Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   24   25   26   27   28   29   30   31   ...   140
Azf-286777

Siyasət 
  fəlsəfə  ayrı-ayrı  ifadələr  olsalar  da,  siyasətin  predmetinin, 
məna və formasının dərin olması onu deməyə əsas verir ki, siyasət əslində elə 
fəlsəfənin  obyektidir.  Siyasətin  dərin  mahiyyəti  onun  fəlsəfi  məzmununu 
ortaya  qoymuş  olur.  Siyasətin  dərinə  düşüncə  istiqamətlərindən  fəlsəfə 
formalaşır.  Fəlsəfə  hər  hansısa  bir  hadisəyə,  hadisələr  cəminə  müxtəlif 
bucaqlardan, çoxsaylı tərəflərdən  dərinə düşünmə deməkdir. Bu baxımdan da 
siyasətin çoxaspektli tərəfləri məhz bu düşünməni yaradır. Siyasi düşüncələrin 
fəlsəfi  məzmunu  ali  səviyyəli  konseptuallıqda  özünü  büruzə  verir.  Obyektə 
kompleks  yanaşma  elə  fəlsəfi  yanaşmadır.  Siyasət  fəlsəfəsində  siyasətin 
subyekt və obyekt fəlsəfəsi xüsusi önəmə malik olur.     Siyasət proseslərində  
insan öz mənasını, dövlətdə və cəmiyyətdə statusunu müəyyən edir. Dövlət və 
hakimiyyət  də  özünün  dərin  mqəsədlərini    ortaya  qoyur.    Siyasət  sayəsində 
məkanda  maraqların  mənası  aşkar  olunur.  Subyekt  (siyasət  tərəfdarı  özünü 


26 
 
təsdiq  edir).    Elmi  aspektlərdə,  araşdırma  və  düşünmə  prizmasında    siyasət 
fəlsəfənin  predmetidir,  obyektidir.  Siyasət  çoxaspektli,  sistemli,  həmçinin 
sistem daxilində akkomodasiya (yəni, uyğunluq xassəsini özündə əks etdirən) 
xarakterli  olduğundan fəlsəfə  onu düşünür. Siyasət sistemdə həm də fərqlidir. 
Siyasət  şəbəkəlidir,  genişlənəndir.    Horizontal  və  şaquli  olaraq  məkanlarda  
aktların  genişlənməsini  özündə  ehtiva  edir.  Siyasət  dövlətin  həm  daxili,  həm 
də  xarici  aktlarının  cəmindən  ibarət  olduğundan,    genişləndikcə  özündə 
struktur  elementləri  cəlb  etməklə,    böyük  sahə  yaradır.  Siyasətin  tərkibi 
müxtəlif aktlardan ibarətdir. Bu baxımdan da strukturda fərqli enerjini özündə 
cəmləşdirir.  Müəyyən  məkanda  siyasət  vahid  məzmun  kəsb  edir  və  öz 
tərkibinə cəlb edir.  
Fəlsəfi  məzmun,  fəlsəfi  mahiyyət,      dərinlik,  ali  məzmun  hər  bir  mənalı 
hərəkətdədir. 
Fəlsəfənin 
ə
sas 
funksiyası 
düşüncələr 
zamanını   
genişləndirmədir,  dərinləşdirmədir.  Düşüncə  genişlənir,  axar  artır  və 
müəyyənlik də artır. Bu baxımdan da siyasət müəyyən olunur. Aktlardan yeni 
aktlar  törəyir.    Resurslar  üzərində  nəzarət  həyata  keçirilir,  təsir  formalaşır. 
Fəlsəfə  (mövcud  resurslar  üzərində  düşünmə)  siyasəti  müəyyən  edir,  axarı 
cızır.  Axarlar  arasında  əlaqənin  zərurətini  və  mahiyyətini  ortaya  qoyur.  
Gələcək  məkanları,  hadisələri  və  zamanları  özündə  ehtiva  edir.  Bu  baxımdan 
da  elmi  və  təcrübi  planlaşdırılma  həyata  keçirilir.  Resurslar  mərkəzlərdən 
yönləndirilir.  Fəlsəfi  düşüncələr  aktların  xassələrini  müəyyən  edir.  Siyasətin  
nəticə  etibarilə  nəyə  xidmət  etməsini  müəyyənləşdirir.    Siyasətin  zaman  və 
məkan kriteriyası üzrə həyata keçirilməsinin əsaslarını üzərə çıxarır.  
Siyasət fəaliyyətdir, hərəkətdir. Siyasət və fəlsəfəni (siyasətin fəlsəfəsini)- 
hər  iki  anlayışı    siyasi  hərəkətlərin  (hərəkətlərin  siyasi  mahiyyəti,  dövlətə  və 
hakimiyyətə aid olan tərəfi məhz hərəkətlərə  siyasi mənalar verir)  mahiyyəti 
və  məzmunu  anlayışları  vəhdətdə  birləşdirir.  Hakimiyyətin  hərəkətləri, 
bunlardan  meydana  gələn  hadisələr,  aşkarlanmalar,  təsiredici  aktlar   
siyasətdir.  Hakimiyyətin  əxlaqı  və  normalara  uyğun  hərəkəti  cəm  halda 
siyasətin  fəlsəfəsini  meydana  gətirə  bilir.  İstənilən  hərəkət  öz  ardınca  digər 
vəziyyətləri  yaradır.  Çünki  elementlər  hərəkətdə  olur,  digər  məkandakı 
elementləri  hərəkət  vəziyyətində  saxlayır.  Nəticə  etibarilə  istiqamətlər  axarı 
yaranır.  Buna  görə  də  siyasətin  əsasını  təşkil  edən  hərəkətlərin  (hakimiyyətin 
hərəkətlərinin)  mahiyyəti məhz özündə siyasətin mahiyyətini meydana gətirir. 
Dövləti  də  tərəflər  olaraq  hakimiyyət  və  vətəndaş-  idarəedən  (mənbə  elə 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin