27
Siyasət dövlət aktlarından ibarətdir ki, bunun da formalaşmasını məhz
dövləti təşkil edən elementlər (subyektlər) yaradır. Dövlət siyasətinin mənbəyi
xalq olur. Buna görə də xalqın və cəmiyyətin siyasi ruhu dövlətin və
hakimiyyətin fəaliyyətində qərarlaşa bilir. Siyasətin həyata keçiriməsi
sayəsində sistemdə toqquşmalar və kəsişmələr yaranır, paralelliklər üzərə çıxır.
Hər bir şəxs idarə edən olmur, lakin idarəçiliyə nəzarətdə (dolayı yolla)
iştirak edə bilir. İdarəçiliyin təşkilində, hakimiyyətin təşkilində iştirak edir.
Nümayəndəsi ilə (məsələn, dövlət rəhbəri və parlament üzvləri vasitəsilə, yerli
seçkili nümayəndələri ilə ) təmsil olunur. Deməli, hər bir şəxs idarə olunur,
nəzarətdə olur; çünki dövlət tam mənada öz-özünü idarə edir. Dövlət idarə
edərkən onun siyasəti həm öz sərhədlər daxilini əhatə edir, həm də sərhədləri
kənarını əhatələndirir. Bu aspektdə siyasətin ruhunda tənzimləyicilik yaranır.
Hər bir hərəkət geniş məzmunludur və həm də geniş məzmunun
tərkibidir. Hərəkət geniş məzmuna dərin mənalar verir. Deməli, sistemliliyin
ə
sası hərəkətlərin ardıcıllığında və şaxələnməsində, bu baxımdan da
vəhdətindədir. Sistemlilik burada fəlsəfini yaradır. Sistemlilikdə həm reallıq,
həm də reallığın müsbət tərəfləri, estetik əlamətləri olan gerçəkliklər vardır.
Fəlsəfənin (siyasət üzərində) funksiyası müəyyən məkanları aşkarlayaraq
genişləndirməkdən, geniş düşüncələri tətbiq etməkdən ibarətdir.
Dostları ilə paylaş: