İ cra hakimiyyəti – norma yaradır (icra hakimiyyətinin başçısı-dövlət
rəhbəri hüquq normaları yaradır, hökumət hüquq normaları yaradır, mərkəzi
icra hakimiyyəti qurumları normalar yaradır), normalar icra edir, məsələləri
müəyyən edir, həll edir, vəzifələrə təyin edir, qanunvericilik təşəbbüsü hüququ
var; qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti ilə birlikdə dövlət
hakimiyyətini formalaşdırır. İcra hakimiyyətinin səlahiyyətləri bir qədər geniş
olur. Çünki demək olar ki, əksər sahələri tənzim edən qurumlar, strukturlar
təşkil edir. Yerli və mərkəzi icra hakimiyyəti strukturlarını yaradır. Əlində isə
silahlı qüvvələr olur. Həm də dövlət rəhbəri də bir çox ölkələrdə elə icra
hakimiyyətinin rəhbəri olur. Bu baxımdan da dövlətin həll etdiyi məsələləri də
(məsələn, qanunların imzalanması) icra hakimiyyətinin rəhbəri həll edir.