fəaliyyəti  hər  kəsə  şamil  olunur.  Bu 
aspektdə  hər  kəs  üçün  dərrakə  obyektidir.  Dövlət  həm  də  haqq  qurumudur. 
Onun  fəaliyyəti  ədaləti  tərənnüm  edir.  Dövlət  pozitiv  tərəfdir  və  hüquq 
normaları hər kəs üçün faydavericidir.      

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin