Elşən Misir oğlu Nəsibov


Siyasət və nizam (sistemlilik düşüncəsi )



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə55/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   51   52   53   54   55   56   57   58   ...   140
Azf-286777

Siyasət və nizam (sistemlilik düşüncəsi )  
 
İ
nsanlar  dövləti  nizamlayıcı  və  sistemləşdirici  qurum  kimi  dərk  edirlər. 
Dövlət  bütöv  halda  sistem  qurumudur.  Ona  görə  sistem  ki,  tərkibi  müxtəlif 
elementlərin  yaratmış  olduğu  strukturlardan  ibarətdir.  Dövlət  sistem  qurumu 
olduğundan onun fəaliyyəti də sistemli əsaslara malikdir. Sistemlilik və nizam 
düşüncəsi  nailiyyətlərin  əsasını  təşkil  edir  və  dəyərlər  üçün  əsas  xətləri 
müəyyən edir.  
Nizam  anlayışı  sistem  anlayışının  tərkibində  qərarlaşır.  Nizam  özü  elə 
sistemi  formalaşdırır.    Sistemin  özü  də  nizamla  yaranır.  Sistem  də  nizamı 
formalaşdırır.  Bu  baxımdan  da  qarşılıqlı  şərtləndirici  proseslər  gedir.    Nizam 
qaydaları  ifadə  edir.  Təkrar  olunan  və  yeniləri  ilə  meydana  gələn  qaydalar 
nizamı  yaradır.  Nizam  qaydaları  sistemdə  öz-özlüyündə  paralellikləri  əks 
etdirir.  Fərqliliklər  və  ziddiyyətlər  məhz  nizam  məkanını  əhatə  edir.  Dövlətin 


45 
 
elementləri nizamla qurulur.  Dövlət özü bütöv bir kompozisiya olaraq nizamlı  
qurumdur. Dövlət fəlsəfi təfəkkürlərdə hüquqi bir quruluşa malidkir.   Dövlətin 
nizamı  onun  hüquq  normaları  ilə  siyasəti  həyata  keçirməsindədir.  Nizamlı 
siyasət sistemlidir. Ona görə ki, müəyyən mexanizmlərlə təmin olunur. Siyasət 
hüquq  normaları  ilə  nizamla  müəyyən  edilir.  Bu  anda  mövcud  siyasət  və 
gələcək  siyasət  anlayışı  meydana  gəlir.  Nizamlı  siyasət  idarəetmənin  zaman 
ardıcıllığı ilə təmin olunmasında əks olunur.  
-nizamlı siyasət cəmiyyətin əxlaq normalarının qorunmasını təmin edir; 
-nizamlı  siyasət  cəmiyyətin  bütün  təbəqələrinin  maraqlarının  nizamla 
təmin olunmasına əsaslanır; 
-nizamlı siyasət dövlət-vətəndaş əlaqələrinin nizamlı əsaslarını yaradır; 
-nizamlı  siyasət  dövlətin  və  cəmiyyətin  sabit  dinamika  ilə  inkişafını 
meydana gətirir; 
-nizamlı siyasət cəmiyyət qrupları arasında, təbəqələr arasında nizamlı və 
sistemli əlaqələrin yaranmasını təmin edir; 
-nizamlı  siyasət  dövlətin  güclənməsi  üçün  daxili  resursların  artmasını 
təmin edir və s.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin